ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

BORCUN HÖKMLƏRİ → ← ÖZ MALLARININ İSTİFADƏSİNDƏN QADAĞAN EDİLMİŞ ŞƏXSLƏR

VƏKALƏTİN HÖKMLƏRİ

Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; əqd (iki tərəfli) və ya iqaat (bir tərəfli) müamilə kimi, yaxud təhvil vermə və ya təhvil götürmə kimi, insanın öz haqqı olan bir işi başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil edər ki, onun evini satsın və ya bir qadını onun üçün əqd etsin. Lakin səfeh adam öz malını istifadə edə bilmədiyindən öz malını satmaqdan ötrü bir kəsi vəkil edə bilməz.

Məsələ 2223: Vəkalətdə siyğə oxunması lazım deyil. Əgər insan başqasını vəkil etdiyini, o da qəbul etdiyini başa salsa; məsələn: öz malını bir şəxsə satmaq üçün versə, o da malı qəbul etsə vəkalət səhihdir.

Məsələ 2224: Əgər insan başqa şəhərdə olan bir şəxsi vəkil edib onun üçün vəkalətnamə göndərsə və o da qəbul etsə, hətta vəkalətnamə müəyyən müddətdən sonra çatsa da, vəkalət səhihdir.

Məsələ 2225: Müvəkkilin yəni başqasını vəkil edənin və vəkil olanın aqil olmaları və öz qəsd və iradələriylə bu işi görmələri və müvvəkkilin də baliğ olması şərtdir. Amma müməyyiz uşağa səhih olan şeylər istisnadır.

Məsələ 2226: İnsan yerinə yetirə bilmədiyi və ya şərən etməməli olan işi başqası tərfindən onu yerinə yetirməyə vəkil ola bilməz, məsələn; həccin ehramında olan bir şəxs evlənmək əqdinin siğəsini oxuya bilmədiyindən, siğə oxumaqdan ötrü başqası tərəfindən vəkil ola bilməz.

Məsələ 2227: Əgər insan bir şəxsi özünün bütün işlərini görmək üçün vəkil etsə, səhihdir. Amma, işlərindən birini görmək üçün vəkil edib, onu müəyyənləşdirmədiyi təqdirdə, vəkalət səhih deyil. Amma onu bir neçə işdən birini onun özü seçməklə yerinə yetirməkdə vəkil edərsə, məsələn; evini satmaq və ya kirayə vermək üçün vəkil tutarsa, vəkalət səhihdir.

Məsələ 2228: Əgər vəkili işdən kənar etsə, xəbər ona çatandan sonra o işi yerinə yetirə bilməz, amma əgər xəbər çatmazdan qabaq o işi yerinə yetirmişdirsə, səhihdir.

Məsələ 2229: Vəkil olan, vəkil tutanın ğaib olduğu bir zamanda belə olsa, vəkalətdən çəkilə bilər.

Məsələ 2230: Vəkil, ona tapşırılmış işi yerinə yetirməkdən ötrü başqasını vəkil edə bilməz. Amma müvəkkil, ona vəkil tutması üçün icazə vermişdirsə, ona göstəriş verildiyi kimi rəftar edə bilər. Belə ki, ona, «mənim üçün vəkil tut» demişdirsə, onun tərəfindən vəkil tutması lazımdır. Öz tərəfindən isə vəkil tuta bilməz.

Məsələ 2231: Əgər vəkil, müvəkkilin icazəsi ilə bir kəsi onun tərəfindən vəkil etsə, o vəkili vəkalətdən çıxara bilməz, əgər birinci vəkil ölsə və ya müvəkkil onu vəkalətdən çıxarsa, ikincinin vəkaləti batil olmur.

Məsələ 2232: Əgər vəkil müvəkkilin icazəsi ilə bir kəsi öz tərəfindən vəkil edərsə, müvəkkil və birinci vəkil o vəkili vəkalətdən çıxara bilərlər. Əgər birinci vəkil ölsə və ya vəkalətdən çıxarılsa, ikincinin vəkaləti batil olur.

Məsələ 2233: Əgər bir neçə nəfəri bir işi görməkdən ötrü vəkil etsə və onların təklikdə hər birinə o işə iqdam etməsinə icazə vermişdirsə, onlardan hər biri o işi əmələ gətirə bilər və əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmur. Amma əgər desə ki, birlikdə yerinə yetirsinlər, təklikdə yerinə yetirə bilməzlər və onlardan biri ölsə, başqalarının vəkaləti batil olur.

Məsələ 2234: Əgər vəkil ya müvəkkil ölsə, vəkalət batil olur. Həmçinin o şey ki, ondan istifadə etməkdən ötrü vəkil olub, aradan getsə, məsələn; bir qoyunu satmaqdan ötrü vəkil olsa və o qoyun ölsə, vəkaləti batil olur. Həmçinin əgər onlardan biri həmişə dəli, ya bihuş olsa, vəkalət batil olur. Amma əgər vaxtaşırı dəlilik və bihuşluq halları olarsa, nəinki onların aradan getdiyi vaxtda, hətta dəlilik və bihuşluq zamanında olan vəkalətin batil olması, işkallıdır.

Məsələ 2235: Əgər insan bir şəxsi bir işi görməkdən ötrü vəkil etsə və ondan ötrü bir şeyi qərar qoysa, o iş görüləndən sonra qərar qoyduğu şeyi ona verməlidir.

Məsələ 2236: Əgər vəkil onun ixtiyarındakı bir malın qorunmasında səhlənkarlıq etməsə və ona icazə verilmiş istifadədən başqa, istifadə etməsə və təsadüfən o mal aradan getsə, ona zamin deyildir.

Məsələ 2237: Əgər vəkil ixtiyarındakı malın qorunmasında səhlənkarlıq etsə, ya ona icazə verilmiş istifadədən başqa, ondan daha bir başqa cür istifadə də etsə və o mal aradan getsə, zamindir, əgər bir libasın satılmasını demişlərsə, onu geyinsə və o libas tələf olsa, gərək onun əvəzini versin.

Məsələ 2238: Əgər vəkil ona icazə verilmiş istifadədən başqa, maldan daha bir başqa cür istifadəni etsə, məsələn; satılması söylənilən bir libası geyinərsə və sonradan icazə verilmiş istifadəni etsə, o istifadə səhihdir.

BORCUN HÖKMLƏRİ → ← ÖZ MALLARININ İSTİFADƏSİNDƏN QADAĞAN EDİLMİŞ ŞƏXSLƏR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français