Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun) cənablarının “Ərbəin” ziyarəti ilə bağlı tövsiyələri
Sual: Bismilləhir-Rahmənir-Rahim
Şiə aləminin Aliməqam mərcəyi-təqlidi həzrət Ayətullah əl-üzma Seyid Əli Sistani (ömrü uzun olsun) cənablarına
Salamun aleykum və rəhmətullahi və bərəkatuh
Allah-taala sizə əzəmətli əcr inayət etsin!
Həzrət Seyyiduş-Şuhəda İmam Hüseynin (əleyhissəlam) “Ərbəin” ziyarəti məqsədilə müqəddəs Kərbəla şəhərinə getmək əsnasındayıq. Bu əzəmətli səfərdən daha çox bəhrələnmək və savaba çatmaq, eləcə də qəflət edə biləcəyimiz hər bir məsələyə agahlıq əldə etməyimiz üçün Alicənab həzrətlərinin ata tövsiyələrini eşitməyə ehtiyac duyuruq. Ümid edirik bu tövsiyələr cəmiyyətin bütün təbəqələrinə şamil olsun.
Allah-taala cənabınızın mübarək vücudunun nemətini davamlı etsin!
O, eşidən və yaxındır!
Dualarınızı diləyirik!
Bir qrup mömin
Cavab:
Bismilləhir-Rahmənir-Rahim
Əlhəmdulilləhi Rabbil Aləmin. Vəssəlatu vəssəlamu əla Seyyidina Muhəmmədin və Alihit-Tahirin
Yeri gəlmişkən, Allah tərəfindən bu şərafətli ziyarətdə iştirak etmək imkanına layiq görülmüş möminlər diqqət etməlidirlər ki, Allah-taala Öz bəndələri arasından peyğəmbərləri və vəsiyləri xalqın öndəmi və hüccəti olaraq seçdi ki, insanlar onların təlim və tərbiyələri nəticəsində hidayət tapsınlar və əməllərini özləri üçün ülgü qərar versinlər. Allah-taala möminləri ona görə müqəddəs məzarların ziyarətinə təşviq etmişdir ki, o İlahi şəxsiyyətlərin xatirələri əbədi yaşasın və məqamları daha da ucalsın. Bu İlahi şəxsiyyətlər Pərvərdigarın ən yüksək bəndəlik nümunəsi, Onun yolunda layiqli cihadetməkvə dinin möhkəmlənməsində fədakarlıq göstərmək örnəyiolduqları üçün onların ziyarəti,xalqın Allah-taalanı yada salması, Onun hökmləri və təlimatlarını xatırlaması səbəbidir.
Deməli, bu ziyarətin lazımi xüsusiyyətlərindən biri budur ki, hər bir ziyarətçi həzrət İmam Hüseynin (əleyhissəlam) Allah-taala yolunda canfəşanlığını xatırlamaqdan əlavə haqq dinin təlimlərini, o cümlədən, namaz, hicab, sülh, əfv, səbr, ədəb, müsafirət qaydaları və digər xoşagələn mövzuların riayət edilməsinə də çalışsın ki, onun ziyarəti bu məsələlərin qəbulu və onların təsirinin gələcək ziyarətlərə qədər davam etməsi sayəsində nəfsin tərbiyəsi istiqamətində atılan bir addım olsun. Belə olan surətdə bu mərasimlərdə iştirak etmək həzrət İmamın (əleyhissəlam) şəxsən təşkil etdiyi təlim və tərbiyə məclislərində iştirak etmək misalında olacaqdır.
Doğrudur, bizlər Əhli-Beyt imamlarının (əleyhimussəlam) hüzuruna yetmək və onların şəxsi təlim-tərbiyəsindən faydalanmaq şərəfinə nail olmamışıq.Amma Allah-taala onların rəftar və təlimlərini bizim üçün hifz etmiş, bizi onların müqəddəs məzarlarını ziyarət etməyə rəğbətləndirmişdir ki, bizim üçün mümtaz nümunələr olsunlar və necə ki, onlarla bir dövrdə yaşayan insanları imtahan etmişdir, bizim də onların kənarında yaşamaq, onların təlim və nəsihətləri müqabilində məsuliyyət daşımaq arzularımızın gerçəklik mizanını yoxlamaq istəmişdir. Deməli, gərək diqqət edək ki, məbada o böyük insanların hüzuruna yetişmək arzularımız ciddi olmasın. Bunu da bilməliyik ki, əgər onların tələblərinə mütabiq rəftar edəriksə, Qiyamət günü onların köməkçiləri sırasında durmağımıza ümid etmək olar. Çünki Cəməl döyüşündə həzrət Əmirəl-möminindən (əleyhissəlam) nəql edilib ki, buyurur:“Bu gün bizim kənarımızda o şəxslər dururlar ki, hələlik atalarının sülbündə və analarının rəhimindədirlər.” Bu əsasla, əgər bizlərdən hər biri sidqi-ürəkdən arzulayarsa, bugünkü gündəonların yolunu getmək, göstərişlərinə əməl etmək, tərbiyəvi üsulları ilə tərbiyələnmək və ədəb qaydalarından bəhrələnmək heç də çətin deyildir.
Namaz barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki namaz, şərafətli hədisdə qeyd edildiyi kimi dinin sütunu və möminlərin meracıdır. Əgər məqbul olarsa, digər əməllər də qəbul olunar və əgər məqbul olmazsa, digər əməllər də qəbul olunmayacaqdır. Səzavardır möminlər namazı əvvəl vaxtında əda etməyə müqəyyəd olsunlar. Ona görə ki, Allah yanında ən sevimli bəndə o kəsdir ki, namazın çağırışına daha tez cavab vermiş olsun. Namazın əvvəl vaxtında başqa bir ibadətlə məşğul olmaq mömin şəxsə yaraşmaz. Çünki namaz,ibadətlərin ən üstünüdür. Əhli-Beytdən (əleyhimussəlam) belə rəvayət edilib: “Namazı yüngül sayan bir kəsə bizim şəfaətimiz yetişməyəcəkdir.” Həzrət İmam Hüseynin (əleyhissəlam) Aşura günündə namazı əvvəl vaxtında qılmağa xüsusi diqqətli olması barəsində nəql edilmişdir ki, o Həzrət namazın vaxtının yetişməsini xatırladan bir şəxsə buyurdu: “Namazı xatırlatdın, Allah-taala səni namaz qılanlar və zikr edənlər sırasında qərar versin.” Bunu dedikdən sonra yağış kimi yağan oxlar altında namaz qılmağa dayandı.
İxlas məsələsində Allahdan qorxun, Allahdan qorxun!Həqiqətən, insanın əməlinin dəyər və bərəkəti onun Allah-taalaya ixlası ilə ölçülür. Çünki Allah-taala yalnız Onun üçün xalis olan və Ondan qeyrisinin niyyətilə edilməyən bir əməli qəbul edir. Müsəlmanlar Məkkə şəhərindən Mədinəyə hicrət etdikləri zaman həzrət Peyğəmbəri- Əkrəmdən (sallallahu əleyhi və alih) nəql edilmişdir ki, buyurur: “Hər kəs Allah və Onun Rəsulu üçün hicrət edərsə, hicrəti Ona tərəf olacaqdır və hər kəs dünya malından bəhrələnmək üçün hicrət edərsə, dünyaya tərəf hicrət etmişdir. Həqiqətən,Allah-taala yaxşı əməlin savabınıonda ixlasın dərəcəsinə mütabiq olaraq yeddi yüz dəfəyə qədər artırar. Allah sevdiyi bəndələrinə neçə bərabər savab inayət edər.”
Bu əsasla, ziyarətə gedənlər bütün yol boyu Allah-taalanı çox-çox zikr etsinlər, hər addım və hər bir əməldə ixlasın riayətinəçalışsınlar. Bunu bilsinlər ki, əqidədə, danışıqda və rəftarda Allah-taala ixlasa bərabər bir neməti heç bir kəsə əta etməmişdir. İxlası olmayan hər bir əməl dünyəvi həyatın sona çatması ilə bitir, halbuki xalis əməl həm bu dünyada və həm də ondan sonra əbədi və mübarək qalacaqdır.
Hicab və geyimi riayət etməkdə Allahdan qorxun, Allahdan qorxun! Bu, Əhli-Beytin (əleyhimussəlam) Kərbəla vaqeəsində hətta ən çətin anlarda belə diqqət etdikləri və özləri buna ən yüksək nümunə olmuş, ən mühüm məsələlərdən biri sayılır.Onlar, öz hörmətlərinin sınmasını görmək əziyyəti qədə düşmənin heç bir rəftarından əziyyət çəkməmişlər. Ona görə bütün ziyarətə gedənlər, xüsusən də xanımlar gərək öz zahiri görünüşlərində, geyim tərzlərində və rəftarlarında iffət və ismət normalarını qorusunlar.Bu məsələyə nöqsan yetirən hər bir əməldən, o cümlədən, dar paltar geyməkdən, naməhrəmlərlə qaynayıb qarışmaqdan, namünasib zinət alətlərindən istifadə etməkdən və s. uzaq olsunlar. Daha yaxşı olar, bu müqəddəs mərasimi hər bir xoşagəlməz nöqsan və şübhədən qoruyub pak saxlamaq məqsədilə iffət və ismət dərəcələrini mümkün həddə qədər riayət etsinlər.
Allah-taalanın dərgahına üz tutub istəyirik ki, həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) və pak Əhli-Beytinin (əleyhimussəlam) Allah yolunda etdikləri fədakarlıqlar və Onun xəlqinin hidayəti üçün göstərdikləri canfəşanlıqları xatirinə onların məqamlarını daha da ucaltsın, keçmişdə olan seçilmiş bəndələrinə, xüsusən də həzrət İbrahimə və onun ailəsinə salam göndərdiyi kimi Öz dolğun salamlarını onlara yetirsin!
Həmçinin, Allah-taaladan istəyirik ki, həzrət Əba Əbdillah Hüseyni (əleyhissəlam) ziyarət edənlərin ziyarətinə bərəkət versin və onların bu ziyarətini Öz saleh bəndələrinin əməllərini qəbul etdiyi tərzdə qəbul etsin, ta bu ziyarətdə və bundan sonra qalan həyatlarında öz layiqli rəftar və yaşayış tərzləri ilə başqaları üçün gözəl bir örnək olsunlar. Allah-taala Peyğəmbərin pak Əhli-Beytinin (əleyhimussəlam) vilayəti,onların əməl və rəftarının davamçısı, risalət və peyğamının təbliğatçısı olmaları səbəbinə bu ziyarətçilərə xeyir və səadət əta etsin.
İnşaallah, Qiyamət günündə bütün insanlar öz imamları ilə çağırılacaqları zaman onlar da Əhli-Beytlə (əleyhimussəlam) çağırılsınlar. O kəslər ki, bu yolda şəhadətə çatarlar, öz canlarından keçmələri və Əhli-Beytin (əleyhimussəlam) məhəbbəti səbəbinə əzab-əziyyətlər çəkmələrinə xatir İmam Hüseyn (əleyhissəlam) və o həzrətin səhabələri ilə birlikdə məhşur olsunlar.
O, eşidən və icabət edəndir!