ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTIYeni xəbərlərhttp://www.sistani.org/Sual və Cavab » Dövlət əmlakından dövlətdən xəbərsiz istifadə etmək...
Dövlət əmlakından dövlətdən xəbərsiz istifadə etmək olarmı? Mən özüm üçün elə bir pensiya düzəldə bilərəmmi ki, qanuni baxımdan onu almağa haqqım çatmır?
Dövlət əmlakından istifadə etmək qanuni baxımdan buna hüququnuz çatmırsa, haramdır. http://www.sistani.org/azari/qa/26241/Sual və Cavab » Bir kitabın kopyalanmış surətini alsaq və sonradan...
Bir kitabın kopyalanmış surətini alsaq və sonradan başa düşsək ki, kitabın naşiri onu kopyalamağı qadağan edib, o kitabdan istifadə etməyin hökmü nədir? Yenidən onun kopyasını çıxarmaq icazəlidir?
Surətini çıxarmaq qanuna görə qadağandırsa, mərcəyi-təqlid cənabları bu qanunu pozmağa icazə vermir. http://www.sistani.org/azari/qa/26240/Sual və Cavab » Müəllifinin icazəsi olmadan surəti çıxarılmış dərslik kitabını almaq olarmı?
Müəllifinin icazəsi olmadan surəti çıxarılmış dərslik kitabını almaq olarmı?
Onu almağın eybi yoxdur. http://www.sistani.org/azari/qa/26239/Sual və Cavab » CD yaxud DVD disklərinin üzərinə yazılır: “Müəllif...
CD yaxud DVD disklərinin üzərinə yazılır: “Müəllif hüquqları qorunur. Surətini çıxarmaq qadağandır”. Belə olduqda disklərin surətini çıxarmaq olarmı? Əgər surətini çıxarsalar və sonradan başa düşsək ki, şirkəti razı deyilmiş, vəzifəmiz nədir?
1. Surətini çıxarmaq qanuni baxımdan qadağandırsa mərcəyi-təqlid cənabları qanuna zidd hərəkət etməyə icazə vermir. 2. Hazırda vəzifəniz yoxdur.http://www.sistani.org/azari/qa/26238/Sual və Cavab » Bəzən xırda pul lazım olanda sədəqə niyyəti ilə yığdığım...
Bəzən xırda pul lazım olanda sədəqə niyyəti ilə yığdığım xırda pulları böyük pulla dəyişə bilərəmmi? Yaxud ehtiyacım olanda o pulları özümə götürə bilərəmmi?
Eybi yoxdur. Sədəqə nə qədər ki, fəqirə verilməyib sizin pulunuz sayılır. http://www.sistani.org/azari/qa/26237/Sual və Cavab » Müstəhəb sədəqələri fəqir seyidlərə vermək olar?
Müstəhəb sədəqələri fəqir seyidlərə vermək olar?
Eybi yoxdur. Lakin vacib ehtiyata əsasən bəlanı dəf etmək üçün çıxarılan cüzi sədəqələr insanı kiçildir deyə onlara verilməsin. http://www.sistani.org/azari/qa/26236/Sual və Cavab » Qeyri-müsəlmanlardan olan fəqir insanlara sədəqə verə bilərikmi?
Qeyri-müsəlmanlardan olan fəqir insanlara sədəqə verə bilərikmi?
İslam və möminlərə qarşı inad və düşmənçilikləri olmasa, onlara sədəqə vermək olar. Allah-taala belə əmələ görə mükafat verər. http://www.sistani.org/azari/qa/26235/Sual və Cavab » Öz sədəqələrimi ata-anama, qardaş-bacıma və övladlarıma verə bilərəmmi?
Öz sədəqələrimi ata-anama, qardaş-bacıma və övladlarıma verə bilərəmmi?
Eybi yoxdur, verə bilərsiniz. http://www.sistani.org/azari/qa/26234/Sual və Cavab » Sualım cismani və maddi problemlərimlə bağlıdır. Bəzən...
Sualım cismani və maddi problemlərimlə bağlıdır. Bəzən baş verəcək hadisələrdən qorxuram. Maddi və mənəvi çətinliklər, xəstəliklər və pis hadisələrdən qorunmaq üçün nə tövsiyə edirsiniz?
Sədəqə verməyi məsləhət görürük. Çoxsaylı hədislərdə sədəqə vermək tövsiyə olunur. Hədisdə nəql olunur ki, sədəqə xəstəyə şəfa verir, hətta qətiləşmiş bəlanı dəf edir, ruzini çoxaldır. Həmçinin rəvayətdə nəql olunur ki, sədəqə bəndənin əlinə çatmazdan qabaq Allahın əlinə çatar, bərəkət gətirər, borcu ödəyər, malı çoxaldar, pis ölümü, xəstəliyi, ağır bəlanı, odda yanmaq və suda batmaq kimi bəlaları, cüzamı, dəliliyi və yetmiş bəlanı insandan uzaqlaşdırar. Müstəhəbdir ki, sədəqə günün əvvəlində verilsin, bu sədəqə həmin günün bəlasından saxlayar. Həmçinin müstəhəbdir ki, gecənin əvvəlində sədəqə verilsin, bu sədəqə gecənin bəlasını dəf edir. http://www.sistani.org/azari/qa/26233/Arxiv » Seyidlik və Əhli-beytə mənsubluq iddiası ilə bağlı sual-cavabın tərcüməsi.
Bismillahir-Rəhmanir-Rəhim.

Ali məqamlı mərcəyi-təqlid Hacı Seyid Əli Hüseyni Sistani cənablarının ofisi.

Günümüzdə şahidi oluruq ki, ayrı-ayrı şəxslər seyidlik iddiası edir və özlərini Əhli-beytə (ə) mənsub edirlər. Halbuki bundan qabaq onların ailəsi və nəsilləri seyidliklə tanınmamışdır. Bir çox hallarda eyni nəsildən olanlar arasında seyid olub-olmamaqla bağlı fikir ayrılığı baş verir. Bu məsələ səbəb olur ki, inanclı insanlara bir-birini təkzib etmə, incitmək, mübahisələr yaşanmaqla ictimai ziyanlar dəysin. Bəzən də bu məsələ qohumlar arasında əlaqələrin kəsilməsinə gətirib çıxarır. Seyidlik iddiasında olanlar çox vaxt hekayətlərə və nəql olunmuş sözlərə istinad edirlər. Onlara görə bu hekayətlər onların bəzi tanınmış Ələvi ailələrinə mənsub olduqlarını sübut edir. Bəzən də onlar genetik analizlərə əl atır və güman edirlər ki, genetik analiz onların Haşimi seyidlərinin nəslindən olduğunu sübut edə bilər. Bu iddianı isbatlamaq üçün nəsəb şünaslardan da yardım alanlar var. Onlar da şəcərənamə düzəltmək, babalarının, əcdadlarının adlarının oxşarlığından istifadə edərək onları məşhur seyid şəcərənamələrinə aid edirlər. Sizdən xahiş edirik ki, bu təhlükəli və narahat edici hadisə ilə əlaqədar fikrinizi bildirəsiniz.

İmza: Bir qrup dindar.

Allahın adı ilə.

Yaşadığı bölgədə seyid adı ilə tanınmayan ailə və nəsillərə aid olmayan əksinə nəsildən-nəsilə qeyri-seyid olan şəxslərə seyidlik iddiası etmək icazəli deyil. Yalnız bu halda iddia etmək olar ki, qədim dəlillərə, aydın faktlara istinad edilsin ki, əminlik əldə etmək üçün məntiqi əsas sayılsın. Söz yox ki, belə dəlilləri əldə etmək çox nadir hallarda mümkündür. Çünki keçmiş zamanlardan bu günədək bu şərif nəsəbə aid olanlar onu qorumaq üçün əllərindən gələni etmiş, adətən onların seyidliyi öz yaşadığı məntəqədə əhali arasında məşhur olmuşdur. Belə ki, onun itməsi və gizli qalması ehtimalı çox az olmuşdur.

Bu faktların əksinə olaraq seyidlik iddiası edənlər çox vaxt öz mənsubluğu üçün əminlik doğurmayan faktlara əsaslanırlar. Bu dəlillər ən çoxu güman və ehtimal yaradır ki, şəriət baxımından onlara etibar etmək olmaz. Əgər nəsəbşünasların şəcərənamə düzəldərkən iddiası güman və ehtimala əsaslanırsa – bizim zamanda buna tez-tez rast gəlinir - onların da sözünün etibarı yoxdur. Eləcə də uzaq keçmişdəki nəsəbləri isbatlamaq üçün genetik analizə əsaslanmaq düzgün deyil. Çünki bu analiz o vaxt nəsəbi sübut edə bilər ki, şəxsi ictihadlar ona müdaxilə etmədən tamamilə elmi və aydın bir metod sayılsın. Misal üçün yaxın qohumluğu məsələn övladın ata-anaya aid olmasını sübut etmək üçün. Amma uzaq qohumluqlarla əlaqədar bu mərhələyə çatmadığı tam dəqiqdir. Bu üzdən dindar insanlara lazımdır ki, dəlil və qəti fakt olmadan özlərinin mənsub etməkdən çəkinsinlər və bu mühüm məsələdə son dərəcə ehtiyat və diqqətlə əməl etsinlər. Onlara bilmək lazımdır ki, Allah-taala xalqları müxtəlif nəsəblərdən yaratmış və heç kəsə özünü başqa nəsilə aid etməyə icazə verməmişdir.

Allah-taala buyurur:

Onları (övladlığa götürlmüş uşaqları) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir.

Hədislərdə də deyilir ki, həzrət Məhəmməd peyğəmbər (s) özünü atasından başqa birisinə mənsub edən şəxsi lənətlədi. Peyğəmbər (s) məşhur olmayan nəsəb mənsubluğunu ciddi şəkildə rədd edirdi.

Buna görə də bir şəxs özü və yaxın adamları ilə bağlı bu məsələni gizli saxlasa, böyük bir günaha batmışdır. Allah taala onun mənsubluğunda xeyir və bərəkət qərar verməz. Bu səbəbdən dünyada da səadətə çata bilməyəcək. Qiyamət günü də onun üçün ağır yük olacaq. Bu insan əgər seyidliyinə görə məqam, ictimai mövqe, mal və pul əldə etsə, bu onun haqqı deyil. Çünki onu haram yolla əldə etmişdir.

Hər kəs bu məsələdə təqvalı olsa, özünü böyük bir günahdan saxlamışdır və Allah-taalanın məhzərinə izzət və ehtiramla daxil olacaq, pərhizkarlığa görə təqdirə layiq görüləcək. Əgər bir kəs keçmişdə səhvə düşübsə və düz iş gördüyünü sanıbsa, sonra haqqa tərəf qayıtsa,məlamət olunmayacaq. Yox əgər başqalarını bu səhvə qane edibsə, onlara yol göstərməli və qayıtması ilə əlaqədar şahid tutmalıdır ki, onun barəsində şək-şübhələr aradan qalxsın.

Amma bir kəs öz xətasında israrla müqavimət göstərsə, xətası böyük bir günaha çevriləcək, özünün və davamçılarının günahlarının ağırlığı onun boynuna olacaq. Bəzən nəsildə bir neçə nəfər dəlil və fakt olmadan seyid olduğunu iddia edir, belə olduqda nəslin başqa adamları onları təsdiq etməməlidir. Bu iddianın düz olmasına etiqadı olan bir şəxs, digərlərinin də bunu qəbul etməsinə israr etməməli, onların seyid olması ilə bağlı işlər görməməlidir. Bütün tərəflərə vacibdir ki, bu məsələni bir-birini təkzib etmək, düşmənçilik və əlaqələri kəsmək üçün bəhanəyə çevirməsinlər. Əksinə nəzakət və xeyirxahlıqla məsələni həll etsinlər və öz imanlı qardaşlarına ehtiramla yanaşsınlar.

Vallahul-hadi ila səvaus-səbil.
http://www.sistani.org/azari/archive/26115/Sual və Cavab » Mən dini hökmləri bilmədiyimdən oruc tutmağa 25 yaşından...
Mən dini hökmləri bilmədiyimdən oruc tutmağa 25 yaşından başlamışam və həddi-buluğa çatan vaxtdan 25 yaşınadək oruc tutmamışam. Sualım budur ki, 25 yaşınadək tutmadığım orucların qəzalarını tutsam kifayətdir yoxsa kəffarə də verməliyəm?
Əgər indi ehtimal edirsiniz ki, o zaman dini vəzifənin nə olduğunu bilmirdiniz, yaxud ehtimal edirsiniz ki, o zaman ramazan ayının günlərində yemək yeməyin icazəli olduğuna əmin idiniz, qəzasını tutmaq kifayətdir, (orucu bilərəkdən pozmağa görə lazım olan) kəffarə vacib deyil. Həmçinin orucların qəzasını dərhal tutmaq vacib deyil. Əlbəttə, üzrsüz səbəbdən qəzasını o qədər təxirə salmayın ki, vacibi əməli yerinə yetirməklə bağlı səhlənkarlıq sayılsın. Əgər qəzasını tutmağa qadir olmasanız, öz vəsiyyətinizdə qeyd edin ki, sizdən sonra mütləq qəzasını yerinə yetirsinlər. http://www.sistani.org/azari/qa/25972/Sual və Cavab » Naməhrəm kişi və qadınların eyni məclisdə iştirak...
Naməhrəm kişi və qadınların eyni məclisdə iştirak etməsinin və yaxud bir yerdə işləməsinin hökmü nədir?
Əgər kişi və qadınlar hicab, baxmaq və digər cəhətlərdən öz dini vəzifələrinə əməl edə bilməsələr, onların ixtilatı (bir yerdə əyləşməsi) icazəli deyil. Əgər riayət edə bilsələr icazəlidir, amma məkruhdur. http://www.sistani.org/azari/qa/25971/Sual və Cavab » Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc...
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi? Ana oruc tutarsa özünə ya da uşağa ziyanı olacağı təqdirdə hökm necədir?
Uşağa süd verən qadının - istər uşağın anası olsun, istərsə də dayəsi olsun - südü azdırsa və oruc tutmasının özünə ya da əmizdirdiyi uşağa zərəri varsa, oruc tutmaq ona vacib deyil. Buna görə hər gün üçün bir müdd yemək (750 qram çörək və ya makaron və ya un və bu kimi qidaları) bir fəqir şəxsə verməlidir və sonradan tutmadığı orucların qəzasını tutmalıdır. Amma ehtiyat-vacibə əsasən bu hökm, uşağa yalnız bu yolla süd vermək mümkün olan hallara aiddir. Yox əgər uşağa başqa yolla süd vermək mümkündürsə, məsələn, quru süddən istifadə edə bilərsə, ehtiyat vacibə əsasən oruc tutmalıdır. http://www.sistani.org/azari/qa/25970/Sual və Cavab » Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalını bağlatdırmaq olarmı?
Qadın cərrahiyyə əməliyyatı ilə uşaqlıq borusunu - hərçənd bu iş onun sonradan bir daha hamilə qalmayacağına gətirib çıxarsa belə - bağlatdıra bilər. Lakin bu iş üçün bədənin örtülməsi vacib olan bir hissəsinin açılmasından başqa yol olmasa və yaxud bədənin əlcəksiz əl vurulması haram olan bir yerinə əl vurmaq lazım gəlsə, bu əməliyyat icazəli deyil. Yalnız zərurət halında, məsələn, əgər uşağa qalmağın qadına ziyanı olsa, buna icazə verilir. Amma uşaqlığı və yaxud yumurtalığı götürmək və buna bənzər (üzvün kəsilməsi kimi) mühüm zərəri olan cərrahiyyə əməliyyatı etmək icazəli deyil. Əlbəttə xəstəlik bu zərurəti tələb edərsə, icazəlidir. Bu hökm tam şəkildə kişilərə də aiddir.http://www.sistani.org/azari/qa/25969/