ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

ÖZ MALLARININ İSTİFADƏSİNDƏN QADAĞAN EDİLMİŞ ŞƏXSLƏR → ← MÜZARİƏNİN HÖKMLƏRİ

MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ

Məsələ 2204: Əgər insan bir şəxs ilə belə qərar qoysa ki, meyvələri onun malı olan ya meyvələri onun ixtiyarında olan ağacları müəyyən bir müddətə qədər o şəxsə həvalə edə ki, onları bəsləsin, suvarsın və əvəzində meyvələrdən qərar qoyduqları qədərini özü üçün götürsün, bu müamiləyə musaqat deyilir.

Məsələ 2205: Musaqat muamiləsi, meyvə verməyən ağaclarda, o surətdə ki, başqa məhsulu olsa, yarpağından istifadə olunan xına ağacında olduğu kimi, yarpaq və gülünün etina edilən dəyəri olsa, səhihdir.

Məsələ 2206: Musaqat muamiləsində siğə oxumaq lazım deyil, hətta əgər ağacın sahibi musaqat qəsdi ilə ağacı həvalə etsə və işləyən kəs işə məşğul olmaq qəsdi ilə işləsə, müamilə düzdür.

Məsələ 2207: Malik və ağaclara qulluq etməyi öhdəsinə götürən kəs gərək baliğ və aqil olsunlar və bir kəs onları bu işə məcbur etməsin, həmçinin gərək səfeh olmasınlar, yəni öz malını bihudə yerdə xərcləməsinlər. Həmçinin malik müflis olmasın, amma əgər bağban müflis olsa, musaqat işi istifadəsinə icazə verilməyən mallardan istifadə etməsini lazım tutmadığı halda eybi yoxdur.

Məsələ 2208: Musaqatın müddəti gərək məlum olsun və gərək bu müddətdə məhsulun ələ gəlməsi mümkün olsun. Əgər onun əvvəlini müəyyən edib, sonunu da məhsulun ələ gəldiyi zamanı qərarlaşdırarlarsa, səhihdir.

Məsələ 2209: Gərək hər birinin payı məhsulun yarısı, üçdə biri və s. kimi olsun; məsələn: əgər meyvənin yüz batmanı malikin, qalanları isə işləyən şəxsin olmasını qərara alsalar, müamilə batildir.

Məsələ 2210: Lazım deyil musaqat müamiləsinin qərarını məhsulun zahir olmasından qabaq qoysunlar, məhsulun zahir olmasından sonra belə qoyulsa, məhsulun artması və daha yaxşı olması, ya da bəlalardan sağlam qalması üçün görülməsi lazım olan bir iş qalmışsa, müamilə səhihdir. Amma əgər bu cür iş qalmayıbsa, baxmayaraq ki, ağaca lazım olan suvarma və ya meyvələri yığma, ya da onları saxlama işi kimi bir iş qalsa belə, müamilənin səhih olması işkallıdır.

Məsələ 2211: Əzhər nəzərə əsasən yemiş, xiyar və bunun kimi şeylərin kollarında musaqat müamiləsi səhihdir.

Məsələ 2212: Yağış suyundan, ya yerin rütubətindən istifadə edən və suvarılmağa da ehtiyacı yoxdursa, 2204-cü məsələdə deyilən işlər kimi digər işlərə ehtiyacı olarsa, onun üzərində musaqat müamiləsi səhihdir.

Məsələ 2213: Musaqat edən iki nəfər bir-birinin razılığı ilə müamiləni poza bilərlər. Həmçinin musaqat qərarında şərt etsələr ki, əgər ikisinin və ya birinin müamiləni pozmaq haqqı olsun, qərar qoyduqlarına uyğun müamiləni pozmağın eybi yoxdur. Əgər musaqat müamiləsində bir şərt etsələr və o şərtə əməl olunmasa, onun xeyrinə şərt qoyulmuş şəxs müamiləni poza bilər.

Məsələ 2214: Əgər malik ölsə musaqat müamiləsi pozulmur, vərəsələri onun yerinə keçir.

Məsələ 2215: Əgər ağacları becərməyi öhdəsinə alan kəs ölsə, belə ki, əqddə ancaq özü qulluq etməsini şərt etməsələr, vərəsəsi onun yerini tutur, belə ki, vərəsə o əməli yerinə yetirməsə və əcir tutmasa, şəriət hakimi meyyitin malından əcir tutar və məhsulu meyyitin vərəsəsi ilə malik arasında bölər. Əgər müamilədə qərar qoysalar ki, ancaq o özü ağaclara qulluq etsin, o ölməklə müamilə pozulur.

Məsələ 2216: Əgər məhsulun hamısının malikin malı olacağı şərt qoyulmuşdursa, musaqat batildir. Bu halda meyvə malikin malı olar və işləyən kəs ücrət tələb edə bilməz. Amma əgər musaqat başqa cəhətə görə batil olsa, malik gərək suvarma və başqa işlərin muzdunu adi miqdarda ağaclara qulluq edənə versin, amma əgər adi miqdar qərar qoyduqlarından çox olsa və onun da bundan xəbəri olmuş olsa, artıq vermək lazım deyil.

Məsələ 2217: Məhsulunda şərik olmaq məqsədilə tarlanı, ağac əkməsi üçün bir başqasına həvalə etmək işinə muğarisə deyilir və bu müamilə səhihdir. Hərçənd ki, ehtiyata əsasən tərk edilməlidir. Amma onun nəticəsinə çatmaq üçün elə bir müamilə edilə bilər ki, heç bir işkal olmadan səhih olsun. Məsələn; iki tərəf bu üsul ilə bir-biriylə sülh və saziş etsələr və yaxud tinglərdə şərik olsalar, sonra bağban özünü mülk sahibinə, onun da payını əkmək, bəsləmək, suvarmaqla müəyyən zaman müddətində yerin mənfəətinin yarısının müqabilində icarəyə versin.

ÖZ MALLARININ İSTİFADƏSİNDƏN QADAĞAN EDİLMİŞ ŞƏXSLƏR → ← MÜZARİƏNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français