ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

ORUCUN HÖKMLƏRİ → ← TƏYƏMMÜM

NAMAZIN HÖKMLƏRİ

Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; əgər qəbul olunmazsa, sair əməllər də qəbul olunmaz. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi, beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər şəxs namazı alçaq və yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri-Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan şəxs, axirət əzabına layiqdir”.
Günlərin birində, Həzrəti Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məsciddə idi. Bir kişi məscidə daxil olub namaza başladı, amma rüku və səcdəni layiqincə yerinə yetirmədi. Həzrət buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, mənim dinimdə dünyadan getməyib”.
Deməli, insan gərək çalişsın ki, namazı əlüstü və təcili halda qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında Əlinin (ələyhis-salam) mübarək ayağından oxu çıxardılar və o həzrət bunu hiss etmədi.
Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın Allah dərgahında qəbul olmasının qarşısını alan günahları (həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər içmək, xüms-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan işləri də etməsin; məsələn: yuxulu halda, bövlün qabağını zorla saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf baxmasın. Həmçinin, namazın savabını artıran əməlləri yerinə yetirsin, məsələ, əqiq üzük taxsın, pakizə paltarlar geysin, başını darayıb, dişlərini yusun, özünü ətirləsin.

VACİB NAMAZLAR


Vacib namazlar altıdır:
1. Gündəlik namazlar.
2. Ayət namazı.
3. Meyyit namazı.
4. Kəbə evinin təvaf namazı.
5. Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı.
6. Əhd etmək, and içmək, nəzr demək və icarə etməklə vacib olan namazlar, cümə namazı da gündəlik namazlardandır.

GÜNDƏLİK VACİB NAMAZLAR


Gündəlik vacib namazlar beşdir: Zöhr və əsr namazı hər biri dörd rəkətdir. Məğrib namazı üç rəkətdir, işa namazı dörd rəkətdir və sübh namazı iki rəkət.

Məsələ 716: Səfərdə dörd rəkətli namazlar sonradan deyiləcəyi şərtlər daxilində iki rəkət qılınır.

ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI


Məsələ 717: Zöhr və əsr namazının vaxtı zəvaldan şəri zöhrdən günəş batana qədərdir. Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs zöhr namazını qılmamışdırsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr namazını qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dörd rəkət namazı «mafiz-zimmə» niyyətilə qılsın.

Məsələ 718: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olarsa və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yəni «indiyə qədər qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır.

CÜMƏ NAMAZI VƏ ONUN HÖKMLƏRİ


Məsələ 719: Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Amma fərqi budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yəni mükəlləf, cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.
3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.
Cümə namazının səhih olmasının bir neçə şərti vardır:
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər məmum cümə namazının ikinci rəkətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bir rəkətini də özü fürada qılmalıdır. Amma əgər ikinci rəkətin rükusunda imama qoşularsa, ehtiyat-vacibə görə bu cümə namazına kifayət edə bilməz gərək zöhr namazını qılsın.
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Ehtiyat-müstəhəb budur ki, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər iki xütbədən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zöhrdən (zöhr azanından) qabaq oxunması işkallıdır. Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü oxumalıdır. Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, ehtiyat-lazıma əsasən təqvaya dəvət etmək hazır olanların dilində olması gərəkdir.
3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.

Məsələ 720: Şərtlərə mövcud olan bir cümə namazı qılınarsa və əgər onu qılan Məsum İmamın (ələyhis-salam) özü və ya onun təmsilçisi (nümayəndəsi) olsa, o cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. Birinci təqdirdə də bir neçə qrup adama iştirak etmək vacib deyil.
1. Qadınlar.
2. Qullar.
3. Müsafir hətta onun vəzifəsi, namazını tamam qılması olsa belə (iqamə qəsdində olan müsafir kimi).
4. Xəstələr, korlar və qocalar.
5. Cümə namazı qılınan yerlə onların arasındakı məsafə iki fərsəxdən artıq olanlar.
6. Yağış, şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxs.

Məsələ 721: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazını qılsa, namazı səhihdir.

CÜMƏ NAMAZI HAQDA BİR NEÇƏ HÖKM


1. Qeyd olunanlara əsasən, cümə namazı imamın (ələyhis-səlam) qaib olduğu zamanda vacibi-təyini deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar.
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni eşitməyə mane olarsa, ehtiyat olaraq icazəli deyildir.
3. Ehtiyat-vacibə əsasən hər iki xütbəni dinləmək lazımdır. Amma xütbənin mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir.
4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI


Məsələ 722: Əgər insan, günəşin batıb-batmamasında şəkk etsə və dağların, binaların, ya ağacların arasında olmasına ehtimal versə, günəşin batmasından sonra, günçıxan tərəfdə zahir olan qırmızılığın, başın üzərindən günbatana doğru keçməsindən qabaq, məğrib namazı qılınmamalıdır. Əgər şəkk etməsə də ehtiyat-vacibə görə deyilən vaxta qədər gözləməlidir.

Məsələ 723: Məğrib və işa namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa məğrib və işa namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yəni işa namazı qəsdən məğrib namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız işa namazını qıla biləcək qədər vaxt qalmışdırsa, gərək işa namazını məğrib namazından qabaq qılsın.

Məsələ 724: Əgər bir şəxs səhvən işa namazını məğrib namazından qabaq qılsa və namazdan sonra başa düşsə, namazı səhihdir. Məğrib namazını ondan sonra qılmalıdır.

Məsələ 725: Əgər məğrib namazını qılmamışdan əvvəl, səhvən işa namazını qılsa və namaz əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rəkətin rükusuna getməyibsə, gərək niyyəti məğrib namazına döndərib namazı tamam etsin və sonra işa namazını qılsın. Əgər dördüncü rəkətin rükusuna getmişdirsə, işanı tamam edə bilər və sonra məğribi yerinə yetirər.

Məsələ 726: İxtiyarı öz əlində olan şəxs üçün işa namazının axırıncı vaxtı gecə yarısıdır. Gecə isə gün batandan sübh açılana qədərdir.

Məsələ 727: Əgər ixtiyar üzündən məğrib və ya işa namazını gecə yarısına qədər qılmasa, ehtiyat-vacibə əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti etmədən o namazı yerinə yetirsin.

SÜBH NAMAZININ VAXTI


Məsələ 728: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.

NAMAZ VAXTININ HÖKMLƏRİ


Məsələ 729: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki nəfər adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

Məsələ 730: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. Həmçinin ehtiyat-lazıma əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.

Məsələ 731: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, namazı səhihdir.

Məsələ 732: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır.

Məsələ 733: Əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk etsə, namazı batildir. Amma namaz əsnasında vaxtın daxil olmasına yəqin edib, qıldığı miqdarın vaxt daxilində olub-olmamasında şəkk etsə, namazı səhihdir.

Məsələ 734: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bəzisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt daxilində qılınmış olsun.

Məsələ 735: Bir şəxsin bir rəkət namaz qılmaq miqdarında vaxtı olsa, gərək namazı əda niyyəti ilə qılsın. Amma, gərək namazı qəsdən bu vaxta qədər təxirə salmasın.

Məsələ 736: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər gecə yarısına kimi beş rəkətqılmağa vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə işa namazını qılsın və sonra məğrib namazını əda və qəza niyyəti etmədən yerinə yetirsin.

Məsələ 737: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər dörd rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər üç rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə işanı qılmalı, sonra da məğrib namazının bir rəkətini vaxtında qılması üçün, dərhal məğrib namazını qılmalıdır. Əgər üç rəkət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə işanı qılmalı, sonra da əda və qəza niyyəti etmədən, məğrib namazını yerinə yetirməlidir. Amma işa namazını qıldıqdan sonra, gecə yarısına bir rəkət qıla biləcək və ya daha çox vaxt qaldığı məlum olarsa, dərhal məğrib namazını əda niyyəti ilə qılmalıdır.

Məsələ 738: Müstəhəbdir ki, insan namazı onun əvvəl vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz nə qədər vaxtın əvvəlinə yaxın vaxtlarda qılınsa daha yaxşıdır. Amma namazı daha yaxşı bir cəhətə ğörə təxirə salmaq olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın. Fəzilət vaxtının keçməməsi şərti ilə.

Məsələ 739: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması gərəkdir.

Məsələ 740: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir şəxs əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, yenidən qılması lazım deyil.

Məsələ 741: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.

TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLAR


Məsələ 742: İnsan gərək əsr namazını zöhrdən, işa namazını isə məğribdən sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən və işa namazını məğribdən əvvəl qılsa, batildir.

Məsələ 743: Əgər zöhr namazı niyyəti ilə namaza başlayarsa və namaz əsnasında zöhr namazını qılmış olduğunu anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, namazını pozub, əsr namazını qılmalıdır. Məğrib və işa namazlarında da hökm eynidir.

Məsələ 744: Əgər əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edərsə və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, niyyəti əsr namazına döndərib namazı tamamlaya bilər və əgər namazın bəzi qismlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə, yaxud əgər yerinə yetiribsə də, onları əsr niyyəti ilə yerinə yetiribsə, namazı sona çatdıra bilər. Amma əgər o qism (zöhr niyyəti ilə yerinə yetirmiş olduğu qism) rəkət olursa, namazı batildir. Həmçinin əgər rüku və ya bir rəkətin iki səcdəsi olsa da, ehtiyat-lazıma əsasən namazı batildir.

Məsələ 745: Əsr namazında ikən, zöhr namazını qılıb-qılmadığında şəkk edərsə, o namazı əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlamasından sonra günəş batacaqsa və bir rəkət namaz qıla biləcək miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir.

Məsələ 746: İşa namazında ikən, məğrib namazını qılıb-qılmadığında şəkk edərsə, işa niyyəti ilə namazı tamamlamalı, sonra da məğrib namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlanmasından sonra gecə yarısı olacaqsa və bir rəkət namaz qılacaq miqdarda belə, vaxt qalmazsa, məğrib namazını qəza etməsi lazım deyil.

Məsələ 747: Əgər işa namazında, dördüncü rəkətin rükusuna çatdıqdan sonra, məğrib namazını qılıb-qılmadığında şəkk etsə, namazını tamamlamalıdır. Əgər sonradan məğrib namazı üçün vaxt qalsa, məğrib namazını da qılmalıdır.

Məsələ 748: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz.

Məsələ 749: Niyyəti qəza namazından əda namazına və müstəhəb namazından vacib namaza döndərmək olmaz.

Məsələ 750: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza namazına döndərməsi mümkün olmalıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rəkətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər.

MÜSTƏHƏB NAMAZLAR


Məsələ 751: Müstəhəb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəb namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə günündən başqa günlərdə otuz dörd rəkətdir ki, səkkiz rəkəti zöhrün nafiləsi, səkkiz rəkəti əsrin nafiləsi, dörd rəkəti məribin nafiləsi, iki rəkəti işanın nafiləsi, on bir rəkət gecə nafiləsi və iki rəkət sübhün nafiləsidir. İşa namazının nafiləsinin iki rəkəti ehtiyat-vacibə əsasən oturan yerdə qılınmalı olduğuna görə bir rəkət hesab olunur. Amma cümə günündə zöhrlə əsrin nafiləsinin on altı rəkətinə dörd rəkətdə artırılır. Daha yaxşısı budur ki, bu iyirmi rəkəti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval vaxtı qılmaq yaxşıdır.

Məsələ 752: Gecə nafiləsinin on bir rəkətindən səkkiz rəkəti gecə nafiləsi niyyəti ilə, iki rəkəti şəf namazı niyyəti ilə, bir rəkəti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin kamil göstərişi dua kitablarında deyilmişdir.

Məsələ 753: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. Oturaq halda qıldığı iki rəkət nafilə namazı bir rəkət hesablamaq da lazım deyil, amma yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə ehtiyat-vacibə görə gərək oturan halda qılsın.

Məsələ 754: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma işanın nafiləsini rəca qəsdilə qılmağın eybi yoxdur.

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI


Məsələ 755: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yəni əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır.

Məsələ 756: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir.

Məsələ 757: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər təxirə salsa, əvvəlcə işa namazını qılması daha yaxşıdır.

Məsələ 758: İşa nafiləsinin vaxtı işa namazının tamamlanmasından, gecə yarısına qədərdir. İşa namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır.

Məsələ 759: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər təxirə salsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır.

Məsələ 760: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır.

Məsələ 761: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən qıla bilər.

ĞÜFEYLƏ NAMAZI


Məsələ 762: Müstəhəb namazlardan biri də ğufeylə namazıdır ki, məğrib və işa namazları arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:
وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِباً فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَي فِي الظُّلُمَاتِ أَنْ لاَ إِلهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمينَ. فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الغَمِّ وَكَذَالِكَ نُنْجِي الْمُؤْمِنِينَ.
Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin.
İkinci rəkətdə isə həmddən sonra Surənin yerinə bu ayəni oxumalıdır:
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِى الْبَرِّوَ الْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الْأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِى كِتابٍ مُبِينٍ.
Və indəhu məfatihul-ğəybi la yələmuha illa huvə və yələmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin. Onun qunutunda isə belə deyilməlidir:
أَللَّهُمَّ إِنَّى أَسَأَلُكَ بِمَفَاتِحِ الْغَيْبِ الَّتِى لاَيَعْلَمُهَا إِلاَّ أَنْتَ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تَفْعَلَ بِى كَذَا وَ كَذَا
Əllahummə inni əsəlukə bi məfatihil-ğəybilləti la yələmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin və ən təf`ələ bi kəza və kəza;
“Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini deyib sonra desin:
أَللَّهُمَّ أَنْتَ وَلِىُّ نِعْمَتِى وَالْقَادِرُ عَلَى طَلِبَتىِ تَعْلَمُ حَاجَتِى فَأَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلاَمُ لَمَّا قَضَيْتَهَالِى.
Əllahummə əntə vəliyyu neməti, vəl-qadiru əla təlibəti, tələmu hacəti, fə əsəlukə bi həqqi Muhəmmədin və Ali-Muhəmməd, ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li.

QİBLƏNİN HÖKMLƏRİ


Məsələ 763: Qiblə, əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evidir ki, yerin sonundan göylərin nəhayətinədək qiblədir. Gərək namaz, onunla üzbəüz duraraq qılınsın. Amma oradan uzaqda olan şəxs üzü qibləyə dursa, belə ki, “üzü qibləyə namaz qılır” desələr, kifayətdir. Həmçinin başqa işlər də (heyvan başının şəxsilməsi kimi) gərək üzü qibləyə yerinə yetirilsin.

Məsələ 764: Vacibi namazı ayaq üstə qılan bir şəxs, gərək elə dayansın ki, üzü, sinəsi, qarnı və ayaqlarının qabağı üzü qibləyə olsun. Ehtiyat-müstəhəb budur ki, ayaqların barmağı da üzü qibləyə olsun.

Məsələ 765: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.

Məsələ 766: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Ehtiyat-lazıma əsasən sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.

Məsələ 767: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat-müstəhəbə görə səcdeyi-səhvni də üzü qibləyə yerinə yetirmək gərəkdir.

Məsələ 768: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa, üzü qibləyə olması lazım deyildir.

Məsələ 769: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni təyin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin mehrablarından, möminlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən gumanə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.

Məsələ 770: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.

Məsələ 771: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma ehtiyat-müstəhəbə əsasən namaz vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılmalıdır.

Məsələ 772: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya guman edərsə, hər iki tərəfə də namaz qılmalıdır.

Məsələ 773: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbdir.

Məsələ 774: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.

NAMAZDA BƏDƏNİN ÖRTÜLMƏSİ


Məsələ 775: Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu görməsə də, övrəteynini örtsün. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər örtsün.

Məsələ 776: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat-vacib budur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

Məsələ 777: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Ehtiyat-müstəhəb budur ki, səcdeyi-səhvi yerinə yetirərkən də özünü örtsün.

Məsələ 778: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə səhlənkarlığa görə olubsa, ehtiyat-vacibə görə gərək namazını yenidən qılsın.

Məsələ 779: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma ehtiyat-vacibə əsasən, övrət yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 780: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda, məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu örtsə, onun namazı səhihdir. Amma ehtiyat-müstəhəbb budur ki, o paltarla namaz qılmasın.

Məsələ 781: İnsan namaz üçün özünü ot və ağac yarpağı ilə örtə bilər. Amma ehtiyat-müstəhəb budur ki, libası olmadıqda özünü bunlarla örtsün.

Məsələ 782: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər.

Məsələ 783: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi kəsilməmişsə, ehtiyat-vacib budur ki, namazını vaxtın axırına qədər təxirə salsın. Bu halda əgər bir şey tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər. Əgər bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən qılması lazım deyil.

Məsələ 784: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, adi şəkildə rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə ehtiyat-müstəhəb budur ki, həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə etməklə qılsın. Ehtiyat-lazıma əsasən, lüt olan şəxs namaz halında övrətini əzalarının bəzisi ilə örtməlidir. Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər.

NAMAZ QILANIN PALTARININ ŞƏRTLƏRİ


Məsələ 785: Namaz qılanın paltarının altı şərti vardır:
1. Pak olsun.
2. Ehtiyat-vacibə əsasən mübah olsun.
3. Murdarın (ölü heyvan) üzvlərindən olmasın.
4. Yırtıcı heyvandan olmasın, hətta ehtiyat-vacibə əsasən əti haram heyvandan olmasın.
5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın.
Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir.

BİRİNCİ ŞƏRT


Məsələ 786: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis bədənlə və libasla namaz qılsa, namazı batildir.

Məsələ 787: Şəri məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, əgər nəcis bədən və ya libasla namaz qılarsa, ehtiyat-vacib əsasən gərək namazı yenidən (pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin.

Məsələ 788: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza etməsi lazım deyil.

Məsələ 789: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 790: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz etinasızlıq və səhlənkarlığından baş vermişsə, ehtiyat-lazıma əsasən o namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq hökmə görə əməl etməlidir.

Məsələ 791: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq haldadırsa, yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, ehtiyat-lazım budur ki, o namazı pak paltarla yenidən qılsın.

Məsələ 792: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlamalıdır.

Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o halla namazı tamamlamalıdır və həmin namaz səhihdir.

Məsələ 794: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmişdirsə ehtiyat-lazıma əsasən namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir.

Məsələ 795: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 796: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 797: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 798: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və namazı batildir.

Məsələ 799: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan birini yumağa yetəcək qədər suyu olarsa, ehtiyat-lazıma əsasən bədənini yumalı və nəcis libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması icazəli deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı birini yumaq xüsusunda ixtiyar sahibidir.

Məsələ 800: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. Belə olan təqdirdə namazı səhihdir.

Məsələ 801: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə namaz qılsa, kifayətdir.

İKİNCİ ŞƏRT


Məsələ 802: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası ehtiyat-vacibə əsasən mübah olmalıdır. Qəsbi libası geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda geymədiyi şeylərin və həmçinin üzərində (mübah olan ayrı bir geyimi olduğu halda) namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma ehtiyat budur ki, namaz qılan bunlardan da çəkinsin.
Məsələ 803: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə deyildiyi kimi, ehtiyata əsasən namazı batildir.

Məsələ 804: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla namaz qılsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 805: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir.

Məsələ 806: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə çatdırmaq üçün geyibsə, namazı səhihdir.

Məsələ 807: Əgər xümsü verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi pulun xümsünü borclu olur. Amma əgər xümsü verilməmiş pulun özü ilə paltar alsa o paltar ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz qılmağın hökmü ilə eynidir.

ÜÇÜNCÜ ŞƏRT


Məsələ 808: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yəni damarı kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt ehtiyat-vacibə əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan ölmüş heyvandan paltar hazırlansa, ehtiyat-müstəhəb budur ki, onunla namaz qılınmasın.

Məsələ 809: Murdarın bir üzvü, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın üstündə olarsa, namazı səhihdir.

Məsələ 810: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir.

DÖRDÜNCÜ ŞƏRT


Məsələ 811: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı yırtıcıların üzvlərindən, hətta ehtiyat-lazıma əsasən, ümumiyyətlə əti haram olan heyvandan olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə bulaşmamalıdır. Amma heyvanın bir tükü paltarın üzərində olsa heç bir eybi yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir.

Məsələ 812: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.

Məsələ 813: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa da, eyni hökmü daşıyır.

Məsələ 814: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində hazırlanmış olsun, onunla namaz qılmaq caizdir.

Məsələ 815: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu məlum olmadığından, insanın onunla namaz qılması icazəlidir.

Məsələ 816: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, sincab dərisi ilə namaz qılınmasın.

Məsələ 817: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir paltarla namaz qılarsa, namazı səhihdir.

BEŞİNCİ ŞƏRT


Məsələ 818: Qızıldan toxunmuş paltar geymək kişiyə haramdır və onunla namaz qılsa, batildir. Amma qadın üçün namaz və s. hallarda eybi yoxdur.

Məsələ 819: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və qeyri vaxtlarda eybi yoxdur.

Məsələ 820: Əgər bir kişi, üzük və ya paltarının qızıldan olduğunu bilməsə və ya unudarsa, yaxud qızıldan olub-olmadığı haqda şəkk edərsə, onunla namaz qılarsa, namazı səhihdir.

ALTINCI ŞƏRT


Məsələ 821: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır.

Məsələ 822: Əgər paltarın astarının hamısı, yaxud bir hissəsi xalis ipəkdən olsa, onun geyilməsi kişi üçün haram, onunla qılınan namaz da batildir.

Məsələ 823: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir paltarı geyinməsi icazəlidir. Onunla namaz qılmağın da eybi yoxdur.

Məsələ 824: İpək dəsmal və bu kimi şeylər kişinin cibində olsa eybi yoxdur, namazı da batil etmir.

Məsələ 825: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur.

Məsələ 826: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir paltarı yoxdursa, bu paltarlarla namaz qıla bilər.

Məsələ 827: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin və namaz qılsın.

Məsələ 828: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar üçün söylənən təlimat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətində olmazsa, ehtiyat-lazıma əsasən iki namaz qılmalıdır bir dəfə o paltarla, bir dəfə də çılpaqlar üçün deyilən göstərişə əsasən namaz qılmalıdır.

Məsələ 829: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər.

Məsələ 830: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb etməlidir.

Məsələ 831: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz qılarsa, satiri (örtüyü) təkcə o olsa belə, namazı səhihdir.

Məsələ 832: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, onunla namaz qılmaq da batil deyil. Amma ehtiyat-vacibə əsasən kişinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması icazəli deyil.

Məsələ 833: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq icazəli deyil.

NAMAZ QILANIN PALTAR VƏ BƏDƏNİNİN PAK OLMASININ LAZIM OLMADIĞI HALLAR


Məsələ 834: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:
1. Bədənində olan yara, (cərahət) və ya çiban səbəbilə paltarı və ya bədəni qana bulaşarsa;
2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşarsa, ehtiyat-vacibə görə dirhəm şəhadət barmağının axır bəndi miqdarında hesablansın.
3. Nəcis paltar və ya bədənlə namaz qılmağa naçar olsa;
Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın corab və ərəqçin kimi kiçik paltarının nəcis olduğu haldır. Bu dörd halın hökmləri, sonrakı məsələdə təfsilatı ilə deyiləcək.

Məsələ 835: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o yara, cərahət və ya çiban sağalıncaya qədər həmin qanla namaz qıla bilər. Həmçinin əgər qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya bədənində olsa, hökm eynidir.

Məsələ 836: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, dirhəm qədərində və ya ondan çox olsa namazı batildir.

Məsələ 837: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq icazəli deyildir. Amma əgər bədən və ya paltarının adi halda yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olsa, onunla namaz qılmağın heç bir maneəsi yoxdur.

Məsələ 838: Əgər bavasir yarasından və ya ağız, burun və bu kimi üzvün içində olan yaradan gələn qan bir şəxsin bədən və ya paltarında olsa, onunla namaz qıla bilər. Ucu çöldə olan bavasirlə daxildə olan arasında heç bir fərq yoxdur.

Məsələ 839: Bədəni yara olan bir şəxs, bədənində, yaxud paltarında dirhəmdən çox qan görüb yara qanı və ya başqa qan olduğunu bilməsə, ehtiyat-vacibə görə onunla namaz qılmasın.

Məsələ 840: Əgər bədənin bir neçə yerində yara olsa və onlar bir-birinə çox yaxın olub bir yara hesab olunsalar, nə qədər ki, hamısı sağalmayıb, onlarla namaz qılmağın eybi yoxdur. Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olarsa, hansı yaxşılaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yumalıdır.

Məsələ 841: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, namazı batildir. Ehtiyata görə donuz kimi eyni-nəcis olan heyvanın habelə, murdar və əti haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan qanı və ya əti halal olan heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, birlikdə dirhəm miqdarından az olarsa, onunla namaz qılmağın eybi yoxdur.

Məsələ 842: Astarsız paltara tökülüb arxasından çıxan qan, bir qan hesab edilir; hər tərəfin əhatəsi çox olsa, onu hesab etmək lazımdır. Amma əgər onun arxasına ayrıca bir qan dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Deməli paltarının üzü və arxasında görünən qan birlikdə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər dirhəm qədər və ya ondan çox olsa namaz batildir.

Məsələ 843: Əgər qan astarlı paltarın üstünə tökülüb astarına da yetişərsə və ya astarına tökülüb üzünə də çıxarsa, ya bir paltardan digərinə dəysə, hər birini ayrı qan hesab etmək gərəkdir. Əgər birlikdə hesab etdikdə dirhəmdən az olsa, onunla namaz səhih, əks halda isə batildir. Amma əgər məsələn, xalq arasında bir qan sayılacaq qədər bir-birilə bitişik olarsa, sahəsi çox olan tərəfin qanı dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər dirhəm qədər ya ondan çox olarsa, batildir.

Məsələ 844: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olsa və ona bir rütubət dəyəndən sonra ətrafa yayılsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyib və ətrafa yayılmazsa, onunla namaz qılmağın heç bir maneəsi yoxdur.

Məsələ 845: Əgər bədən və ya paltar qana bulaşmayıb amma islaq olaraq qana dəyməsi nəticəsində nəcis olsa, nəcis olan miqdarın bir dirhəmdən az olmasına baxmayaraq, onunla namaz qılmaq olmaz.

Məsələ 846: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir nəcasət da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülsə, o bədənin və ya paltarın pak bir yerinə də dəysə, onunla namaz qılmaq icazəli deyildir. Hətta bədən və ya paltarın pak bir yerinə dəyməyibsə belə, ehtiyat-lazıma əsasən onunla namaz qılmaq səhih deyildir.

Məsələ 847: Namaz qılanın ərəqçin və corab kimi övrət yerini örtməyən kiçik paltarları nəcis olsa, əgər murdar və it kimi eyni-nəcis heyvandan düzəldilməmişsə, onlarla namaz səhihdir. Əgər nəcis murdardan, ya nəcis heyvandan düzəldilibsə, ehtiyat-vacibə əsasən onlarla namaz qılmaq batildir. Əgər nəcis üzüklə namaz qılarsa, heç bir maneəsi yoxdur.

Məsələ 848: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin olması caizdir. Həmçinin nəcis bir paltarın namaz qılanın üstündə olmasının namaza bir zərəri yoxdur.

Məsələ 849: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu bilərsə, amma namazda əfv olunmayan (icazə verilməyən) qanlardan olduğuna ehtimal verərsə, o qanla namaz qılması caizdir.

Məsələ 850: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olsa və əfv olunan (icazə verilən) qanlardan olduğunu bilmədən namaz qılsa, sonra da icazə verilməyən qanlardan olduğu məlum olsa, namazı yenidən qılmaq lazım deyil. Həmçinin əgər qanın bir dirhəmdən az olduğuna etiqad edib namaz qılsa və sonra da bir dirhəm miqdarında və ya daha çox olduğu məlum olarsa, o namazı yenidən qılmaq lazım deyildir.

NAMAZ QILANIN PALTARINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR


Məsələ 851: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın paltarında bir neçə şeyi müstəhəb bilmişlər: o cümlədən: təhtül-hənəki olan əmmamə qoymaq, əba və ağ paltar geymək, ən pak paltar geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq.

NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 852: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz qılanın paltarında məkruh bilmişlər. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını geymək, nəcasətdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək.

NAMAZ QILANIN YERİ


Namaz qılanın məkanının yeddi şərti vardır:
Birinci şərt:
Ehtiyat-vacibə əsasən mübah olmalıdır.

Məsələ 853: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, ehtiyat-lazıma əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneəsi yoxdur.

Məsələ 854: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, evin sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 855: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar edib onun yerini işğal etsə və o yerdə namaz qılsa, günah etməsinə baxmayaraq namazı səhihdir.

Məsələ 856: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə namaz qılıb sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 857: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram olduğunu bilirsə, amma qəsb edilmiş yerdə namazın işkallı olduğunu bilməzsə və orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 858: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, ehtiyat-vacibə əsasən namazı batildir. O miniyin üzərində müstəhəb bir namaz qılmaq istərsə də, hökm eynidir.

Məsələ 859: Bir mülkdə başqa birisi ilə şərik olan şəxs şərikinin hissəsi ayrılmamış, şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz qılmaq ehtiyat-vacibə əsasən batildir.

Məsələ 860: Xümsü verilməmiş pulla bir mülk alsa, əksər müamilələrdə olduğu kimi, külli şəkildə zimməsinə alsa, o mülkü işlətmək (təsərrüf etmək) halaldır və verdiyi pulun xumusuna borcu olur. Amma əgər xümsü verilməyən pulun eyni ilə mülk alsa, oradan istifadə etmək şəriət hakiminin icazəsi olmadan haram və orda namaz qılmaq ehtiyat-vacibə görə batildir.

Məsələ 861: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən razı olmamasını bilsə, o mülkdə namaz qılmaq icazəli deyildir. Amma əgər icazə vermədiyi halda, insan onun qəlbən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir.

Məsələ 862: Zəkat borcu və ya camaata borclu olan bir meyyitin mülkündən istifadə etmək, əgər onun evində namaz qılmaq kimi o haqqları verməklə bir ziddiyyəti olmazsa, varislərin icazəsi ilə maneəsizdir. Həmçinin əgər onun borcunu versələr və ya verməyə zamin olub zimməyə alsalar, yaxud onun borcu miqdarında irsdən ayırsalar, hətta tələfə səbəb olsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur.

Məsələ 863: Əgər meyyitin onun mirasçılarından bəzisi kiçik (səğir) və ya dəli, ya da qaib olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada namaz qılmaq icazəli deyildir. Amma meyyitin dəfn üçün hazırlanmasında lazım olan, adi təsərrüflərin eybi yoxdur.

Məsələ 864: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verdiyi və ya namaz qılmağa dair razı olduğunu göstərən bir söz söylədiyi zaman (bir şəxsə onun evində oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da razı olduğu anlaşılır), ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir.

Məsələ 865: Çox geniş ərazilərin sahibi kiçik (səğir) və ya dəli olsa, yaxud orada namaz qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma bu halda malikinin razı olmadığı məlum olarsa, orada təsərrüf edilməməlidir. Amma əgər onların sahibi kiçik (səğir) və ya dəli olarsa, ya da razı olmadığı guman edilərsə, ehtiyat-lazıma görə onlarda təsərrüf edilməməli və namaz qılınmamalıdır.
İkinci şərt:
Məsələ 866: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta ehtiyat-lazıma əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin sükunətinə riayət etməlidir. Əgər onlar qiblədən başqa tərəfə hərəkət etsə, gərək qibləyə tərəf dönsün. Əgər qibləyə dəqiq şəkildə riayət etmək mümkün olmasa, çalışmalıdır ki, qiblə ilə olan fərq 90 dərəcədən artıq olmasın. Əgər bu da mümkün olmasa, gərək təkcə təkbirətül-ehramda qibləyə riayət etsin. Bu da mümkün olmasa qibləyə riayət etməsi lazım deyil.

Məsələ 867: Avtomobil, gəmi, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz qılmağın maneəsi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram olmağına mane olmayan tərzdə olsa, eybi yoxdur.

Məsələ 868: Üstündə dayanmaq mümkün olmayan, arpa, buğda xırmanlarında və s. bu kimi yerlərdə namaz batildir.
Üçüncü şərt:
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, camaatın izdihamı və bu kimi səbəbdən namazını tamamlaya bilməyəcəyindən əmin olduğu bir yerdə rəcaən namaz qılarsa hərçənd təsadüfən namazı tamamlasa belə eybi yoxdur.

Məsələ 869: Əgər orada qalmaq haram olan yerdə, məsələn; uçulmağa məruz qalmış bir tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazının işkalı yoxdur.

Məsələ 870: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, məsələn, xalçanın Allahın adı yazılmış bir yerində əgər qürbət qəsdinə mane olarsa, səhih deyil.
Dördüncü şərt:
Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.

Məsələ 871: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı yoxdursa, onlara başı ilə işarə etməlidir.

Məsələ 872: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və İmamların (ələyhimus-səlam) qəbirlərinin qabağında (yəni arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma əgər hörmətsizlik olmasa, eybi yoxdur. Amma hər iki halda namaz səhihdir.
Beşinci şərt:
Namaz qılanın yeri nəcis olarsa, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın məkanı ümumiyyətlə nəcis olmasın.
Altıncı şərt:
Ehtiyat-lazıma əsasən qadın (namazda) kişidən arxada dayanmalıdır. Qadının səcdə etdiyi yer, heç olmazsa, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər arxada olmalıdır.

Məsələ 873: Əgər qadın, kişi ilə bərabər və ya bir az qabaqda durarsa və birlikdə namaza başlayarlarsa, ehtiyat-vacibə əsasən namazlarını yenidən qılmalıdırlar. Biri digərindən qabaq namaza başlayarsa da, hökm eynidir.

Məsələ 874: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, divar, ya pərdə, ya başqa bir şey arada olsa belə ki, bir-birlərini görməsələr, ya aralarında on zira fasilə olsa, hər ikisinin namazı səhihdir.
Yeddinci şərt:
Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində deyiləcəkdir.

Məsələ 875: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə dayanmaları haramdır. Ehtiyat-müstəhəbb budur orada namaz qılmasınlar.

Məsələ 876: Qina oxunan, ya haram musiqi çalınan yerdə namaz qılmaq, onları dinləmək və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir.

Məsələ 977: Ehtiyat-vacib budur ki, Kəbə evində və onun damında ixtiyar halında vacibi namaz qılmasın, amma əlacsız halda eybi yoxdur.

Məsələ 978: Kəbə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta Kəbə evinə daxil olarkən, hər rüknün qarşısında iki rəkət namaz qılmaq müstəhəbdir.

NAMAZ QILMAĞIN MÜSTƏHƏB OLDUĞU YERLƏR


Məsələ 879: Müqəddəs İslam şəriətində, namazın məsciddə qılınmasına aid çoxlu tövsiyə olunmuşdur. Məscidlərdən ən yaxşısı Məscidül-həram, sonra Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidi, sonra Kufə məscidi, sonra Beytül-müqəddəs məscidi, ondan sonra hər şəhərin came məscidi, sonra məhəllə məscidi, nəhayət bazar məscididir.

Məsələ 880: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır.

Məsələ 881: İmamların (ələyhimus-səlam) hərəmlərində namaz qılmaq müstəhəbdir, hətta məsciddən daha yaxşıdır. Əmirəl-möminin Əlinin (ələyhis-səlam) mütəhhər hərəmində qılınan namaz, iki yüz min namaz bərabərdir.

Məsələ 882: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuluğunda olanın bir üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.

Məsələ 883: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.

NAMAZ QILMAĞIN MƏKRUH OLDUĞU YERLƏR


Məsələ 884: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən:
1) Hamamda.
2) Şoranlıq yerdə.
3) İnsanın qarşısında.
4) Açıq qapı qarşısında.
5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər onlara zəhmət olsa, haramdır.
6) Od və çırağın qarşısında.
7) Mətbəxdə və od kürəsi olan yerlərdə.
8) Sidik yeri olan quyu və çala qarşısında
9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur.
10) Cünub şəxs olan otaqda.
11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.
12) Qəbrin qarşısında.
13) Qəbrin üstündə.
14) İki qəbrin arasında.
15) Qəbiristanlıqda.

Məsələ 885: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan şəxsin, önünə bir şey qoyması müstəhəbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.

MƏSCİDİN HÖKMLƏRİ


Məsələ 886: Məscidin yer, tavan, dam və daxili divarını nəcis etmək haramdır. Onun nəcis olduğunu anlayan hər bir şəxsin, dərhal onun nəcasətinı aradan qaldırması və paklanması lazımdır. Ehtiyat-müstəhəb budur ki, Məscidin divarının xaricini də nəcis etməsinlər. Əgər nəcis olarsa, onu aradan qaldırmaq lazım deyil. Amma məscidin divarının xaricini nəcis etmək, məscidin hörmətsizliyinə səbəb olarsa, əlbəttə haramdır. O hissəni paklayıb aradan qaldırmaqla, hörmətsizliyi aradan qaldırmaq lazımdır.

Məsələ 887: Əgər bir şəxs məscidi paklaya bilməsə və ya yardımçı lazım olduğu halda tapa bilməsə, məscidi paklamaq ona vacib deyil. Amma əgər başqasına xəbər verdiyi təqdirdə paklama işinin aparılacağını bilirsə, belə ki, nəcasətin qalması hörmətsizliyə səbəb olarsa, ona xəbər verməsi gərəkdir.

Məsələ 888: Əgər məscidin nəcis olan bir yerini paklamaq, oranı pozmadan və ya qazmadan da mümkün deyilsə, bu iş, az bir təxribi və ya qazmağı tələb edirsə, qazmaq və ya uçurmaq cüzi miqdarda olsa, ya məscidə hörmətsizliyin aradan qaldırılması böyük miqdarda sökməyə və ya qazmağa bağlıdırsa, oranı qazmaları və ya təxrib etmələri gərəkdir. Əks təqdirdə oranı təxrib etməsi işkallıdır. Qazılan yerin doldurulması və uçurulan yerin təkrar düzəldilməsi vacib deyildir. Amma əgər məscidin kərpici kimi bir şey nəcis olarsa, mümkün olduğu təqdirdə yuduqdan sonra, təkrar öz yerinə qoymaları lazımdır.

Məsələ 889: Əgər bir məscidi qəsb edib, onun yerində ev və buna bənzər bir şey tiksələr və ya artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu nəcis etmək haram deyil. Əgər nəcis olarsa, onu paklamaq vacib deyildir.

Məsələ 890: İmamların (əlyhimus-səlam) hərəmini nəcis etmək haramdır. Əgər nəcis olsa və nəcasətin orada qalması ehtiramsızlığa səbəb olsa, onu paklamaq vacibdir. Hətta ehtiyat-müstəhəbə görə ehtiramsızlığa səbəb olmasa da paklasinlar.

Məsələ 891: Əgər məscidin həsiri ya kovroliti nəcis olsa gərək onu suya çəkəsən, amma əgər nəcis olan yeri kəsmək daha yaxşı olsa, gərək kəsilsin. Amma onun etina olunacaq qədər böyük hissəsini kəsmək, yaxud nöqsanlı olmasına səbəb olacaq şəkildə paklamaq məhəlli işkaldır. Amma əgər onun tərk olunması hörmətsizliyə səbəb olarsa, həmin qaydada paklanmalıdır.

Məsələ 892: Eyni-nəcisin və mütənnəcisin məscidə aparılması, məscidə hörmətsizlik olsa, haramdır. Hətta ehtiyat-müstəhəb budur ki, ehtiramsızlıq olmasa da, eyni-nəcis məscidə aparılmasın. Amma əgər insana bağlı olan bir şey, məsələn insanın bədən və ya paltarında olan yara qanı kimi şeyləri aparmağın eybi yoxdur.

Məsələ 893: Əgər rövzəxanlıq üçün məsciddə çadır fərş və qara vursalar, çay avadanlığı aparsalar, əgər bu işlərdən məscidə zərər dəyməsə və namaz qılmağa mane olmazsa, eybi yoxdur.

Məsələ 894: Ehtiyat-vacibə görə Məscidi qızılla zinətləndirməsinlər. Ehtiyat-müstəhəb budur ki, insan və heyvan kimi ruhu olan şeylərin rəsmləri ilə də zinətləndirməsinlər .

Məsələ 895: Əgər məscid xarab da olsa, onu sata bilməzlər; yola və ya mülkə aid edə bilməzlər.

Məsələ 896: Məscidin qapı, pəncərə və s. şeylərini satmaq haramdır. Əgər məscid xarab olarsa, gərək bunları onun təmirinə sərf etsinlər. Əgər o məscidin işinə yaramasa, gərək digər məscid üçün istifadə olunsun. Amma başqa məscidlərin də işinə yaramasa onu sata bilərlər və onun pulunu mümkün olduğu təqdirdə o məscidin təmirinə sərf etsinlər. Əks təqdirdə başqa məscidin təmiri üçün sərf etsinlər.

Məsələ 897: hətta camaatın ehtiyacı üçün sökülməmiş bir məscidi uçurub, daha da böyüdə bilərlər.
Məscid tikmək və xarab olmaq üzrə olan məscidi təmir etmək müstəhəbdir. Əgər məscid təmirlə düzəlməyəcək şəkildə xarab olubsa, onu yıxıb yenidən tikə bilərlər. Hətta, xarab olmamış məscidi camaatın ehtiyacını nəzərə alaraq yıxıb, ondan daha böyüyünu tikə bilırlər.

Məsələ 898: Məscidi təmizləmək, məscidin çıraqlarını yandırmaq müstəhəbbdir. Məscidə getmək istəyən şəxsin xoş ətir vurması, pak və qiymətli paltarını geyməsi və başmağının altını nəcasət olmadığını bilmək üçün yoxlaması müstəhəbdir. Məscidə daxil olanda əvvəl sağ ayağını, çıxanda isə sol ayağını atması müstəhəbbdir. Həmçinin insanın hamıdan qabaq məscidə gəlib, hamıdan sonra məsciddən çıxması da müstəhəbbdir.

Məsələ 899: İnsan məscidə daxil olan zaman, təhiyyət və ehtiram niyyəti ilə iki rəkət namaz qılsın. Əgər vacib və ya başqa müstəhəb namaz da qılsa, kifayətdir.

Məsələ 900: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir sənətlə məşğul olmaq və nəsihətli olmayan şerlər oxumaq məkruhdur. Həmçinin ağızın, burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bəzi vaxtlarda haramdır. Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə deməyin maneəsi yoxdur.

Məsələ 901: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə gətirməyin eybi yoxdur hətta bəzi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının iyi camaatı narahat edən şəxsin də məscidə daxil olması məkruhdur.

AZAN VƏ İQAMƏ


Məsələ 902: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru (şəri qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə «Əssəlat» demək müstəhəbdir.

Məsələ 903: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir.

Məsələ 904: Azan 18 cümlədir:
Dörd dəfə: Əllahu əkbər
İki dəfə: Əşhədu ən la ilahə illəllah
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah
İki dəfə: Həyyə ələssəlah
İki dəfə: Həyyə ələl-fəlah
İki dəfə: Həyyə əla xəyril-əməl
İki dəfə: Əllahu əkbər
İki dəfə: La ilahə illəllah
İqamə isə 17 (on yeddi) cümlədir, yəni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissəlah» əlavə edilir.

Məsələ 905: Əşəhədü ənnə Əliyyən vəliyyullah azan və iqamənin hissələrindən deyil. Amma yaxşı olar ki, əşhədü ənnə Mühəmmədən Rəsululah dedikdən sonra qürbət qəsdi ilə deyilsin.

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ


أَللهُ أَكبَر
Əllahu əkbər -Allah, vəsf olunduğundan çox böyükdür.
أَشْهَدُ أَن لاَ إِلهَ الاّ الله
Əşhədu ənla ilahə illəllah-şəhadət verirəm ki, yeganə və misilsiz olan Allahdan başqa, heç bir pərəstiş olunacaq məbud yoxdur.
أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ الله
Əşədu ənnə Muhəmmədən Rəsulullah -şəhadət verirəm ki, həzrət Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Allahın peyğəmbəri və elçisidir.
أَشْهَدُ أَنَّ أَمِيرَ الْمُؤْمِنِينَ عَلِيًّا وَلِىّ الله
Əşhədu ənnə Əmirəl-mumininə Əliyyən vəliyyullah-şəhadət verirəm ki, həzrət Əli (sələvatullahi və səlamuhu ələyh) möminlərin əmiri, Allahın bütün məxluqatı içərisidə vəlisi, rəhbəridir.
حَىَّ عَلَى الصَّلَوةِ
Həyyə ələs-səlat -namaza tələsin!
حَىَّ عَلَى الْفَلاَحِ
Həyyə ələl-fəlah -nicat tapmaq üçün tələsin!
حَىَّ عَلَى خَيْرِ الْعَمَلِ
Həyyə əla xəyril-əməl -işlərin ən yaxşısı olan namaz üçün tələsin!
قَدْ قَامَتِ الصَّلَاةِ
Qəd qamətis səlat -həqiqətən namaz bərqərar olub!
لاَ إِلَهَ إِلاَّ الله
La ilahə illəllah -yeganə və misilsiz olan Allahdan başqa pərəstiş olunacaq məbud yoxdur.

Məsələ 906: Azan və iqamənin cümlələri arasında gərək çox zaman fasiləsi olmasin. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, gərək onu yenidən desin.

Məsələ 907: Azan və iqamə oxuyarkən, səsi boğaza salmaq əgər ğina halını alırsa, yəni azan və iqaməni oyun və əyləncə məclislərində mahnı oxuyanlar kimi oxuyarsa, haramdır. Amma əgər ğina olmazsa, (boğaza salmaq) məkruhdur.

Məsələ 908: İki namazın ardıcıl və onların müştərək vaxtında qılındığı hər yerdə, əgər namaz qılan birinci namaz üçün azan oxumuşdursa, istər Zilhiccə ayının 9-cu günü olan ərəfə günü Ərəfatda olmasa belə, zöhrün fəzilət vaxtında qılınan və ya günorta və ikindi namazını Məşərul-haramda qılan şəxs üçün Qurban bayramı axşamının işa namazının fəzilət vaxtında qılınan məğrib və işa namazları kimi o iki namazı birlikdə qılmaq yaxşı olsun və ya olmasın, sonrakı namazdan azan saqit olur. Əlbəttə, bu yerlərdə azanın saqit olması o iki namaz arasında əsla fasilə olmadığı və ya çox az fasilə olduğu təqdirdədir. Amma nafilə namazı və təqibin fasilə olmasının zərəri yoxdur. Ehtiyat-vacibə əsaən bu iki yerdə Ərəfə günündə və Məşərdə hərçənd məşru olma qəsdi ilə azan oxunmamalıdır, hərçənd bu son iki yerdə şəri qəsdi olmadan oxumaq ehtiyata xilafdır.

Məsələ 909: Camaat namazı üçün azan və iqamə deyilmişsə, o camaatla namaz qılan şəxs öz namazı üçün azan və iqamə oxumamalıdır.

Məsələ 910: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat namazının bitmiş olduğunu görərsə, sıralar pozulmayıb, camaat dağılmamışsa, öz namazı üçün azan və iqamə oxumaya bilər. Yəni onları oxumaq artıq təkidli müstəhəbb deyildir. Hətta azan oxumaq istəsə də, çox yavaşdan oxuması yaxşıdır. Ayrı bir camaat namazı təşkil etmək istəsə də, azan və iqamə deməməlidir.

Məsələ 911: Əvvəlki məsələdə deyilən hallardan başqa, 6 şərtlə azan və iqamə saqit olur:
1. Camaat namazı məsciddə olsun; əgər məsciddə olmazsa, azan və iqamə saqit olmur.
2. Əvvəlki camaat namazı üçün azan və iqamə deyilmiş olsun;
3. Camaat namazı batil olmasın;
4. Onun namazı, camaat namazı ilə eyni məkanda olsun. Deməli, əgər camaat namazı məscidin içində olsa və insan məscidin damında namaz qılmaq istəsə müstəhəbdir ki, azan və iqamə desin.
5. Camaat namazı əda olmalıdır; amma o fürada (tək) qılırsa onun namazının da əda olması şərt deyildir.
6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır; məsələn, hər ikisi ya zöhr və ya əsr namazı qılmalı və ya camaatla qılınan namaz zöhr və onun namazı əsr və yaxud onun namazı zöhr və camaatla qılınan namaz əsr olmalıdır. Amma əgər camaat namazı son vaxtında qılınan əsr namazı olsa, o isə ondan sonra məğrib namazını əda olaraq qılmaq istəyirsə, azan və iqamə saqit olmaz.

Məsələ 912: Əgər əvvəlki məsələdə söylənən şərtlərdən üçüncüsündə şəkk edərsə, yəni camaat namazının səhih olub-olmadığına şəkk edərsə, azan və iqamə ondan saqitdir. Amma yerdə qalan beş şərtin birində şəkk edərsə, yaxşı olar ki, azan və iqaməni desin. Amma əgər şəkki camaatda olarsa, rəca (qəbul olma) ümidi ilə oxumalıdır.

Məsələ 913: Başqasının elan məqsədilə və ya camaat namazı üçün oxuduğu azanı eşidən şəxsin, eşitdiyi hər qismi səssiz olaraq təkrar etməsi müstəhəbdir.

Məsələ 914: Bir şəxs başqasının azan və iqaməsini eşitsə, istər azan və iqamənin sözlərini onunla birlikdə desin və ya deməsin, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çoxlu fasilə olmamışsa, eşitməyin əvvəlindən namaz qılmaq qəsdi olmuşsa, onun öz azan və iqaməsinə kifayət edə bilər. Amma bu hökm, yalnız imamın eşitmiş olduğu, yaxud təkcə məmumun eşitmiş olduğu camaat barəsində işkallıdır.

Məsələ 915: Kişi qadının azanını ləzzət qəsdi ilə dinlərsə, ondan azan saqit olmaz, hətta qadının azanını eşitməklə ondan azanın saqit olması mütləq şəkildə işkallıdır.

Məsələ 916: Camaat namazının azan və iqaməsini gərək kişi oxusun; amma qadınların camaat namazında qadın da azan və iqamə oxuyarsa, kifayətdir. Kişiləri qadınlara məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifayətlənmək məhəlli işkaldır.

Məsələ 917: İqamə gərək azandan sonra oxunsun. Həmçinin, iqaməni ayaq üstə və hədəsdən pak olan halda (dəstəmaz, qüsl və ya təyəmmümlü) oxunması şərtdir.

Məsələ 918: Əgər bir şəxs azan və iqamənin cümlələrini tərtibsiz )ardıcıllıq olmadan) desə; məsələn: “həyyə ələl-fəlah” “həyyə ələs-səllat”-dan qabaq desə, gərək tərtibi pozduğu yerə qayidıb yenidən desin.

Məsələ 919: Azan və iqamə arasında fasilə salınmamalıdır. Əgər onların arasında çox fasilə düşsə və deyilən azan, arxasınca deyilən iqamənin azanı hesab olunmazsa, azanı batildir. Həmçinin əgər azan və iqamə ilə namaz arasında, oxunan azan və iqamənin o namaza aid sayılmayacağı qədər fasilə versə, o azan və iqamə batildir.

Məsələ 920: Azan və iqamə ərəbcə səhih oxunmalıdır; belə ki, əgər ərəbcə səhv oxusa və ya bir hərfin yerinə ayrı bir hərf deyərsə, ya da onun başqa dildə, məsələn türkcə tərcüməsini deyərsə, səhih deyildir.

Məsələ 921: Azan və iqamə namaz vaxtı daxil olandan sonra oxunmalıdır; əgər qəsdən və ya unudaraq vaxtından əvvəl oxuyarsa, batildir. Lakin, 732-ci məsələdə izah olunduğu kimi, əgər namaz əsnasında vaxt daxil olduğu təqdirdə, o namazın səhih olduğuna hökm edilirsə, ondan əvvəl oxunan azan və iqamə də səhihdir.

Məsələ 922: İqaməyə başlamamışdan əvvəl azan oxuyub-oxumadığında şəkk etsə, azan oxumalıdır. Amma iqaməyə başladıqdan sonra azan oxuyub-oxumadığında şəkk edərsə, azan oxuması lazım deyildir.

Məsələ 923: Azan və iqamə oxuyarkən, bir hissəni oxumağa başlamamışdan, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, şəkk etdiyi cümləni oxumalıdır. Amma azan və iqamənin bir hissəsini oxuyarkən, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, onu oxuması lazım deyil.

Məsələ 924: İnsanın azan oxuyarkən üzü qibləyə olması, dəstəmazlı və ya qüsllü olması, əllərini qulaqlarına qoyması, səsini yüksəldib uzatması, azanın cümlələri arasında bir az fasilə verməsi və onların arasında danışmaması müstəhəbbdir.

Məsələ 925: İqamə oxuyarkən insanın bədəninin hərəkətsiz (aram) olması, onu azandan bir az asta oxuması və cümlələrini bir-birinə yapışdırmaması müstəhəbdir. Ancaq iqamənin cümlələri arasında, azanın cümlələri arasında buraxdığı fasilə qədər, fasilə verməməlidir.

Məsələ 926: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, səcdə etmək, zikr oxumaq, dua etmək, bir az səssiz dayanmaq, danışmaq və ya iki rəkət namaz qılmaq müstəhəbdir. Amma sübh namazının azan və iqaməsi arasında danışmaq müstəhəb deyildir.

Məsələ 927: Azan oxumaq üçün təyin edilən şəxsin adil, vaxtı bilən və gur səsli olması, azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbdir.

NAMAZIN VACİBATI


Namazın vacibatı on bir şeydir:
1. Niyyət;
2. Qiyam, yəni ayaq üstə durmaq;
3.Təkbirətul-ehram; yəni namazın əvvəlində «Əllahu-əkbər» demək;
4. Rüku;
5. Səcdə;
6. Qiraət;
7. Zikr;
8. Təşəhhüd;
9. Salam;
10. Tərtib;
11. Müvalat; (yəni namazın hissələrini bir-birinin arxasınca, fasiləsiz demək);

Məsələ 928: Namazın vacibatından bəzisi namazın rüknü sayılır. Yəni əgər insan onları yerinə yetirməsə, istər qəsdən istərsə səhvən olsa, namaz batil olur. Bəziləri rükn deyildir, yəni əgər səhvən azalsa, namaz batil olmur. Namazın rüknü beşdir:
1. Niyyət;
2. Təkbirətul-ehram;
3. Rükuya bitişik qiyam, yəni rükudan əvvəl ayaq üstə durmaq;
4. Rüku;
5. Bir rəkətdə iki səcdə.
Amma bilərəkdən artırılsa, mütləqən namaz batil olur. Əgər səhv üzündən rüku, ya bir rəkətdə iki səcdəni artırsa, namaz ehtiyat-lazıma əsasən batildir. Əks təqdirdə batil deyildir.

NİYYƏT


Məsələ 929: İnsan gərək namazı qürbət qəsdi ilə (yəni, Allah-təalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.) Niyyəti qəlbdən keçirmək və ya misal üçün, dildə “dörd rəkət zöhr namazı qılıram, qürbətən iləllah” demək, lazım deyil.

Məsələ 930: Əgər zöhr və ya əsr namazını qılarkən, «dörd rəkət namaz qılıram» deyə niyyət edərsə, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı batildir. Amma zöhr namazını birinci namaz, əsri də ikinci namaz kimi təyin edərsə kifayətdir. Həmçinin məsələn; zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı namazı niyyətində müəyyən etməlidir.

Məsələ 931: İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. Deməli, əgər namaz əsnasında özündən xəbərsiz (qafil) olarsa, belə ki, “nə edirsən?” deyə soruşsalar nə deyəcəyini bilməsə, namazı batildir.

Məsələ 932: İnsan, yalnız mütəal Allahın qarşısında bəndəçilik göstərmək və Onun əmrini yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yəni özünü xalqa göstərmək üçün namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstərmək üçün olsun, istərsə həm Allahı, həm də camaatla birlikdə nəzər də tutsun, fərqi yoxdur.

Məsələ 933: Əgər namazın bir hissəsini Allahdan qeyrisi üçün yerinə yetirsə; istər yerinə yetirdiyi hissə namazın vacib hissəsi olsun (Həmd və Surə kimi,) istərsə də müstəhəb olsun (qunut kimi) namazı batildir. Bütün namazı Allah üçün qılsın amma camaata göstərmək üçün məscid kimi xüsusi yerdə, yaxud əvvəl vaxt kimi xüsusi bir vaxtda və ya camaat namazını; məsələn: xüsusi bir tərzdə camaatla qılsa, namazı batildir.

TƏKBİRƏTÜL-EHRAM


Məsələ 934: «Əllahu-əkbər»-i hər namazdan əvvəl demək vacib və rükndür. «Əllah» və «Əkbər»-in hərflərini, eləcə də Əllah və Əkbər kəlmələrini ardıcıl demək lazımdır. Habelə gərək bu iki kəlmə ərəbcə düzgün deyilsin, əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun tərcüməsini türkcə desə, səhih deyildir.

Məsələ 935: Ehtiyat-müstəhəb budur ki, namazın təkbirətul-ehramını ondan əvvəl oxuduğu şeylərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin.

Məsələ 936: Əgər insan, «Əllahu Əkbər» kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn; «Bismillahir-rəhmanir-rəhim» kəlməsinə bitişdirmək istəyərsə, «əkbər»-in « r » hərfini zəmmə ilə oxuması daha yaxşıdır. Amma ehtiyat-müstəhəb budur ki, vacib namazda onu sonrakı kəlməyə bitişdirməsinlər.

Məsələ 937: Təkbirətul-ehram deyən vaxtda, gərək vacib namazda bədən sakit (aram) olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətul-ehram desə, batildir.

Məsələ 938: Təkbir, Həmd, Surə, zikr və duanı gərək elə oxusun ki, şəxsin özü eşitsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin.

Məsələ 939: Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə «Əllahu Əkbər»i söyləyə bilməyən bir şəxs, necə söyləyə bilirsə, o cür də deməlidir. Heç cür söyləyə bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarını da tərpətməlidir. Ancaq anadangəlmə lal olan bir şəxs, təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir.

Məsələ 940: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı rəca qəsdi ilə oxumaq müstəhəbbdir:
يَامُحْسِنُ قَدْ أَتَاكَ الْمُسِيئُ وَقَدْ أَمَرْتَ الْمُحْسِنَ أَنْ يَتَجَاوَزَ عَنِ الْمُسِيئ أَنْتَ الْمُحْسِنُ وَأَنَا الْمُسِيئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجَاوَزْ عَنْ قَبِيحِ مَاتَعْلَمُ مِنِّى
«Ya muhsinu qəd ətakəl-musi`. Və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi`. Əntəl-muhsinu və ənəl-musi`. Bihəqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Və təcavəz ən qəbihi ma tə`ləmu minni».
Yəni,“ey bəndələrinə ehsan edən Allah! Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Mühəmməd və Ali-Mühəmmədin hörmətinə, Öz rəhmətini Mühəmməd və Ali-Mühəmmədə göndər, mənim pis əməllərimdən keç !”

Məsələ 941: Müstəhəbdir ki, namazın birinci təkbirini, həmçinin, namaz əsnasındakı sair təkbirləri deyəndə, əlləri qulaqların bərabərinə qədər qaldırsın.

Məsələ 942: Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə etina etməməlidir; əgər bir şey oxumamışdırsa, gərək təkbiri desin.

Məsələ 943: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə etina etməməlidir.

QİYAM


Məsələ 944: Təkbirətul-ehram deyilən vaxtdakı qiyam ilə rükuya bitişik qiyam adlanan, rükudan qabaqkı qiyam rükndür. Amma Həmd-surə oxunan vaxtdakı qiyam və rükudan sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs onu unudaraq yerinə yetirməsə, namazı səhihdir.

Məsələ 945: Təkbirətul-ehramı qiyam halında deməsinə əmin ola bilməsi üçün bir az ondan qabaq və bir az da ondan sonra, ayaq üstə dayanması vacibdir.

Məsələ 946: Əgər Həmd və surəni oxuduqdan sonra, unudaraq rüku etmədən oturarsa və rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan, elə əyilən halda rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə, kifayət etməz.

Məsələ 947: Təkbirətul-ehram və ya qiraət üçün ayaq üstə durarsa, yol getmək (bədənə hərəkət vermək) yaxud bir tərəfə əyilmək olmaz. Ehtiyat-lazıma əsasən ixtiyar halında gərək bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur.

Məsələ 948: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir tərəfə əyilsə, ya bir yerə söykənsə, eybi yoxdur.

Məsələ 949: Ehtiyat-vacib budur ki, ayaq üstə olan vaxt hər iki ayağ yerdə olmalıdır. Amma bədənin ağrılığının hər iki ayağın üstünə düşməsi lazım deyil, hətta bir ayağın üstünə də düşsə eybi yoxdur.

Məsələ 950: Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, belə ki, ayaq üstə dayanmaq adlana bilməsə namazı batildir. Həmçinin ehtiyat-lazıma əsasən, ayaqlarını ona «ayaq üstədir» deyiləcək şəkildə olsa belə, xeyli aralı qoymasın.

Məsələ 951: İnsanın, namazda vacib zikri oxuduğu zaman, bədəni hərəkətsiz olmalıdır. Həmçinin ehtiyat-lazıma əsasən, müstəhəbb zikrləri oxumağa məşğul olduğu zaman da, hökm eynidir. Əgər azacıq qabağa və arxaya getmək və ya bədənini sağa və ya sola bir az hərəkət etdirmək istəyərsə, gərək bir şey oxumasın.

Məsələ 952: Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikr desə, məsələn, rükuya, yaxud səcdəyə gedən vaxt təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o zikr səhih deyildir, amma namazı səhihdir. «Bihəvlillahi və quvvətihi əqumu və əq`ud»-u ayağa qalxarkən deməlidir.

Məsələ 953: Həmd oxuyan zaman əli və barmaqları hərəkət etdirməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, onları da hərəkət etdirməsin.

Məsələ 954: Əgər Həmd-surəni, yaxud təsbihatı oxuyanda ixtiyarsız olaraq müəyyən qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, ehtiyat-müstəhəb budur ki, bədən aram olandan sonra hərəkət halında dediklərini yenidən desin.

Məsələ 955: Əgər bir şəxs namaz əsnasında ayaq üstə dura bilməsə, gərək otursun, otura da bilməsə, gərək uzansın. Amma bədəni aramlaşmayınca gərək vacib zikirlərdən heç nə deməsin.

Məsələ 956: İnsan, ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə, oturaraq namaz qılmamalıdır. Məsələn; ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən və ya bir şeyə söykənmək məcburiyyətində qalan, ya da bədənini bir az əymək məcburiyyətində qalan bir şəxs, hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub, namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq, namazını qılmalıdır.

Məsələ 957: İnsan oturaraq namaz qıla bildiyi zaman, uzanaraq namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi, bədəninin qabaq tərəfi üzü qibləyə olacaq şəkildə yanı üstə uzanmalıdır. Ehtiyat-lazıma əsasən, sağ yanı üstə uzanması mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu da mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzanmalıdır.

Məsələ 958: Oturan halda namaz qılan bir şəxs Həmd-surəni oxuduqdan sonra ayağa durub rükunu ayaq üstə yerinə yetirə bilsə, gərək ayağa dursun və ayaq üstə olan halda rükuya getsin. Əgər bunu da edə bilməsə, gərək oturan halda rüku etsin.

Məsələ 959: Uzandığı yerdə namaz qılan şəxs, namaz əsnasında otura bilirsə, gərək bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. Lakin bədəni sakit olmayınca vacibi zikrlərdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dura bilməsini bilərsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.

Məsələ 960: Oturduğu yerdə namaz qılan şəxs, əgər namaz əsnasında dura bilsə, gərək qüdrəti miqdarda ayaq üstə dayandıqda qılsın, amma bədəni sakit olmayınca, vacib zikrdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dayanacağını bilsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.

Məsələ 961: Əgər ayaq üstə qalxa bilən şəxs, durmaqla xəstələnəcəyindən və ya bir zərəri olmasından qorxsa, oturaq halda namaz qıla bilər. Əgər oturaq halda da qorxarsa, uzanaraq namazını qıla bilər.

Məsələ 962: Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq lazım deyil.

Məsələ 963: Müstəhəbdir ki, ayaq üstə duran halda bədəni düz saxlasın, çiyinlərini aşağı salsın, əllərini budlarının üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, səcdə etdiyi yerə baxsın, bədənin ağırlığını ayaqlarına bərabər halda salsın, xüzu və xüşu halında olsun, ayaqlarını önə-arxaya qoymasın; əgər kişidirsə ayaqlarını üç barmaqdan bir qarışa qədər aralı qoysun; əgər qadındırsa, ayaqlarını bir-birinə yapışdırsın.

QİRAƏT


Məsələ 964: Gündəlik vacib namazların 1-ci və 2-ci rəkətlərində gərək insan, əvvəl Həmdi və sonra ehtiyata əsasən bir surəni tamam oxusun. Ehtiyata əsasən «Vəz-zuha» və «Ələm nəşrəh» və həmçinin «Fil» və «Li-iylaf» surəsi namazda bir surə hesab olunur.

Məsələ 965: Əgər namaz vaxtı dar olsa və ya insan surəni oxumamaq məcburiyyətində qalarsa, məsələn; surəni oxuduğu təqdirdə, oğru, yırtıcı heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxarsa, ya da zəruri bir işi olarsa, surəni oxumaya bilər. Hətta vaxtın azlığı və bəzi qorxu olmayan hallarda da surəni oxumamalıdır.

Məsələ 966: Əgər bilərəkdən surəni, Həmd surəsindən qabaq oxusa, namazı batildir. Əgər səhvən surəni, Həmd surəsindən qabaq oxusa və bu əsnada yadına düşsə, gərək onu boşlayaraq Həmd surəsini oxuduqdan sonra yenidən surəni əvvəldən oxusun.

Məsələ 967: Əgər Həmd və surəni və ya onlardan birini unudarsa və rükuya çatandan sonra başa düşsə, namazı səhihdir.

Məsələ 968: Əgər rükuya əyilməzdən qabaq Həmd və surəni oxumadığını anlayarsa, onları oxumalıdır. Əgər yalnız surəni oxumadığını anlayarsa, bu zaman yalnız surəni oxumalıdır. Amma yalnız Həmdi oxumadığını anlayarsa, əvvəl Həmdi, sonra da ikinci dəfə olaraq surəni oxumalıdır. Həmçinin əgər rükuya əyilərsə, lakin rüku həddinə çatmazdan qabaq Həmd və surəni və ya yalnız surəni, ya da yalnız Həmdi oxumadığını anlayarsa, ayağa qalxıb, yuxarıda izah edilən göstərişə əsasən onları oxumalıdır.

Məsələ 969: Əgər vacib namazda 354-cü məsələdə deyilən, vacib səcdəsi olan dörd surədən birini qəsdən oxuyarsa, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Amma əgər səcdəni yerinə yetirərsə, ehtiyata əsasən namazı batil olar və onu yenidən qılması gərəkdir. Amma əgər səhvən səcdə etsə, batil olmaz. Əgər səcdəni yerinə yetirməzsə, səcdəni tərk etməkdə günah etməsinə baxmayaraq, namazına davam edə bilər.

Məsələ 970: Əgər vacib səcdəsi olan bir surə oxusa istər səhvən olsun, istərsə qəsdən belə ki, səcdə ayəsinə çatmamışdan qabaq başa düşsə, gərək o surəni tərk edib, başqa surə oxusun. Əgər səcdə ayəsini oxuyandan sonra başa düşsə, gərək əvvəlki məsələdə deyildiyi kimi əməl etsin.

Məsələ 971: Əgər namaz əsnasında səcdə ayəsini eşitsə, namazı səhihdir. Amma vacib namazda olarsa, ehtiyat-vacibə əsasən səcdəyə işarə etməli və namazdan sonra səcdəni yerinə yetirməlidir.

Məsələ 972: Müstəhəbb namazda surə oxumaq lazım deyildir. Hətta o namaz nəzir vasitəsilə vacib olsa da belə. Amma vəhşət namazı kimi, özünə məxsus surəsi olan bəzi müstəhəbb namazlarda, əgər o namazın göstərişinə əsasən əməl etmək istəyərsə, həmin surəni oxumalıdır.

Məsələ 973: Cümə namazında və cümə günü sübh, zöhr və əsr namazında və cümə axşamı günü işa namazında birinci rəkətdə Həmddən sonra «Cümə» surəsini, ikinci rəkətdə də, Həmddən sonra «Munafiqun» surəsini oxumaq müstəhəbbdir. Əgər cümə gününün namazlarında bunlardan birini oxumağa başlayarsa, ehtiyat-vacibə əsasən onu tərk edib başqa surə oxuya bilməz.

Məsələ 974: Əgər Həmddən sonra «Tövhid» və ya «Kafirun» surəsini oxumağa başlasa, onu buraxıb başqa surə oxuya bilməz. Amma cümə namazında yaxud cümə gününün namazlarında, unutduğuna görə, «Cümə» və ya «Munafiqun» surəsinin yerinə bu iki surədən birini oxusa, onu tərk edib, «Cümə» və ya «Munafiqun» surəsini oxuya bilər. Ehtiyat-vacib budur ki, yarıya çatandan sonra, tərk etməsin.

Məsələ 975: Əgər cümə namazında, yaxud cümə gününün namazlarında qəsdən «Tövhid» və ya «Kafirun» surəsini oxuyarsa, yarıya çatmasa da belə, ehtiyat-vacibə görə tərk edib «Cümə» və «Munafiqun» surəsini oxuya bilməz.

Məsələ 976: Əgər namazda, «Tövhid» və ya «Kafirun» surəsindən başqa, digər surəni oxusa və yarıya çatmasa, onu tərk edib, başqa surəni oxuya bilər. Ehtiyata əsasən, yarıya çatandan sonra, onu tərk edib, başqa surə oxuması mütləq şəkildə icazəli deyildir.

Məsələ 977: Əgər oxuduğu surənin bir miqdarını unudarsa və ya vaxtın darlığı, ya da başqa bir səbəbdən başladığı surəni bitirməsi mümkün olmazsa, o surənin yarısına çatmış olsa belə və ya oxuduğu surə İxlas və ya Kafirun surəsi olsa belə, onu tərk edib başqa bir surə oxuya bilər. Unutduğu təqdirdə isə oxuduğu miqdarla kifayətlənə bilər.

Məsələ 978: Ehtiyata əsasən kişinin sübh, məğrib və işa namazlarında, Həmd və surəni ucadan oxuması vacibdir. Ehtiyata əsasən, kişi və qadının zöhr və əsr namazlarında isə, Həmd və surəni alçaqdan oxuması vacibdir.

Məsələ 979: Ehtiyat-vacibə əsasən, kişi sübh, məğrib və işa namazlarında Həmd və surənin bütün kəlmələrini, hətta onların son hərfini belə ucadan oxumağa diqqət etməlidir.

Məsələ 980: Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini həm ucadan, həm də alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdə ki, səsini naməhrəmə eşitdirmək ona haram olsa, gərək alçaqdan oxusun. Əgər qəsdən ucadan oxusa, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 981: Əgər bir şəxs, ucadan oxuyacağı yerdə qəsdən namazı alçaqdan oxuyarsa və ya alçaqdan oxuyacağı yerdə qəsdən ucadan oxuyarsa, ehtiyat-vacibə əsasən namazı batildir. Amma əgər unutqanlıq və ya şəri-hökmü bilməməsi üzündən olarsa, namazı səhihdir. Əgər Həmd və surəni oxuyarkən səhvən ucadan və ya alçaqdan oxuduğunu anlayarsa, oxuduğu miqdarı ikinci dəfə oxuması lazım deyildir.

Məsələ 982: Əgər namaz qılan şəxs Həmd-surəni oxuduğu zaman səsini adi haldan ucaya qaldırsa; məsələn: qışqıra-qışqıra oxusa namazı batildir.

Məsələ 983: İnsan namazın qiraətini gərək səhih oxusun. Heç bir şəkildə Həmd surəsini oxuya bilməyən bir şəxs gərək bacardığı şəkildə oxusun. Əgər səhih oxuduğu hissə etina olunacaq qədər olsa, amma əgər o miqdar az olarsa, ehtiyat-vacib görə, Quranın qalan qismindən səhih oxuya bildiyi qədərini öyrənib ona əlavə etməlidir. Əgər bunu bacarmasa, ona təsbih əlavə etməlidir. Amma surəni ümumiyyətlə səhih oxumağa imkanı olmayan şəxsin, onun yerinə bir şey oxuması vacib deyildir. Ehtiyat-müstəhəbə əsasən bütün bu hallarda namazı camaatla qılsın.

Məsələ 984: Həmdi yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetirməyə səy etməlidir, istər öyrənməklə, istər təlqin etməklə, istərsə də camaat namazına iqtida etməklə və ya şəkk etdiyi yeri təkrar etməklə. Əgər vaxt dar olsa, əvvəlki məsələdə izah olunduğu şəkildə qılarsa, namazı səhihdir. Amma öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə, mümkün olarsa, (İlahi) əzabdan uzaq qalmaq üçün, namazını camaatla qılmalıdır.

Məsələ 985: Ehtiyata əsasən namazın vacibatını öyrətmək üçün muzd almaq haramdır. Amma onun müstəhəbbatını öyrətmək üçün muzd almaq caizdir.

Məsələ 986: Əgər Həmd və surənin kəlmələrindən birini, ya qəsdən və ya təqsiri cəhl üzündən deməsə, ya bir hərfin yerinə başqa bir hərf desə, məsələn, (ض) zad hərfinin yerinə (ذ) və ya (ز) hərfi desə, yaxud «kəsrə», «fəthəsi»-nə riayət etməsə, belə ki, səhv sayılsa və ya təşdidi deməsə, namazı batildir.

Məsələ 987: Əgər insan öyrəndiyi bir kəlmənin düzgün olduğunu bilsə və namazda da o cür oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq lazım deyildir.

Məsələ 988: Əgər bir kəlmənin « kəsrə » və « fəthə »-sini bilməzsə və ya bir kəlmənin ( هـ ) və ya ( ح ) ilə olduğunu bilmirsə, gərək öz vəzifəsini müəyyən yolla yerinə yetirsin. Məsələn, öyrənsin, yaxud namazı camaatla qılsın. Amma bu zaman namazı o surətdə səhihdir ki, o səhv cümlə də Quran və zikrdən hesab olunsun.

Məsələ 989: Təcvid alimləri demişlər ki, əgər bir kəlmədə (و) vav varsa və o kəlmədə «vav»dan əvvəlki hərfin hərəkəsi ( ُ ) zəmmə olub «vav»dan sonrakı hərf isə ( ء ) həmzə olarsa, ( سوء (su` kəlməsində olduğu kimi) gərək o vava mədd versin, yəni bir qədər uzatsın və həmçinin, əgər bir kəlməd ( (الف« əlif » hərfi olarsa və o kəlmədə «əlif»dən əvvəlki hərəkə ( َ ) «fəthə» olsa və o kəlmədə «əlif»-dən sonrakı hərf ( ء ) «həmzə» olarsa, ( جَاء ) («caə» kəlməsində olduğu kimi), əlif uzadılmalıdır, habelə əgər bir kəlmədə ( ي ) « ya » hərfi olsa və ondan əvvəlki hərfin hərəkəsi ( ِ ) «kəsrə» olsa və o kəlmədə «ya» dan sonrakı hərf « həmzə » olsa, ( جِيء ) («ciə» sözündə olduğu kimi) «ya» məddli, yəni uzadaraq oxunar. Həmçinin əgər bu « vav », « əlif » və « ya » hərflərindən sonra « həmzə » hərfi yerinə « sakin », yəni « kəsrə », « fəthə » və « zəmmə »- si olmayan bir hərf olsa da bu üç hərfi məddli, yəni uzadaraq oxumağı məsləhət bilmişlər. Lakin, zahirən belə yerlərdə kəlmənin qiraətinin düzgünlüyü onu məddli olaraq oxumağa bağlı deyildir. Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan qaydaya əməl etməsə belə, namazı səhihdir. Amma, « vələzzallin »də olduğu kimi yerlərdə « təşdid » və « əlif »- i birlikdə tələffüz etmək, bir az məddli olaraq oxumağa bağlı olduğundan bu miqdarda, « əlif » -in mədli oxunması lazımdır.

Məsələ 990: Ehtiyat-müstəhəb budur ki, namazda hərəkə ilə vəqf, sükun ilə vəsl etməsin. Hərəkə ilə vəqf etməyin mənası budur ki, kəlmənin axırıncı hərfinin fəthə, kəsrə və ya zəmməsini deyib, o kəlmə ilə sonrakı kəlmə arasında fasilə salsın; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə versin, sonra bir az fasilə salıb “Maliki yəvmiddin” desin. Sükun ilə vəsl etməyin mənası budur ki, bir kəlmənin fəthə, kəsrə və zəmməsini demədən, həmin kəlməni sonrakı kəlməyə birləşdirsin; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə vermədən, dərhal “Maliki yəvmiddin” desin.

Məsələ 991: Namazın 3-cü və 4-cü rəkətində təkcə bir Həmd oxumaq və yə bir dəfə «Təsbihati-ərbəə» demək olar, yəni bir dəfə:
سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُ
«Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu, vəllahu əkbər» demək olar.
Daha yaxşısı odur ki, üç dəfə desin. Bir rəkətdə Həmdi və o biri rəkətdə «təsbihat»-ı deyə bilər. Yaxşı olar ki, hər iki rəkətdə təsbihat oxusun.

Məsələ 992: Vaxt dar olduqda, təsbihati-ərbəəni bir dəfə oxumaq lazımdır. Hətta əgər ona yetəcək qədər vaxtı olmazsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir.

Məsələ 993: Kişi və qadın, ehtiyat-vacibə əsasən 3-cü və 4-cü rəkətdə, Fatihəni və ya təsbihati-ərbəəni ahəstə oxumalıdır.

Məsələ 994: Əgər namazın üçüncü və dördüncü rəkətində «Həmd»i oxuyarsa, onun Bismillahını alçaqdan oxuması vacib deyildir. Amma əgər məmum olarsa, ehtiyat-vacibə əsasən Bismillahı ahəstə oxusun.

Məsələ 995: Təsbihatı öyrənə bilməyən, yaxud düzgün deyə bilməyən şəxs, gərək üçüncü və dördüncü rəkətdə Həmd surəsini oxusun.

Məsələ 996: Əgər namazın ilk iki rəkətində, son iki rəkətolması gumani ilə təsbihatı oxuyarsa, rükuya getməzdən əvvəl başa düşdüyü təqdirdə, Fatihə və surəni oxumalıdır. Amma əgər rükuda və ya rükudan sonra başa düşərsə, namazı səhihdir.

Məsələ 997: Əgər namazın son iki rəkətində, namazın ilk iki rəkəti olduğu gumani ilə Həmd oxuyarsa və ya ilk iki rəkətində, namazın son iki rəkəti olduğunu guman etdiyi halda Həmdi oxuyarsa, istər rükudan qabaq başa düşsün, istərsə sonra, namazı səhihdir.

Məsələ 998: Əgər üçüncü və dördüncü rəkətdə Həmdi oxumaq istədikdə dilinə təsbihat gəlsə, yaxud təsbihat oxumaq istədikdə dilinə Həmd gələrsə, əgər namaz qəsdi ilə olmasa, hətta özündən xəbərsiz olaraq oxusa, gərək onu buraxıb, ikinci dəfə Həmd və ya təsbihatı oxusun. Amma əgər qəsd etməyibsə və məsələn adəti üzrə dilinə gəlmiş bir şeyi oxusa, onu tamam edə bilər, namazı da səhihdir.

Məsələ 999: Üçüncü və dördüncü rəkətdə adəti təsbihat oxumaq olan şəxs, əgər öz adətinin xilafına hərəkət etsə (yaddan çıxarsa), vəzifəsini əda etmək qəsdilə Həmd oxumağa məşğul olsa, kifayət edər. Yenidən Həmd və ya təsbihatı oxuması lazım deyildir.

Məsələ 1000: Üçüncü və dördüncü rəkətdə təsbihatdan sonra, məsələn; «Əstəğfirullahə rəbbi və ətubu iləyh» və yaxud «Əllahumməğfir li» deyərək istiğfar etməsi müstəhəbdir.
Əgər namaz qılan bir şəxs, istiğfar edib rükuya əyilməzdən qabaq, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, Həmd və təsbihatı oxuması lazımdır. Əgər istiğfar deyən zaman, ya ondan sonra şəkk edərsə, yenə də ehtiyat-vacib görə Həmdi və ya təsbihatı gərək yenidən oxusun.

Məsələ 1001: Əgər üçüncü və dördüncü rəkətin rükusunda və ya rükuya gedən halda, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə etina etməməlidir.

Məsələ 1002: Əgər bir ayə və ya kəlməni düz oxuyub-oxumadığı barədə şəkk edərsə, məsələn; «Qul huvəllahu əhəd»i düzgün oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə etina etməyə bilər. Əgər ehtiyata əsasən o ayə və ya kəlməni yenidən səhih bir şəkildə oxuyarsa da eybi yoxdur. Əgər bir neçə dəfə şəkk edərsə, yenə də bir neçə dəfə düz şəkildə deyə bilər. Amma vəsvəsə dərəcəsinə çatarsa, yaxşı olar ki, təkrar etməsin.

Məsələ 1003: Müstəhəbdir ki, birinci rəkətdə Həmdi oxumamışdan əvvəl «Əuzu billahi minəş-şəytanir-rəcim» desin. Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rəkətlərində də «Bismillahir-rəhmanir-rəhimi» ucadan, habelə müstəhəbdir ki, həmd və surəni açıq-aydın desin, Həmd və surənin sonunda vəqf etsin, yəni onu sonrakı ayəyə yapışdırmasın, Həmd və surəni oxuyan vaxtda onun mənasına diqqət yetirsin və əgər namazı camaatla qılırsa, imamın Həmdindən sonra və əgər tək qılırsa, öz Həmdindən sonra «Əlhəmdu lillahi rəbbil-aləmin» desin və Tovhid surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə «Kəzalikəllahu rəbbi», yaxud üç dəfə «Kəzalikəllahu rəbbuna» desin, surəni oxuyandan sonra bir az səbr edib sonra rükudan əvvəlki təkbiri desin və ya qunut tutsun.

Məsələ 1004: Bütün namazların birinci rəkətində «Qədr» və ikinci rəkətində «İxlas» surəsini oxumaq müstəhəbbdir.

Məsələ 1005: İnsanın gündəlik namazlarının heç birində «İxlas» surəsini oxumaması məkruhdur.

Məsələ 1006: «Tövhid» surəsini bir nəfəsə oxumaq məkruhdur.

Məsələ 1007: Birinci rəkətdə oxuduğu surəni ikinci rəkətdə oxumaq məkruhdur. Amma əgər «Tövhid» surəsini hər iki rəkətdə oxusa, məkruh deyil.

RÜKU


Məsələ 1008: Namaz qılan, hər rəkətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.

Məsələ 1009: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.

Məsələ 1010: Əgər rükunu qeyri-adi şəkildə yerinə yetirsə; məsələn; sola və ya sağa əyilsə, ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir.

Məsələ 1011: Rükuya əyilmək, gərək rüku niyyəti ilə olsun. Deməli, başqa iş üçün; məsələn: hər hansı həşəratı öldürmək niyyəti ilə) əyilsə onu rüku hesab etmək olmaz; gərək ayağa qalxıb yenidən rükuya getsin və bu əməl vasitəsi ilə rükn artırılmamışdır, namaz da batil deyildir.

Məsələ 1012: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.

Məsələ 1013: Oturan halda namaz qılan şəxs rüku üçün gərək o qədər əyilməlidir ki, üzü dizlərinin müqabilinə çatsın. Daha yaxşı olar ki, o qədər əyilsin ki, üzü səcdə etdiyi yerin yaxınlığına çatsın.

Məsələ 1014: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə «Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. Ehtiyat-vacibə görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 dəfə subhanəllah deməlidir.

Məsələ 1015: Rükunun zikri bir-birinin ardınca (yəni fasiləsiz ) və ərəbcə səhih deyilməlidir. Müstəhəbdir ki, 3, 5, 7 dəfə və hətta daha artıq deyilsin.

Məsələ 1016: Rüku halında namaz qılanın bədəni gərək aram (hərəkətsiz) olsun, o gərək öz bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, aram olan haldan xaric olsun. Hətta ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur.

Məsələ 1017: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, bədəni aram olandan sonra, zikri ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni aramlıq halından çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur.

Məsələ 1018: Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil.

Məsələ 1019: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil.

Məsələ 1020: Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma ehtiyat-müstəhəb budur ki, zikrin qalanını qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə desin və ya ondan əvvəl başlasın.

Məsələ 1021: Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda aram ola bilmirsə, namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi desin.

Məsələ 1022: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün başı ilə işarə etsin.

Məsələ 1023: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, ehtiyat-vacibə əsasən öz qəlbində rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, ehtiyat-vacibə əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir.

Məsələ 1024: Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Ehtiyat-müstəhəb budur ki, başqa bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin.

Məsələ 1025: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə rüku ölçüsündə əyilsə, namazı batildir.

Məsələ 1026: Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və ehtiyat-vacibə görə bədəni aram olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin ehtiyat-vacibə görə bədəni aram olmamışdan əvvəl səcdəyə getsə, hökm eynidir.

Məsələ 1027: Əgər rükunu unutsa və səcdəyə çatmamışdan əvvəl yadına düşsə, gərək ayaq üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir.

Məsələ 1028: Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, qiyamdan sonra rükunu yerinə yetirsin. İkinci səcdədə yadına düşsə, ehtiyat-lazıma əsasən namazı batildir.

Məsələ 1029: Müstəhəbdir ki, rükuya getməzdən əvvəl, bədən düz olan halda təkbir desin, rüku halında dizlərini arxaya tərəf versin, kürəyini düz saxlasın, boynunu çəkib kürəyi ilə bir səviyyədə saxlasın, ayaqlarının arasına baxsın; zikrdən əvvəl və ya sonra salavat desin. Rükudan qalxıb düz durduqdan və bədəni aramlaşdıqdan sonra “Səmiəllahu limən həmidəh” desin.

Məsələ 1030: Müstəhəbdir ki, qadın rükuda əllərini dizlərindən yuxarı qoysun və dizlərini geriyə verməsin.

SƏCDƏ


Məsələ 1031: Namaz qılan şəxs, müstəhəb və vacib namazların hər rəkətində rükudan sonra gərək iki səcdə etsin. Səcdə odur ki, alnı xüsusi formada xüzu qəsdi ilə yerə qoysun. Namazın səcdəsində vacibdir ki, iki əlin içi, iki diz, iki ayağın baş barmaqları yerə qoyulsun. Alın dedikdə ehtiyat-vacibə əsasən alnın ortasıdır ki, iki qaşın arasında, (alının ortasında) tük çıxan yerə qədər iki xəyali xətt çəkməklə alınan dördbucaqdır.

Məsələ 1032: İki səcdə birlikdə bir rükndür. Əgər bir kəs vacib namazda hərçənd yaddan çıxmış olsa da, ya məsələni bilmədiyinə görə olsa da, bir rəkətdə hər ikisini tərk etsə, namazı batildir. Həmçinin ehtiyat-lazıma əsasən, əgər bir rəkətdə iki səcdə unutqanlıq ya qasir cəhalət üzündən artırılmış olsa da, hökm eynidir. (Qasir cahil budur ki, cahil öz cəhlində üzrlü olsun).

Məsələ 1033: Əgər bilərəkdən bir səcdə az və ya çox etsə, namazı batildir. Əgər səhvən bir səcdə az və ya çox etsə, namazı batil olmaz və az etdiyi surətdə hökmü səcdeyi səhvin hökmlərində deyiləcəyi kimi olar.

Məsələ 1034: Bir şəxs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun, əgər bilərəkdən və ya səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa da, səcdə etməmişdir. Amma əgər alnını yerə qoysa və səhvən başqa üzvlərini yerə çatdırmasa və ya səhvən zikr deməsə, səcdə səhihdir.

Məsələ 1035: Ən yaxşısı budur ki, ixtiyar halında, səcdədə üç dəfə «Subhanəllah», yaxud bir dəfə «Subhanə rəbbiyəl-ə`la və bihəmdih» desin. Gərək bu kəlmələr ardıcıl və ərəbcə düz deyilsin. Hər bir zikri demək kifayət edər, amma ehtiyat-lazıma əsasən, gərək bu miqdarda olsun. Müstəhəbdir ki, «Subhanə rəbbiyəl-ə`la və bihəmdih» üç, beş, yeddi və ya da daha çox deyilsin.

Məsələ 1036: Səcdə halında gərək namaz qılanın bədəni aram, (hərəkətsiz) olsun, o, gərək öz bədəninə ixtiyar halında hətta ehtiyat-vacibə əsasən, əgər vacib zikrə məşğul olmasa da, o cür hərəkət verməsin ki, aram haldan çıxsın.

Məsələ 1037: Əgər alnı yerə çatmamışdan və bədəni aram olmamışdan əvvəl bilərəkdən səcdənin zikrini desə, namazı batildir. Amma zikri yenidən, bədən aram olan halda desə, batil olmaz. Əgər zikri tamam etməzdən qabaq bilərəkdən başını səcdədən götürsə, namaz batildir.

Məsələ 1038: Əgər alnı yerə çatmazdan əvvəl səhvən səcdənin zikrini desə, başını səcdədən götürməzdən qabaq səhv etdiyini bilsə, gərək bədəni aram olduqdan sonra ikinci dəfə zikri desin. Amma əgər alnı yerə çatandan sonra, bədən aram olmamışdan əvvəl səhvən zikri desə, təkrar etmək lazım deyil.

Məsələ 1039: Əgər başı səcdədən götürəndən sonra başa düşsə ki, səcdənin zikri tamam olmazdan qabaq başını qaldırıb, namazı səhihdir.

Məsələ 1040: Əgər səcdənin zikrini dediyi vaxt yeddi üzvündən birini bilərəkdən yerdən götürsə, səcdədə şərt olan istiqrar (bədənin aram olması) ilə zidd olsa, namaz batil olar. Həmçinin ehtiyat-vacibə əsasən zikr deməyə məşğul deyilsə də hökm eynidir.

Məsələ 1041: Əgər səcdənin zikri tamam olmamışdan qabaq səhvən alnını yerdən qaldırsa, yenidən yerə qoya bilməz və gərək onu bir səcdə hesab etsin. Amma sair səcdə üzvlərini səhvən yerdən qaldırsa, gərək yenidən yerə qoyub zikri desin.

Məsələ 1042: Birinci səcdənin zikri qurtardıqdan sonra gərək otursun, bədəni aram olduqdan sonra ikinci dəfə səcdəyə getsin.

Məsələ 1043: Namaz qılanın alnının yeri, gərək dizlərinin və ayağının baş barmaqlarının yerindən dörd bağlı barmaqdan alçaq və ya uca olmasın. Hətta ehtiyat-vacib budur ki, alnının yeri, dayandığı yerdən dörd bağlı barmaqdan alçaq və ya uca olmasın.

Məsələ 1044: Başı aşağı yerdə (hərçənd ki, onun başı aşağı olması düzgün məlum olmasa da belə) əgər namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından, dörd bağlı barmaqdan alçaq və ya uca olsa, namazı işkallıdır.

Məsələ 1045: Əgər alnını səhvən dizlərinin və ayaq barmaqlarının yerindən dörd bağlı barmaqdan yüksək olan bir şeyin üzərinə qoyarsa, əgər onun hündürlüyü «səcdə halındadır» deyilməyəcək qədər çox olarsa, başını onun üzərindən qaldırıb, hündürlüyü dörd bağlı barmaqdan çox olmayan bir şeyin üzərinə qoymalıdır. Amma əgər onun hündürlüyü «səcdə halındadır» deyiləcək qədərdirsə, vacib zikri dedikdən sonra fərqinə varsa, başını səcdədən qaldırıb namazı tamamlaya bilər; əgər vacib zikri oxumamışdan əvvəl fərqinə varsa, alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya daha az olan bir şeyin üzərinə çəkməli və vacib zikri oxumalıdır. Əgər alnını çəkməsi mümkün deyilsə, o halda vacib zikri oxuyaraq namazını tamamlaya bilər. Namazını yenidən qılması da lazım deyil.

Məsələ 1046: Gərək alın ilə üzərinə səcdə edilməsi səhih olan şeyin arasında başqa bir şey fasilə olmasın. Demək əgər möhür, alnı möhürün özünə dəyməyəcək qədər çirk olsa, səcdə batildir, amma məsələn, möhürün rəngi dəyişsə eybi yoxdur.

Məsələ 1047: Səcdədə gərək əllərin içi yerə qoyulsun. Ehtiyat-vacibə əsasən mümkün olan təqdirdə əlin içinin hər yerini yerə qoysun. Amma çarəsizlik üzündən əllərin arxasının da qoyulmasının maneəsi yoxdur. Əgər əlin arxasını da qoymaq mümkün olmasa, ehtiyat-vacibə əsasən, əlin biləyini yerə qoymalıdır. Onu da bacarmasa, dirsəyə qədər, hər yeri mümkünsə yerə qoysun, o da mümkün deyildirsə, qolu yerə qoymaq kifayətdir.

Məsələ 1048: Səcdədə gərək ayaqların iki baş barmaqlarını yerə qoysun, amma lazım deyildir ki, iki barmağın başını yerə qoysun, hətta onların altını və ya üstünü qoymaq kifayət edər. Əgər ayağın baş barmaqlarını deyil başqa barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş barmaq) yerə çatmasa, namaz batildir. Təqsir (səhv) və ya məsələni bilmədiyinə görə, namazlarını bu cür qılan şəxs, gərək namazlarını ikinci dəfə qılsın.

Məsələ 1049: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs, gərək onun qalanını yerə qoysun və əgər ondan bir şey qalmamışdırsa və ya qalmış olsa da qalan hissə çox azdırsa və onu heç cür yerin üstünə və ya başqa bir şeyin üstünə qoymaq mümkün deyilsə, ehtiyat-vacibə əsasən, gərək qalan barmaqları qoysun. Lakin barmağı yoxdursa, nə qədər ayağında yer qalıbsa, onu yerə qoysun.

Məsələ 1050: Əgər bir şəxs qeyri adi halda səcdə etsə, məsələn, sinə və qarnını yerə yapışdırsa, yaxud ayaqlarını bir qədər uzatsa, bu halda «səcdə edir» deyilərsə, namazı səhihdir. Amma əgər «uzanıb və düzgün səcdə etmir» desələr, səcdə adlana bilməsə, onun namazı batildir.

Məsələ 1051: Möhür və ya səcdə edilən başqa şeylərin səcdə etdiyi miqdarı gərək pak olsun. Amma əgər məsələn, möhürü, nəcis xalçanın üzərinə qoysa və ya möhürün bir tərəfi nəcis olsa, alnını onun pak tərəfinə qoysa, yaxud möhürün üstünün bir hissəsi pak, bir hissəsi nəcis olsa, əgər alnı nəcis etməsə eybi yoxdur.

Məsələ 1052: Əgər alnında çiban, yara və ona oxşar şeylər olsa, alnını hərçənd sıxmadan olsa belə yerə qoya bilməsə, bu halda o çiban, məsələn, alnının bütün yerini tutmasa, gərək alnın sağlam yeri ilə səcdə etsin. Əgər alnın sağlam yeri ilə səcdə etmək, yeri qazıb çibanı deşiyə qoyaraq, alının sağlam tərəfindən səcdəyə yetəcək qədərini yerə qoymasına bağlı olarsa, bunu etməsi lazımdır. (Alın dedikdə nəzərdə tutulan hissə səcdə fəslinin əvvəlində qeyd olundu.

Məsələ 1053: Əgər çiban və ya yara alnı (əvvəldə qeyd olunan mənada) tamamilə bürüsə, gərək ehtiyat-vacibə əsasən alnın qalan yeri olan iki tərəfini və ya onlardan birini bacardığı hər yolla yerə qoysun. Əgər bunu da edə bilməsə sifətinin bəzi üzvləri ilə səcdə etsin və ehtiyat-lazım budur ki, əgər bacarırsa çənə ilə səcdə etsin, bacarmırsa, alnın iki tərəfinin biri ilə səcdə etsin və əgər sifətlə səcdə etmək heç cür mümkün deyilsə, gərək səcdə üçün işarə etsin.

Məsələ 1054: Əgər bir kəs otura bilir, amma alnını yerə çatdıra bilmirsə, gərək ürfən səcdə adlana biləcək qədər əyilsin və möhür, ya səcdə edilməsi səhih olan başqa bir şeyi, hündür şeyin üstünə qoyaraq, alnını onun üzərinə qoysun. Amma gərək əllərin içi, dizlər və ayağın barmaqlarını adi qaydada yerə qoysun.

Məsələ 1055: Əgər qeyd olunan halda möhürü və ya səcdə edilməsi səhih olan başqa bir şeyi, üzərinə qoymaq üçün, yüksək bir şey tapılmazsa və onun səcdə etməsi üçün, möhürü yüksəkdə tutan bir şəxs də tapılmazsa, gərək möhürü qaldırsın və onun üzərinə səcdə etsin.

Məsələ 1056: Səcdə edə bilməyən şəxs və əyildiyi miqdara da səcdə deyilməzsə gərək səcdə üçün başı ilə işarə etsin. Əgər bacarmasa, gərək gözləri ilə işarə etsin, bunu da bacarmasa, gərək qəlbdə səcdə niyyəti edib, ehtiyat-lazıma əsasən, əl və bu kimi şeylərlə səcdə üçün işarə etsin və vacib zikri desin.

Məsələ 1057: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olduğu təqdirdə səcdənin zikrini desə də, deməsə də, gərək ikinci dəfə alını səcdəyə çatmağa qoymasın və bu bir səcdə hesab olunur. Əgər başı saxlaya bilməsə, ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə çatsa, o da bir səcdə hesab olunur. Amma əgər zikri deməmiş olsa ehtiyat-vacib budur ki, onu «mütləq qürbət» qəsdilə desin və cüz olmaq qəsdi etməsin.

Məsələ 1058: İnsan təqiyyə saxlaması lazım olan yerdə xalça və bu kimi şeylərin üzərinə səcdə edə bilər. Lazım deyildir ki, namaz üçün başqa yerə getsin və ya təqiyyə səbəbi aradan gedəndən sonra həmin yerdə namazı qılmaq üçün namazı təxirə salsın. Amma əgər həmin yerdə həsirə və ya üzərinə səcdə səhih olan başqa bir şeyə, təqiyyəyə xilaf olmamış şəkildə səcdə edə bilsə, xalçaya və onun kimi şeylərə səcdə etməməlidir.

Məsələ 1059: İçi dolu döşək və bu kimi şeylərin üzərində (dayanaraq) səcdə etmək, bədən onun üzərində aram olmayan surətdə batildir.

Məsələ 1060: Əgər insan əlacsız olub, palçıq yerdə namaz qılsa, belə ki, bədən və ya paltarının bulaşması onun üçün əziyyət olmasa, gərək səcdə və təşəhhüdü adi qaydada əmələ gətirsin. Əgər əziyyəti olsa, ayaq üstə dayanmış halda başı ilə səcdəyə işarə etməli, təşəhhüdü də ayaq üstə oxumalıdır. Bu cür namaz səhih olar.

Məsələ 1061: Birinci və üçüncü rəkətdə təşəhüd yoxdur (zöhr, əsr və işa namazlarının üçüncü rəkəti kimi). Ehtiyat-vacibə görə gərək ikinci səcdədən sonra bir az hərəkətsiz oturub, sonra qalxsın.

SƏCDƏ ETMƏYİN SƏHİH OLDUĞU ŞEYLƏR


Məsələ 1062: Yerə və yerdə bitən şeylərə, yeyiləcək və geyiləcək şeylərdən başqa məsələn, ağac və ağac yarpağının üzərinə səcdə caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın pis bir növüdür) kimi şeylərin üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha üstündür.

Məsələ 1063: Üzüm yarpağının üzərinə lətif (yumşaq) vaxtında və yeyilməsi adi olan vaxtında səcdə icazəli deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.

Məsələ 1064: Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən şeylərin üzərinə səcdə səhihdir.

Məsələ 1065: Yeməli olmayan güllərin üzərinə səcdə səhihdir. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə səhihdir.

Məsələ 1066: Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə və həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən icazəli deyildir.

Məsələ 1067: Əhəng daşı və təbaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin işkalı yoxdur.

Məsələ 1068: Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə icazəli deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu məlum olsun.

Məsələ 1069: Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyidüş-Şühədanın (ələyhis-səlam) türbətidir. Ondan sonra adi torpaq, sonra daş və daha sonra bitkilərdir.

Məsələ 1070: Səcdə səhih olan şey olmasa, yaxud əgər olsa da, soyuq və ya istiliyin şiddətindən onun üzərinə səcdə edə bilmirsə, qıra və zəftə səcdə, o birilərinə səcdədən irəlidir. Amma əgər onların üzərinə səcdə mümkün olmasa, gərək paltarına və yaxud adi halda üzərinə səcdə etmək caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, paltarına səcdə etmək mümkün olsa, başqa şeylərə səcdə etməsin.

Məsələ 1071: Üzərində alnın aramlaşmadığı palçıq və yumşaq torpağa səcdə batildir.

Məsələ 1072: Əgər birinci səcdədə, möhür alına yapışsa, gərək ikinci səcdə üçün möhürü götürsün.

Məsələ 1073: Əgər namaz əsnasında səcdə etdiyi şey itsə və səcdəsi səhih olan bir şeyi olmasa, 1070-ci məsələdə deyilən tərtibə əməl edə bilər istər vaxt az olsun, istərsə namazı pozub yenidən qılmaq qədər geniş olsun.

Məsələ 1074: Əgər səcdə halında ikən, alnını səcdənin batil olduğu bir şey üzərinə qoyduğunu anlasa, vacib zikri söylədikdən sonra fərqinə varmışsa, səcdədən başını qaldırıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən əvvəl fərqinə varmışsa, alnını üzərinə səcdənin səhih olduğu bir şey üstünə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə o halda vacib zikri söyləyə bilər. Hər iki halda namazı səhihdir.

Məsələ 1075: Əgər səcdədən sonra başa düşsə ki, alnını səcdəsi batil olan şeyin üzərinə qoymuşdur, eybi yoxdur.

Məsələ 1076: Allahdan başqasına səcdə etmək haramdır. Avam camaatdan bəziləri, imamların (ələyhimus-səlam) qəbrlərinin qarşısında alnını yerə qoyurlar; əgər Allahın şükrünü yerinə yetirmək niyyəti ilə olarsa işkalı yoxdur, əks halda haramdır.

SƏCDƏNİN MÜSTƏHƏB VƏ MƏKRUHATI


Məsələ 1077: Səcdədə bir neçə şey müstəhəbbdir:
1-Ayaq üstə namaz qılan şəxs, rükudan qalxdıqdan və bədəni tam aram olduqdan sonra; oturan halda namaz qılan şəxs isə tam düz oturduqdan sonra səcdəyə getmək üçün təkbir desin;
2-Kişi, səcdəyə gedəndə, əvvəl əllərini; qadın isə əvvəl dizlərini yerə qoysun;
3-Burnu möhürün, yaxud səcdənin səhih olduğu şeyin üstünə qoysun;
4-Səcdə halında əlin barmaqlarını bir-birinə yapışdırsın və əllərini qulaqlarının müqabilində yerə elə qoysun ki, barmaqların ucu qibləyə tərəf olsun;
5-Səcdədə dua edib Allahdan hacətlərini istəsin. Səcdədə münasib olan dualardan biri budur:
يَاخَيْرَ الْمَسْؤُلِينَ وَيَا خَيْرَ الْمُعْطِينَ اُرْزُقْنِى وَارْزُقْ عِيَالِى مِنْ فَضْلِكَ فَإِنَّكَ ذُوالْفَضْلِ الْعَظِيمَ
“Ya xəyrəl-məsulinə və ya xəyrəl-mutinə urzuqni vərzuq əyali min fəzlikə fə innəkə zul-fəzlil-əzim”
“Ey hacət istənilənlərin ən yaxşısı və ey əta edənlərin ən yaxşısı! Mənə və mənim əhl-əyalıma Öz fəzlindən ruzi əta et. Çünki Sən, həqiqətən böyük fəzl və kərəm sahibisən.”
6-Səcdədən sonra sol budunun üstündə otursun, sağ ayağını sol ayağın üstünə qoysun;
7-Hər səcdədən sonra qalxıb otursun və bədəni aram olduqdan sonra təkbir desin;
8-Birinci səcdədən sonra, bədəni aram olduğu vaxt (ikinci səcdəyə getməzdən əvvəl) “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” desin;
9-Səcdəni uzatsın, oturanda isə əllərini budlarının üstünə qoysun;
10-İkinci səcdəyə getmək üçün bədən aram olan halda “Əllahu əkbər” desin;
11-Səcdələrdə salavat desin;
12-Qalxanda əlləri dizlərdən sonra yerdən götürsün;
13-Kişilər dirsəyi və qarnı yerə yapışdırmasınlar və qollarını bədəndən aralı saxlasınlar (qabırğalara yapışdırmasınlar); qadınlar isə dirsək və qarınlarını yerə qoysunlar, bədən üzvlərini bir-birinə yapışdırsınlar. Səcdənin sair müstəhəb əməlləri müfəssəl kitablarda bəyan olunmuşdur.

Məsələ 1078: Səcdədə Quran oxumaq, habelə toz-torpağı aradan qaldırmaq üçün üfürmək məkruhdur. Əgər üfürməyin təsirindən, ağızdan iki hərf qəsdən çıxsa, namaz ehtiyata əsasən batildir. Bunlardan başqa məkruhlar da vardır ki, müfəssəl kitablarda deyilmişdir.

QURANIN VACİB SƏCDƏLƏRİ


Məsələ 1079: Dörd surənin hər birində: «Vənnəcm», «İqrə», «Əlif-lam-mim tənzil» və «Ha-mim Səcdə» surəsində bir səcdə ayəsi vardır ki, əgər insan oxusa, yaxud qulaq assa, o ayəni tamam edəndən sonra, gərək dərhal səcdə etsin. Əgər yaddan çıxartsa, yadına düşdüyü vaxt səcdə etməlidir. İxtiyarsız eşitsə, səcdə etməsinin yaxşı olmasına baxmayaraq səcdə vacib deyildir.

Məsələ 1080: Əgər insan səcdə ayəsinə qulaq asan vaxt, özü də oxusa gərək iki səcdə etsin.

Məsələ 1081: Namazdan başqa hallarda əgər səcdə halında səcdə ayəsini oxusa və ya eşitsə, gərək səcdədən baş qaldırıb, ikinci dəfə səcdə etsin.

Məsələ 1082: Əgər insan yuxulu şəxsdən, dəlidən və ya Quranı müəyyən edə bilməyən uşaqdan səcdə ayəsini eşitsə və ya dinləsə, səcdə vacibdir. Amma əgər qramafon və ya kasetdən eşitsə, səcdə vacib deyildir. Həmçinin radiodan efirə buraxılan lent yazısından dinləsə, hökm eynidir. Amma əgər bir şəxs radiostudiyasında səcdə ayəsini oxusa və insan da ona radiodan qulaq asarsa səcdə vacibdir.

Məsələ 1083: Quranın vacib səcdəsində ehtiyat-vacibə əsasən, gərək insanın yeri qəsbi olmasın, ehtiyat-müstəhəb əsasən, alnının yeri dizlərinin, baş barmaqlarının yerindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmasın. Amma lazım deyildir ki, dəstəmazlı və ya qüsl etmiş və üzü qibləyə olsun və övrətini örtsün, yaxud bədən və alnının yeri pak olsun və habelə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir.

Məsələ 1084: Ehtiyat-vacib budur ki, Quranın vacib səcdəsində alnı möhürə, yaxud səcdəsi səhih olan şeyə qoysun və ehtiyat-müstəhəb görə, namaz səcdəsində deyilənə əsasən, bədənin başqa üzvlərini də yerə qoysun.

Məsələ 1085: Əgər Quranın vacibi səcdələrində alın, səcdə niyyəti ilə yerə qoyulsa hətta zikr deyilməsə də, kifayətdir. Amma zikri demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin:
لاَإِلَهَ إِلاَّ اللهُ حَقًا حَقًا، لاَ إِلَهَ إِلاَّ اللهُ إِيمَانًا وَتَصْديقًا، لاَإِلَهَ إِلاَّ اللهُ عُبُودِيَّةً وَرِقًّا سَجَدْتُ لَكَ يَارَبِّ تَعَبُّداً وَرِقًّا لاَ مُسْتَنْكِفًا وَلاَ مَسْتَكْبِراً بَلْ أَنَا عَبْدٌ ذَلِيلٌ ضَعِيفٌ خَائِفٌ مُسْتَجِيرٌ
“La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu iymanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi, təəbbudən və riqqa. La mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”

TƏŞƏHHÜD


Məsələ 1086: Bütün vacib və müstəhəb namazların ikinci rəkətində, məğrib namazının üçüncü rəkətində, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində gərək insan ikinci səcdədən sonra oturub bədəni aram olan vaxt təşəhhüd desin, yəni:
أَشْهَدُ أَنْ لاَ إِلََهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلىَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.” desin.
Əgər «Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu və rəsuluh» desə, kifayət edər, həmçinin «Vitr» namazında təşəhhüd lazımdır.

Məsələ 1087: Təşəhüdün kəlmələri gərək ərəbcə səhih və adi qaydada, bir-birinin ardınca deyilsin.

Məsələ 1088: Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o rəkətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat-müstəhəbə əsasən, namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səcdeyi-səhv yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat-müstəhəbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1089: Müstəhəbdir ki, namaz qılan şəxs təşəhhüd deyən halda sol budunun üstünə oturub, sağ ayağı sol ayağın üstünə qoysun. Təşəhüddən qabaq, “Əlhəmdu lillah” və ya “Bismillahi və billahi vəlhəmdu lillahi və xəyrul-əsmai lilllah” deyilsin. Həmçinin, müstəhəbdir ki, əlləri dizlərinin üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırıb, ətəyinə baxsın. Təşəhhüdün salavatından sonra isə “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” desin.

Məsələ 1090: Müstəhəbdir ki, qadınlar təşəhhüd oxuyanda budlarını bir-birinə yapışdırsınlar.

NAMAZIN SALAMI


Məsələ 1091: Namazın axırıncı rəkətinin təşəhhüdündən sonra müstəhəbdir ki, oturan və bədənin aram olduğu halda deyilsin:
أَلسَّلاَمُ عَلَيْكَ أَيُهَاالنَّبِىُّ وَرَحْمَةُاللهِ وَبَرَكَاتُهُ
Əssəlamu ələkə əyyuhən-Nəbiyyu və rəhmətullahu və bərəkatuh
Ondan sonra gərək desin:
أَلسَّلاَمُ عَلَيْكُمْ
Əssəlamu ələykum.
Ehtiyat-müstəhəb budur ki, əlavə edərək desin:
وَرَحْمَةُاللهِ وَبَرَكَاتُهُ
və rəhmətullahi və bərəkatuh,
Yaxud desin:
أَلسَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِاللهِ الصَّالِحِينَ
Əssəlamu ələyna və əla ibadillahis-salihin desin. Amma bu salamı desə, ehtiyat-vacib budur ki, ondan sonra
أَلسَّلاَمُ عَلَيْكُمْ
Əssəlamu ələykkum da desin.

Məsələ 1092: Əgər bir şəxs namazın salamını unutsa və namazın surəti pozulmamış yadına düşsə, qəsdən və səhvən olması ilə namazı batil edən iş etməyibsə, qibləyə arxa çevirmək kimi, gərək salamı desin, namazı da səhihdir.

Məsələ 1093: Əgər namazın salamını unutsa və namazın şəkli pozulduqdan sonra yadına düşsə, yaxud namazı səhvən və ya qəsdən, batil edən bir iş görmüşdürsə məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı səhihdir.

TƏRTİB


Məsələ 1094: Əgər insan, namazın tərtibini bilərəkdən pozsa; məsələn: surəni Həmddən qabaq oxusa, yaxud səcdəlri rükudan qabaq etsə namazı batildir.

Məsələ 1095: Əgər namazın bir rüknünü unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, rüku etməmişdən iki səcdə etsə, ehtiyat-vacibə əsasən namaz batildir.

Məsələ 1096: Əgər bir rüknü unutsa və ondan sonrakı rükn olmayan əməli yerinə yetirsə, məsələn, iki səcdəni yerinə yetirmədən təşəhhüd desə, gərək iki səcdəni yerinə yetirsin və ondan əvvəl səhvən oxuduğunu ikinci dəfə oxusun.

Məsələ 1097: Əgər rükn olmayan bir əməli unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, Həmdi unudub rükuya getsə, namazı səhihdir.

Məsələ 1098: Əgər rükn olmayan bir əməli unutsa, belə ki, ondan sonra gələn və rükn olmayan bir əməli yerinə yetirsə, məsələn, Həmdi unudub, surəni oxumağa başlayarsa, gərək yaddan çıxan əməli yerinə yetirsin və ondan sonra səhvən qabaqca oxuduğunu, ikinci dəfə oxusun.

Məsələ 1099: Əgər birinci səcdəni ikinci səcdədir gümanı ilə və ya ikinci səcdəni birinci səcdə gümanı ilə yerinə yetirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi də ikinci səcdə hesab olunur.

MÜVALAT


Məsələ 1100: İnsan gərək namazı muvalat ilə qılsın, yəni namazın ruku, səcdələr və təşəhhüd kimi əməllərini ardıcıl, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduğu şeyləri də adi qaydada fasiləsiz oxumalıdır. Əgər onların arasında uzun fasilə versə və buna, «namaz qılır» deməsələr namazı batildir.

Məsələ 1101: Əgər namazda səhvən hərflərin və kəlmələrin arasında fasilə versə və fasilə namazın şəklini dəyişəcək qədər olmasa, sonrakı rüknə məşğul olmamış, gərək o hərfləri və kəlmələri adi qayda üzrə oxusun. Səhv oxuduğu hərflərdən sonra, oxuduqlarını təkrar etməlidir. Əgər sonrakı rüknə məşğul olubsa, namazı səhihdir.

Məsələ 1102: Rüku və səcdəni uzatmaq və böyük surələri oxumaq, namazın müvalatını pozmur.

QUNUT


Məsələ 1103: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan əvvəl, müstəhəbdir ki, qunut tutulsun. Amma «Şəf`» namazında gərək rəcaən əmələ gətirsin. «Vitr» namazında bir rəkətdə olduğuna baxmayaraq, rükudan qabaq, qunut tutmaq müstəhəbdir. «Cümə» namazında hər rəkətdə bir qunut vardır. «Ayət» namazında beş qunut vardır. «Fitr» və «Qurban» bayramının namazında isə bir neçə qutut var ki, öz yerində qeyd olunacaq.

Məsələ 1104: Müstəhəbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun, onların içini göyə tərəf, bir-birinə yaxın saxlasın, baş barmaqdan başqa, o biri barmaqları bir-birinə birləşdirsin və əllərin içinə baxsın. Ehtiyat-vacibə əsasən, zərurət halı istisna olmaqla, əlləri qaldırmadan qunut səhih deyil.

Məsələ 1105: Qunutda hər zikri, hətta bir dəfə subhanəllah desə kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun:
لاَ إِلَهَ إِلاَّ الله الْحَلِيمُ الْكَرِيمُ لاَ إِلَهَ إِلاَّ اللهُ الْعَلِىُّ الْعَظِيمُ سُبْحَانَ الله رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِينَ السَّبْعِ وَمَا فِيهِنَّ وَمَابَيْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِيمِ وَالْحَمْدُللهِ رَبِّ الْعَالَمِينَ
La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin.

Məsələ 1106: Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla qılan şəxs əgər imam camaat onun səsini eşidərsə, qunutu ucadan oxuması müstəhəb deyildir.

Məsələ 1107: Əgər qəsdən qunut tutmasa, qəzası yoxdur və əgər unutsa, rüku qədərinə əyilməmişdən əvvəl yadına düşsə, qalxıb oxuması müstəhəbbdir. Əgər rükuda yadına düşsə, müstəhəbdir ki, rükudan sonra qəza etsin. Amma əgər səcdədə yadına düşərsə, namazın salamından sonra qəza etməsi müstəhəbdir.

NAMAZIN TƏRCÜMƏSİ


1 - “HƏMD” SURƏSİNİN TƏRCÜMƏSİ:
بِِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
“Bismillahir-rəhmanir-rəhim.”
Bismillah: Başlayıram Allahın adı ilə ki, bütün kəmallara sahib olan və hər nöqsandan pakdır.
اَلرَّحْمَنِ
“Ərrəhman”
Rəhməti genişdir, sonsuzdur.
الرَّحِيمِ
“Ərrəhim”
Rəhməti zati, əzəli və əbədidir.
أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ
“Əlhəmdu lillahi Rəbbil-aləmin”
Tərif, bütün yaranmışlara pərvəriş verən Allaha məxsusdur.
اَلرَّحْمَنِ الرَّحِيمِ
“Ərrəhmənir-rəhim”
Bunun mənası yuxarıda zikr olundu
مَالِكِ يَوْمِ الدِّينِ
“Maliki yəvmiddin”
Bir qüdrətli zatdır ki, cəza gününün hökmranlığı Onunladır.
إيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
“İyyakə nə`budu və iyyakə nəstəin”
Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.
اِهْدِنَا الصِّرَاطَ المُسْتَقِيمَ
“İhdinəs-siratəl müstəqim”
Bizi doğru yola hidayət et ki, o, İslam dinidir.
صِرَاطَ الَّذِينَ أَنعَمْتَ عَلَيهِمْ
“Siratəl-ləzinə ənəmtə ələhim”
Nemət verdiyin şəxslərin yoluna ki, onlar peyğəmbərlər və peyğəmbərlərin canişinləridir.
غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
“Ğəyril-məğzubi ələyhim vələzzallin”
Qəzəbin tutmuş və yoldan azmış adamların yoluna yox.
2 - “QUL HUVƏLLAH” SURƏSİNİN TƏRCÜMƏSİ
بِِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
“Bismillahir-rəhmanir-rəhim.”
Onun mənası deyildi.
قُلْ هُوَ اللَّهُ أَحَدٌ
“Qul huvəllahu əhəd”
(Ey Peyğəmbər,) de ki: Allah, yeganə olan Allahdır.
اللَّهُ الصَّمَدُ
“Əllahus-səməd”
O Allah ki, bütün mövcudatlardan ehtiyacsızdır.
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
“Ləm yəlid və ləm yuləd”
Övladı yoxdur və heç şəxsin də övladı deyil.
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ
“Və ləm yəkun ləhu kufuvən əhəd”
Məxluqlardan heç bir şəxs, Onun misli, tayı-bərabəri deyil.

3 - RÜKU VƏ SƏCDƏ ZİKRLƏRİNİN TƏRCÜMƏSİ


سُبْحَانَ رَبِّىَ الْعَظِيمِ وَ بِحَمْدِهِ
Subhanə Rəbbiyəl-əzimi və bihəmdih,
Mənim böyük Rəbbim, hər eyb və nöqsandan pak və münəzzəhdir və mən də Ona həmd-sitayiş etməyə məşğulam.
سُبْحَانَ رَبِّىَ الْأَعْلَى وَ بِحَمْدِهِ
Subhanə Rəbbiyəl-əla və bihəmdih
Mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir, mən də Ona həmd-sitayiş etməyə məşğulam.
سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ
Səmi əllahu limən həmidəh
Allah, Ona sitayiş edənlərin həmd-sənasını eşitsin və qəbul etsin!
أَسْتَغْفِرُ اللهَ رَبِّى وَأَتُوبُ إِلَيْهِ
Əstəğfirullahə Rəbbi və ətubu iləyh
Bağışlanmaq və məğfirət tələb edirəm O Allahdan ki, məni bəsləyib və mən Ona tərəfin qaydıram.
بِحَوْلِ اللهِ وَقُوَّتِهِ أَقُومُ وَأَقْعُد
Bihəvlillahi və quvvətihi əqumu və əqud
Mütəal Allahın köməyi və hövl-qüvvəsi ilə oturub-dururam.

4 - QUNUTUN TƏRCÜMƏSİ


لاَ إِلَهَ إِلاَّ اللهُ الْحَلِيمُ الْكَرِيمُ
La ilahə illəllahul-həlimul-kərim
Kərəm və helm sahibi olan Allahdan başqa bir məbud, ibadətə layiq olan kimsə yoxdur.
لاَ إِلَهَ إِللَّهُ الْعَلِيُّ الْعَظِيمُ
La ilahə illəllahu-əliyyul-əzim
Böyük, uca mərtəbə əzəmətli olan Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur.
سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِينَ السَّبْعِ وَمَا فِيهِنَّ وَمَابَيْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِيمِ
Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim
Pak və münəzzəhdir O Allah ki, yeddi qat göylərin, yeddi qat yerlərin və onların arasında olanların, əzəmətli ərşin Rəbbidir.
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Vəlhəmdu lillahi Rəbbil-aləmin
Həmd və səna, aləmlərə pərvəriş verən, bütün mövcudları bəsləyən, Allaha məxsusdur.

5 - TƏSBİHATİ-ƏRBƏƏNİN TƏRCÜMƏSİ


سُبحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَر
Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu
vəllahu əkbər
Pak və münəzzəhdir Allah-təala, həmd yalnız Allaha məxsusdur, sitayişə layiq olan bir məbud yoxdur, tayı olmayan Allahdan başqa. Allah, Onu vəsf edənlərin vəsfindən daha böyükdür.

6 - TƏŞƏHHÜD VƏ SALAMIN TƏRCÜMƏSİ


أََلْحَمْدُ للهِ أَشْهَدُ أَنْ لاَ إِلََهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِيكَ لَهُ
Əlhəmdu lillah, əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh
Sitayiş və həmd Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir, pərəstişə layiq məbud yoxdur. Yeganədir, şəriki yoxdur.
وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ
Və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh
Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Allahın bəndəsi və Onun Rəsulu, göndərdiyidir.
أَللَّهُمَّ صَلِّ عَلَي مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
Əllahumə səlli əla Muhəmmədin və Ali-Muhəmməd
Ey Allah! Rəhmət göndər Məhəmmədə və onun Əhi-beytinə.
وَتَقَبَّلْ شَفَاعَتَهُ وَارْفَعْ دَرَجَتَهُ
Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh
Peyğəmbərin şəfaətini qəbul et, o Həzrətin dərəcəsini Öz yanında ucalt!
أَلسَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ
Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh
Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun!
أَلسَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبادِ اللهِ الصَّالِحِينَ
Əssəlamu ələyna və əla ibadillahis-salihin
Allah tərəfindən salam biz namaz qılanlara və bütün yaxşı bəndələrə olsun!
أَسَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
Allahın salam, rəhmət və bərəkəti siz möminlərə olsun!

NAMAZIN TƏQİBATI


Məsələ 1108: Müstəhəbdir ki, insan namazdan sonra müəyyən qədər təqibatla məşğul olsun. Yəni zikr etsin, dua və Quran oxusun. Daha yaxşı olar ki, öz yerindən hərəkət etməmiş, dəstəmaz, qüsl və ya təyəmmümü batil olmamış, üzü qibləyə durub təqibatı oxusun. Təqibatın ərəbcə olması lazım deyil. Amma daha yaxşı olar ki, dua kitablarında qeyd olunanları oxusun. Daha çox tövsiyə olunan təqibatlardan biri, həzrəti Zəhranın (salamullahi ələyha) zikridir ki, bu tərtiblə deyilməlidir: 34 dəfə Əllahu Əkbər, 33 dəfə əlhəmdu lillah, 33 dəfə subhanəllah. Subhanəllahı əlhəmdu lillahdan qabaq da demək olar, amma daha yaxşı olar ki, sonra deyilsin.

Məsələ 1109: Müstəhəbdir ki, namazdan sonra şükür səcdəsi edilsin. Əgər alnı şükr etmək məqsədi ilə yerə qoysalar kifayətdir. Amma daha yaxşı olar ki, 100 dəfə, yaxud üç dəfə və ya bir dəfə şükrən lillah yaxud şükrən yaxud da əfvən deyilsin. Həmçinin, müstəhəbdir ki, insana hər vaxt nemət yetişsə, yaxud hər hansı bəla ondan uzaqlaşsa şükür səcdəsi etsin.

PEYĞƏMBƏRƏ (SƏLLƏLLAHU ƏLƏYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) SALAVAT


Məsələ 1110: Hər vaxt insan, Həzrət Rəsul-Əkrəmin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını, məsələn, Muhəmməd, Əhməd (səlləllahu ələyhi və alihi və səlləm), yaxud ləqəb və ya künyəsini, məsələn, Mustəfa, Əbul-Qasim (səlləllahu ələyhi və alihi və səlləm) desə, yaxud eşitsə, namazda olsa da belə, müstəhəbdir ki, salavat desin.

Məsələ 1111: Həzrət Rəsulun (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını yazanda, salavatı da yazmaq müstəhəbbdir. Həmçinin daha yaxşı odur ki, hər zaman o Həzrəti yad etsə, salavat göndərsin.

NAMAZI BATİL EDƏN ŞEYLƏR


Məsələ 1112: On iki şey namazı batil edir və onlara mübtilat deyilir:
1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, namazın son səcdəsindən sonra meydana gəlsə belə, ehtiyat-vacibə əsasən namazı batil olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər istihazənin göstərişinə əməl etsə, namazı səhihdir.

Məsələ 1113: İxtiyarsız şəkildə yatmış olan bir şəxs, namaz əsnasında, yaxud namazdan sonra yatdığını bilməzsə, qılmış olduğu miqdara ürfün nəzərində namaz söylənilərsə, namazı yenidən qılması lazım deyildir.

Məsələ 1114: Əgər ixtiyari şəkildə yatdığını bilsə, lakin namazdan sonra, yoxsa namaz əsnasında namazda olduğunu unudaraq, yatdığında şəkk edərsə, əvvəlki məsələdə açıqlanan şərtlə namazı səhihdir.

Məsələ 1115: Əgər səcdə halında yuxudan ayılsa və şəkk etsə ki, namazın axır səcdəsindədir, ya şükr səcdəsində, istər ixtiyarsız yuxuya getmiş olmasını istərsə ixtiyar üzündən yatmış olduğunu bilsə, namazın səhih olmasına hökm olunur və yenidən qılmaq lazım deyil.
3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq namazı batil edir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur.

Məsələ 1116: Əgər unutqanlıqdan, çarəsizlikdən, təqiyyə, yaxud da əl qaşımaq və bu kimi başqa işlər üçün əlləri bir-birinin üstünə qoysa, eybi yoxdur.
4. Namazı batil edənlərdən biri Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, məmumdan başqasında ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, haramlığında şəkk yoxdur. Amma «Amini» səhvən və ya təqiyyə üzündən desə, namazının eybi yoxdur.
5. Namazı batil edən şey, üzrsüz olaraq qiblədən dönməkdir. Amma əgər üzrlü olsa, məsələn, unutqanlıq, ya məcburi olaraq (şiddətli küləyin onu qiblədən döndərməsi kimi) qiblədən əyilsə, amma sağ və sol tərəfə çatmasa, onun namazı səhihdir, amma lazımdır ki, üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa, ya arxası qibləyə olsa, əgər unutqanlıq üzündən və qəflətdən olsa, qibləni düz tapmamış olsa və elə bir vaxt yadına düşsə ki, namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər, hərçənd ona bir rəkəti vaxt daxilində qılınmış olsa da, gərək namazı əvvəldən başlasın. Əks təqdirdə, o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir. Habelə onun qiblədən dönməsi məcburi olsa, gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın, hərçənd bir rəkəti vaxt daxilində olsa da gərək namazı əvvəldən başlasın. Əks təqdirdə həmin namazı tamam etsin. Ona, namazı yenidən qılmaq və qəza etmək lazım deyildir.

Məsələ 1117: Əgər yalnız üzü qiblədən dönsə, amma bədəni qibləyə tərəf olsa, belə ki, arxasından bir miqdar görə biləcək qədər başını geriyə döndərmişdirsə, bu da əvvəldə zikr olunan qiblədən dönmə hökmünü daşıyır. Amma onun çevrilməsi bu qədər olmasa ürfən çox olsa ehtiyat-vacibə əsasən gərək yenidən qılsın. Əgər, boynunu az bir miqdarda çevirsə bu işin məkruh olmasına baxmayaraq, namazı batil olmaz.
6. Namazı batil edənlərdən biri də, qəsdən danışmaqdır. Danışan zaman kəlmə bir hərfli belə olsa, əgər ərəb dilində «qoru» mənasını verən «qi» hərfi kimi və ya əlifba hərflərindən ikincisi olan və sual edən şəxsin cavabında söylənilən «b» hərfi kimi, ayrı bir kəlmənin mənasını ifadə edərsə, namazı batil olur. Hər hansı bir mənanı ifadə etməyən, iki və ya daha çox hərfdən ibarət olarsa, yenə də ehtiyata əsasən, namazı batil edər.

Məsələ 1118: Əgər namaz əsnasında bir və ya daha çox hərfdən ibarət olan bir kəlmə səhvən ifadə edilərsə və o kəlmənin də mənası olsa, namazı batil olmaz. Amma ehtiyata əsasən, namazdan sonra səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1119: Namazda öskürmək və ya gəyirməyin eybi yoxdur. Ehtiyat-lazım budur ki, namazda ixtiyar halında «ah» çəkməsin və nalə etməsin. Amma “ah”, “ax” kimi kəlmələri qəsdən deyərsə, namaz batildir.

Məsələ 1120: Əgər zikr məqsədi ilə, məsələn, «Əllahu əkbər» desə və onu deyərkən başqasına bir şeyi başa salmaq üçün səsini ucaltsa, eybi yoxdur. Həmçinin zikr məqsədi ilə bir kəlmə desə, belə ki, bu iş bir mətləbə diqqət yetirməyə səbəb olsa, eybi yoxdur. Amma əgər zikr məqsədi olmasa və ya hər iki işi etmək məqsədi olsa, belə ki, sözü hər iki mənada işlətsə, namazı batildir. Amma əgər zikr qəsdi etsə və bu zikri deməkdə məqsədi başqasına bir şeyi anlatmaq olsa, namazı səhihdir.

Məsələ 1121: Namazda Quran oxumaq (vacib səcdəsi olan dörd ayənin hökmü 970-ci məsələdə «qiraətin» hökmlərində deyilmişdir) və həmçinin namazda dua etməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, dua ərəbcə olsun.

Məsələ 1122: Əgər Həmdin, surənin və ya namazın zikrlərindən bir şeyi qəsdən və ya ehtiyatən bir neçə dəfə desə, eybi yoxdur.

Məsələ 1123: Namaz halında insan gərək başqasına salam verməsin. Əgər başqası ona salam versə, gərək cavab versin. Amma cavab gərək salam mislində olsun, yəni salamın əslinə əlavə olunmasın, məsələn, gərək cavabda «Salamun ələykum və rəhmətullahi və bərəkatuh» deməsin. Hətta ehtiyat-lazıma əsasən, gərək «ələykum və ya ələykə» sözlərini, cavabda «salam» sözündən qabağa salmasın. Əgər salam verən kəs bu cür etməmiş olsa da, hətta ehtiyat-müstəhəb budur ki, cavabı bütünlüklə onun verdiyi kimi versin. Məsələn, əgər desə «səlam-ələykum», cavabda desin «salam ələykum» və əgər desə «əs-səlamu-ələykum», desin «əs-səlamu-ələykum» və əgər desə «səlam-ələykə», «səlam-ələykə» deməlidir. Amma «ələykumus-səlam»-ın cavabını hər hansı formada (yəni qrammatik formada) istəsə deyə bilər ələykumussəlam, əssəlamu ələykum, və ya salamun ələykum kimi.

Məsələ 1124: İnsan gərək salamın cavabını istər namazda, istərsə də başqa vaxtda, dərhal versin. Əgər qəsdən və ya unutqanlıq üzündən salamın cavabını, o salamın cavabı hesab olunmayacaq qədər gecikdirsə, əgər namaz halındadırsa, cavab verməlidir və əgər namaz halında olmasa, cavab verməsi vacib deyildir.

Məsələ 1125: Gərək salamın cavabını elə deyə ki, salam verən eşidə. Amma salam verən kar olsa, ya salam verib, tez ötüb keçsə, onda mümkün olsa salamın cavabını işarə və onun başa düşdüyü kimi vermək lazımdır. Əks təqdirdə, namazda deyilsə, cavab verməsi lazım deyil. Namazda olarsa da, cavab verməsi icazəli deyildir.

Məsələ 1126: Vacibdir ki, namaz qılan salamın cavabını, salamlamaq məqsədi ilə desin. Dua məqsədilə deməyin də maneəsi yoxdur, yəni Allah-təaladan salam verən, kəs üçün salamatlıq istəsin.

Məsələ 1127: Əgər qadın, naməhrəm kişi və ya ağlıkəsən uşaq, namaz qılana salam versə, namaz qılan gərək onun cavabını versin. Əgər qadın salamı «salam ələyk» desə, cavabında «salam ələyki» deyə bilər, yəni «kaf» hərfinə «kəsrə» əlavə edərək cavab verə bilər.

Məsələ 1128: Əgər namaz qılan salamın cavabını verməsə, günah etməsinə baxmayaraq namazı səhihdir.

Məsələ 1129: Əgər bir kəs, namaz qılana səhv salam versə, ehtiyat-vacibə əsasən onun cavabını səhih verməlidir.

Məsələ 1130: Məsxərə, ya zarafat üçün salam verən kəsin cavabını, həmçinin, müsəlman olmayan kişi və qadının salamının cavabını vermək, zimmi olmasalar vacib deyil. Əgər zimmi olsalar, ehtiyat-vacibə əsasən «ələyk» kəlməsi ilə kifayətlənmək lazımdır.

Məsələ 1131: Əgər bir kəs bir yerdə olan bir neçə nəfərə salam versə, onun salamının cavabı onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir.

Məsələ 1132: Əgər bir şəxs, bir dəstəyə salam versə və salam verənin qəsd etmədiyi bir şəxs ona cavab versə, onun salamının cavabı yenə də o dəstəyə vacibdir.

Məsələ 1133: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında namaza məşğul olan şəxs, salam verənin ona da salam verib-verməməsinə şəkk etsə, gərək cavab verməsin və habelə ehtiyat-vacibə əsasən bilsə ki, salam verənin məqsədi o şəxsə də salam vermək olub, lakin başqası onun salamının cavabını vermişdirsə, cavab verməsin. Amma əgər bilsə ki, məqsədi o da olmuşdur, lakin başqası cavab verməyib, yaxud cavabının verilib-verilməməsində şəkk etsə, gərək namaz qılan onun cavabını versin.

Məsələ 1134: Salam vermək müstəhəbbdir, çox tövsiyələr olub ki, süvari piyadaya, duran oturana və kiçik böyüyə salam versin.

Məsələ 1135: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, ehtiyat-vacibə əsasən, gərək hər biri digərinin salamının cavabını versin.

Məsələ 1136: Qeyri-namaz halında, salamın cavabını, salamdan yaxşı almaq müstəhəbbdir. Məsələn, əgər desə «salamun ələykum», cavabında desin: «salamun ələykum və rəhmətullah».
7. Namazda qəsdən səslə gülmək namazı batil edən işlərdəndir. Hərçənd ixtiyarsız olsa da; əgər müqəddiməsi ixtiyari olsa da, hətta ehtiyat-vacibə əsasən müqəddiməsi ixtiyari olmasa da, belə ki namazı yenidən qılmağa vaxt olsa gərək yenidən qılsın. Amma əgər qəsdən səssiz və ya səhvən ucadan gülsə, namazının işkalı yoxdur.

Məsələ 1137: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyişsə, məsələn, rəngi qızarsa, ehtiyat-vacib budur ki, namazını ikinci dəfə qılsın.
8. Ehtiyat-vacibə əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneəsi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur.
9. Namazı batil edən işlərdən biri, namazın surətini pozmaqdır. Məsələn, havaya tullanmaq və ya bu kimi hərəkətlər etmiş olsa, istər qəsdən olsun və yaxud unutqanlıq üzündən, namazı batil edər. Amma əl ilə işarə etmək kimi, namazın surətini pozmayan hərəkətlərin işkalı yoxdur.

Məsələ 1138: Əgər namaz əsnasında, “namaz qılmır” deyilə biləcək qədər sakit qalsa, namaz batildir.

Məsələ 1139: Əgər namaz əsnasında bir iş görə, yaxud bir müddət sakit dayana və şəkk edə ki, namazı pozulub ya yox, gərək namazı təzələsin. Amma daha yaxşı odur ki, onu tamam etsin və sonra təzələsin.
10. Namazı batil edənlərdən biri, yemək və içməkdir. Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək şəkildə, bir şey yeyərsə və ya içərsə, istər qəsdən olsun, istərsə də unutduğuna görə, namaz batil olur. Amma oruc tutmaq istəyən şəxs, əgər sübh azanından əvvəl müstəhəbb bir namaz qıldığı halda susuz olarsa, belə ki, namazı tamamladığı təqdirdə, sübh azanının olacağından qorxarsa və su onun qarşısında bir neçə addımlıqda olarsa, namaz arasında su içə bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir şey etməməlidir.

Məsələ 1140: Qəsdən yemək və ya içmək, hətta namazın şəklini pozmasa belə; istər namazın ardıcıllığı pozulsun, istər pozulmasın, ehtiyat-vacibə əsasən o namazı yenidən qılmalıdır.

Məsələ 1141: Əgər namaz arasında ağzında, yaxud dişinin dibində qalan yeməyi udsa, namazı batil olmaz. Həmçinin əgər ağızda qənd, şəkər və bu kimi şeylər qalmış olsa və namaz halında az-az əridikcə onu udsa, eybi yoxdur.
11. Namazı batil edənlərdən biri də, iki rəkətli və üç rəkətli namazların rəkətində, yaxud dörd rəkətli namazların iki əvvəl rəkətlərində şəkk etməkdir. Bu hökm namaz qılanın şəkk halında qaldığı hala aiddir.
12. Namazı batil edən şeylərdən biri də, namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır. Həmçinin rüknü, məsələn, rüku və ya iki səcdəni bir rəkətdə səhvən artırsa, namazı ehtiyat-vacibə əsasən, batil olar. Amma səhvən «təkbirətül-ehramı» artırmaq namazı batil etməz.

Məsələ 1142: Əgər namazdan sonra şəkk etsə ki, namaz əsnasında namazı batil edən işlərdən edib ya yox, namazı səhihdir.

NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 1143: Namazda əvvəl deyildiyi kimi, «qiblədən dönmüşdür» deyilməyəcək şəkildə, üzünü bir az sağa və ya sola çevirmək məkruhdur, belə ki, arxasından bir miqdarını görə bilməyəcək qədər dönərsə; Əks təqdirdə namaz batil olur. Həmçinin, namazda gözləri yummaq, ya sağa-sola döndərmək, əli və sağ qolu ilə oynamaq, barmaqlarını bir-birinə keçirtmək, ağzının suyunu çölə atmaq, Quranın, ya kitabın, ya da üzüyün yazısına baxmaq, Həmd, surə və zikr deyən vaxt bir nəfərin sözünü eşitmək üçün, sakit olmaq məkruhdur. Ümumiyyətlə xüzu və xüşunu aradan aparan işlərin hamısı məkruhdur.

Məsələ 1144: İnsanın yuxusu gəldiyi, habelə bövl və qaitin qarşısını aldığı vaxt namaz qılması məkruhdur. Həmçinin, ayağı sıxan dar corab geymək də məkruhdur. Bundan başqa sair məkruhatlar da vardır ki, müfəssəl kitablarda qeyd olunmuşdur.

VACİB NAMAZI POZMAĞIN MÜMKÜN OLDUĞU HALLAR


Məsələ 1145: İxtiyar üzündən vacib namazı pozmaq, ehtiyat-vacibə görə icazəli deyil. Amma malı qorumaq, mala və ya bədənə olan zərərin qarşısını almaq üçün maneəsi yoxdur. Hətta namaz qılanın dünya və axirəti üçün əhəmiyyətli olan hər işə görə olsa belə, maneəsi yoxdur.

Məsələ 1146: Əgər öz canını, yaxud canının qorunması vacib olan bir şəxsi, yaxud qorunub-saxlanması vacib olan əmlakı (malı) hifz etmək, namazı pozmadan mümkün olmazsa, gərək namazı pozsun.

Məsələ 1147: Əgər vaxt geniş olanda namaz qılsa və tələbkar öz tələbini ondan istəsə, belə ki, namaz əsnasında onun istədiyini verə bilərsə, gərək həmin halda ödəsin. Əgər namazı sındırmadan onu vermək mümkün deyilsə, gərək namazı sındırsın, onun istədiyini versin və sonra namazı qılsın.

Məsələ 1148: Əgər namazda başa düşsə ki, məscid nəcisdir, belə ki, vaxt dar olsa, gərək namazı tamam etsin. Əgər vaxt genişdirsə və məscidi pak etmək namazı pozmursa, gərək namaz əsnasında pak etsin, sonra namazın ardını qılsın. Əgər bu iş namazı pozacaqsa, namazdan sonra məscidi təmizləmək mümkündürsə, məscidi təmizləmək üçün namazı pozması caizdir. Əgər namazdan sonra məscidi pak etmək mümkün olmasa, gərək namazı sındırsın, məscidi pak etsin və sonra namazı qılsın.

Məsələ 1149: Namazı sındırmalı olan şəxs, namazı tamamlayarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir. Ehtiyat-müstəhəb budur ki, o namazı yenidən qılsın.

Məsələ 1150: Əgər qiraətdən qabaq və yaxud rükuya əyilməmişdən qabaq, yadına düşsə ki, azan və iqaməni və ya təkcə iqaməni yaddan çıxarıb, belə ki, namazın vaxtı genişdirsə, müstəhəbdir, onları demək üçün namazı sındırsın. Hətta əgər namazı tamam olmamışdan qabaq, yadına düşsə ki, onları yaddan çıxarıb, müstəhəbbdir ki, onları demək üçün namazı sındırsın.

ŞƏKKİYYAT


Namazın şəkkiyyatı 23 qismdir ki, onlardan səkkizi namazı batil edir, altısına etina olunmamalıdır, doqquzunda isə namaz səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKLƏR


Məsələ 1151: Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir:
1-İki rəkətli namazların rəkətlərinin sayındakı şək; (sübh namazı və səfərdə olan şəxsin namazı kimi). Amma iki rəkətli müstəhəb namazların və ehtiyat namazlarının rəkətlərinin sayındakı şəkk, namazı batil etmir.
2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk;
3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk;
4-Dörd rəkətli namazlarda, ikinci səcdəyə daxil olmazdan qabaq, iki rəkətlə daha artıq arasındakı şəkk.
5-İki və beş, yaxud, iki və beşdən artıq rəkət arasındakı şəkk;
6-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk;
7-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk;
7. 8-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk, (sonra izah olunacaqdır).

Məsələ 1152: İnsan batil edən şəkklərlə qarşılaşarsa, şəkki bərpa olana qədər namazını pozmaması, namazın surəti pozuluncaya və ya yəqin və guman hasil etməkdən ümidsiz oluncaya qədər fikirləşməsi daha yaxşıdır.

ETİNA OLUNMAYAN ŞƏKKLƏR


Məsələ 1153: Etina olunmayan şəkklər bunlardır:
1. Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk; məsələn: rükuda Həmdi oxuyub-oxumamasında şəkk etsə.
2. Namazın salamından sonrakı şəkk;
3. Namazın vaxtı keçəndən sonrakı şəkk;
4. Kəsirüş-şəkk, yəni çox şəkk edən şəxsin şəkki;
5. Camaat namazında məmum rəkətlərin sayını bilirsə, imamın, yaxud imam rəkətlərin sayını bilirsə, məmumun rəkətlərin sayında etdiyi şəkk;
6. Müstəhəb və ehtiyat namazlarındakı şəkk.

1 - YERİNƏ YETİRİLMƏ MƏHƏLLİ KEÇMİŞ OLAN ŞEYLƏRDƏKİ ŞƏKK


Məsələ 1154: Namazda ikən namazın vacibatından hər hansı birini edib-etmədiyində şəkk edərsə, məsələn, Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər şəri nəzərdən əvvəlki işi qəsdən tərk etdiyi təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn surəni oxuyarkən Həmdi oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməməlidir. Əks təqdirdə edib-etmədiyində şəkk etdiyi işi yerinə yetirməlidir.

Məsələ 1155: Əgər hər hansı ayəni oxuyanda, ondan qabaqkı ayəni oxuyub-oxumamasında şəkk etsə, yaxud ayənin axırını oxuyanda onun əvvəlini oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1156: Əgər rüku, yaxud səcdədən sonra onun vacibi işlərini (zikr, bədənin aram olması kimi) yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1157: Əgər səcdəyə gedən halda rüku edib-etməməsində, yaxud rükudan sonra ayağa qalxıb-qalxmamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1158: Əgər qalxan halda səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə, gərək öz şəkkinə etina etməsin.

Məsələ 1159: Oturduğu, yaxud uzandığı yerdə namaz qılan şəxs, Həmd və ya təsbihatı oxuyan yerdə şəkk etsə ki, səcdə və ya təşəhhüdü yerinə yetirmişdir ya yox, gərək öz şəkkinə etina etməsin. Əgər Həmdi və ya təsbihatı deməmişdən əvvəl şəkk etsə ki, səcdə və ya təşəhhüdü demişdir ya yox, gərək yerinə yetirsin.

Məsələ 1160: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə məşğul olmasa, gərək onu yerinə yetirsin. Məsələn, əgər təşəhhüdü oxumamışdan qabaq şəkk etsə ki, iki səcdəni əmələ gətirmişdir ya yox, gərək yerinə yetirsin. Sonradan yadına düşsə ki, o rüknü əmələ gətiribmiş, rükn artıq olduğuna görə, namazı ehtiyat-lazıma əsasən batildir.

Məsələ 1161: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə, belə ki, ondan sonrakı işlə mə üşğul olmayıbdırsa, gərək onu yerinə yetirsin. Məsələn, surəni oxumazdan qabaq Həmdi oxuyub-oxumadığına şəkk edərsə, gərək Həmdi oxusun. Əgər onu yerinə yetirəndən sonra yadına düşsə ki, onu yerinə yetiribmiş, rükn artıq olmadığı üçün namazı səhihdir.

Məsələ 1162: Əgər hər hansı rüknü yerinə yetirib-yetirməməsində şəkk etsə, məsələn, təşəhhüdə məşğuldursa və iki səcdəni yerinə yetitirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma, o rüknü yerinə yetirmədiyi yadına düşsə, bu halda sonrakı rüknə başlamayıbsa onu yerinə yetirməldir; əgər sonrakı rüknə başlayıbsa, ehtiyat-lazıma əsasən namazı batildir; məsələn: rükudan qabaq, əvvəlki iki səcdəni yerinə yetirmədiyi yadına düşsə, onu yerinə yetirməlidir. Amma rükuda, yaxud ondan sonra yadına düşsə, deyildiyi kimi namazı batildir.

Məsələ 1163: Əgər şəkk etsə ki, rükn olmayan bir əməli yerinə yetirib ya yox, belə ki, ondan sonrakı işə məşğul olsa, gərək öz şəkkinə etina etməsin. Məsələn, surə oxumağa məşğul olarkən şəkk etsə ki, Həmdi oxuyubdur ya yox, gərək öz şəkkinə etina etməsin. Əgər sonradan yadına düşsə ki, onu yerinə yetirməyib, belə ki, sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu və ondan sonrakıları yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olmuşdursa, namazı səhihdir. Buna əsasən əgər qunutda yadına düşsə ki, Həmdi oxumamışdır, gərək oxusun və əgər rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ 1164: Namazın salamını deyib-demədiyində şəkk edərsə, əgər namazdan sonra, təqibə və ya başqa bir namaza başlamışdırsa, yaxud namazı pozacaq bir iş görərək, namaz halından çıxmışdırsa, şəkkinə etina etməməlidir. Amma əgər bunlardan əvvəl şəkk edərsə, salamı deməlidir. Lakin, salamı düzgün deyib-demədiyində şəkk edərsə, hər hansı halda olsa belə, şəkkinə etina etməməlidir.

2 - SALAMDAN SONRAKI ŞƏKK


Məsələ 1165: Əgər salamlardan sonra namazın səhih olub-olmamasında şəkk etsə; məsələn: rüku edib-etməməsində şəkk etsə, yaxud dörd rəkətli namazın salamından sonra dörd rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma şəkkinin hər iki tərəfi batil olsa; məsələn: dörd rəkətli namazın salamından sonra üç rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə namazı batildir.

3 - VAXT KEÇƏNDƏN SONRAKI ŞƏKK


Məsələ 1166: Namazın vaxtı keçdikdən sonra, namazı qılıb-qılmadığında şəkk edərsə və ya qılmadığını guman edərsə, qılması lazım deyil. Amma vaxt keçməzdən qabaq, namazı qılıb-qılmadığında şəkk edərsə, qıldığını guman etsə belə, o namazı yenidən qılmalıdır.

Məsələ 1167: Əgər namazın vaxtı keçdikdən sonra, onu düzgün qılmadığında şəkk edərsə, şəkkinə etina etməməlidir.

Məsələ 1168: Əgər zöhr və əsr namazının vaxtı keçəndən sonra dörd rəkət namaz qılıb, lakin onu zöhr, yoxsa əsr niyyəti ilə qıldığını bilməzsə, ona vacib olan namazın qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılmalıdır.

Məsələ 1169: Əgər məğrib və işa namazının vaxtı keçəndən sonra bir namaz qıldığnı bilsə, amma üç, yoxsa dörd rəkət qıldığını bilməsə, gərək məğrib və işa namazlarının qəzasını qılsın.

4 - KƏSİRÜŞ-ŞƏKK (ÇOX ŞƏKK EDƏN)


Məsələ 1170: Kəsirüş-şəkk, çox şəkk edən şəxsdir. Belə ki, hiss orqanlarının iğtişaş səbəbi olması və ya olmaması baxımından onu, onun kimi olan şəxslərlə müqayisə etdikdə adi qaydadan çox şəkk edirlər və bu təkcə çox şəkk etmək adəti olan şəxsə məxsus deyil. Əksinə şəkkin çoxluğu adət ərəfəsində olması kifayətdir.

Məsələ 1171: Çox şəkk edən şəxs, əgər namazın hissələrindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Məsələn; əgər rüku edib-etmədiyində şəkk edərsə, etdiyini qəbul etməlidir. Amma əgər yerinə yetirilməsi namazı batil edən bir şeyi yerinə yetirib-yetirmədiyində şəkk edərsə, məsələn; sübh namazını iki rəkət və ya üç rəkət qılmış olduğunda şəkk edərsə, doğru tərəfi qəbul etməlidir.

Məsələ 1172: Namazın bir şeyində çox şəkk edən şəxsin şəkkləri, o şeyə məxsus hesab olarsa, belə ki, namazın başqa şeylərində şəkk etsə, gərək onun göstərişinə əməl etsin, məsələn, səcdə edib-etməməsində çox şəkk edən şəxs, əgər rükunun yerinə yetirilməsində şəkk etsə, gərək onun göstərişinə əməl etsin. Yəni əgər səcdəyə getməyibsə, rükunu yerinə yetirsin, əgər səcdəyə getmişdirsə, etina etməsin.

Məsələ 1173: Müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edən şəxs, belə ki şəkk çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər başqa bir namazda, məsələn; əsr namazında şəkk edərsə, şəkk qaydalarına əsasən əməl etməlidir.

Məsələ 1174: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin.

Məsələ 1175: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir.

Məsələ 1176: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk edib ona etina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna etina etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 1177: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə və şəkkinə etina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri yerinə yetirməlidir. Əgər məhəlli keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə və buna etina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir.

5 - İMAM VƏ MƏMUMUN ŞƏKKİ


Məsələ 1178: Əgər imam, namazın rəkətlərinin sayında şəkk edərsə, məsələn; üç və ya dörd rəkətqıldığında şəkk edərsə, bu halda əgər məmum yəqin və ya gumani olaraq dörd rəkətqıldığını bilsə və dörd rəkətqıldığını imama başa sala bilərsə, imam namazı tamamlamalıdır və ehtiyat namazı qılması da lazım deyildir. Həmçinin imam, neçə rəkət qıldığını yəqin və ya gumani olaraq bilib, məmum namazın rəkətlərinin sayında şəkk edərsə, şəkkinə etina etməməlidir. Onların hər biri, səcdənin sayı kimi namazın işlərində də şəkk edərsə hökm eynidir.

6 - MÜSTƏHƏB NAMAZDAKI ŞƏKK


Məsələ 1179: Müstəhəb namazların rəkətinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Məsələn; əgər sübh namazının nafiləsində, iki rəkət, yoxsa üç rəkətqıldığı barədə şəkk edərsə, iki rəkətqıldığına qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, məsələn; bir rəkət, yoxsa iki rəkətqıldığında şəkk edərsə, şəkkinin hansı tərəfinə görə əməl edərsə, namazı səhihdir.

Məsələ 1180: Rüknün az olması nafiləni batil edər, amma rüknün çox olması onu batil etməz. Belə ki, əgər nafilənin işlərindən birini unutsa və sonrakı rüknə məşğul olan vaxtda yadına düşsə, gərək o işi yerinə yetirsin və ikinci dəfə olaraq o rüknü yerinə yetirsin. Məsələn; əgər rükuda Həmdi oxumadığını xatırlayarsa, qalxıb Həmdi oxumalı, sonra da rükunu yerinə yetirməlidir.

Məsələ 1181: Əgər nafilənin işlərindən birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-rükn, əgər məhəlli keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçmişdirsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1182: Əgər iki rəkətli müstəhəb namazda gümanı üç, yaxud çox rəkətə getsə, gərək etina etməsin və namazı səhihdir. Əgər gümanı iki və ya az rəkətə getsə, ehtiyat-vacibə əsasən, gərək həmin gümana əməl etsin. Məsələn, bir rəkət qıldığını güman etsə, gərək ehtiyat-vacibə görə, bir rəkətdə qılsın.

Məsələ 1183: Əgər nafilə namazında, vacib namazlarda səcdeyi-səhvni vacib edən bir iş görərsə ya da bir səcdəni unudarsa, namazdan sonra səcdeyi-səhvni və ya səcdənin qəzasını yerinə yetirməsi lazım deyildir.

Məsələ 1184: Əgər müstəhəb bir namazı qılıb-qılmadığına şəkk edərsə, bu namaz Cəfəri-Təyyar namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, qılmadığını qəbul etməlidir. Amma əgər gündəlik nafilə namazları kimi, müəyyən vaxtları vardırsa, belə ki, vaxtı keçməzdən qabaq onu yerinə yetirib-yetirmədiyində şəkk edərsə, yenə də eyni hökmü daşıyır. Amma vaxtı keçdikdən sonra, belə bir şəkkə düşən şəxs, şəkkinə e`tina etməməlidir.

SƏHİH ŞƏKKLƏR


Məsələ 1185: Doqquz halda əgər namaz qılan şəxs, dörd rəkətli namazın rəkətlərinin sayında şəkk etsə, gərək fikirləşsin; əgər şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsa, həmin tərəfi əsas tutub namazı qurtarmalıdır. Əks halda isə, deyiləcək göstərişlərə əməl etməlidir. Bu doqquz hal aşağıdakılardan ibarətdir:
1. İkinci səcdəyə getdikdən sonra, iki rəkət, yaxud üç rəkət qıldığı barədə şəkk edərsə, üç rəkət qıldığını əsas götürməli və əlavə olaraq bir rəkətdə qılıb, namazı tamamlamalıdır. Namazdan sonra da ayaq üstə bir rəkət ehtiyat namazı qılmalıdır, ehtiyat-vacibə əsasən oturan halda iki rəkət kifayət deyil.
2. İkinci səcdəyə daxil olandan sonra iki və dörd arasında şəkk etsə, gərək dörd rəkətqıldığını əsas götürsün və namazdan sonra ayaq üstə iki rəkətehtiyat namazı qılsın.
3. İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd arasında şəkk etsə, gərək dörd rəkət qıldığını əsas götürsün və namazdan sonra iki rəkət ayaq üstə və sonra iki rəkətdə oturan yerdə ehtiyat namazı qılsın.
4. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, namazı tamamlamalıdır. Namazdan sonra isə iki səcdeyi-səhv yerinə yetirməlidir. Dördlə altı arasında şəkk etmək kimi, az tərəfi dörd rəkət olan hər şəkkdə habelə, ikinci səcdəyə başladıqdan sonra, dörd rəkətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman dörd rəkət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yəni dörd rəkətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rəkətdən çox kimi ehtimalı olduğundan iki səcdeyi-səhv yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən dörd şəkkdən birisi ilə qarşılaşsa, namazı batildir.
5. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rəkət qıldığını əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rəkət ayaq üstə, yaxud iki rəkət oturduğu yerdə ehtiyat namazı qılsın.
6. Ayaq üstə dörd və beş rəkət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və namazın salamını versin. Bundan sonra bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan yerdə ehtiyat namazı qılsın.
7. Ayaq üstə üç və beş rəkət arasında şəkk etsə, gərək oturub təşəhhüdü oxusun və namazın salamını versin. Sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılsın.
8. Ayaq üstə üç, dörd və beş rəkət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. İki rəkət ayaq üstə və sonra iki rəkət oturan yerdə ehtiyat namazı qılsın.
9. Ayaq üstə beş və altı rəkət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. Sonra iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1186: Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, belə ki, namazın vaxtı dar olsa da, namazı başdan başlaya bilməsə, namazı sındırmamalı və deyilən göstərişə əməl etməlidir. Amma əgər namazın vaxtı geniş olarsa, namazı sındırıb yenidən başlaya bilər.

Məsələ 1187: Əgər insan namazda, ehtiyat namazı vacib olan şəkklərdən birilə qarşılaşarsa və bu halda namazı tamamlayarsa, ehtiyat-müstəhəb budur ki, ehtiyat namazı qılsın və ehtiyat namazını qılmadan namazı təzədən qılmasın. Əgər namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da ehtiyat-vacibə əsasən batildir. Amma namazı batil edən işlərdən sonra ikinci namaza məşğul olsa, ikinci namazı səhihdir.

Məsələ 1188: İnsan batil şəkklərdən biri ilə qarşılaşdıqda, əgər sonrakı hala keçdiyi təqdirdə, yəqin və ya guman hasil olacağını bilirsə, onun batil şəkki namazın birinci iki rəkətindəndirsə, şəkk halı ilə namazına davam etməsi icazəli deyildir. Məsələn; əgər qiyam halında ikən bir rəkət və ya daha çox qıldığında şəkk edərsə və rükuya getdiyi təqdirdə, bir tərəfə yəqin ya guman edəcəyini bilirsə, bu halla rükuya getməsi icazəli deyildir. Amma qalan batil şəkklərdə yəqin və ya guman əldə etmək məqsədi ilə namazına davam edə bilər.

Məsələ 1189: Əgər əvvəl gümanı bir tərəfə çox olsa və sonradan nəzərində hər iki tərəf eyni olsa, gərək şəkkin göstərişinə əməl etsin. Əgər əvvəl nəzərində hər iki tərəf eyni olsa, vəzifəsi hansı tərəfədirsə, o tərəfə hesab etsin və sonra onun gümanı digər tərəfə getsə, gərək həmin tərəfi əsas tutsun və namazı tamam etsin.

Məsələ 1190: Gumaninin bir tərəfə çox, yoxsa hər iki tərəfə də bərabər olduğunu bilməyən şəxs, şəkkin göstərişinə əsasən əməl etməlidir.

Məsələ 1191: Əgər namazdan sonra, namazda ikən, məsələn; iki rəkət və ya üç rəkət qıldığına dair tərəddüd edib, bənanı üçüncü rəkətə qoyub, amma üç rəkət qıldığını guman etdiyini, yoxsa hər iki tərəfin (iki və ya üç rəkət) nəzərində bərabər olduğunu bilməzsə, ehtiyat namazı qılması lazım deyildir.

Məsələ 1192: Əgər ayağa qalxdıqdan sonra, iki səcdəni yerinə yetirib-yetirmədiyində şəkk edərsə və o halda iki səcdənin tamamlanmasından sonra, səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, məsələn; iki rəkət, yoxsa üç rəkət qıldığında şəkk edərsə, o şəkkin hökmünə görə əməl edərsə, namazı səhihdir. Amma əgər təşəhhüdü oxuduğu zaman bu şəkklərdən biri ilə qarşılaşarsa, əgər şəkki iki ilə üç arasındadırsa, namazı batildir. Əgər iki ilə dörd ya iki üç və dörd arasında olsa, namazı səhihdir və gərək şəkkin göstərişlərinə əməl etsin.

Məsələ 1193: Əgər təşəhhüdə başlamazdan əvvəl və ya təşəhhüdü olmayan rəkətlərdə ayağa qalxmazdan əvvəl, bir və ya iki səcdəni yerinə yetirib-yetirmədiyində şəkk edərsə və həmin zamanda iki səcdəni yerinə yetirdikdən sonra səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, namazı batildir.

Məsələ 1194: Əgər qiyamda ikən, üç ilə dörd və ya üç, dörd və beş rəkətlər arasında şəkk edərsə və həmin zamanda əvvəlki rəkətin bir və ya iki səcdəsini yerinə yeirmədiyini xatırlayarsa, namazı batildir.

Məsələ 1195: Bir şəkki aradan gedən şəxs, digər bir şəkk ilə qarşılaşarsa, məsələn; qabaqcadan iki, yoxsa üç rəkət qıldığında şəkk edən şəxs, daha sonra üç, yoxsa dörd rəkət qıldığında şəkk edərsə, ikinci şəkkinin hökmünə görə əməl etməlidir.

Məsələ 1196: Əgər namazdan sonra şəkk etsə ki, namazda, məsələn, iki ilə dörd rəkət arasında şəkk edib, yoxsa üç ilə dörd arasında, hər iki şəkkin göstərişinə əməl edə bilər və həmçinin namazı batil edən işlərdən sonra onu ikinci dəfə qılsın.

Məsələ 1197: Namazdan sonra, namazda bir şəkk ilə qarşılaşdığını bilərsə, lakin səhih şəkklərdən, yoxsa batil şəkklərdən olduğunu bilməsə gərək namazını yenidən qılsın. Əgər səhih şəkklərdən olsa da, onların hansı qismindən olduğunu bilməzsə, o namazı, yenidən qılması caizdir.

Məsələ 1198: Oturan halda namaz qılan bir şəxs, bir rəkət ayaq üstə və ya iki rəkət oturaq halda ehtiyat namazı qılmasını lazım edəcək şəkk ilə qarşılaşarsa, bir rəkət oturaq halda qılmalıdır. İki rəkət ayaq üstə ehtiyat namazı qılmasını lazım edən bir şəkk etdiyi təqdirdə də, iki rəkət oturaq halda qılmalıdır.

Məsələ 1199: Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılındığı halda ayaq üstə dura bilməsə, namazı oturan halda qılan şəxslər kimi (hökmü əvvəlki məsələdə deyildi) ehtiyat namazını qılmalıdır.

Məsələ 1200: Oturan halda namaz qılan bir şəxs, ehtiyat namazı qılan zaman ayaq üstə dura bilsə, gərək namazı, ayaq üstə qılan şəxslərin vəzifəsinə əməl edərək yerinə yetirsin.

EHTİYAT NAMAZININ GÖSTƏRİŞİ


Məsələ 1201: Ehtiyat namazı vacib olan bir şəxs, namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, Həmdi oxuyub rüku və səcdəni etməlidir. Əgər bir rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüdü oxumalı, salamları deməlidir. İki rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra bir rəkət də (əvvəlki kimi) qılıb sonra təşəhhüdü və salamları deməlidir.

Məsələ 1202: Ehtiyat namazının surə və qunutu yoxdur. Ehtiyat-lazıma əsasən, onun Həmdi ahəstə oxunmalıdır. Onun niyyəti dillə deməməlidir. Ehtiyat-müstəhəb budur ki, «Bismillahı» da ahəstə deyilsin.

Məsələ 1203: Əgər ehtiyat namazını qılmazdan əvvəl namazını düzgün qıldığını anlayarsa, ehtiyat namazı qılması lazım deyil və əgər ehtiyat namazı qılarkən anlayarsa, onu tamamlaması lazım deyildir.

Məsələ 1204: Ehtiyat namazını qılmazdan qabaq namazın rəkətlərinin əskik olduğunu anlayarsa, belə ki, əgər namazı batil edən bir iş görməmişdirsə, namazda qılmadığı qismi qılmalı və yersiz salam verdiyi üçün ehtiyat-lazıma əsasən, iki səcdeyi-səhv yerinə yetirməlidir. Əgər namazı batil edən bir iş görmüşdürsə, məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı yenidən qılmalıdır.

Məsələ 1205: Ehtiyat namazını qıldıqdan sonra, namazdan əskik qalan rəkətlərin, qıldığı ehtiyat namazı qədər olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasındakı şəkkdə, bir rəkət ehtiyat namazı qılıb, sonradan namazı üç rəkət qılmış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 1206: Ehtiyat namazını qıldıqdan sonra, namazından əskik qalan rəkətlərin, ehtiyat namazından az olduğunu anlayarsa, məsələn; iki ilə dörd arasındakı şəkkdə, iki rəkət ehtiyat namazı qılıb, sonradan namazı üç rəkət qılmış olduğunu anlayarsa, namazı yenidən qılmalıdır.

Məsələ 1207: Ehtiyat namazını qıldıqdan sonra, namazın nöqsanının ehtiyat namazından çox olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasında şəkk edən şəxs, bir rəkət ehtiyat namazı qılıb, sonra da namazı iki rəkət qıldığını anlayarsa, bu surətdə ehtiyat namazından sonra, namazı batil edən bir iş etmişdirsə (arxasını qibləyə çevirmək kimi), namazı yenidən qılmalıdır. Amma əgər namazı batil edən bir iş görməmişdirsə, ehtiyat-lazıma əsasən bu təqdirdə də, namazı yenidən qılmalı və namazdan nöqsan qalan rəkəti əlavə etməklə kifayətlənməməlidir.

Məsələ 1208: İki, üç və dörd arasında şəkk edən şəxs, iki rəkətayaq üstə ehtiyat namazı qıldıqdan sonra, namazı iki rəkətqıldığını xatırlayarsa, iki rəkətdə oturaraq ehtiyat namazı qılması lazım deyildir.

Məsələ 1209: Əgər üç və dörd rəkət arasında şəkk etsə və bir rəkət ayaq üstə ehtiyat namazı qılarkən yadına düşsə ki, namazı üç rəkətqılmışdır, gərək ehtiyat namazını buraxsın, belə ki, rükuya daxil olmazdan əvvəl yadına düşsə, bir rəkəti ona bitişik qılsın, namazı səhihdir. Artıq salam üçün ehtiyat-lazıma əsasən iki səcdeyi-səhv etsin. Amma əgər rükuya gedəndən sonra yadına düşmüş olsa, namazı ikinci dəfə qılmalı və ehtiyata əsasən əvvəlki rəkətə əlavə etməklə kifayətlənməməlidir.

Məsələ 1210: Əgər iki, üç və dörd rəkət arasında şəkk etsə, ayaq üstə iki rəkət ehtiyat namazı qılarkən, namazı üç rəkət qıldığı yadına düşsə, keçən məsələdə deyilən, burada da icra olunur.

Məsələ 1211: Ehtiyat namazını qılarkən, namazın nöqsanlı qisminin ehtiyat namazından az və ya çox olduğunu anlayarsa, 1210-cu məsələdə söylənən hökmün bənzəri burada da keçərlidir.

Məsələ 1212: Boynuna vacib olan ehtiyat namazını yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əgər namaz vaxtı keçmişdirsə, şəkkinə etina etməməlidir. Əgər vaxt vardırsa, şəkki ilə namaz arasında çox bir zaman keçməmişdirsə başqa bir işə başlayıbsa və qiblədən üzünü çevirmək kimi, namazı batil edən bir iş də etməmişdirsə, ehtiyat namazını qılmalıdır. Amma əgər namazı batil edən bir iş görmüşdürsə və ya başqa bir işə başlayıbsa yaxud namazla onun şəkki arasında uzun bir vaxt keçmişdirsə, ehtiyat-lazıma əsasən namazı yenidən qılmalıdır.

Məsələ 1213: Əgər ehtiyat namazında, bir rəkətin əvəzinə iki rəkət qılsa, ehtiyat namazı batil olar və gərək ikinci dəfə namazın əslini qılsın. Ehtiyat-lazıma əsasən, ehtiyat namazında bir rüknü artırsa da hökm eynidir.

Məsələ 1214: Ehtiyat namazı qılarkən onun işlərinin birində şəkk etsə, əgər məhəlli (yeri) keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçibdirsə, gərək öz şəkkinə etina etməsin. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər rükuya getməmişdirsə, oxumalıdır. Əgər rükuya getmişdirsə, şəkkinə etina etməməlidir.

Məsələ 1215: Əgər ehtiyat namazının rəkətlərinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, çox tərəfə qərar verməlidir. Məsələn; iki rəkət ehtiyat namazı qılarkən, iki rəkət, yoxsa üç rəkət qılmış olduğunda şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etdiyinə görə, iki rəkət qıldığına qərar verməlidir. Amma əgər bir rəkət, yoxsa iki rəkət qıldığında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etmədiyinə görə, iki rəkət qılmış olduğuna qərar verməlidir.

Məsələ 1216: Əgər ehtiyat namazında rükn olmayan şeyi səhvən çoxaltsa və ya azaltsa, səcdeyi-səhv yoxdur.

Məsələ 1217: Ehtiyat namazının salamından sonra, onun hissələrindən və ya şərtlərindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, şəkkinə etina etməməlidir.

Məsələ 1218: Əgər ehtiyat namazında təşəhhüd, yaxud səcdənin birini yaddan çıxartsa və öz yerində tədarük görə bilməsə, Ehtiyat-vacib budur ki, namazın salamından sonra səcdəni qəza etsin. Lakin təşəhhüdün qəzası lazım deyil.

Məsələ 1219: Əgər ehtiyat namazı və iki səcdeyi-səhv ona vacib olsa, gərək əvvəl ehtiyat namazını qılsın. Həmçinin ehtiyat-vacibə görə əgər ehtiyat namazı və səcdənin qəzası da ona vacib olsa, hökm eynidir.

Məsələ 1220: Namazda rəkətlərə nisbətən gümanın hökmü, yəqinin hökmü kimidir. Məsələn; bir və ya iki rəkət qıldığını bilmədikdə, iki rəkət qıldığını guman edərsə, iki rəkət qıldığına qərar verməlidir. Əgər dörd rəkətli bir namazda dörd rəkət qıldığını guman edərsə, ehtiyat namazı yoxdur. Amma əməllərə nisbətən gumanin, şəkk hökmü vardır. Belə ki, əgər rüku etməsini guman edərsə, səcdəyə daxil olmayıbsa, onu yerinə yetirməlidir. Yaxud; əgər Həmd oxumadığını guman edərsə, əgər surəyə başlamışdırsa, gumanına etina etməməlidir və namazı səhihdir.

Məsələ 1221: Şəkk, səhv və gumanın hökmündə, gündəlik vacib namazlarla, digər namazlar arasında bir fərq yoxdur. Məsələn; ayət namazında, bir rəkət və ya iki rəkət qıldığında şəkk edərsə, şəkki iki rəkətli namazda olduğu üçün, namazı batildir. Əgər bir rəkət və ya iki rəkət olduğunu guman edərsə, o gumanına əsasən namazı tamamlamalıdır.

SƏCDEYİ-SƏHV


Məsələ 1222: İki halda namazın salamından sonra insan gərək iki səcdeyi-səhv sonradan deyiləcək göstərişlə yerinə yetirsin:
1. Təşəhhüdü unutsa.
2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığında şəkk edərsə.
Üç halda isə, ehtiyat-vacibə əsasən səcdeyi-səhv lazımdır:
1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.
2. Namaz əsnasında səhvən danışsa.
3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd oxuması lazım olan yerdə səhvən ayağa qalxarsa, ehtiyat-müstəhəb budur ki, iki səcdeyi-səhv etsin. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səcdeyi-səhv etməsin. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.

Məsələ 1223: Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1224: Öskürəkdən yaranan səs üçün, səcdeyi-səhv vacib deyil. Amma səhvən nalə çəksə, ya «ah» çəksə və ya «ah» desə, gərək ehtiyat-vacibə əsasən səcdeyi-səhv etsin.

Məsələ 1225: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səcdeyi-səhv vacib deyildir.

Məsələ 1226: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səcdeyi-səhv kifayətdir.

Məsələ 1227: Əgər səhvən təsbihati-ərbəəni deməsə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra iki səcdeyi-səhv etsin.

Məsələ 1228: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu ələyna və əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə, hərçənd «Və rəhmətullahi və bərəkatuh» deməsə də, ehtiyat-lazıma əsasən iki səcdeyi-səhv etməsi lazımdır. Amma əgər səhvən «Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, ehtiyat-müstəhəbə əsasən, iki səcdeyi-səhv yerinə yetirməlidir. Amma əgər iki hərf yaxud salamdan artıq deyərsə, ehtiyat-vacibə əsasən iki səcdeyi səhv etsin.

Məsələ 1229: Əgər salam verməməli olduğu yerdə, səhvən hər üç salamı desə, iki səcdeyi-səhv kifayətdir.

Məsələ 1230: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rəkətin rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat-müstəhəbə əsasən yersiz qiyam üçün bir cüt səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1231: Rükuda və ya rükudan sonra, əvvəlki rəkətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1232: Əgər səcdeyi-səhvni namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir. Ehtiyat-vacibə əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, əgər səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək təcili yerinə yetirsin. Namazı yenidən qılması lazım deyil.

Məsələ 1233: Əgər səcdeyi-səhvin vacib olub-olmamasında şəkk etsə, yerinə yetirməsi lazım deyil.

Məsələ 1234: Əgər insan, ona iki, yaxud dörd səcdeyi-səhv vacib olmasında şəkk etsə, ikisi kifayətdir.

Məsələ 1235: Əgər səcdeyi-səhvndən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, yenidən iki səcdeyi-səhv yerinə yetirməlidir.

SƏCDEYİ-SƏHVİN QAYDASI


Məsələ 1236: Səcdeyi-səhvin göstərişi belədir ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti etsin və alnını ehtiyat-lazıma əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Ehtiyat-müstəhəb budur ki, səcdədə zikr deyilsin. Daha yaxşı olar bu zikr deyilsin: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, dediyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»-u da əlavə etməsi daha yaxşıdır.

UNUDULMUŞ TƏŞƏHHÜD VƏ SƏCDƏNİN QƏZASI


Məsələ 1237: İnsan, unutduğu səcdənin qəzasını namazdan sonra edərkən, bədən və libasının pak olması, üzü qibləyə olmaq kimi, namazın bütün şərtlərinə sahib olması lazımdır.

Məsələ 1238: Əgər səcdəni bir neçə dəfə yaddan çıxarsa, məsələn, birinci rəkətdən bir səcdə yaddan çıxarsa və ikinci rəkətdən də bir səcdə yaddan çıxarsa, gərək namazdan sonra hər ikisinin qəzasını yerinə yetirsin və ehtiyat-müstəhəb budur ki, yaddan çıxan hər səcdə üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1239: Əgər bir səcdə və təşəhhüdü yaddan çıxarsa, unudulmuş təşəhhüd üçün iki səcdeyi-səhv yerinə yetirsin. Amma unudulmuş səcdə üçün yaxşı olmasına baxmayaraq, lazım deyil.

Məsələ 1240: Əgər iki rəkətdən iki səcdə yaddan çıxarsa, qəza edən zaman tərtibə riayət etməsi lazım deyil.

Məsələ 1241: Namazın salamının və səcdənin qəzasının əsnasında, qəsdən və ya unutqanlıq üzündən namazı batil edən bir iş görərsə, məsələn; arxasını qibləyə çevirərsə, ehtiyat-müstəhəb budur ki, səcdənin qəzasını etdikdən sonra o namazı yenidən qılsın.

Məsələ 1242: Əgər namazın salamından sonra, son rəkətin bir səcdəsini unutduğunu xatırlayarsa, əgər hədəs kimi namazı pozan bir iş baş verməyibsə, onu və ondan sonra olan təşəhhüd və salamı yerinə yetirsin və ehtiyat-vacibə əsasən yersiz olan salam üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1243: Əgər namazın salamı ilə səcdənin qəzası arasında səcdeyi-səhv vacib olan bir iş görsə, məsələn, səhvən danışsa, ehtiyat-vacibə əsasən, gərək əvvəlcə səcdənin qəzasını etsin və sonra bir cüt səcdeyi-səhv etsin.

Məsələ 1244: Əgər namaz əsnasında səcdəni, yoxsa təşəhhüdü unutduğunu bilməzsə, səcdənin qəzasını etməli və iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyat-müstəhəb budur ki, təşəhhüdü də qəza etsin.

Məsələ 1245: Səcdə və ya təşəhhüdü unudub-unutmadığında şəkk edərsə, qəza və ya səcdeyi-səhv vacib olmaz.

Məsələ 1246: Səcdəni unutduğunu bilib, sonrakı rəkətin rükusundan qabaq onu xatırlayıb və yerinə yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyat-müstəhəb budur ki, qəza etsin.

Məsələ 1247: Səcdəni qəza etməsi vacib olan bir şəxsə, başqa bir əməl səbəbindən də səcdeyi-səhv vacib olarsa, ehtiyat-vacibə əsasən namazdan sonra, əvvəl səcdəni qəza etməli və sonra səcdeyi-səhvi yerinə yetirməlidir.

Məsələ 1248: Namazdan sonra, unutmuş olduğu səcdənin qəzasını yerinə yetirib-yetirmədiyində şəkk edərsə, namazın vaxtı keçməmişdirsə, səcdəni qəza etməlidir. Hətta namazın vaxtı keçmiş olsa belə, ehtiyat-vacibə əsasən qəza etməlidir.

NAMAZIN HİSSƏLƏRİNİ VƏ ŞƏRTLƏRİNİ ARTIRIB-AZALTMAQ


Məsələ 1249: Əgər namazın vacibatından qəsdən bir şeyi azaltsa və ya çoxaltsa, bir hərf də olsa belə, namaz batildir.

Məsələ 1250: Əgər məsələni bilmədiyindən, namazın rükn olan vacibatından, bir şey azaltsa, namaz batildir. Amma qasir cahilin (etimad edilən bir şəxsin dediyinə, yaxud mötəbər risaləyə etimad edən sonra isə onun xətası, ya risalənin düz olmadığı məlum olan bir şəxs kimi) rükn olmayan vacibləri azaltması namazı batil etməz. Belə ki, məsələni bilmədiyindən, hərçənd təqsir üzündən olsa belə, sübh, məğrib və işa namazlarının Həmd və surəsini alçaqdan oxusa, yaxud zöhr və əsr namazlarının Həmd və surəsini hündürdən oxusa və ya səfərdə zöhr, əsr və işa namazını dörd rəkət qılsa, namazı səhihdir.

Məsələ 1251: Əgər namaz əsnasında yaxud namazdan sonra başa düşsə ki, dəstəmaz və ya qüslü batil imiş və yaxud qüslsüz və dəstəmazsız namaza məşğul olubmuş, namazı ikinci dəfə dəstəmaz və ya qüsllə qılmalıdır. Əgər vaxt keçibsə, qəza etsin.

Məsələ 1252: Əgər rükuya çatdıqdan sonra əvvəlki rəkətdən hər iki səcdəni yerinə yetirmədiyini xatırlayarsa, ehtiyata əsasən namazı batildir. Əgər rükuya çatmazdan qabaq yadına düşərsə, qayıdıb iki səcdəni yerinə yetirməli, sonra da qalxıb Həmd və surəni və ya təsbihatı oxuyaraq namazı tamamlamalıdır. Namazdan sonra da ehtiyat-müstəhəbə əsasən yersiz qiyam üçün iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1253: Əgər «Əssəlamu ələyna» və «Əssəlamu ələykum» deməmişdən əvvəl yadına düşsə ki, son rəkətin iki səcdəsini yerinə yetirməyib, gərək iki səcdəni yerinə yetirsin və ikinci dəfə təşəhhüdü və namazın salamını versin.

Məsələ 1254: Namazın salamından qabaq, namazın sonundan bir rəkət və ya daha çox qılmadığını xatırlayarsa, unutduğu miqdarı yerinə yetirməlidir.

Məsələ 1255: Namazın salamından sonra namazın sonundan bir rəkətvə ya daha çox qılmadığını anlayarsa, əgər namazda unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) görərsə, namazı batildir. Əgər unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş görməyibsə, dərhal unutduğu miqdarı yerinə yetirməlidir. Ehtiyat-lazım budur ki, artıq salam verdiyi üçün iki səcdeyi-səhv etsin.

Məsələ 1256: Əgər namazın salamından sonra, namazda ikən unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) gördükdən sonra, son iki səcdəni etmədiyini xatırlayarsa, namazı batildir. Əgər namazı pozan bir iş görmədən xatırlayarsa, unutduğu iki səcdəni yerinə yetirib təkrarən təşəhhüd oxuyaraq namazın salamını verməli və ehtiyat-vacib əsasən əvvəl verdiyi salam üçün iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1257: Əgər namazı vaxtından qabaq qıldığını bilərsə, onu yenidən qılmalı, əgər vaxt keçmişdirsə də, qəza etməlidir. Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 dərəcədən artıq inhirafla qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkkli və ya cahil idisə, qəza etməlidir. Amma əgər şəkkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil.

MÜSAFİRİN NAMAZI


Müsafir gərək zöhr, əsr və işa namazını səkkiz şərt daxilində şikəstə, yəni iki rəkət qılmalıdır:
1. Onun səfəri səkkiz şəri fərsəxdən (təqribən 44 km-dən) az olmasın.

Məsələ 1258: Gedib-qayıtması birlikdə səkkiz fərsəx olan şəxs, istər gedişi və ya gəlişi dörd fərsəxdən az olsun, ya olmasın, gərək namazı şikəstə qılsın. Buna əsasən əgər gedişi üç fərsəx və qayıdışı beş fərsəx və ya əksinə olsa, gərək namazı şikəstə, yəni iki rəkət qılsın.

Məsələ 1259: Əgər gediş və qayıdışı səkkiz fərsəx olarsa, getdiyi gündə və ya o günün gecəsi qayıtmasa belə, namazını şikəstə qılmalıdır. Amma bu təqdirdə, ehtiyat edərək, namazını tam da qılması daha yaxşıdır.

Məsələ 1260: Səfəri səkkiz fərsəxdən bir qədər az olarsa və ya insan getdiyi yolun səkkiz fərsəx olub-olmadığını bilməzsə, namazını şikəstə qılmamalıdır. Əgər səfərinin səkkiz fərsəxə çatıb-çatmadığında şəkk edərsə, araşdırması lazım deyil və namazı tam qılmalıdır.

Məsələ 1261: Əgər bir adil və ya inanılmış bir şəxs xəbər verə ki, insanın səfəri səkkiz fərsəxdir, onun sözündən xatircəm olsa, gərək namazı şikəstə qılsın.

Məsələ 1262: Səfərinin səkkiz fərsəx olmasına yəqini olan kəs namazı şikəstə qılıb, sonra başa düşsə ki, səkkiz fərsəx olmayıb, gərək onu dörd rəkətli namaz kimi yerinə yetirsin. Əgər vaxtı keçibsə, qəza etsin.

Məsələ 1263: İstədiyi bir yerə səfərə çıxmaq əzmində olan şəxsin öz səfərinin səkkiz fərsəx olmamasına yəqinliyi olsa yaxud səkkiz fərsəx olub-olmamasında şəkk etsə, belə ki, yolda ikən başa düşsə ki, onun səfəri səkkiz fərsəx imiş, yolu bir az qalsa da, gərək namazı şikəstə qılsın və əgər tamam qılıbsa, gərək ikinci dəfə şikəstə qılsın. Amma vaxtı keçibsə qəza etmək lazım deyil.

Məsələ 1264: Ara məsafəsi dörd fərsəxdən az olan iki məhəllənin arasında bir neçə dəfə gedib-gəlməklə hamısı səkkiz fərsəx olsa da, namazını bütöv qılmalıdır.

Məsələ 1265: Əgər bir yerə iki yol olsa, biri səkkiz fərsəxdən az və o biri də səkkiz fərsəx və ya ondan çox olsa, insan səkkiz fərsəx olan yoldan oraya getsə, gərək namazı şikəstə qılsın və əgər səkkiz fərsəx olmayan yoldan getsə, gərək tamam qılsın.

Məsələ 1266: Səkkiz fərsəxin başlanğıcı, şəxsin müsafir sayılacağı bir yeri keçdikdən etibarən hesab edilməlidir. Belə ki, bu yer, əksər hallarda şəhərin sonu hesab olunan yerdir. Amma bəzi böyük şəhərlərdə məhəllənin son yerindən də hesab oluna bilər ki, onun axırı məqsəddir.
2. Səfərinin əvvəlindən etibarən qəsdi səkkiz fərsəx olmalıdır. Yəni səkkiz fərsəx gedəcəyini bilməlidir. Deməli əgər, səkkiz fərsəxdən az olan bir yerə səfər edərsə və oraya çatdıqdan sonra, gəldiyi yolla birlikdə səkkiz fərsəx olacaq bir yerə getməyə niyyət edərsə, əvvəlcədən qəsdi səkkiz fərsəx olmadığına görə, namazı tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəx getmək istəyərsə və ya məsələn; bir yerə getsə ki qayıtmağı ilə birlikdə səkkiz fərsəx olacaq, namazını şikəstə qılmalıdır.

Məsələ 1267: Səfərinin neçə fərsəx olacağını bilməyən şəxs, məsələn; bir itkini tapmaq üçün səfərə çıxırsa və onu tapmaq üçün nə qədər yol gedəcəyini bilmirsə, gərək namazı tamam qılsın. Amma qayıdanda əgər vətəninə və ya on gün qalacağı yerə qədər səkkiz fərsəx, yaxud çox olsa, gərək namazı şikəstə qılsın. Əgər getdiyi zaman gedib-qayıtmağı ilə birlikdə səkkiz fərsəx yolu getməyi niyyət edərsə, namazını şikəstə qılmalıdır.

Məsələ 1268: Müsafir, səkkiz fərsəx yol gedəcəyinə qərarı olduğu təqdirdə, namazını şikəstə qılmalıdır. Deməli, əgər bir şəxs şəhərdən ayrılarsa və məsələn; dost tapacağı təqdirdə, səkkiz fərsəxlik səfərə çıxmağı qəsd edərsə, dost tapacağına əmin olarsa, namazı şikəstə qılmalıdır. Əgər əmin deyilsə, tam qılmalıdır.

Məsələ 1269: Səkkiz fərsəxlik səfərə geməyi niyyət edən bir şəxs, hər gün az miqdarda yol getsə belə, həddi-tərəxxüsə (mənası 1305-ci məsələdə deyiləcəyi kimi) çatanda namazını şikəstə qılmalıdır. Amma hər gün çox az bir miqdarda yol gedərsə, ehtiyat-lazım budur ki, namazını həm şikəstə, həm də tam qılsın.

Məsələ 1270: Səfərdə başqasının ixtiyarında olan qadın, övlad, nökər və məhbus kimi bir şəxs, səfərinin səkkiz fərsəx olduğunu bilərsə, namazını şikəstə qılmalıdır. Əgər bilməzsə, namazını tam qılmalıdır və soruşması lazım deyildir.

Məsələ 1271: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, əgər dörd fərsəxlik yerə çatmamış ondan ayrılıb səfər etməyəcəyini bilərsə və ya guman edərsə, namazını tamam qılmalıdır.

Məsələ 1272: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, dörd fərsəxlik bir yerə çatmazdan qabaq ondan ayrılmayacağına xatircəmliyi yoxdursa, namazını tam qılmalıdır. Amma əgər buna xatircəmliyi olarsa, namazını şikəstə qılmalıdır.
3. Yolda öz qəsdindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmazdan əvvəl öz qəsdindən dönsə, yaxud tərəddüd etsə (şəkkə düşsə), getdiyi məsafə qayıtması ilə birlikdə səkkiz fərsəxdən az olsa, gərək namazı tamam qılsın.

Məsələ 1273: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa, belə qərara alsa ki, orada qalsın və ya on gündən sonra qayıtsın və ya qayıtmağı ilə qalmağında tərəddüdü olsa, gərək namazı tamam qılsın.

Məsələ 1274: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa və qərara alsa ki, qayıtsın, on gündən az orada qalmaq istəsə də, gərək namazı şikəstə qılsın.

Məsələ 1275: Əgər səkkiz fərsəxlik səfərə getmək məqsədi ilə bir yerə doğru hərəkət edərsə və bir miqdar yol getdikdən sonra başqa bir yerə getmək istəyərsə, əgər birinci hərəkət etdiyi yerdən getmək istədiyi yerə qədər səkkiz fərsəx olarsa, namazını şikəstə qılmalıdır.

Məsələ 1276: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüdə düşərsə, tərəddüdlü olduğu zaman yol getməzsə və sonra qalan qismi də getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1277: Səkkiz fərsəxlik yerə çatmadan, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edərsə, tərəddüdlü olduğu zaman bir miqdar yol gedərsə və sonradan, əlavə olaraq səkkiz fərsəx də getməyə və ya gediş-gəlişi səkkiz fərsəx olan bir yerə getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1278: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edib tərəddüd edən zaman bir miqdar yol gedərsə və sonradan, qalan qismi getməyi qərara alarsa, əgər tərəddüdlə getdiyi məsafəni çıxmaqla, gedib-gəlməyin məcmusu səkkiz fərsəxdən az olarsa, namazı tamam qılmalıdır. Amma əgər ondan az olmasa, namazını şikəstə qılmalıdır.
4. Səkkiz fərsəxə çatmamış öz vətənindən keçib orada, ya da on gün və ya daha çox bir yerdə qalmağa qərar verməməsi lazımdır; o halda bir şəxs səkkiz fərsəxə yetişməmişdən vətəninə qayıdıb orada qalmaq (dayanmaq) istərsə, ya da on gün bir yerdə qalmaq istərsə, namazı bütöv qılmalıdır. Əgər vətənindən, dayanmadan keçərsə, ehtiyatən həm şikəstə, həm də bütöv qılmalıdır.

Məsələ 1279: Səkkiz fərsəxə çatmadan vətənindən keçib-getməyəcəyini və ya bir yerdə on gün qalıb-qalmayacağını bilməyən şəxs, namazını tamam qılmalıdır.

Məsələ 1280: Səkkiz fərsəxə çatmadan vətənindən keçərək və ya bir yerdə on gün qalmaq istəyən və həmçinin bir yerdə on gün qalmaq və ya vətənindən keçməyində tərəddüdlü olan bir şəxs, əgər on gün qalmaqdan və ya vətənindən keçmək fikrindən dönərsə, yenə də namazını tamam qılmalıdır. Amma qalan yol, qayıdışla birlikdə səkkiz fərsəx olarsa, belə namazını şikəstə qılmalıdır.
5. Səfəri haram bir iş üçün olmamalıdır; əgər oğurluq kimi haram bir iş üçün səfər edərsə, namazı tamam qılmalıdır. Həmçinin əgər səfərin özü haram olarsa məsələn; səfər onun ölməsinə, ya hər hansı üzvünün nöqsanlı olmasına səbəb olan bir zərəri olarsa və ya qadın, ərindən icazəsiz olaraq ona vacib olmayan bir səfərə gedərsə, hökm eynidir. Amma əgər həcc səfəri kimi vacib səfər olarsa, namazı şikəstə qılmalıdır.

Məsələ 1281: Vacib olmayan səfər, əgər ata-ananın mehribanlıq səbəbindən əziyyət çəkməsinə səbəb olarsa, haramdır. İnsan belə bir səfərdə namazını tamam qılmalı və orucunu da tutmalıdır.

Məsələ 1282: Səfəri haram olmayan və haram iş üçün səfər etməyən bir şəxs, səfərdə günah bir iş görsə də; məsələn: qeybət etsə və ya şərab içsə namazı şikəstə qılmalıdır.

Məsələ 1283: Əgər vacib olan bir işi tərk etmək üçün səfərə çıxarsa, istər səfərdə başqa məqsədi də olsun və ya olmasın, namazını tamam qılmalıdır. Buna görə, borclu olub borcunu verə biləcək halda olan şəxsin borcunu borc verən istəyərsə və o da səfər zamanı borcunu qaytarmağa imkanı olmadığından, borcu qaytarmaqdan boyun qaçırmaq üçün səfərə çıxarsa, namazını tamam qılmalıdır. Amma əgər səfəri başqa bir iş üçün olarsa, səfərdə vacib bir işi tərk etsə belə, namazını şikəstə qılmalıdır.

Məsələ 1284: Əgər səfərdə mindiyi heyvan, yaxud başqa bir minik qəsbi olsa və ya sahibindən qaçmaq üçün səfər etsə, yaxud qəsbi yerdə səfər etsə, gərək namazı tamam qılsın.

Məsələ 1285: Zalım şəxs ilə səfər edən kəs əgər naçar olmasa və onun səfəri zalıma kömək olsa, gərək namazı tamam qılsın. Əgər naçar olsa, yaxud məsələn, məzluma nicat vermək üçün onunla səfər etsə, namazı şikəstədir.

Məsələ 1286: Əgər əylənmək, ya gəzmək üçün səfər etsə, onun səfəri haram deyil və gərək namazı şikəstə qılsın.

Məsələ 1287: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə qılmalıdır. Amma əgər dolanışığını tə`min etmək üçün ova gedərsə, namazını şikəstə qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Yalnız bu halda, ehtiyat-müstəhəb budur ki, namazını həm şikəstə, həm də tamam qılsın.

Məsələ 1288: Günah iş üçün səfərə gedən şəxs qayıdan zaman əgər təkcə qayıtmağı səkkiz fərsəxdirsə, gərək namazı şikəstə qılsın. Ehtiyat-müstəhəb budur ki, tövbə etməyibsə, həm şikəstə və həm də tamam qılsın.

Məsələ 1289: Səfəri günah olan şəxs, əgər yolda günah qəsdindən dönsə, yolun qalanı istər tənha, istərsə oradan gedib-gəlməyin cəmi səkkiz fərsəx olsa da, olmasa da, gərək namazı şikəstə qılsın.

Məsələ 1290: Günah iş üçün səfər etməyən şəxs, əgər yolda ikən yolun qalanını günah məqsədi ilə getsə, gərək namazı tamam qılsın. Amma şikəstə qıldığı namazlar səhihdir.
6. Səhrada səfər edib özləri və heyvanları üçün harada yemək və su tapılarsa, orada qalıb, bir müddət sonra başqa bir yerə gedən köçərilər kimi, müəyyən bir məkanları olmayan şəxslərdən olmamalıdır. Belə ki, bu kimi insanlar, bu səfərlərində namazlarını tamam qılmalıdırlar.

Məsələ 1291: Köçəri olan bir şəxs, mənzil və heyvanları üçün otlaq yeri tapmaq üçün səfər edərsə, onun bu səfəri çadır və digər vəsaitlərlə birlikdə olarsa, və «evi özü ilədir» deyilsə namazını tamam qılmalıdır. Əks təqdirdə, səfəri səkkiz fərsəxdirsə, namazını şikəstə qılmalıdır.

Məsələ 1292: Əgər səhranişin, yəni köçəri bir şəxs ziyarət, həcc, ticarət və bu kimi işlər üçün səfərə çıxsa, «evi özü ilədir» ünvanı ilə adlana bilməsə, gərək namazı şikəstə qılsın. Əgər adlana bilsə, tamam qılmalıdır.
7. Kəsirüs-səfər olmasın. Amma işi səfərlə bağlı olanlar, sürücü, gəmiçi, postçu, çoban, çox səfər edən şəxslərin işi ona bağlı olmasa belə, məsələn, həftədə üç gün səfər edənlər kimi, hərçənd əylənmək və ya səyahət üçün səfər etsələr belə, namazı tamam qılmalıdır.

Məsələ 1293: İşi səfərdə olan bir şəxs,, həcc və ya ziyarət kimi başqa bir iş üçün səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər ona ürfdə kəsirüs-səfər desələr belə (yəni çox səfər edən) məsələn, hər həftədə üç səfər edən şəxs kimi, gərək namazını tamam qılsın. Amma əgər sürücü öz maşınını ziyarət üçün kirayə verərsə və özü də onunla ziyarətə gedərsə, gərək namazını tamam qılsın.

Məsələ 1294: Karvanbaşı, yəni o şəxs ki, hacıları Məkkəyə aparmaq üçün səfər edir, əgər səfər onun işi olarsa, namazı tamam qılmalıdır. Amma səfər onun işi olmazsa və təkcə Həcc mövsümündə karvanbaşılıq üçün səfər edirsə, onun səfər müddəti az olsa, (məsələn, 2-3 həftə) namazı şikəstədir. Əgər çox olsa (3 ay kimi), namazı tamamdır. Əgər ona «kəsirüs-səfər» deyilib-deyilməməsində şəkk edərsə, ehtiyatən həm tamam, həm də şikəstə qılmalıdır.

Məsələ 1295: Sürücü və bu kimi ünvanın deyilə bilməsində şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı, sürücülərin adi istirahət müddətindən uzun olmasın. Deməli, misal üçün, həftədə bir gün səfər edən şəxsə, sürücü deyilməz. Amma «kəsirüs-səfər» ünvanı heç olmazsa həftədə üç gün, ya ayda on gün səfər edən şəxsə deyilə bilər, belə ki, heç olmazsa ildə altı ay, ya iki ildən artıqda üç ay bu vəziyyəti davam etdirmək qərarında olsun. (Əlbəttə, birinci ayda ehtiyatən həm şikəstə, həm də tamam qılmalıdır). Amma kəsirüs-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Əgər həftədə iki gün səfərdə olsa, ehtiyat-vacibə görə həm şikəstə, həm də tamam qılmalıdır.

Məsələ 1296: Avtomobilini yalnız yaz və ya qış mövsümündə kirayəyə verən sürücü kimi, ilin bir qismində işi səfər olan bir şəxs, bu səfərində namazını tam qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də tamam qılsın.

Məsələ 1297: Şəhərin ətrafında iki-üç fərsəxlik yolda gediş-gəliş edən sürücü və marşrut, bir səfərində təsadüfən səkkiz fərsəxlik yol gedərsə, namazını şikəstə qılmalıdır.

Məsələ 1298: Peşəsi səfər etmək olan şəxs, istər on gün və ya çox öz vətənində qalsın və əvvəldən qəsdi on gün qalmaq olsun, yaxud qəsdi olmadan qalsın, gərək həmən birinci səfərdə ki, on gündən sonra gedəcək, namazı tamam qılsın. Həmçinin əgər vətənindən başqa yerdə on gün qəsdilə və ya qəsdsiz qalsa da belə, hökm eynidir. Amma çarvadar (mal-qara alverçisi) və ya avtomobilini kirayə verən şəxsin xüsusunda, belə olarsa ehtiyat-müstəhəb budur ki, on gündən sonra getdiyi ilk səfərdə həm şikəstə, həm də bütöv qılsın.

Məsələ 1299: İşi səfər olan şəxsin namazının tamam olması üçün üç dəfə səfər etməsi, şərt deyil; elə sürücü və bu kimi ünvan ona deyilə bilsə hərçənd ilk səfərində olsa belə, namazı tamamdır.

Məsələ 1300: Mal-qara alverçisi və sariban kimi işi səfər olan şəxslərin normadan artıq səfər etmələri, onların çətinliyə düşmələrinə və yorğunluqlarına səbəb olarsa, namazlarını şikəstə qılmaları gərəkdir.

Məsələ 1301: Şəhərlərdə gəzməkdə olan və özü üçün vətən seçməyən şəxs, namazı tamam qılmalıdır.

Məsələ 1302: İşi səfər olmayan şəxs, əgər məsələn; bir şəhər və ya kənddə olan malını daşımaq üçün ardıcıl səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər onun səfərləri xalq arasında «kəsirüs-səfər» deyiləcək qədər çox olarsa, namazını tamam qılmalıdır (ki, bunun meyarı 1295-cı məsələdə deyildi).

Məsələ 1303: Vətənindən əl çəkib özü üçün başqa yerdə vətən seçmək istəyən şəxsin, əgər ona namazın tamam qılınmasına səbəb olacaq ünvan (kəsirüs-səfər, köçəri kimi) deyilməzsə, gərək öz səfərində namazı şikəstə qılsın.
8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə etibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.

Məsələ 1304: Həddi-tərəxxüs, şəhər əhlinin, hətta şəhərin ətrafında olanların müsafiri görmədiyi yerdir və onun nişanəsi isə, onun şəhər əhlini görməməsidir.

Məsələ 1305: Vətəninə qayıdan müsafir, vətəninə çatana qədər namazını şikəstə qılmalıdır. Həmçinin bir yerdə on gün qalmaq istəyən şəxs, oraya çatmayana qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1306: Əgər şəhər hündürlükdə olsa, oranın əhli uzaqdan görünərsə və ya çuxurluqda olsa, azacıq uzaqlaşdıqca oranın əhli görünməzsə, belə bir şəhərdən səfərə çıxan şəxs, əgər oradan, «o şəhər düz yerdə olsaydı, artıq oranın xalqı görünməzdi» deyiləcək qədər uzaqlaşdığı zaman, namazını şikəstə qılmalıdır. Həmçinin əgər yolun alçaq-ucalığı adi qaydadan çox olsa, adi halda olanlar nəzərdə saxlanılmalıdır.

Məsələ 1307: Gəmi və ya qatarda olub həddi-tərəxxüsə yetişmədən, tam qılmaq niyyəti ilə namaza başlayan şəxs, əgər üçüncü rəkətin rükusundan qabaq həddi-tərəxxüsə çatarsa, namazını şikəstə olaraq tamamlamalıdır.

Məsələ 1308: Yuxarıdakı məsələdə izah olunduğu kimi, əgər üçüncü rəkətin rükusundan sonra tərəxxüs həddinə çatsa, başqa bir namazı şikəstə qılmalıdır və birinci namazı tamamlamaq lazım deyil.

Məsələ 1309: Əgər bir şəxs həddi-tərəxxüsə yetişdiyinə əmin olub, namazını şikəstə qılarsa və sonra da namaz qılarkən həddi-tərəxxüsə yetişmədiyi anlaşılarsa, o namazı yenidən qılması gərəkdir. Əgər bu halda həddi-tərəxxüsə çatmamışdırsa, namazını tamam qılmalıdır. Əgər həddi-tərəxxüsdən keçmişdirsə, namazını şikəstə qılmalıdır. Əgər vaxt keçmişdirsə, namazını qəzaya getdiyi zamandakı vəzifəsinə əsasən qəza etməlidir.

Məsələ 1310: Gözü adi vəziyyətdə deyilsə, adi gözün şəhərin əhlini görmədiyi bir yerdə namazını şikəstə qılmalıdır.

Məsələ 1311: Səfərə getdiyi zamanı həddi-tərəxxüsə yetişib-yetişmədiyində şəkk edərsə, namazını tam qılmalıdır.

Məsələ 1312: Səfər zamanı vətənindən keçən bir müsafir, orada dayanarsa, namazını tam qılmalıdır. Əks təqdirdə, ehtiyat-lazıma əsasən, namazını həm şikəstə, həm də tam qılmalıdır.

Məsələ 1313: Səfər zamanı vətəninə çatıb orada dayanan şəxs, orada olduğu müddətdə namazını tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəxlik bir yola getmək istəyərsə və ya dörd fərsəxə gedib-qayıtmaq istəyərsə, (qayıdan baş) həddi-tərəxxüsə çatdığı zaman namazını şikəstə qılmalıdır.

Məsələ 1314: İnsanın yaşamaq və daimi qalmaq üçün seçdiyi yer onun vətənidir, istər orada dünyaya gəlsin və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşamaq üçün qərar versin.

Məsələ 1315: Əgər məqsədi bir müddət əsil vətəni olmayan yerdə qalıb sonra başqa yerə getmək olsa, ora onun vətəni hesab olunmaz.

Məsələ 1316: İnsanın öz yaşayışı üçün seçdiyi yerdə daimi məskunlaşmaq niyyəti olmasa belə, əgər xalq arasında o, orada müsafir qəbul edilməzsə, belə ki, müvəqqəti olaraq on gün və ya daha çox bir müddət üçün başqa bir yerdə qalmağı qərara alsa birinci yeri onun yaşayış yeri olaraq görürsə, ora onun üçün vətən hökmünü daşıyır.

Məsələ 1317: İki yerdə yaşayan şəxs, məsələn, altı ay bir yerdə və altı ay da başqa yerdə qalsa, hər ikisi ona vətəndir. Habelə əgər iki yerdən artıq özünə yaşayış yeri seçsə, onların hamısı ona vətən hesab olunar.

Məsələ 1318: Fəqihlərin (müctəhidlərin) bəzisi, demişlər ki, əgər bir şəxsin bir yerdə məskunlaşdığı evi olsa və qalmağı qəsd edərək, ardıcıl altı ay orada qalarsa, o ev onun malı olduğu müddətə qədər, o yer onun vətəni hökmündədir belə ki, səfərdə oraya çatdığı hər vaxt namazını tamam qılmalıdır. Lakin bu hökm sübut olunmamışdır.

Məsələ 1319: Əvvəllər vətəni olub, fikrindən daşındığı bir yerə çatdıqda, özünə başqa bir vətən seçməmiş olsa belə, namazını tam qılmamalıdır.

Məsələ 1320: Bir yerdə ardıcıl on gün qalmağı qəsd edən və ya ixtiyarsız halda bir yerdə on gün qalacağını bilən bir müsafir, orada namazını tamam qılmalıdır.

Məsələ 1321: Bir yerdə on gün qalmaq istəyən müsafirin, birinci və ya on birinci günün gecəsini də orada qalmağı qəsd etməsi lazım deyildir. Əgər birinci günün sübh azanından, onuncu günün günəş batmasına qədər orada qalmağı qəsd edərsə, namazı tam qılmalıdır. Birinci günün zöhründən on birinci günün zöhrünə qədər orada qalmağı qəsd edərsə də, hökm eynidir.

Məsələ 1322: On gün bir yerdə qalmaq istəyən müsafir, əgər bütün on günü bir yerdə qalmaq istəyərsə, namazını tam qılmalıdır. Belə ki, on gün Nəcəflə Kufədə, yaxud Bakı və Sumqayıtda qalmaq istəyərsə, namazı şikəstə qılmalıdır.

Məsələ 1323: On gün bir yerdə qalmaq istəyən müsafir, qalacağı on gün ərzində o yerin camaat arasında ayrı bir yer hesab olunan və fasiləsi dörd fərsəxdən az olan ətrafına getməyi əvvəldən qəsd etmişdirsə, əgər gedib-gəlmək müddəti ürfün nəzərində on gün qalması ilə zidd olmayacaq miqdardadırsa, namazını tam qılmalıdır. Əgər on gün qalmaqla zidd olarsa, şikəstə qılmalıdır. Məsələn; əgər əvvəldən bir gündüzü və ya bir gecəni oradan ayrılmaq istəyərsə, bu onun iqamət məqsədi ilə ziddir və namazını şikəstə qılmalıdır. Amma əgər onun qəsdi bu olsa ki, məsələn, günün yarısını xaric olsun və sonra qayıtsın, hərçənd qayıtması gecə olduqdan sonra olsa belə, gərək namazı tamam qılsın. Amma əgər onun bu cür ayrılması, ürfdə «iki və ya daha çox yerdə iqamət edir» deyiləcək qədər təkrarlanırsa, namazını şikəstə qılmalıdır.

Məsələ 1324: Bir yerdə on gün qalmağı qərara almayıb, məsələn; əgər dostu gələrsə və ya yaxşı mənzil tapsa, on gün orada qalacağını qəsd edən müsafir, namazını şikəstə qılmalıdır.

Məsələ 1325: Bir yerdə on gün qalmağı qərara alan bir şəxs, əgər orada qalmasına bir şeyin mane olmasına ehtimal verirsə və bu ehtimal aqil şəxslərin nəzərində qəbul olunan bir ehtimal olarsa, namazını şikəstə qılmalıdır.

Məsələ 1326: Ayın sonuna on gün və ya daha çox qaldığını bilən şəxs, ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, namazını tam qılmalıdır. Amma əgər ayın sonuna bir neçə gün qaldığını bilməz və ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, hərçənd qərarlaşdırdığı zamandan ayın sonuna qədər on gün və ya daha çox qalmış olsa belə, namazını şikəstə qılmalıdır.

Məsələ 1327: Bir yerdə on gün qalmağı qərara alan müsafir, əgər dörd rəkətli bir namaz qılmadan qərarından dönərsə və ya orada qalmaqda və ya başqa bir yerə getməkdə tərəddüdə düşərsə, namazını şikəstə qılmalıdır. Amma əgər dörd rəkətli bir namaz qıldıqdan sonra qərarından dönərsə və ya tərəddüdə düşərsə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

Məsələ 1328: Bir yerdə on gün qalmağı qərara alan bir müsafir, oruc tutarsa və zöhrdən sonra orada qalmaq fikrindən dönərsə, əgər dörd rəkətli bir namaz qılmışdırsa, orada qaldığı müddətə qədər orucları səhihdir və namazlarını tam qılmalıdır. Amma əgər dörd rəkətli bir namaz qılmamışdırsa, ehtiyata əsasən, o günün orucunu tamamlayıb sonradan qəza etməli, namazlarını da şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz.

Məsələ 1229: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, qərarından dönərsə və qərarından dönməzdən qabaq dörd rəkətli bir namaz qılıb-qılmadığında şəkk edərsə, namazlarını şikəstə qılmalıdır.

Məsələ 1330: Əgər müsafir şikəstə qılmaq niyyəti ilə namaza başlayarsa və namaz əsnasında on gün və ya daha çox qalmağı qərarlaşdırarsa, namazını dörd rəkətli olaraq tamamlamalıdır.

Məsələ 1331: On gün bir yerdə qalmağı qəsd edən müsafir, əgər birinci dörd rəkətli namazın əsnasında öz qəsdindən dönsə, əgər üçüncü rəkətə məşğul deyilsə, gərək namazı iki rəkətli tamam etsin və digər namazlarını şikəstə qılsın. Həmçinin əgər üçüncü rəkətə məşğul olsa və rükuya getməmiş olsa, gərək otursun və namazı şikəstə sona çatdırsın. Əgər rükuya getmişdirsə, namazını poza və ya tamamlaya bilər və gərək onu yenidən şikəstə qılsın.

Məsələ 1332: On gün bir yerdə qalmağı qərara alan bir şəxs, orada on gündən çox qalarsa, səfərə çıxana qədər namazını tam qılmalıdır. İkinci dəfə on gün qəsd etməsi lazım deyildir.

Məsələ 1333: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, vacib orucu tutmalıdır. Müstəhəb oruc da tuta bilər və zöhr, əsr və işa namazlarının nafiləsini də qıla bilər.

Məsələ 1334: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra və ya dörd rəkətli bir namazı tam olaraq qılmasa belə bir yerdə on gün qaldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə gedib-qayıdıb, təkrarən əvvəl qaldığı yerdə on gün və ya daha az bir müddət qalmaq istəyərsə, getdiyi zamandan qayıdacağı zamana qədər və qayıtdıqdan sonra namazını tam qılmalıdır. Amma əgər əvvəl qaldığı yerə qayıtması, yalnız səfərinin yolunda olmasına görə olsa və şəri bir məsafəyə səfər etmək istəyərsə, gedib-qayıtdıqda və qaldığı yerdə namazlarını şikəstə qılmalıdır.

Məsələ 1335: On gün bir yerdə qalmağı qərar alan bir müsafir, əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, səkkiz fərsəxdən az olan başqa bir yerə gedib orada on gün qalmaq istəyərsə, səfəri zamanında və on gün qalmaq istədiyi yerdə namazını tam qılmalıdır. Amma əgər gedəcəyi yer səkkiz fərsəx və ya daha çox olarsa, səfər zamanı namazlarını şikəstə qılmalıdır. Əgər orada on gün qalmaq istəməzsə, orada qaldığı müddətdə də namazlarını şikəstə qılmalıdır.

Məsələ 1336: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə getmək istəyərsə, əgər əvvəlki yerinə qayıdıb-qayıtmayacağında tərəddüdlü olarsa və ya oraya qayıtmaqdan tamamilə qafil olarsa, yaxud qayıtmaq istədiyi halda, orada on gün qalıb-qalmayacağında tərəddüdlü olarsa, ya da orada on gün qalmaqdan və ya səfər etməkdən qafil olarsa, getdiyi vaxtdan qayıdana qədər və qayıtdıqdan sonra namazlarını tamam qılmalıdır.

Məsələ 1337: Dostlarının da on gün qalacağını xəyal edərək bir yerdə on gün qalmağı qərara alan və əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, dostlarının qalmaq qərarına gəlmədiklərini anlayarsa, özü də qalmaq fikrindən dönsə belə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

Məsələ 1338: Əgər müsafir təsadüfən otuz gün bir yerdə qalsa, məsələn, otuz günün tamamında getmək ilə qalmağa tərəddüd edərsə otuz gün keçəndən sonra, hərçənd orada az bir müddət qalsa belə, gərək namazı tamam qılsın.

Məsələ 1339: Doqquz gün və ya daha az bir müddət üçün bir yerdə qalmaq istəyən müsafir, doquqz gün və ya daha az orada qaldıqdan sonra, yenidən orada doqquz gün və ya daha az qalsa və bu şəkildə orada otuz günə qədər qalarsa, otuz birinci gündən etibarən, namazlarını tam qılmalıdır.

Məsələ 1340: Müsafir bir yerdə otuz gün qalandan sonra gərək namazı tamam qılsın. Deməli otuz günün bəzisini bir yerdə, bəzisini başqa yerdə qalsa, otuz gündən sonra da namazı şikəstə qılmalıdır.

MÜXTƏLİF MƏSƏLƏLƏR


Məsələ 1341: Müsafir Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində eləcə də Həzrət Seyyidüş-şühədanın (ələyhissəlam) hərəmində qəbri-müqəddəsin 11,5 metr məsafəsinə qədər namazını tamam qıla bilər.

Məsələ 1342: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir şəxs, əvvəlki məsələdə deyilən dörd məkandan başqa yerlərdə, namazını qəsdən bütöv qılarsa, namazı batildir. Həmçinin əgər müsafirin namazının şikəstə olduğunu unudaraq bütöv qılarsa da, hökm eynidir. Amma unutduğu təqdirdə, vaxt keçdikdən sonra xatırlayarsa, qəza etməsi lazım deyildir.

Məsələ 1343: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir müsafir, əgər səhvən namazını bütöv qılarsa və vaxt daxilində yadına düşərsə, namazını yenidən qılması lazımdır. Əgər vaxt keçdikdən sonra yadına düşərsə, ehtiyata əsasən onu qəza etməlidir.

Məsələ 1344: Səfərdə namazını şikəstə qılmalı olduğunu bilməyən bir müsafir, əgər bütöv qılarsa, namazı səhihdir.

Məsələ 1345: Namazının şikəstə qılınmalı olduğunu bilən bir müsafir, əgər onun xüsusiyyətlərindən bəzisini bilməsə, məsələn; səkkiz fərsəxlik yolda şikəstə qılmalı olduğunu bilməzsə və bütöv qılarsa, vaxt keçmədən hökmü bilərsə, ehtiyat-lazıma əsasən namazını yenidən qılmalıdır. Əgər qılmasa, qəza etməlidir. Amma əgər vaxt keçdikdən sonra bilərsə, qəza etməsi lazım deyildir.

Məsələ 1346: Namazını şikəstə qılmalı olduğunu bilən bir müsafir, yolunun səkkiz fərsəxdən az olduğunu guman edərək bütöv qılarsa, yolun səkkiz fərsəx olduğunu anladığı zaman, bütöv qıldığı namazı təkrarən şikəstə qılmalıdır. Amma əgər vaxt keçdikdən sonra başa düşərsə, qəza etməsi lazım deyildir.

Məsələ 1347: Müsafir olduğunu unudub namazı bütöv qılarsa, belə ki, namaz vaxtı əsnasında xatırlayarsa, şikəstə qılmalıdır. Əgər vaxtı keçəndən sonra xatırlayarsa, o namazın qəzası ona vacib deyildir.

Məsələ 1348: Namazını tam qılmalı olan bir şəxs, namazını şikəstə qılarsa, hər hansı halda namazı batildir. Hətta bir yerdə on gün qalmağı qərara alan və məsələnin hökmünü bilmədiyindən namazını şikəstə qılmış olan bir müsafir olsa belə, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 1349: Dörd rəkətli bir namazı qılarkən, müsafir olduğunu xatırlayarsa və ya səfərinin səkkiz fərsəx olduğunu bilərsə, belə ki, üçüncü rəkətin rükusuna getməmişdirsə, namazı iki rəkətli tamamlamalıdır. Əgər üçüncü rəkəti tamamlayıbsa, namazı batildir. Əgər üçüncü rəkətin rükusuna getmişdirsə, ehtiyata əsasən namazı batildir. Buna görə də, bir rəkət namaz qılınacaq qədər vaxt qalmış olsa belə, namazını yenidən şikəstə qılmalıdır. Əgər vaxt yoxdursa, qəzasını şikəstə qılmalıdır.

Məsələ 1350: Əgər müsafir, müsafir namazının bəzi xüsusiyyətlərini bilməsə məsələn; dörd fərsəxlik bir yola gedib-qayıdacağı təqdirdə, namazını şikəstə qılmalı olduğunu bilməsə, dörd rəkətli namaz niyyəti ilə namaza məşğul olsa və üçüncü rəkətin rükusundan əvvəl məsələni başa düşsə, gərək namazını iki rəkətlə tamam etsin. Əgər rükuda anlayarsa, ehtiyata əsasən namazı batildir. Bir rəkət qılınacaq qədər vaxt qalsa belə, namazı yenidən şikəstə qılmalıdır.

Məsələ 1351: Namazını bütöv qılmalı olan bir müsafir, məsələni bilməməsi səbəbindən, iki rəkət qılmaq niyyəti ilə namaza başlayar və namazda ikən başa düşərsə, namazı dörd rəkətli tamamlamalıdır. Ehtiyat-müstəhəb budur ki, o namazı tamamladıqdan sonra, onu yenidən dörd rəkətli qılsın.

Məsələ 1352: Namazını qılmamış olan bir müsafir, vaxt keçmədən vətəninə və ya on gün qalacağı bir yerə çatarsa, namazını bütöv qılmalıdır. Müsafir olmayan bir şəxs də, vaxtın əvvəlində namaz qılmayıb səfərə çıxarsa, yolda namazını şikəstə qılmalıdır.

Məsələ 1353: Səfərdə ikən namazını şikəstə qılmalı olan bir müsafirin zöhr, əsr və ya işa namazı qəza olarsa, onları səfərdə olmasa belə qəza etmək lazım gəlirsə, iki rəkətli qəza etməlidir. Əgər müsafir olmayan bir şəxsdən də, bu üç namazdan biri qəzaya qalarsa, səfərdə ikən qəzasını qılmaq istəyərsə, dörd rəkətli qəza etməlidir.

Məsələ 1354: Müstəhəbbdir ki, müsafir şikəstə qıldığı hər bir namazdan sonra otuz dəfə desin: «Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər». Bu zikrin hər vacib namazdan sonra müstəhəb olmasına baxmayaraq qeyd olunan hallarda daha çox göstəriş verilmişdir. Daha yaxşı budur ki, bu yerlərdə bunu altmış dəfə desin.

QƏZA NAMAZI


Məsələ 1355: Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında qılınmamış olan digər hər vacib namaz da eyni hökmü daşıyır. Hətta ehtiyat-lazıma əsasən, nəzr etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökmdədir. Amma Fitr və Qurban bayramı namazlarının qəzası yoxdur. Habelə, istər gündəlik namaz olsun, istərsə də başqa bir namaz olsun, qadının heyz və nifas halında qılmadığı namazların da qəzası yoxdur. Ayət namazının qəzasının hökmü sonradan deyiləcək.

Məsələ 1356: Əgər namazın vaxtından sonra, qıldığı namazın batil olduğunu başa düşsə, gərək onun qəzasını qılsın.

Məsələ 1357: Boynunda qəza namazı olan bir şəxs, onu qılmaqda səhlənkarlıq etməməlidir. Amma dərhal yerinə yetirməsi də vacib deyildir.

Məsələ 1358: Qəza namazı olan bir şəxs müstəhəb namazı qıla bilər.

Məsələ 1359: Boynunda qəza namazı olduğuna və ya qıldığı namazların səhih olmadığına ehtimal verən bir insanın, ehtiyata əsasən onları qəza etməsi müstəhəbdir.

Məsələ 1360: Bir günün zöhr və əsr namazları ilə, bir gecənin məğrib və işa namazları kimi, tərtiblə yerinə yetirilməsi vacib olan namazlardan başqa, gündəlik namazların qəzasını tərtibə əsasən yerinə yetirmək vacib deyildir.

Məsələ 1361: Ayət namazı kimi gündəlik olmayan bir neçə namazı və ya bir gündəlik və bir neçə gündəlik olmayan namazları qəza etmək istəyən şəxsin, onları tərtib üzrə qılması lazım deyildir.

Məsələ 1362: Bir dörd rəkətli namazı qılmadığını, amma onun zöhr, və ya işa namazı olduğunu bilməyən bir şəxs, qılmamış olduğu namazın qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılarsa, kifayətdir. Namazı ucadan və ya alçaqdan oxumasında isə ixtiyar sahibidir.

Məsələ 1363: Əgər bir şəxsdən, məsələn; bir neçə sübh namazı və ya bir neçə zöhr namazı qəza olarsa və onların sayını bilməzsə və ya unutmuş olarsa, məsələn; üç, dörd, ya beş namaz olduğunu bilməzsə, az miqdarı yerinə yetirərsə, kifayətdir. Amma hamısını qıldığına əmin oluncaya qədər namaz qılması daha yaxşıdır. Məsələn; əgər özündən bir neçə sübh namazının qəzaya qaldığını unutmuş olsa və eyni zamanda on namazdan artıq olmadığına əmindirsə, ehtiyata əsasən on sübh namazı qılsın.

Məsələ 1364: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib, sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir namaz və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, o günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.

Məsələ 1365: Əgər namaz qılarkən həmin gündən bir və ya daha çox namazının qəzaya qaldığını və ya keçmiş günlərdən yalnız bir qəza namazının boynunda olduğunu xatırlayarsa, vaxt genişdirsə və niyyətini qəza namazına çevirməsi mümkündürsə, o günün namazının fəzilət vaxtı keçmədiyi təqdirdə, niyyətini qəza namazına çevirməsi daha yaxşıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rəkətin rükusundan qabaq, həmin günün sübh namazının qəzaya qaldığını xatırlayarsa, zöhr namazının fəzilət vaxtı daralmamışdırsa, niyyəti sübh namazına çevirib o namazı iki rəkətli tamamlaması və sonra zöhr namazını qılması daha yaxşıdır. Amma əgər fəzilət vaxtı dar olsa və ya niyyətini qəza namazına çevirməsi mümkün olmazsa, məsələn; üçüncü rəkətin rükusunda sübh namazını qılmadığını xatırlayarsa, niyyətini sübh namazına çevirdiyi təqdirdə, rükn hesab edilən bir rüku artıq olduğuna görə, niyyətini sübh namazının qəzasına çevirə bilməz.

Məsələ 1366: Əgər keçmiş günlərdən qəza namazları vardırsa və bir və ya daha çox namaz həmin gündən qəza olmuşdursa, əgər onların hamısını qəza etməyə vaxtı olmasa və ya hamısını o gündə qılmaq istəmirsə, müstəhəbdir ki, o günün qəza namazını əda namazından əvvəl qılsın.

Məsələ 1367: İnsan həyatda ikən öz qəza namazlarını qılmaqdan aciz olsa belə, başqası onun namazlarının qəzasını qıla bilməz.

Məsələ 1368: İstər imamın namazı əda olsun, istərsə qəza olsun, qəza namazını camaatla qılmaq mümkündür. Hər ikisinin eyni namazları qılmaları da lazım deyildir. Məsələn; sübh namazının qəzasını, imamın zöhr və ya əsr namazı ilə qılmasının eybi yoxdur.

Məsələ 1369: Müməyyiz olan, yəni yaxşını və pisi anlayan uşağı namaz qılmağa və digər ibadətlər etməyə adət etdirmək müstəhəbdir. Hətta onu, qılmadığı namazları qəza etməyə vadar etmək belə, müstəhəbbdir.

ATANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZI


Məsələ 1370: Əgər ata öz namazını qılmamış olsa, və qəza edə bilərmişsə, bu Allahın əmrinə itaətsizlik ucbatından deyilmişsə, onun ölümündən sonra böyük oğul ehtiyat-vacibə əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının qəzasını yerinə yetirmək daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir.

Məsələ 1371: Əgər böyük oğul atasının qəza namazının olub olmamasında şəkk edərsə, ona bir şey vacib deyildir.

Məsələ 1372: Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib, onları yerinə yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyata əsasən onları qəza etməsi vacibdir.

Məsələ 1373: Əgər oğullardan hansının böyük oğul olduğu məlum olmasa, atanın namazını qəza etmək oğullardan heç birinə vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, onun namazlarını öz aralarında bölüşdürsünlər, yaxud da onları yerinə yetirəni təyin etmək üçün, aralarında püşk atsınlar.

Məsələ 1374: Əgər meyyit, namazlarının qəzası üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, əgər onun vəsiyyəti nüfuzludursa, (qanuni, keçərlidirsə) onların qəzası böyük oğula vacib olmaz.

Məsələ 1375: Əgər böyük oğul anasının qəza namazlarını qılmaq istəyərsə, namazı ucadan və ya alçaqdan oxumaqda öz təklifinə əməl etməlidir. Deməli anasının sübh, məğrib və işa namazlarının qəzasını gərək ucadan qılsın.

Məsələ 1376: Özünün də qəza namazı olan şəxs, əgər ata-anasının da namazlarını qəza etmək istəyərsə, hansını əvvəl yerinə yetirsə səhihdir.

Məsələ 1377: Əgər böyük oğul atası ölən vaxt nabaliğ (yəni həddi-büluğa çatmamış), ya dəli olsa, baliğ ya ağıllı olandan sonra, atanın qəza namazı ona vacib deyildir.

Məsələ 1378: Əgər böyük oğul atasının namazını qəza etməmişdən qabaq ölsə, ikinci oğula heç nə vacib deyil.

CAMAAT NAMAZI


Məsələ 1379: Gündəlik namazları camaat ilə qılmaq müstəhəbdir. Sübh, məğrib və işa namazlarını xüsusilə məscid qonşuluğunda olanlara və məsciddə verilən azanın səsini eşidənlərə daha çox aidiyyəti var. Həmçinin sair vacib namazları da camaatla qılmaq müstəhəbdir. Amma təvaf namazı və gün və ay tutulması istisna olmaqla sair ayət namazlarının camaat namazı şəklində qılınmasının məşruiyyəti (şəri, qanuni olması) sübuta yetməyib.

Məsələ 1380: Mötəbər rəvayətlərdə vardır ki, camaat ilə qılınan namaz, fərdi namazdan iyirmi beş dərəcə fəzilətlidir.

Məsələ 1381: Etinasızlıq üzündən camaat namazına hazır olmamaq icazəli deyildir. İnsanın üzrsüz olaraq camaat namazını tərk etməsi də düzgün deyildir.

Məsələ 1382: İnsanın səbr edib, camaatla namaz qılması müstəhəbdir. Müxtəsər qılınan camaat namazı, uzun qılınan fürada namazdan daha üstündür. Həmçinin camaat namazı, vaxtın əvvəlində fürada qılınan namazdan daha üstündür. Amma fəzilətli vaxtdan qeyri-vaxtda qılınan camaat namazının, fəzilətli vaxtda qılınan fürada namazdan daha üstün olması məlum deyil.

Məsələ 1383: Camaat namazı başladığı zaman, namazını fərdi qılmış olan şəxsin, ikinci dəfə namazını camaatla qılması müstəhəbdir. Əgər sonradan, fərdi qılmış olduğu namazın batil olduğunu anlayarsa, ikinci dəfə qıldığı namaz kifayətdir.

Məsələ 1384: Əgər imam və ya məmum camaatla qıldığı namazı təkrarən camaatla qılmaq istəyərsə, bunun müstəhəbliyi sübut olmasa da, savab ümidilə (yəni rəcaən) yerinə yetirilməsinin maneəsi yoxdur.

Məsələ 1385: Namazının batil olmasına səbəb olacaq qədər vəsvəsəyə düşən şəxs, əgər namazı yalnız camaatla qıldığı zaman vəsvəsədən rahat olarsa, namazı camaatla qılmalıdır.

Məsələ 1386: Əgər ata və ya ana öz uşağına namazı camaatla qılmasını əmr edərsə, ehtiyat-müstəhəb budur ki, namazını camaatla qılsın. Əlbəttə əgər atanın və ya ananın ona etdiyi əmr və nəhyi uşağına olan məhəbbətdən irəli gəlirsə, və ona qarşı çıxmaq onlara əziyyət olmasına səbəb olursa, uşağın ona qarşı çıxması, haramdır.

Məsələ 1387: Müstəhəb namaz ehtiyata əsasən heç bir şəkildə camaatla qılına bilməz. Amma yağış yağması üçün qılınan istisqa namazı camaatla qılına bilər. Həmçinin vacib olub, sonradan başqa bir səbəbə görə müstəhəb olan bir namazı məsələn; Həzrət İmamın (ələyhis-səlam) dövründə vacib olub, o Həzrət qeyb olduqdan sonra müstəhəb olan Fitr və Qurban bayramı namazlarını camaatla qılmaq caizdir.

Məsələ 1388: İmam camaat, gündəlik namazını qılanda, gündəlik namazlardan hər birini ona iqtida etmək olar.

Məsələ 1389: Əgər imam camaat, özünün və ya namazının qəzaya getməsi yəqin olan ölmüş bir şəxsin gündəlik namazlarının qəzasını qılırsa, ona iqtida etmək olar. Amma əgər öz namazını və ya başqasının namazını ehtiyatən yenidən qılırsa, ona iqtida etmək icazəli deyil. Amma əgər məmum da namazını ehtiyatən yenidən qılırsa və imamın ehtiyat etməsinin səbəbi, məmumun ehtiyat etməsinin səbəbi ilə eynidirsə, ona iqtida edə bilər. Amma məmumun ehtiyat etməsinə digər səbəbin olmaması lazım deyildir.

Məsələ 1390: Əgər insan imamın qıldığı namazın gündəlik vacib ya müstəhəb namaz olduğunu bilməsə, ona iqtida edə bilməz.

Məsələ 1391: Camaat namazının səhih olması üçün, imamla məmum arasında və eyni zamanda, imamla başqa məmumlar arasında vasitə olan məmumla o biri məmumlar arasında bir şeyin fasilə olmaması şərtdir. Fasilədən məqsəd, onları bir-birindən ayıran bir şeydir. İstər pərdə, divar və ya bu kimi görməyə mane olan bir şey olsun, istər şüşə kimi görməyə mane olmayan bir şey olsun, fərq etməz. Belə ki, əgər namazın bütün və ya bəzi hallarında imamla məmum arasında və ya bağlantı (müttəsil olma) vasitəsi olan məmumla o biri məmumlar arasında bir fasilə olarsa, camaat namazı batildir. Amma irəlidə izah olunacağı kimi, qadın bu hökmdən müstəsnadır.

Məsələ 1392: Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər, öz önlərində olan cərgəni görməsələr, iqtida edə bilərlər.

Məsələ 1393: Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Hətta iki tərəfdə olub, başqa məmum vasitəsi ilə camaatla bitişik olan şəxslərin də namazları səhihdir.

Məsələ 1394: Sütunun arxasında duran şəxs sağ və ya sol tərəfdən başqa bir məmumun vasitəsilə imamla birləşməsə, iqtida edə bilməz.

Məsələ 1395: İmamın durduğu yer məmumun durduğu yerdən gərək hündür olmasın. Amma əgər imamın yeri çox az miqdarda hündür olsa, eybi yoxdur. Həmçinin əgər bir yer mayili vəziyyətdə olarsa, belə ki, imam da onun yüksək tərəfində dayandıqda yer çox mayili olmasa, eybi yoxdur.

Məsələ 1396: Məmumun yeri imamın yerindən hündür olarsa, eybi yoxdur. Amma, “camaat ictima edib” deyilməyəcək qədər hündür olsa, camaat namazı səhih deyil.

Məsələ 1397: Bir sırada duranların arasında müməyyiz bir uşaq fasilə olarsa, onun namazının batil olduğu bilinməyənə qədər, iqtida edilə bilər. Həmçinin o, on iki imam şiəsi olmasa, belə ki, onun namazı öz məzhəbinə görə səhih olsa, hökm eynidir.

Məsələ 1398: İmamın təkbirindən sonra qabaqdakı cərgə, namaza hazır olsa və onların təkbir demələri yaxın olsa, sonrakı cərgədə dayanan şəxslər təkbir deyə bilər. Amma ehtiyat-müstəhəb budur ki, birinci cərgənin təkbiri qurtarana qədər gözləsin.

Məsələ 1399: Əgər öndəki cərgələrdən hər hansı birinin namazının batil olduğu məlum olsa, sonrakı cərgələr iqtida edə bilməz. Amma onların namazlarının səhih olub-olmaması məlum olmasa, iqtida edə bilərlər.

Məsələ 1400: Əgər bir şəxs, imamın namazının batil olmasını bilsə məsələn: onun dəstəmazsız olduğunu bilsə, hətta imamın özü bu işdən agah olmasa da, ona iqtida edə bilməz.

Məsələ 1401: Məmum, namazdan sonra imamın adil olmadığını və ya kafir olduğunu, yaxud başqa bir səbəbdən namazının batil olduğunu, məsələn; dəstəmazsız namaz qıldığını bilərsə, namazı səhihdir.

Məsələ 1402: Namazda ikən imama iqtida edib-etmədiyində şəkk edərsə, əgər bəzi nişanələr vasitəsilə iqtida etdiyinə xatircəm olarsa, namazını camaatla tamamlamalıdır. Əks təqdirdə, namazını fürada niyyəti ilə tamamlamalıdır.

Məsələ 1403: Əgər məmum namaz əsnasında üzrsüz olaraq, fürada niyyəti edərsə, onun camaat namazının səhih olması işkallı, lakin təklikdə qıldığı namazı səhihdir. Amma əgər fərdi namaz qılanın da vəzifəsinə görə əməl etməsə, ehtiyat-vacibə görə namazı yenidən qılmalıdır. Amma əgər üzrlü olduğu halda namazı batil etməyən bir şeyi artırsa və ya əskiltsə yenidən qılması lazım deyil. Məsələn, əgər namazın əvvəlindən fürada qəsdi olmasa, qiraət etməsə, amma rükuda olduğu zaman bu qəsdə düşərsə, bu təqdirdə namazını fərdi qəsdi ilə tamamlaya bilər və onu yenidən qılması lazım deyil. Həmçinin imama tabe olmaq üçün bir səcdəni artırsa hökm eynidir.

Məsələ 1404: Əgər imam Həmd və surəni oxuduqdan sonra, məmum bir üzr səbəbindən fürada niyyəti edərsə, Həmd və surəni oxuması lazım deyil. Amma əgər üzrsüz olsa və ya Həmd və surə tamamlanmazdan qabaq fürada niyyəti edərsə, ehtiyat-vacibə əsasən Həmd və surənin hamısını oxuması lazımdır.

Məsələ 1405: Əgər camaat namazı əsnasında fürada niyyəti etsə, ikinci dəfə (həmin namazda) camaat namazı niyyət edə bilməz. Həmçinin ehtiyat-vacib görə, əgər fürada niyyəti edib-etməməsində tərəddüd etsə və sonra namazı camaatla bitirmək qərarına gəlsə, hökm eynidir.

Məsələ 1406: İnsan namaz əsnasında fürada niyyəti edib-etmədiyində şəkk edərsə, fürada niyyəti etmədiyinə qərar verməlidir.

Məsələ 1407: Əgər imam rükuda olan vaxt iqtida etsə və imamın rükusuna çatsa, imamın zikri tamam olsa da, namazı səhihdir və bir rəkət hesab olunur. Əgər rüku qədər əyilsə və imamın rükusuna çatmasa, namazını fərdi niyyəti ilə tamam edə bilər, həm də sonrakı rəkətə çatmaq üçün namazı kəsə bilər.

Məsələ 1408: İmam rükuda ikən, iqtida edib, rükuya qədər əyilərsə və imama rükuda yetişib-yetişmədiyində şəkk edərsə, əgər bu şəkki rükunun tamam olmasından sonra olsa, qıldığı camaat namazı səhihdir. Əks təqdirdə, namazı fürada niyyəti ilə tamamlaya bilər, həm də sonrakı rəkətə çatmaq üçün namazın kəsə bilər.

Məsələ 1409: İmam rükuda ikən iqtida edərsə və rüku miqdarı qədər əyilməzdən qabaq, imam rükudan başını qaldırarsa, fürada niyyəti edib namazı tamamlamaq və ya imamla birlikdə mütləq qürbət qəsdi ilə səcdəyə gedib, sonra ayağa qalxdığı zaman, təkbirətül-ehram və ya mütləq zikrdən daha ümumi olan bir qəsd ilə təkbiri yenidən deyərsə, namazını camaatla tamamlamaq və ya sonrakı rəkətə çatmaq üçün namazı kəsmək arasında ixtiyar sahibidir.

Məsələ 1410: Əgər bir şəxs namazın əvvəlində, ya Həmd və surə əsnasında iqtida etsə və təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir.

Məsələ 1411: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətül-ehramdan sonra otursun və təşəhhüdü mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı ehtiyat-vacibə əsasən deməsin və gözləsin, imam namazın salamını deyəndən sonra qalxsın və təzədən niyyət və təkbir demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rəkəti hesab etsin.

Məsələ 1412: Məmum gərək imamdan qabaqda dayanmasın. Hətta ehtiyat-vacib budur ki, əgər məmum çox olsa, imamla bir sırada dayanmasınlar. Amma əgər məmum bir nəfər kişi olsa, onun imamla bərabər dayanmasının eybi yoxdur.

Məsələ 1413: Əgər imam kişi, məmum isə qadın olsa, onda qadınla imamın arasında və ya o qadınla imama bitişik olan digər bir kişi məmumun arasında pərdə və ya pərdəyə bənzər bir şeyin olmasının eybi yoxdur.

Məsələ 1414: Namaza başladıqdan sonra, imam və məmum arasında və ya məmumla, onun vasitəsi ilə imama bağlı olan başqa bir məmum arasında pərdə və ya başqa bir şey fasilə olarsa, camaat namazı batil olur və məmum fərdi vəzifəsinə görə əməl etməlidir.

Məsələ 1415: Ehtiyat-vacib budur ki, məmumun səcdə yeri ilə imamın durduğu yerin arasında ən iri bir addımdan artıq fasilə olmasın. Həmçinin, əgər insan qabağında duran məmum vasitəsilə imamla bağlansa da; ehtiyat-müstəhəb odur ki, məmumun dayandığı yer, yaxud onun qarşısında dayanan şəxsin yeri ilə, səcdə halında olan insanın bədəninin ölçüsündən artıq olmasın.

Məsələ 1416: Əgər məmum sağ və sol tərəfində duran şəxsin vasitəsilə imamla bağlansa və qabaqdan imama bağlı olmasa, ehtiyat-vacibə əsasən gərək sol və ya sağ tərəfində iqtida etdiyi şəxslə iri bir addımdan artıq fasilə olmasın.

Məsələ 1417: Əgər namazda imam ilə məmum arasında, yaxud imama bağlı olan məmum arasında bir addımdan artıq fasilə qalsa, o şəxs namazını fərdi qəsdi ilə davam edə bilər.

Məsələ 1418: Əgər birinci sırada dayananların hamısının namazı başa çatsa və dərhal başqa bir namaz üçün imama iqtida etməsələr, sonrakı sıranın camaat namazı batil olur, hətta dərhal iqtida etsələr də, sonrakı sıranın camaat namazının düzlüyü işkallıdır.

Məsələ 1419: Əgər şəxs ikinci rəkətdə iqtida etsə, Həmd və surəni oxumaq lazım deyildir, amma qunut və təşəhhüdü imamla oxumalıdır. Ehtiyat-müstəhəb budur ki, təşəhhüd oxuyanda əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın və gərək təşəhhüddən sonra imamla qalxıb, həmd-surəni oxusun. Əgər surəni oxumağa vaxtı yoxdursa, Həmdi tamam edib özünü rükuda imama çatdırsın. Əgər Həmdin hamısını deməyə vaxtı yoxdursa, Həmdi kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu surətdə ehtiyat-müstəhəb budur ki, namazı fürada niyyəti ilə tamamlasın.

Məsələ 1420: Əgər imam dörd rəkətli namazın ikinci rəkətində olarkən bir şəxs ona iqtida etsə, namazın ikinci rəkətində (bu zaman imam üçüncü rəkətdə olur) iki səcdədən sonra oturmalı və təşəhhüdü vacib miqdarında deyib qalxmalıdır. Əgər şəxsin üç dəfə təsbihat deməyə vaxtı yoxdursa, gərək bir dəfə desin və rükuda özünü imama çatdırsın.

Məsələ 1421: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa və məmum, iqtida etdiyi təqdirdə, Həmdi oxuyub rükuda imama çata bilməyəcəyini bilərsə, ehtiyat-vacib əsasən səbr etməli və imam rükuya gedəndən sonra iqtida etməlidir.

Məsələ 1422: Əgər üçüncü ya dördüncü rəkətdə imam qiyam halında ikən iqtida etsə, gərək Həmd və surəni oxusun. Əgər surə üçün vaxt yoxdursa, gərək Həmdi tamam etsin və rükuda özünü imama çatdırsın. Əgər Həmdi də tamamlamağa vaxtı yoxdursa, onu kəsib imamla birlikdə rükuya gedə bilər. Amma ehtiyat-müstəhəb budur ki, bu surətdə fürada qəsdi edərək, namazını tamamlasın.

Məsələ 1423: Surə və ya qunutu tamamladığı təqdirdə, rükuda imama çata bilməyəcəyini bilən bir şəxs, qəsdən surə və ya qunutu oxusa və rükuda imama çata bilməsə, onun camaat namazı batil olur və fürada vəzifəsinə uyğun əməl etməlidir.

Məsələ 1424: Surəni oxumağa başladığı və ya tamamladığı halda rükuda imama çatacağına əmin olan bir şəxsin, çox çəkməyəcəyi təqdirdə surəyə başlaması və ya başlamışdırsa, tamamlaması daha yaxşıdır. Amma əgər «imama uyğunlaşır» deyilməyəcək qədər çox çəkərsə, başlamamalı və başlamışdırsa, tamamlamamalıdır. Əks halda onun camaat namazı batildir, amma əgər 1404-cü məsələdə deyildiyi kimi, öz fürada vəzifəsinə əməl etsə namazı səhihdir.

Məsələ 1425: Surəni oxuyub, imamın rükusuna çata biləcəyinə və imama tabeçiliyi aradan getməyəcəyinə yəqini olan şəxs surəni oxuyub rükuya yetişməzsə, onun camaat namazı səhihdir.

Məsələ 1426: İmam qiyamda ikən, məmum onun hansı rəkətdə olduğunu bilməsə, ona iqtida edə bilər. Amma ehtiyat-vacibə görə imamın sonradan birinci və ya ikinci rəkətdə olduğunu anlasa belə, qürbət (Allaha yaxınlıq) qəsdi ilə Həmd və surəni oxumalıdır.

Məsələ 1427: İmamın birinci və ya ikinci rəkətdə olduğu gumani ilə Həmd və surəni oxumazsa və rükudan sonra üçüncü və ya dördüncü rəkətdə olduğunu bilərsə, namazı səhihdir. Amma əgər rükudan qabaq bilərsə, Həmd və surəni oxumalı və əgər vaxt yoxdursa, 1422-ci məsələdə deyilən göstərişə əsasən əməl etməlidir.

Məsələ 1428: İmamın üçüncü və ya dördüncü rəkətdə olduğunu hesab edərək Həmd və surəni oxumasa, belə ki, rükudan qabaq və ya sonra, birinci və ya ikinci rəkətdə olduğunu bilərsə, namazı səhihdir. Əgər Həmd və surəni oxuduğu zaman bilərsə, onları tamamlaması lazım deyildir.

Məsələ 1429: Müstəhəb bir namazı qılarkən, camaat namazı bərqərar olarsa, namazı tamamladıqda camaat namazına çatacağına əmin deyildirsə, müstəhəbb namazı tərk edib, hətta camaat namazının birinci rəkətinə çatması üçün belə camaat namazına məşğul olması müstəhəbbdir.

Məsələ 1430: Əgər üç rəkətli, yaxud dörd rəkətli namazı qılan zaman camaat namazı bərqərar olsa, üçüncü rəkətin rükusuna getməyibsə və namazı tamam qılıb camaata çatacağına arxayın deyilsə, müstəhəbdir ki, müstəhəbbi namaz niyyəti ilə namazını iki rəkətli qurtarsın və özünü camaat namazına çatdırsın.

Məsələ 1431: Əgər imam namazı bitiribsə və məmum təşəhhüdə, yaxud birinci salama məşğuldursa, niyyəti fərdi etmək lazım deyil.

Məsələ 1432: İmamdan bir rəkət geriyə qalan bir şəxs, imam son rəkətin təşəhhüdünü oxuyarkən, əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldıraraq, imam namazın salamını verincəyə qədər səbr edib, sonra qalxması daha yaxşıdır. Əgər bu halda fürada qılmaq niyyəti etmək istəyərsə, maneəsi yoxdur.

İMAM CAMAATIN ŞƏRTLƏRİ


Məsələ 1433: İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum kişidirsə, onun imamı da gərək kişi olsun. On yaşlı uşağa iqtida etməyin səhihliyi, yaxşı nəzər olsa da, işkalsız da deyil. Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi, əgər insan onun əksi barədə məlumatlı olmasa zahirdə yaxşı olmasıdır.

Məsələ 1434: Adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər.

Məsələ 1435: Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz.

Məsələ 1436: Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər. Amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda.

Məsələ 1437: Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.

Məsələ 1438: Əgər imamın sidiyin və ğaitin xaric olmasının qarşısını ala bilməmək kimi xəstəliyi varsa, ona iqtida etmək olar. Həmçinin istihazəsi olmayan bir qadın da istihazəli qadına iqtida edə bilər.

Məsələ 1439: Cüzam və xora xəstəliyi olan bir şəxsin imam olmaması daha yaxşıdır. Ehtiyat-vacibə əsasən, üzərinə şəri hədd (cəza qanunu) icra edilən və sonradan tövbə edən bir şəxsə də iqtida edilməməlidir.

CAMAAT NAMAZININ HÖKMLƏRİ


Məsələ 1440: Məmum niyyət edərkən gərək imamını müəyyən etsin. Amma adını bilməsi lazım deyil; məsələn: “bu hazır olan imama iqdtida edirəm” deyərək niyyət etsə, namazı səhihdir.

Məsələ 1441: Məmum gərək Həmd və surədən başqa namazın bütün hissələrini özü oxusun. Amma əgər məmumun birinci, yaxud ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, gərək Həmd və surəni oxusun.

Məsələ 1442: Əgər məmum sübh, məğrib və işa namazının birinci və ikinci rəkətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.

Məsələ 1443: Əgər məmum imamın Həmd və surəsinin bəzi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.

Məsələ 1444: Məmum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını guman edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.

Məsələ 1445: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir məmum Həmd və surəni oxuya bilər.

Məsələ 1446: Məmum zöhr və əsr namazının birinci və ikinci rəkətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbdir ki, onun yerinə zikr desin.

Məsələ 1447: Məmum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat-müstəhəb budur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.

Məsələ 1448: Əgər məmum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.

Məsələ 1449: Məmumun təkbirətül-ehramdan başqa, digər hissələri imamdan qabaq deməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt dediyini bilərsə, ehtiyat-müstəhəb budur ki, imamdan qabaq deməsin.

Məsələ 1450: Məmum gərək namazda oxunan hissələrdən başqa sair əməlləri, məsələn; rüku və səcdələri imamla eyni vaxtda və ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma fürada vəzifəsinə əməl etsə, namazı səhihdir (1403-cü məsələdə qeyd olunduğu kimi).

Məsələ 1451: Əgər məmum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fürada) namazı 1403-cü məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.

Məsələ 1452: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.

Məsələ 1453: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu məlum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.

Məsələ 1454: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən yaxud imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.

Məsələ 1455: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.

Məsələ 1456: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması işkallıdır, amma (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1457: Əgər məmum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1458: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1459: Əgər imam qunut olmayan rəkətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, məmum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.

CAMAAT NAMAZINDA İMAM VƏ MƏMUMUN VƏZİFƏSİ


Məsələ 1460: Məmum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbdir.

Məsələ 1461: Əgər imam və məmum hər ikisi qadın olsa, ehtiyat-vacib budur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.

Məsələ 1462: Müstəhəbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.

Məsələ 1463: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbdir.

Məsələ 1464: Müstəhəbdir ki, “qəd-qamətis-salat” deyiləndən sonra, məmumlar ayağa qalxsınlar.

Məsələ 1465: Müstəhəbdir ki, imam, məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın. Qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının, buna meylli olduqlarını bildiyi hal isə istisnadır.

Məsələ 1466: Müstəhəbdir ki, imam-camaat, Həmd-surədə və ucadan oxunmalı zikrlərdə, səsini hamı eşidəcəyi qədər ucaltsın. Amma həddindən artıq ucaltmamalıdır.

Məsələ 1467: Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən ikiqat artırsın və sonra qalxsın. Hətta, daha başqa birinin də iqtida etməsini başa düşərsə (eyni qayda ilə).

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 1468: Əgər camaat namazının cərgələrində yer olsa, insanın təklikdə dayanması məkruhdur.

Məsələ 1469: Məkruhdur ki, məmum namazın zikrlərini, imamın eşidəcəyi tərzdə desin.

Məsələ 1470: Zöhr, əsr və işa namazlarını iki rəkət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.

AYƏT NAMAZI


Məsələ 1471: Qaydası sonradan deyiləcək ayət namazı, üç şey vasitəsilə vacib olur.
1. Günəşin tutulması;
2. Ayın tutulması, hətta onlar azacıq tutulsa və bir şəxs də qorxmasa;
3. Zəlzələ (ehtiyat-vacibə əsasən hətta bir şəxs qorxmasa da);
Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və s. kimi səma hadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, ehtiyat-müstəhəbə əsasən, ayət namazı tərk olunmamalıdır.

Məsələ 1472: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.

Məsələ 1473: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların hamısı eyni səbəbdən onun boynuna vacib olsun (məsələn; üç dəfə günəş tutulsa və onların ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş olsunlar (məslən; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı qıldığını müəyyən etməsi vacib deyildir.

Məsələ 1474: Ayət namazı vacib olan şeylər harda baş versə və hiss olunsa, ancaq o yerin camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil.

Məsələ 1475: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. (Amma onların açılmağa başladıqları zamana qədər təxirə salınmaması yaxşıdır). Lakin ayət namazının tamamlanması, günəş və ayın açılmasından sonraya qədər təxirə salına bilər.

Məsələ 1476: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər təxirə salarsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır.

Məsələ 1477: Əgər Günəş və Ayın tutulması müddəti bir rəkət namaz qılmaq müddətində və ya az olsa, qıldığı namaz ədadır. Həmçinin onların tutulması çox olsa, (eyni qayda ilə). Amma insan namazı qılmasa və onun axırına bir rəkət namaz qılmaq qədər vaxt qalsa da, ayət namazı vacib və əda qılınmalıdır.

Məsələ 1478: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər təxirə salarsa, ehtiyat-müstəhəb budur ki, onu sonradan əda və ya qəza niyyəti etmədən qılsın.

Məsələ 1479: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının qəzası ona vacib deyildir.

Məsələ 1480: Əgər bir dəstə adam, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, belə ki, sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma bir miqdarı tutulubmuşsa, ayət namazı qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olması məlum olmasa və sonradan onların adil olduqları məlum olarsa, bu zaman şəxs ayət namazı qılmalıdır.

Məsələ 1481: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu, filan müddətə qədər çəkəcək» desələr və insan onların sözlərinə əmin olsa, gərək onların sözlərinə əsasən əməl etsin.

Məsələ 1482: Günəş və ya Ay tutulması üçün qıldığı ayət namazının batil olduğunu bilən bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir.

Məsələ 1483: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əks halda, hansının vaxtı dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını qılsın.

Məsələ 1484: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar olduğunu bilərsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır.

Məsələ 1485: Əgər ayət namazının əsnasında gündəlik namazın vaxtının dar olmasını başa düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazını qılmağa məşğul olsun və namazı bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi yerdən qılsın.

Məsələ 1486: Əgər qadın heyz və nifas halında olsa, Günəş və ya Ay tutulsa yaxud zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası da yoxdur.

AYƏT NAMAZININ QILINMA QAYDASI


Məsələ 1487: Ayət namazı iki rəkətdir və hər rəkətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

Məsələ 1488: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil-fələq» desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.

Məsələ 1489: Əgər ayət namazının bir rəkətində, beş dəfə Həmd-surə oxusa, o biri rəkətində isə Həmd oxuyub surəni beş yerə bölsə, eybi yoxdur.

Məsələ 1490: Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayət namazında da vacib və ya müstəhəbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil. Amma Günəş və Ay tutulması istisna olmaqla sair işlər üçün ayət namazının camaatla qılınmasının şəri sübut olunmayıb.

Məsələ 1491: Müstəhəbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən həmidəh» demək müstəhəbdir.

Məsələ 1492: İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut tutmaq müstəhəbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir.

Məsələ 1493: Əgər ayət namazında neçə rəkət qıldığına şəkk etsə və fikrində də bir qənaətə yetişə bilməsə, namazı batildir.

Məsələ 1494: Əgər birinci rəkətin axırıncı rükusunda, yaxud ikinci rəkətin birinci rükusunda olmasında şəkk etsə və fikri də bir yerə çatmasa namaz batildir. Amma, misal üçün; dörd və ya beş rüku etməsində şəkk etsə, səcdəyə getmək üçün əyilməyibsə, şəkk etdiyi rükunu yerinə yetirməlidir. Amma səcdə üçün əyilmiş olsa, öz şəkkinə etina etməməlidir.

Məsələ 1495: Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən azaltsa və ya çoxaltsa, namaz batildir. Həmçinin əgər səhvən azaltsa və ehtiyata əsasən çoxaltsa namaz batildir.

FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI


Məsələ 1496: Fitr və Qurban bayramı namazları İmamın (ələyhis-səlam) hazır olduğu (qeybdə olmadığı) vaxt vacibdir və gərək camaatla qılınsın. İmamın (ələyhis-səlam) qaib olduğu (bizim zəmanəmizdə) isə müstəhəbdir. Onu camaatla da, fürada da qılmaq olar.

Məsələ 1497: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.

Məsələ 1498: Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbdir.

Məsələ 1499: Fitr və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Həmd və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.

Məsələ 1500: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:
أَللَّهُمَّ أَهلَ الْكِبْرِياءِ وَالْعَظَمَةِ وَأَهْلَ الْجُودِ وَالْجَبَرُوتِ وَأَهْلَ الْعَفْوِ وَالرَّحْمَةِ وَأَهْلَ التَّقْوَى وَالْمَغْفِرَةِ أَسْأَلُكَ بَحَقِّ هَذَا الْيَوْمِ الَّذِى جَعَلتَهُ لِلْمُسْلِمِينَ عِيداً وَلِمُحَمَّدٍ صَلىَّ اللهُ عَلَيْهِ وَآلِهِ ذُخْراً وَشَرَفًا وَكَرَامَةً وَمَزِيداً أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تُدْخِلَنىِ فِى كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَأَنْ تُخْرِجَنِى مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ أَللَّهُمَّ إِنِّى أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ بِهِ عِبَادُكَ الصَّالِحُونَ وَأَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنهُ عِبَادُكَ الْمُخْلصُونَ.
Əllahummə əhləl-kibriya`i, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Məsələ 1501: İmam (ələyhis-salam) qayib olan zamanda, əgər Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, ehtiyat-lazım budur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Məsələ 1502: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rəkətində «Şəms» (91-ci surə) surəsini və ikinci rəkətində «Ğaşiyə» (88-ci surə) surəsini oxusun və yaxud birinci rəkətdə «Səbbihismə» (87-ci surə) surəsini və ikinci rəkətdə «Şəms» (91-ci surə) surəsini oxunsun.

Məsələ 1503: Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə müstəhəbdir ki, Məscidül-Həramda qılınsın.

Məsələ 1504: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Məsələ 1505: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər fürada qılsın, həmd-surəni uca səslə oxuması müstəhəbdir.

Məsələ 1506: Fitr bayramı axşamının məğrib və işa namazından, sübh namazından və Fitr bayramının namazından sonra bu təkbirləri demək müstəhəbdir.
أَللهُ أَكْبَرُ أَللهُ أَكبَرُ لاَ إِلَهَ الاَّ اللهُ وَاللهُ أَكْبَرُ أَللهُ أَكبرُ وَلِلَّهِ الْحَمْدُ أَللهُ أَكْبَرُ عَلَى مَا هَدَانَا
Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, əllahu əkbər, əla ma hədana.

Məsələ 1507: Müstəhəbdir ki, insan Qurban bayramında, əvvəlincisi bayram gününün zöhr namazı və axrıncısı isə, ayın 12-ci günündə olan sübh namazından ibarət olan on namazdan sonra əvvəlki məsələdə deyilən təkbirləri deyib sonra isə bunları desin:
أَللهُ أَكْبَرُ عَلَى ماَ رَزَقَنَا مِنْ بَهِيمَةِ الْأَنْعَامِ وَالْحَمْدُ لِلَّهِ عَلَى مَاأَبْلاَنَا
Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ən`am vəlhəmdu lillahi əla ma əblana.
Amma bir şəxs Qurban bayramında Minada olsa, müstəhəbdir ki, bu təkbirləri, əvvəli Qurban bayram gününün zöhr namazı və axırı isə Zil-həccənin on üçüncü gününün sübh namazıdan ibarət olan 15 namazdan sonra, desin.

Məsələ 1508: Ehtiyat-müstəhəb budur ki, qadınların bayram namazına getməkdən çəkinsinlər. Amma bu ehtiyat, qoca qadınlara aid deyil.

Məsələ 1509: Bayram namazlarında məmum, gərək digər namazlar kimi, Həmd və surədən başqa namazın bütün zikrlərini özü oxusun.

Məsələ 1510: Əgər məmum, imam təkbirlərdən bir neçəsini dedikdən sonra özünü çatdırarsa, imam rükuya əyildikdən sonra, imamla birlikdə söyləmədiyi təkbir və qunutları özü deməlidir. Əgər hər qunutda bir «Subhanəllah», ya bir «Əlhəmdu lillah» desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər buna da fürsət olmasa, kifayətdir ki, imama qoşulub rükuya getsin.

Məsələ 1511: Əgər bayram namazında bir şəxs namaza yetişərkən, imamın rükuda olduğunu görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər.

Məsələ 1512: Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazda səcdeyi-səhvi vacib edən bir əməl qarşısına çıxarsa, iki səcdeyi-səhv etməsi lazımdır.

NAMAZ ÜÇÜN ƏCİR TUTMAQ


Məsələ 1513: İnsan öləndən sonra, onun sağlığında yerinə yetirmədiyi namaz və başqa ibadətlər üçün başqasını əcir tutmaq olar. Əgər bir kəs muzd almadan özü onları yerinə yetirsə, səhihdir.

Məsələ 1514: İnsan bəzi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və imamların (ələyhimus-səlam) qəbirlərini ziyarət etmək üçün diri adamlar tərəfindən əcir ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər.

Məsələ 1515: Meyyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək müctəhid olsun və ya namazı təqlid edilməsi səhih olan müctəhidin fətvasına uyğun olaraq yerinə yetirsin, yaxud ehtiyatın əsaslarını kamil bilərsə ehtiyata əməl etsin.

Məsələ 1516: Əcir tutulan şəxs, gərək niyyət etdiyi vaxt, meyyiti müəyyən etsin. Meyyitin adını bilməsi lazım deyil. Əgər “məni əcir edən şəxs tərəfindən namaz qılıram” deyə niyyət etsə, kifayətdir.

Məsələ 1517: Əcir gərək meyyitin öhdəsində olanı, onun tərəfdən yerinə yetirməyini niyyət etsin. Əgər bir əməli yerinə yetirib savabını meyyitə hədiyyə etsə, kifayət deyil.

Məsələ 1518: Əməli yerinə yetirəcəyinə əmin olduqları və səhih yerinə yetirməsinə ehtimal verdikləri bir şəxsi əcir tutmalıdırlar.

Məsələ 1519: Meyyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə yetirmədiyini və ya batil yerinə yetirdiyini anlayarlarsa, gərək ikinci dəfə əcir tutsunlar.

Məsələ 1520: Əgər əcrin əməlləri yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əcir əməlini yerinə yetirdiyini etiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, gərək yenidən əcir tutsunlar. Amma əgər onun əməlinin düzgün olub-olmadığında şəkk edərsə, düzgün olduğunu qəbul edə bilər.

Məsələ 1521: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, meyyitin namazları da bu cür qəza olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyyitin namazlarını qəza etmək üçün əcir tutula bilməz. Amma cəbirə dəstəmaz və ya qüsl ilə namaz qılan şəxsin əcir tutulmasının eybi yoxdur. Əli, ya ayağı kəsilmiş olan şəxsin əcir tutulması da belədir.

Məsələ 1522: Qadın kişi üçün, kişi də qadın üçün əcir ola bilər. Namazı ucadan, yaxud astadan qılmaqda isə, əcir olan şəxs öz vəzifəsinə əməl etməlidir.

Məsələ 1523: Bir günün zöhr ilə əsr və məğrib ilə işa namazları kimi, tərtiblə qılınması lazım olan namazlardan başqa, meyyitin namazlarının tərtiblə qəza edilməsi lazım deyil. Amma əgər onu əcir etsələr ki, meyyitin mərcəsinin fətvasına uyğun, ya vəlisinin dediyi kimi yerinə yetirsin, əgər o mərcə tərtibi lazım bilərsə, gərək tərtibə riayət etsin.

Məsələ 1524: Əgər əcir olan ilə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etsələr, o şəkildə yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasına yəqinləri olsa, bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl etməsi ehtiyat-müstəhəbdir. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar.

Məsələ 1525: Əgər əcir tutulan şəxs ilə müstəhəb əməllərin nə qədər yerinə yetirəcəyi barədə şərt etməsələr, onun müstəhəbbatını adi qaydada olduğu qədər yerinə yetirməlidir.

Məsələ 1526: Əgər insan bir neçə nəfəri meyyitin qəza namazı üçün əcir tutsa, 1523-cü məsələdə deyilənlərə əsasən onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil.

Məsələ 1527: Əgər bir şəxs məsələn; bir il müddətində meyyitin namazlarını qılmağa əcir olsa və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi məlum olan namazlar üçün gərək başqasını əcir tutsunlar. Ehtiyat-vacib budur ki, yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də əcir tutsunlar.

Məsələ 1528: Bir meyyitin namazları üçün əcir tutulan şəxs onların hamısının zəhmət haqqını alsa və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılmasını şərt etmişdirlərsə, qılınmayan namazların qarşılığını ala bilərlər və ya icarəni pozub və məbləğın qalanını qaytara bilərlər. Əgər bütün namazları özü qılmasını şərt etməmişdirlərsə, vərəsələri gərək onun malından əcir tutsunlar. Amma əgər meyyitin malı olmasa vərəsələrə bir şey vacib deyil.

Məsələ 1529: Əgər əcir, meyyitin namazları qılıb qurtarmamış ölərsə, özünün də qəza namazı olsa, əvvəlki məsələdə deyilən göstərişə əməl etdikdən sonra, əgər meyyitin malı artıq olsa, belə ki, vəsiyyət etmiş olsa və vərəsələr icazə versə onun bütün namazları üçün əcir tutmaları gərəkdir. Əgər icazə verməsələr, onun üçdə birini namazına sərf etməlidirlər.

ORUCUN HÖKMLƏRİ → ← TƏYƏMMÜM
العربية فارسی اردو English Azərbaycan Türkçe Français