ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTIYeni xəbərlərhttp://www.sistani.org/Sual və Cavab » Tərkibində spirt (şərab deyil) olan şokoladları yemək icazəlidir?<div style="background-color:#ffd;color:maroon;">Tərkibində spirt (şərab deyil) olan şokoladları yemək icazəlidir?<div>Tərkibindəki spirtin miqdarı cüzi (2% yaxud daha az) olarsa, eybi yoxdur. http://www.sistani.org/azari/qa/26313/Sual və Cavab » Tərkibində şəkər spirti olan saqqızlardan istifadə etməyin hökmü nədir?<div style="background-color:#ffd;color:maroon;">Tərkibində şəkər spirti olan saqqızlardan istifadə etməyin hökmü nədir?<div>Eybi yoxdur. http://www.sistani.org/azari/qa/26312/Sual və Cavab » Tərkibində spirt olan kosmetik vasitələr və ətirlərdən...<div style="background-color:#ffd;color:maroon;">Tərkibində spirt olan kosmetik vasitələr və ətirlərdən istifadə etmək olarmı? Dəriyə sürtmək üçün həkimin məsləhət gördüyü və tərkibində spirt olan məhlullar necə?<div>Eybi yoxdur, nəcis deyil. http://www.sistani.org/azari/qa/26311/Sual və Cavab » Spirt (şərab deyil) içmək haramdırmı? Hətta müalicə...<div style="background-color:#ffd;color:maroon;">Spirt (şərab deyil) içmək haramdırmı? Hətta müalicə məqsədilə olmasa, lakin insanı sərxoş etməsə necə?<div>Haramdır. Əgər onu çox miqdarda içmək insanı sərxoş edirsə, azacıq da içmək haramdır. http://www.sistani.org/azari/qa/26310/Sual və Cavab » Tərkibində az miqdarda (məsələn 4%) spirti olan dərmanları qəbul etmək olarmı?<div style="background-color:#ffd;color:maroon;">Tərkibində az miqdarda (məsələn 4%) spirti olan dərmanları qəbul etmək olarmı?<div>Belə dərmanları qəbul etmək icazəli deyil. Lakin ona su qatmaqla o qədər durulaşdırsanız ki, tərkibində cüzi miqdarda (məsələn 2% yaxud daha az) spirt qalsa, bu halda qəbul etməyin eybi yoxdur. http://www.sistani.org/azari/qa/26309/Sual və Cavab » Spirtin bütün növləri (texniki, tibbi və sair) pakdırmı?<div style="background-color:#ffd;color:maroon;">Spirtin bütün növləri (texniki, tibbi və sair) pakdırmı?<div>Bəli, spirtin bütün növləri pakdır, lakin onları içmək icazəli deyil. http://www.sistani.org/azari/qa/26308/Sual və Cavab » Mən bərbərəm. Bəzən müştəri məndən istəyir ki, saqqalını...<div style="background-color:#ffd;color:maroon;">Mən bərbərəm. Bəzən müştəri məndən istəyir ki, saqqalını dibdən ülgüclə qırxım. Mən bunu edə bilərəmmi? Müştərinin buna görə mənə verdiyi pul halaldırmı? Bunu da qeyd edim ki, yeni saqqal çıxarmış gənc müştərilər deyir ki, tam dolmayan və seyrək çıxmış saqqalı üzdə saxlayanda insanı ələ salırlar. <div>Saqqalı dibindən qırxmaq və buna görə zəhmət haqqı almaq – ehtiyat vacibə əsasən –icazəli deyil. Bu hökmdən yalnız iztirar (çarəsizlik) halları, eləcə də saqqal saxlamağın adətən dözülməyən ziyan və çətinliyə səbəb olduğu (hərçənd bu çətinlik istehza və həqarət üzündən belə olsa) hallar istisna olunur. http://www.sistani.org/azari/qa/26305/Sual və Cavab » Mən gözəllik salonunda işləyirəm və süni dırnaq qaynaq...<div style="background-color:#ffd;color:maroon;">Mən gözəllik salonunda işləyirəm və süni dırnaq qaynaq edirəm. Mənim işimin bir eybi varmı? Orada aldığım zəhmət haqqının necə?<div>Qaynaq edilmiş dırnaq dəstəmaz, qüsl və təyəmmümün səhihliyinə maneə törətdiyi üçün ona görə zəhmət haqqı almaq düzgün deyil. Lakin dırnağı qaynaq edən şəxs bilirsə ki, müştəri hər bir halda onun o puldan istifadə etməsinə razıdır, ondan istifadə edə bilər. Həmçinin təsir edəcəyini ehtimal edirsə, vəzifəsidir ki, bu məsələnin şəriət hökmünü ona xatırlatsın. http://www.sistani.org/azari/qa/26304/Sual və Cavab » Ölünün qəza namazlarını qılmaq üçün əcir olmaq olarmı?<div style="background-color:#ffd;color:maroon;">Ölünün qəza namazlarını qılmaq üçün əcir olmaq olarmı?<div>Eybi yoxdur. http://www.sistani.org/azari/qa/26303/Sual və Cavab » Sualım budur ki, kəbin oxumaq üçün zəhmət haqqı almaq olar?<div style="background-color:#ffd;color:maroon;">Sualım budur ki, kəbin oxumaq üçün zəhmət haqqı almaq olar?<div>Kəbin oxumağa görə zəhmət haqqı almağın eybi yoxdur. http://www.sistani.org/azari/qa/26302/Sual və Cavab » Cənazə namazını qılmağa görə zəhmət haqqı almaq olar?<div style="background-color:#ffd;color:maroon;">Cənazə namazını qılmağa görə zəhmət haqqı almaq olar?<div>Cənazə namazına görə zəhmət haqqı almaq vacib ehtiyata görə icazəli deyil. http://www.sistani.org/azari/qa/26301/Sual və Cavab » Öz şəhərindən başqa şəhərdə tələbə olan şəxsin namaz və orucları necədir?<div style="background-color:#ffd;color:maroon;">Öz şəhərindən başqa şəhərdə tələbə olan şəxsin namaz və orucları necədir?<div>Əgər təhsil aldığınız və ya işlədiyiniz yerdə müəyyən müddətdə qalırsınızsa, hökmü aşağıdakı cədvəldəki kimidir: 1. Əgər ayda ən azından 22 gün tam şəkildə orda qalsanız və bu vəziyyət bir il yarım və ya daha artıq müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür. 2. Əgər ayda ən azından 20 gün tam şəkildə orda qalsanız və bu vəziyyət iki il yaxud daha artıq müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür. 3. Əgər ayda ən azından 15 gün tam şəkildə orada qalsanız və bu vəziyyət 3 il yaxud daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və sizin üçün vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür. 4. Əgər ayda ən azından 7 yaxud 8 gün tam şəkildə orada qalsanız (belə ki, il ərzində üst-üstə 90 sutka olsa, hərçənd ilin bir hissəsində olsa) və bu hal dörd il və ya daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və sizin üçün vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür. http://www.sistani.org/azari/qa/26292/Sual və Cavab » Bilirik ki, nəzir etməklə səfərdə müstəhəb oruc tutmaq...<div style="background-color:#ffd;color:maroon;">Bilirik ki, nəzir etməklə səfərdə müstəhəb oruc tutmaq (qəza orucu olmamaq şərtilə) icazəlidir. Bu məsələdə fərqi varmı ki, keçmişdə bunu nəzir etmiş olsun, yaxud həmin səfər əsnasında nəzir etmiş olsun?<div>Fərqi yoxdur. Lakin gün əsnasında həmin gün oruc tutacağını nəzir etsə, onun düz olması ehtiyatlıdır. Amma ertəsi gün üçün nəzir edə bilər. http://www.sistani.org/azari/qa/26291/Sual və Cavab » Səfərdə müstəhəb oruc tutmağın hökmü nədir?<div style="background-color:#ffd;color:maroon;">Səfərdə müstəhəb oruc tutmağın hökmü nədir?<div>Səfərdə müstəhəb oruc tutmaq şəriətdə yoxdur. Lakin bir şəxsin qəza orucu yoxdursa, ramazan ayından başqa aylarda, səfərdə müstəhəb oruc tutacağını nəzir edə bilər. http://www.sistani.org/azari/qa/26290/