ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

NİKAHIN HÖKMLƏRİ → ← VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ

ARİYƏNİN HÖKMLƏRİ

Məsələ 2311: Ariyə odur ki, insan öz malını digərinin istifadə etməsi üçün versin və əvəzində heç nə almasın.

Məsələ 2312: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.

Məsələ 2313: Qəsb edilmiş bir şeyi və ya mənfəəti başqasına aid olan malı (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur.

Məsələ 2314: İnsan, mənfəəti özünə aid olan bir şeyi, məsələn; kirayələdiyi bir şeyi, ariyə verə bilər. Amma əgər icarə əqdində şərt edilsə ki, təkcə özü istifadə etsin, onda ariyə verə bilməz. Birinci halda ehtiyat-vacibə əsasən, onun sahibinin razılığı olmadan onu o şəxs ki, ariyə etmişdir, təhvil verə bilməz.

Məsələ 2315: Əgər uşaq, dəli, müflis və ya səfeh öz malını ariyə verirsə, düz deyildir, amma əgər vəlisi məsləhət bildiyi surətdə o kəsin malını ki, ona vilayəti var, ariyə versə, eybi yoxdur. Həmçinin uşağın, malı ariyə edənə çatdırmaqda vasitə olması, işkalsızdır.

Məsələ 2316: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və ondan icazə verilməyən istifadə etməsə təsadüfən o şey xarab olsa, zamin deyil. Amma əgər şərt etsələr ki, əgər ariyə edilmiş şey xarab olsa, zamin olsun, ya ariyə edilmiş şey qızıl və gümüş olsa, gərək onun əvəzi verilsin.

Məsələ 2317: Əgər qızıl və gümüşü ariyə etsə və şərt etsə ki, əgər tələf olsa, zamin deyil, əgər tələf olarsa, zamin deyildir.

Məsələ 2318: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2306-cü məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir.

Məsələ 2319: Əgər ariyə verən, şərən öz malından istifadə edə bilməsə, məsələn; dəli və ya huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2308-ci məsələdə açıqlanan hökmə görə əməl etməlidir.

Məsələ 2320: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da istədiyi vaxt ariyəni poza bilər.

Məsələ 2321: Halal istifadəsi olmayan bir şeyi məsələn; əyləncə, qumar alətləri, yeməkdə və içməkdə istifadə olunan qızıl və gümüş qabların, hətta ehtiyat-lazıma əsasən, bütün istifadələrdə də, ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməsi caizdir.

Məsələ 2322: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək səhihdir.

Məsələ 2323: Əgər ariyə etdiyi bir şeyi sahibinə, ya onun vəkil və ya vəlisinə versə və sonra o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma əgər malın sahibindən, ya onun vəkil və ya vəlisindən icazəsiz olaraq hətta sahibinin adətən apardığı bir yerə apararsa, məsələn, atı sahibi at üçün düzəltdiyi tövləyə apararsa və sonra tələf olarsa ya bir kəs onu tələf edərsə, zamindir.

Məsələ 2324: Əgər nəcis bir şeyi ariyə versə, gərək 2014-cü məsələdə deyildiyi vəziyyətdəki kimi, onun nəcis olduğunu ariyə edən şəxsə deməlidir.

Məsələ 2325: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə bilməz.

Məsələ 2326: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur.

Məsələ 2327: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması lazımdır; ariyəyə verən şəxsə qaytara bilməz.

Məsələ 2328: Əgər qəsbi olduğunu bildiyi bir malı ariyə edib, ondan istifadə etsə və onun əlində tələf olsa, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz.

Məsələ 2329: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, belə ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə bilər. Amma əgər ariyə etdiyi şey qızıl və gümüş olsa, ya ariyə verən onun ilə şərt etmiş olsa ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə verəndən tələb edə bilməz. Amma əgər malik ondan, bu maldan istifadə etmək müqabilində bir şey alsa, ariyəyə verəndən ala bilər.

NİKAHIN HÖKMLƏRİ → ← VƏDİƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français