ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

MÜZARİƏNİN HÖKMLƏRİ → ← MÜZARİBƏNİN HÖKMLƏRİ

CÜALƏNİN HÖKMLƏRİ

Məsələ 2184: Cüalə odur ki, insan onun üçün görülən işin əvəzində bir şey verməyi qərar qoysun. Məsələn; desə: «mənim itirdiyimi tapan şəxsə on manat verəcəyəm», bu qərarı qoyan şəxsə «cail» və işi yerinə yetirən şəxsə «amil» deyilir. Cüalə ilə icarə arsında fərqdən biri odur ki, icarədə siğə oxunduqdan sonra əcir olunan şəxs gərək işi icra etsin və onu əcir edən şəxs onun muzdunu borclu olur, lakin cüalədə amil müəyyən bir şəxs olsa da, işi icra etməyə bilər və o işi icra etməyincəyə qədər cail ona borclu olmaz.

Məsələ 2185: Cail gərək aqil və baliğ olsun, qəsd və ixtiyar üzündən qərar qoysun, şərən öz malından istifadə edə bilmək hüququnda olsun. Deməli, öz malını boş və bihudə yerlərə sərf edən səfeh adamın cüaləsi səhih deyil. Həmçinin müflis olmuş şəxsin, öz malının istifadəyə haqqı olmadığı hissəsindən cüaləsi səhih deyil.

Məsələ 2186: Cailin özü üçün edilməsini istədiyi iş haram, faydasız və ya şərən pulsuz icra edilməsi lazım olan vacibatlardan olmamalıdır. Əgər cail, «hər kəs şərab içsə, ya gecə ağıllı məqsəd olmadan qaranlıq yerə getsə və ya öz vacibi namazını qılsa, ona on manat verərəm» desə, cüalə səhih deyildir.

Məsələ 2187: Qərarlaşdırdıqları malın bütün xüsusiyyətləri ilə müəyyən olması lazım deyildir. Hətta, əgər amilə, o işi icra etmək səfehlik hesab edilməyəcək qədər məlum olsa kifayətdir. Məsələn; əgər cail «bu malı on manatdan nə qədər artıq satsan onun gəliri sənin olsun» desə, cüalə səhihdir. Həmçinin əgər «hər kim mənim atımı tapsa; onun yarısını özünə verəcəyəm və ya ona on batman buğda verəcəyəm» desə, yenə də cüalə səhihdir.

Məsələ 2188: Əgər cail, iş üçün müəyyən bir muzd təyin etməsə; məsələn: “hər kəs mənim uşağımı tapsa pul verəcəyəm” deyib, miqdarını müəyyən etməsə, bir kəs o işi yerinə yetirəcəyi təqdirdə, o işin camaat arasında dəyəri miqdarında həmin şəxsə muzd verməlidir.

Məsələ 2189: Əgər amil qərardan qabaq işi icra etsə və ya qərardan sonra pul almamaq məqsədi ilə işi icra etsə, muzd almağa haqqı yoxdur.

Məsələ 2190: Amil işə başlamazdan qabaq cail cüaləni poza bilər.

Məsələ 2191: Amil işə başladıqdan sonra cail əgər cüaləni pozmaq istəsə, işkalı var. Amma əgər amil ilə razılaşsa, eybi yoxdur.

Məsələ 2192: Amil işi tamamlamaya bilər. Lakin işi tamamlamamaq cailə və ya işin aid olduğu şəxsə zərər yetməsinə səbəb olarsa, gərək işi tamamlasın. Məsələn; əgər bir kəs, «kim mənim gözümdə cərrahiyyə əməliyyatı aparsa ona filan qədər pul verəcəyəm» desə və bir cərrah da işə başlasa, əgər əməlliyyatı yarıda saxlasa, gözü eybli olacaqsa, gərək onu tamamlasın.

Məsələ 2193: Əgər amil işi tamamlamasa, caildən bir şey tələb edə bilməz. Əgər cail muzdu, işin tamamlanması şərtiylə qərarlaşdırsa, məsələn; «libasımı kim tikərsə ona on manat verəcəyəm» desə, eyni hökmdədir. Amma əgər məqsədi işdən hər miqdarın muzdunu edildikcə verməkdirsə, cail edilən işin miqdarının muzdunu amilə verməlidir.

MÜZARİƏNİN HÖKMLƏRİ → ← MÜZARİBƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français