ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Kitablar » Həccin hökmləri və əlavələr

Üçüncü fəsl » Ehram halında haram olan işlər → ← Birinci fəsil » Həccin vacib olma şərtləri

İkinci fəsl » Həcc və ümrənin qismləri

Ehram:

Həcc və ümrənin qismləri:

Məsələ 141. Həcc və ümrə bəzən vacib, bəzən də müstəhəb olur və hər birinin də qismləri vardır.

Məsələ 142. Həcc (istər müstəhəb olsun, istərsə də vacib) 3 qismdir:

1. Təməttö     2. İfrad     3. Qiran

Məsələ 143. Ümrə (istər müstəhəb olsun, istərsə də vacib) 2 qismdir:

1. Təməttö     2. Müfrəd

Məsələ 144. Təməttö həcci, vətənləri Məkkədən 16 fərsəx uzaqda (88 kilometr həddində) yerləşən insanların vəzifəsidir. Amma ifrad və qiran Məkkə əhalisinin və vətənləri Məkkədən 16 fərsəx uzaqda olmayan şəxslərin vəzifəsidir.

Məsələ 145. Vəzifəsi təməttö həcci olan şəxs ifrad və ya qiran həccini yerinə yetirərsə, kafi deyil. Baxmayaraq ki, bəzi hallarda təməttödən ifrada keçmək (üdul etmək) lazım olur və bu haqda qarşıdakı məsələlərdə danışılacaq.

Məsələ 146. Vətəni Məkkə və ya Məkkə ətrafında olmayan, lakin hazırda Məkkədə və ya Məkkə ilə fasiləsi 16 km-dən az məsafədə yaşayan şəxs, orada qalmasında üçüncü ilə daxil olubsa, vəzifəsi ifrad və ya qiran həccidir. Lakin, sakin olma vaxtı bundan daha az müddətdirsə (məs...3-4 aydırsa), təməttö həccini yerinə yetirməlidir. Bu məsələdə o şəxsin istitaətinin Məkkədə olduğu zamanda hasil olması ilə ondan qabaq hasil olması arasında heç bir fərq yoxdur. Həmçinin oranı özünə vətən seçməsi ilə seçməməsi arasında heç bir fərq yoxdur.

Təməttö ümrəsi:

Məsələ 147. Vətəni Məkkədən 16 km uzaqda olan şəxs həccə getdiyi zaman iki əməli yerinə yetirməlidir: təməttö ümrəsi və təməttö həcci.

Təməttö ümrəsinin əməlləri:

Məsələ 148. Təməttö ümrəsinin əməlləri bunlardır:

* Miqatda ehram bağlamaq

* Allah evinin ətrafına dövr etmək

* Təvaf namazı

* Səfa və Mərva arasında səy (get-gəl) etmək

* Təqsir, yəni başının tükündən, saqqalından və ya bığından bir miqdar azaltmaq

Təməttö həccinin əməlləri:

Məsələ 149. Təməttö həccinin əməlləri bunlardır:

* Məkkədən ehram bağlamaq. İzahı qarşıda gələcək.

* Zilhiccənin 9-cu günü Ərəfatda[3]
vüquf etmək (dayanmaq və orada qalmaq)

* Qurban gününün gecəsindən günəş çıxmağa az qalmış vaxta kimi Müzdəlifədə (Məşərdə)[4]
vüquf etmək.

* Cəməreyi-əqəbəni[5]
rəmy etmək, yəni qurban bayramı günündə cəməreyi-əqəbəyə çınqıl atmaq.

* Qurban günündə Minada dəvə, inək və ya qoyun kəsmək.

* Minada saçı təraş etdirmək və ya bir miqdar saçın və ya saqqalın və yaxud da bığın tükündən azaltmaq.

* Məkkəyə qayıtdıqdan sonra Allah evini təvaf etmək.

* Təvaf namazını qılmaq.

* Səfa və Mərva arasında səy (get-gəl) etmək.

* Nisa təvafını etmək.

* Nisa təvafının namazını qılmaq.

* Zilhiccənin 11-ci və 12-ci gecəsində Minada beytutə etmək (qalmaq).

* Zilhiccənin 11-ci və 12-ci günündə üç cəmərəni (əvvəli, vusta və əqəbə) də daşlamaq

Təməttö həccinin şərtləri:

Məsələ 150. Təməttö həccində bir neçə şey şərtdir:

a) Niyyət, insanın qəsdi təməttö həccini yerinə yetirmək olmalıdır. Odur ki, niyyəti başqa bir şey olsa və ya tərəddüddə qalsa, həcci səhih deyildir.

b) Ümrə və həccin hər ikisini həcc aylarında (şəvval, zilqədə və zilhiccə) yerinə yetirməlidir. Əgər ümrədən bir hissəsini və ya tamamını şəvval ayından qabaq edərsə, ümrəsi səhih deyildir.

c) Ümrə və həcci bir ildə yerinə yetirməlidir. Əgər ümrəni yerinə yetirib həcci digər ilə saxlayarsa, təməttö həcci səhih olmayacaq. Bu məsələdə gələn ilə kimi Məkkədə qalmaqla öz vətəninə qayıdıb yenidən Məkkəyə gəlmək arasında heç bir fərq yoxdur.

d) Həccin ehramı Məkkədə bağlanılmalıdır və daha yaxşı olar ki, Məscidul-həramda bağlanılsın. Əgər müəyyən üzr səbəbi ilə Məkkədə ehram bağlaya bilməsə, imkanı çatdığı yerdə ehramını bağlayacaq.

e) Həcc və ümrənin bütün əməllərini bir nəfər yerinə yetirməlidir. Əgər təməttö həccini ölü və ya diri şəxs tərəfindən iki nəfər yerinə yetirərsə (məs...biri təməttö ümrəsini, digəri təməttö həccini), səhih deyildir. Həmçinin bir şəxs ümrəni naib olaraq müəyyən bir fərd üçün və həcci isə başqa şəxsin naibi kimi yerinə yetirərsə, səhih deyildir.

İfrad həcci:

Məsələ 151. İfrad həcci əməllər baxımından təməttö həcci ilə eyni cürdür, lakin aralarında aşağıdakılardan ibarət bir neçə fərq vardır:

1) Təməttö həccində həcc və ümrənin əməlləri eyni ildə və həcc aylarında (şəvval, zilqədə və zilhiccə) yerinə yetirilməlidir. Lakin ifrad həccində həcc əməlləri və müfrəd ümrəsinin bir ildə olması şərt deyil.

2) Təməttö həccində qurban vacibdir, amma ifrad həccində vacib deyil.

3) Təməttö həccində ehtiyat-vacibə əsasən bir üzr irəli gəlməzsə, təvaf və səyi Ərəfat və Məşərdə vüquf etməkdən qabağa salmaq olmaz. Lakin bu əməl ifrad həccində mütləq surətdə (hətta üzr olsa belə) caiz deyildir.

4) Təməttö həccinin ehram bağlanan yeri Məkkə şəhəridir, lakin ifrad həcci üçün ehram bağlamağın izahlı hökmləri qarşıda gələcəkdir.

5) Təməttö həccində həcc əməllərindən öncə ümrə yerinə yetirilməlidir, lakin ifrad həccində belə bir şərt yoxdur.

6) Təməttö həccinin ehramından sonra müstəhəb təvaf etmək ehtiyat-vacibə əsasən caiz deyildir, lakin bu əməl ifrad həccində caizdir.

Məsələ 152. Vəzifəsi ifrad həccini edib ardınca da müfrəd ümrəni həyata keçirmək olan şəxs, həcci yerinə yetirdikdənsonra ümrəni də etməlidir və onu təxirə salması caiz deyildir.

Qiran həcci:

Məsələ 153. Qiran həccinin bütün əməlləri ifrad həccində olan kimidir. Lakin qiran həccinin bir fərqi vardır ki, bu həcc üçün ehram bağlanıldığı zaman qurbanlığı da özü ilə gətirməlidir, amma ifrad həccində qurban vacib deyildir.

Həmçinin qiran həccində “ləbbeykləri” deməklə də muhrim olmaq mümkündür. Eyni zamanda əşarla da (heyvanın üzərində qurbanlıq əlaməti qoymaqla) və ya təqlidlə də (qurbanlıq heyvanın boynuna bir şey asmaqla) ehram gerçəkləşmiş olur.

Təməttö ümrəsinin əməllərindəki hökmlər:

Ehram:

Məsələ 154. Ümrənin əməlləri ehramla başlayıb təqsirlə sona çatır.

Təməttö ümrəsinin əməlləri beş  miqatdan birində başlayır. Yəni:

1)Zul-huleyfə: Mədineyi-münəvvərə yaxın, Mədinə və o yoldan Məkkəyə tərəf gələnlərin miqat yeridir.

2) Əqiq vadisi: İraq və Nəcd əhalisinin miqatıdır. Həmçinin bu yolla gələn və İraq və ya nəcd əhalisindən olmayanların da miqat yeridir.

3) Cuhfə: Şam (Dəməşq), Misir, qərblilərin və bu yolla gələn hər bir kəsin miqatıdır.

4) Yəlmələm: Yəmən əhalisi və bu yolla gələnlərin miqatıdır.

5) Qərnul-mənazil: Taif əhalisi və bu yolla gələn hər kəsin miqatıdır.

Məsələ 155. Mədinə tərəfdən Məkkəyə gələn şəxsin miqat yeri Zul-huleyfədir və ehtiyat-vacib budur ki, o yolda tanınmış məscid olan Məsciduş-şəcərədə ehram bağlanılsın.

Məsələ 156. Məsciduş-şəcərənin xaricində ehram bağlamaq ehtiyati-vacibə əsasən kafi deyil. Hətta məscidin üzbəüzündə ehram bağlanılsa da kifayət etmir.

Məsələ 157. Məsciduş-şəcərənin hər bir yerində ehram bağlamaq kifayətdir və məscidin qədim hissəsində muhrim olmaq şərt deyil.

Məsələ 158. Mədinə yolu ilə Məkkəyə gedən haiz qadın bu iki vəzifədən birinə əməl edə bilər:

a) Miqatdan qabaq nəzrlə muhrim olsun.

b) Məscidin yanından ötərkən bir qapıdan girib digər qapıdan çıxmaqla muhrim olsun.

Məsələ 159. Haiz qadına məsciddə dayanmaq olmaz, lakin məsələdən xəbərsizlik və ya unutqanlıq üzündən məsciduş-şəcərə daxilində muhrim olarsa, ehramı səhihdir.

Məsələ 160. Haiz qadın digər qapının açıq olması gümanı ilə Məsciduş-şəcərəyə daxil olub ehram geyinərsə və muhrim olduqdan sonra digər qapının bağlı olduğunu görüb elə öncəki qapıdan da xaric olarsa, ehramı səhihdir.

Məsələ 161. Vəzifəsi haizin tərk etdiyi şeylərdən uzaq olub müstəhazənin əməllərini yerinə yetirmək olan qadın ehtiyat etməlidir və məsciduş-şəcərədən keçməklə muhrim olmalıdır. Əgər məsciddən keçmək mümkün olmasa, bu məsələdə “ələm fəl-ələm” qaydasına[6]
riayət edərək başqa bir müctehidin fətvasına əməl etməlidir.

Məsələ 162. Mədinə yoluyla Məkkəyə gəlib Zul-huleyfəyə çatan və qarşıda Cuhfə kimi digər miqatı olan bir şəxs Zul-huleyfədən ehram bağlamayıb Cuhfədə muhrim ola bilməz. Lakin xəstəlik, zəiflik və ya üzr kimi səbəblərlə zərurət üzündən bu işi görməyə məcbur olsa, bu hal istisnadır.

Məsələ 163. Zul-huleyfədən başqa digər 4 miqatda olan məscidlərdə ehram bağlamaq şərt deyil. Əksinə oranın adıyla anılan hər bir yerdə (məs... Cuhfə adlanan hər yerdə) ehram bağlamaq səhihdir.

Məsələ 164. Əgər insan ehram yerini (miqatı) ayıra bilməsə miqatdan öncə nəzrlə muhrin ola bilər. Lakin miqatı ayıra bilən şəxsin miqatdan öncə nəzrlə ehram bağlaması caiz deyildir.

Miqatın üzbəüzü:

Məsələ 165. Miqatların heç birindən kəsişməyən bir yolla gələn şəxs, miqatla üzbəüz olan yerlərdə ehram bağlaya bilər.

Məsələ 166. Miqatın üzbəüzü 90 dərəcə ilə ölçülən və bir  xətti Kəbəyə, digər xətti isə miqata düşən məkana deyilir. Hacı bu iki xəttin kəsişməsində dayanmalıdır, lakin əqli diqqət və (riyazi) dəqiqlik lazım deyildir. Beləki xalqın gözündə üzbəüz məkanda dayandığı bilinərsə kifayətdir.

Məsələ 167.  Miqatla  üzbəüz fəzalarda yəni təyyarədə gedərkən ehram bağlamaq vacib ehtiyata əsasən kifayət deyil.

Miqatdan öncə ehram bağlamaq:

Məsələ 168. İki yerdən başqa heç bir halda miqatdan öncə ehram bağlamaq caiz deyildir. İstisna olan iki yer bunlardır:

a) Miqatdan öncə muhrim olmağı nəzr etsə

b) Rəcəb ayında ümrə yerinə yetirməyi[7]
qərara almış şəxs miqata çatacağı halda rəcəb ayının xaric olacağından qorxarsa, miqatdan öncə və rəcəb ayı çıxmamış muhrim olması caizdir. Digər əməllər şaban ayına qalsa belə bu əməl səhihdir.

Məsələ 169. Nəzrlə miqatdan öncə muhrim olmuş şəxsin miqatda yenidən ehram bağlaması lazım deyil. Əksinə heç bir miqatla rastlaşmayacağı yolla belə Məkkəyə gedə bilər. Bu məsələdə vacib və ya müstəhəb həclə müfrəd ümrə arasında heç bir fərq yoxdur (hər 3-ü eyni hökmdədir).

Məsələ 170. Miqatdan öncə ehram bağlamağı nəzr etmiş şəxs öz nəzrinə əməl etməsə və miqatda muhrim olsa, onun ehramı batil deyildir. Lakin bu işi bilərəkdən edərsə nəzrinə müxalif əməl etdiyinə görə kəffarə ona vacivdir.

Məsələ 171. Həcc və ya ümrəni yerinə yetirmək üçün başqasının naibi olan şəxsin miqatdan öncə nəzrlə ehram bağlaması caizdir

Ehram bağlamamış miqatdan keçmək:

Məsələ 172. Miqatdan öncə ehram bağlamaq caiz olmadığı kimi qəsdi həcc və ya ümrə etmək olan və yaxud da hərəmə daxil olmaq istəyən bir şəxsin ixtiyar halında miqatdan ehramsız keçməsi caiz deyildir. Lakin qarşıda digər miqatın olması halı istisnadır.

Məsələ 173. Ehram bağlamadan miqatdan keçən şəxs, mümkün olan halda ehram bağlamaq üçün miqata qayıtmalıdır. Lakin üzrsüz halda Zül-huleyfədən keçib Cuhfəyə çatmış şəxs, orada ehram bağlasa kifayətdir. Hərçənd bu halda da miqatdan ehramsız keçdiyi üçün günahkardır.

Məsələ 174. Hərəm daxilində (məs...Ciddədə) işi olan bir müsafirin öncədən həcc, ümrə və ya hərəmə daxil olmaq niyyəti olmasa, lakin miqatı keçəndən sonra hərəmə daxil olmaq qərarına gələrsə, bu halda hərəmin xarici nöqtələrindən birində müfrəd ümrə üçün muhrim olması caizdir.

Məsələ 175. Əgər mükəlləf elmli halda və bilərəkdən miqatdan ehram bağlamamış keçərsə, məsələnin iki forması vardır:

a) Əgər miqata qayıtmağa gücü çatırsa, geri dönüb orada ehram bağlaması vacibdir. İstər hərəmə daxil olmuş olsun, istərsə də daxil olmamış olsun məsələnin hökmü eynidir və geri dönəcəyi halda əməli səhihdir.

b) İstər hərəmə daxil olmuş olsun, istərsə də olmasın, əgər geri qayıtmağı bacarmazsa və ya hərəmə daxil olduğu halda istər hərəmin xaricinə çıxmağı bacarsın, istərsə də bacarmasın, bütün bu hallarda digər yerdən ehram bağlamaq səhih deyildir və əgər muhrim olub həcc yerinə yetirmişdisə də həcci batildir. Sonradan müstəti olacağı təqdirdə belə başqa ildə həcci yerinə yetirməlidir.

Məsələ 176. Əgər mükəlləf unutqanlıq, huşsuzluq, hökmü bilməmək və ya miqatı tanımamaq (öncə qeyd olunmuş hallar xaric) kimi səbəblər üzündən miqatı ehramsız keçdiyi halda bir neçə forma ola bilər:

Birinci: Miqata qayıtmağı bacararsa, qayıtması və orada ehram bağlaması vacibdir.

İkinci: Miqata qayıtmağı bacarmazsa məsələnin üç  forması ola bilər:

a) Hərəmə daxil olubsa, ehtiyat-vacibə əsasən miqata tərəf qayıtmağı bacardığı miqdarda geri dönüb orada ehram bağlayacaq.

b) Hərəmə daxil olub, amma:

* Miqata qayıtmağı bacarmasa, lakin hərəmdən xaric olmağa gücü çatarsa, hərəmdən xaric olmalı və orada ehram bağlamalıdır.

* Hərəmdən xaric olmağa gücü çatmazsa, Məkkəyə daxil olmuşdursa da dayandığı yerdə ehram bağlamalıdır.

Məsələ 177. Unutqanlıq və ya hökmü bilməməzlik üzündən miqatdan qabaq və ya sonra ehram bağlamış şəxsin hökmü, öncəki məsələdə qeyd olunmuş bu iki səbəbdən ehramı tərk edən şəxsin hökmü kimidir.

Məsələ 178. Haiz qadın hökmü bilmədiyinə görə ehramsız halda miqatdan keçərsə və hərəmin daxilində muhrim olarsa, qayıtmağı bacarmadığı halda ehtiyat-vacibə əsasən hərəmin xaricinə çıxmalı və orada ehram bağlamalıdır. Əgər həccin vaxtının gecikməsinə səbəb olmayacaqsa, hərəmdən bacardığı qədər uzaqlaşmalı və orada ehram bağlamalıdır. Əgər hərəmdən uzaqlaşmağı bacarmazsa, hərəmdən xaricdə və əgər hərəmdən çıxmağı bacarmazsa, olduğu yerdə ehram bağlayacaqdır.

Məsələ 179. Məsciduş-şəcərədə ehram bağlamış şəxs Mədinəyə gedib yenidən qayıda bilər. Lakin ehram halında muhrimə haram olan işləri (məs...kişilərə kölgədə gəzmək) etmək haramdır.

Məsələ 180. Ehramsız halda miqatdan keçmənin və Məkkəyə getmənin kəffarəsi yoxdur.

Ciddədən olan ehram:

Məsələ 181. Ciddədə yaşayan şəxslər ümrə və həcc üçün elə orada muhrim ola bilərlər və miqata getmək və ya nəzrlə ehram bağlamaq lazım deyil.

Məsələ 182. Ciddə miqat və miqatın üzbəüzü olmadığı üçün oraya getmiş və oradan Məkkəyə getmək istəyən şəxslər bu üç yoldan birini seçə bilərlər:

1) Nəzrlə miqatdan öncə muhrim olsunlar. Məsələn, öz vətənlərində və ya yol boyunca ehram bağlasınlar.

2) Miqatlardan birinə (məs...Cuhfəyə) və ya onlardan birinin üzbəüz tərəfinə gedib orada ehram bağlasınlar.

3) Nəzrlə Ciddədən muhrim olsunlar.

Ehram bağlamağın keyfiyyəti:

Məsələ 183. Ehramın vacib, müstəhəb və haram işləri vardır.  Ehramın vacibləri üç şeydir:

Birinci: Niyyət, yəni ilahi razılığı qazanmaq üçün həcc və ya ümrə yerinə yetirmək qəsdi olsun.

İkinci: Təlbiyə, yəni “Ləbbeyk Allahummə ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk” cümləsini demək. Ehtiyat-müstəhəb budur ki, bu cümlə də deyilsin:

“İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulkə la şərikə lək” və axırına “ləbbeyk” kəlməsini də artırmaq caizdir.

Üçüncü:Ehram paltarını geyinmək, yəni muhrimə geyinilməsi haram paltarları çıxarmaq və ehram libasını geyinmək lazımdır.

Ehramın vaciblərinin hökmləri:

Niyyət:

Məsələ 184. Niyyət edilən zaman yerinə yetiriləcək əməlləri təfsilatı ilə bilmək lazım deyil. Əksinə hansı əməlləri yerinə yetirəcəyini ümumi şəkildə bilməsi kifayətdir.

Məsələ 185. Ehramın niyyətində və həcc və ya ümrənin bütün əməllərində digər ibadətlər kimi qürbət qəsdi və ixlas şərtdir. Yəni hədəfi və istəyi ilahi razılığı ələ gətirmək olmalıdır və bundan başqa heç bir qəsdi olmamalıdır.

Məsələ 186. Niyyətdə həcc və ya ümrəyə ehram bağladığını müəyyənləşdirməlidir və həmçinin həcc və ya ümrənin növünü də təyin etməlidir. Əgər əməlləri başqası tərəfindən yerinə yetirirsə, onu da öz qəsdinə salmalıdır.

Məsələ 187. Niyyəti dilə gətirmək lazım deyil, lakin müstəhəbdir. Həmçinin qürbət qəsdində də o mənanı nəzərdən keçirmək lazım deyil, əgər əməlini Allahın razılığı üçün yerinə yetirərsə kifayətdir.

Məsələ 188. Ehram vaxtı haramları tərk edəcəyinə dair qəsd etməsi lazım deyil. Lakin həcc və ya ümrəni batil edən bəzi haramların izahlı hökmləri müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.

Təlbiyə:

Məsələ 189. Həcc və ya ümrəyə qəsdi olan şəxsin “ləbbeyklərin” tələffüsünü səhih şəkildə deməsi üçün onları öyrənməsi lazımdır. Əgər başqa biri deyərsə və bu şəxs də səhih şəkildə təkrar edərsə, işkalı yoxdur.

Məsələ 190. Təlbiyədə hərəkəni vəqf etmək və ya sükunu vəsl etməyin eybi yoxdur, lakin bunu tərk etmək müstəhəbdir.

Təlbiyəni kəsmək:

Məsələ 191. Ehram üçün bir dəfə “ləbbeyk” demək vacibdir, lakin təkrar edilməsi və ehtiyata əsasən ondan sonra deyilməyən vaxta kimi uzadılması müstəhəbdir. Təlbiyəni kəsmək aşağıdakı şərhə uyğundur:

a) Əgər təməttö ümrəsi üçün muhrim olubsa, Məkkənin köhnə evlərini gördüyü zaman təlbiyəni kəsəcək.

b) Əgər müfrəd ümrə üçün ehram bağlayıbsa və hərəmin xaricindən gəlirsə, hərəmə çatdığı zaman təlbiyəni kəsəcək. Əgər hərəmin xaricindəki birinci nöqtəyə gedib orada muhrim olubsa, Məkkə evlərini gördüyü zaman təlbiyəni kəsəcək.

c) Əgər həcc üçün muhrim olubsa, Ərəfə gününün zöhrü zamanı təlbiyəni kəsəcək.

Məsələ 192. Əgər təlbiyəni deyib qurtarandan sonra düz tələffüz edib-etməməsində şəkk edərsə, düz dediyinə hökm olunacaq və bir daha təlbiyə deməsi lazım deyil.

Ehram paltarının geyinilməsi:

Məsələ 193. Ehram üçün kişilər tikilmə olan bütün paltarlarını çıxarmalıdırlar və bir belə bağlanan, digəri isə çiyinə atılan ehramın iki libasını (izar və rəda) geyinməlidirlər.

Məsələ 194. Ehram paltarını geyinməkdə xüsusi bir forma şərt deyil. Odur ki, izarı öz belinə fitə kimi bağlasa (hər nə cür istəyirsə) və rədanı da əba kimi çiyninə atarsa caizdir. Yaxud onun sağ tərəfini sol qolunun altına salarsa və ya əksinə edərsə və yaxud da başqa bir şəkildə geyinərsə caizdir. Lakin hamının geyinməyə adət etdiyi kimi geyinmək müstəhəbdir.

Məsələ 195. Qadın, namaz qıldığı halındakı şərtlərə riayət etməklə özünün adi paltarında muhrim ola bilər və iki ehram libasını geyinmək onlara vacib deyil.

Məsələ 196. Ehram paltarlarını geyinmək kişilərə vacib olmasına baxmayaraq, əgər bir kişi ehram libasını geyinmədən ehram niyyəti ilə “ləbbeyk” deyərsə vacibi tərk etmiş olur, lakin ehramı səhihdir.

Məsələ 197. İzarın (fitənin) bədənin göbəkdən dizə kimi miqdarını örtməsi ehtiyat-vacibdir. Ridanın isə iki çiyindən iki dizə qədər və belin görülən hissəsini örtməsi lazımdır.

Məsələ 198. Miqata çatmamışdan öncə ehram paltarını geyinməyin heç bir işkalı yoxdur və miqata çatanda onları çıxarıb bir daha geyinmək lazım deyil. Həmçinin niyyət və təlbiyə vaxtında onları tərpətmək də vacib deyildir.

Ehramdakı vaciblərin tərtibi:

Məsələ 199. Ehtiyat-vacibə əsasən ehram paltarının geyinilməsi niyyət və təlbiyədən sonra olmalıdır. Buna görə də əgər niyyət və təlbiyədən sonra ehram paltarını geyinərsə, yenidən “ləbbeykləri” deməsi ehtiyati-müstəhəbdir.

Ehramın iki paltarından artıq geyinmək:

Məsələ 200. Ehrama başlamaqdan öncə və ya sonra soyuq və bu kimi şeylərin qarşısını almaq üçün iki ehram paltarından artığını geyinməyin işkalı yoxdur.

Ehram paltarının şərtləri:

Məsələ 201. Namaz qılan şəxsin paltarında şərt olan şeylər ehram paltarında da şərtdir. Odur ki, ehram paltarı pak olmalıdır, xalis ipək və yırtıcı heyvanların hissələrindən olmamalıdır. Ehtiyat-vacibə əsasən əti haram olan heyvanların hissəsindən də olmamalıdır.

Məsələ 202. Dirhəmdən az olan qan kimi namaz paltarında olmasının bir eybi olmayan nəcisin ehram paltarında olmasının da işkalı yoxdur.

Məsələ 203. Əgər ehram paltarı nəcis olarsa, ehtiyat-vacibə əsasən ya əvəz edilməli və ya paklanılmalıdır. Lakin əgər gücü çatmasa işkalı yoxdur və heç bir halda kəffarə vacib deyil.

Məsələ 204. Xalis ipək geyinmək yalnız kişilərə haram olsa da, ehtiyat-vacibə əsasən qadınlar da ipək paltarda muhrim olmamalıdırlar. Əksinə ehtiyat budur ki, ehram müddətincə xalis ipəkdən olan heçnə geyinilməsin. Zərurət halı isə istisnadır.

Məsələ 205. Əgər ehram paltarı nəcis olarsa, ehtiyat-vacib budur ki, imkan olduğu qədər tez zamanda əvəz və ya pak edilsin.

Ehram paltarını çıxarmaq:

Məsələ 206. Ehram paltarını daimi olaraq bədəndə saxlamaq vacib deyildir və istər zərurət halında olsun, istərsə də adi halda rədanı çıxarmağın işkalı yoxdur.

Məsələ 207. Ehramın başlanğıcında geyinilən paltarı axıra kimi bədəndə saxlamaq vacib deyildir. Əksinə onu lazım olan şərtlərə malik digər paltarla əvəz etmənin işkalı yoxdur.

Ehramın müstəhəbləri:

Məsələ 208.  Ehramdan öncə aşağıdakı əməllər müstəhəbdir:

1) Həcc etməyə niyyəti olan şəxs zilqədə ayının əvvəlində və müfrəd ümrə yerinə yetirməyə niyyəti olan şəxs isə bir ay öncədən öz saqqal və başının tükündən azaltsın.

2) Ehramdan öncə öz bədənini təmizləyib dırnaq və bığını azaltsın və bədəninin artıq tüklərini aradan qaldırsın.

3) Ehramdan öncə miqatda ehram quslunu alsın. Əgər miqatda su tapa bilməyəcəyindən qorxsa, miqatdan öncə (məs...Mədinədə və ya Ciddədə) qusl ala bilər.

4) Qusl aldığı zaman dua etsin və belə desin: “Allahumməcəlhu li nurən və tahurən və hərzən və əmənən min kulli xavfin və şifaən min kulli dain və səqəm. Allahummə tahhirni və tahhir qalbi vəşrihli sədri vəcur əla lisani məhəbbətəkə və mədhətək vəs-sənau aləyk, fəinnəhu la quvvətə li illa bikə və əlimtu qivamə dini ət-təslimu ləkə və illəttibau lisənəti nəbiyyukə salavatukə aleyhi və alih”

5) Zöhr namazından sonra muhrim olsun. Əgər mümkün olmazsa başqa bir vacib namazdan sonra və o da mümkün olmazsa ehramın 2 və ya 6 rəkətlik namazından sonra (6rəkətlik daha fəzilətlidir) muhrim olsun. Bu namazın birinci rəkətində həmddən sonra tovhid, ikinci rəkətindəvisə həmddən sonra kafirun surəsini oxumaq müstəhəbdir. Namazı bitirdikdən sonra ilahi həmd və sənanı yerinə yetirib Peyğəmbər (s) və ailəsinə (ə) salavat göndərdikdən sonra desin: “ Allahummə inni əsəlikə  ən təcələni mimmənistəcabə lək və amənə bivədikə vəttəbəə əmrək, fəinnəni əbdukə və fi qəbzətik, la uqa illa ma əqəytə və la axuzu illa ma ətəytə və qəd zəkərtəl-həcc, fəəsəlukə ən təzimə li aleyhi əla kitabik və sunnəti nəbiyyikə salavutə aleyhi və alih və tuqəvviyəni əla ma zəuftu və tusəlləmə li mənasiki fi yusri minkə afiyəti vəcəlni min vəfdikəlləzi rəzitə vərtəzəytə səmməytə və kətəbtə. Allahummə inni xərəctu şuqqəti bəidəh, vənfəqtu ma libtiğaə mərzatik. Aııahummə fətəmmim li həccəti və umrəti. Allahummə uridə ət-təməttiə bil-umrəti iləl-həcci əla kitabikə və sunnəti nəbiyyikə salvutə aleyhi və alih. Fə in ərəzə li arizun yəhbisuni, fəxəllini həysu həbəstəni biqədərikəlləzi qəddərtə aləyy. Allahummə in ləm təkun həccətən və umrətən əhrəmə ləkə şəri və bəşəri və ləhmi və dəmi və izami və muxxi əsəbi minən-nisai vəs-siyabi vət-tiybi, ibtəği bizalikə vəchəkə vəd-darəl axirəh”.

Ehram vaxtı müstəhəb olan işlər:

Məsələ 209. Ehram vaxtı aşağıdakı işlər müstəhəbdir:

1) Ehram paltarı pambıqdan olsun.

2) Ehram paltarını geyinən zaman dua etsin və desin: “Əlhəmdu lillahilləziy rəzəqəni ma uvari bihi əvrəti və uəddi fihi ərzi vəbudu fihi rəbbi vəntəhi fihi ilə ma əmərəni. Əlhəmdu lillahilləzi qəsədtuhu fəbəlləğəni və ərədtuhu fəanəni və qəbiləni ləm yəqtə  bi və vəchəhu ərədtu fəsəlləməni fəhuvə hisni və kəhfi və hirzi və zəhri məlazi və rəcai və məncayə və zuxri və uddəti fi şiddəti və rəxai”.

3) “Ləbbeykləri” dediyi zaman ehram niyyətini də dilinə gətirsin.

4) Kişilər “ləbbeykləri” uca səslə desinlər.

5) Vacib “ləbbeyklərin” ardınca desin:

“Ləbbeyk zəl-məaric ləbbeyk, ləbbeyk daiyən ilə daris-səlam ləbbeyk, ləbbeyk ğəffarəz-zunub ləbbeyk, ləbbeyk əhlət-təlbiyəti ləbbeyk, ləbbeyk zəl-cəlali vəl-ikram ləbbeyk, ləbbeyk tubdiu vəl-məadu iləyk ləbbeyk, ləbbeyk təstəğni və yuftəqəru iləykləbbeyk, ləbbeyk mərhubən və mərğubən iləyk ləbbeyk, ləbbeyk ilahəl-həqqi ləbbeyk, ləbbeyk zən-nəmai vəl-fəzlil-həsənil-cəmil ləbbeyk, ləbbeyk kəşşafəl-kurəbil-izam ləbbeyk, ləbbeyk əbdukə vəbnu-əbdeykə ləbbeyk, ləbbeyk ya kərimu ləbbeyk”

Ondan sonra desin:

“Ləbbeyk ətəqərrəbu iləykə bi Muhəmmədin və ali-Muhəmmədin ləbbeyk, ləbbeyk bihəccətin və umrətin ləbbeyk və hazihi umrətu mutətin iləl-həcci ləbbeyk, ləbbeyk əhlət-təlbiyəti ləbbeyk, ləbbeykə təlbiyətən təmamuha və bəlağuha əleyk”.

6) “Ləbbeykləri” ehram halında və xüsusən də aşağıdakı hallarda təkrar etsin:

* Yuxudan oyandığı zaman

* Hər namazdan sonra

* Süvari və piyada olan zaman

* Yüksəkliyə qalxdığı və endiyi zaman

* Süvari bir şəxslə görüşdüyü zaman

7) Səhərlər “ləbbeykləri” çox demək müstəhəbdir.

8) “Ləbbeyklərin” təkrar olunmasının son vaxtı (qurtarma vaxtı) 191-ci məsələdə qeyd olunmuşdur.

Məsələ 210. Haiz qadın da ehram quslunu ala bilər.

Məsələ 211. Əgər ehram quslundan sonra dəstəmazı batil edən şeylərdən biri baş verərsə və ya muhrimə haram olan paltar geyinərsə, quslun yenidən alınması müstəhəbdir.

Məsələ 212. Əgər ehram quslunu gündüz alarsa, gələn gecənin axırına kimi kifayət edir və həmçinin gecə qusl alarsa, gələn günün axırına kimi kifayətdir.

Ehramda məkruh olan işlər:

Məsələ 213. Muhrim olan zaman və ehram halında aşağıdakı işlər məkruhdur:

1) Qara paltarla ehram bağlamaq və yaxşı olar ki, ağ paltarla muhrim olsun.

2) Çirk paltarla ehram bağlamaq. Lakin ehram paltarında paltarı çirk olarsa, ehram halında olduğu müddətdə onu çyumaması yaxşıdır, amma onu əvəz etməsinin eybi yoxdur.

3) Naxışlı və bu kimi paltarla ehram bağlamaq.

4) Muhrim olmamışdan öncə ehram bağlayacağı zamana kimi izi qalacaq şəkildə hənadan istifadə etmək.

5) Hamama getmək və ehtiyat-müstəhəb budur ki, kisə və bu kimi şeylərlə öz bədənini sürtməsin.

6) Başqa birisi muhrim şəxsi səslədiyi zaman “ləbbeyk” deməklə cavab vermək.


[3] Ərəfat: Məkkə yaxınlığında olan bir məkanın adıdır. Onun sərhədləri Ərənə, Suvəyyə və Nəmrə səhralarından Zil-məcaza qədər,  Məzəmindən vüquf yerinin sonuna kimidir.
[4] Müzdəlifə və ya Məşərul-həram: Məkkə və Ərəfat arasındakı bir çölün adıdır ki, Məzəmin, Hiyaz və Vadiyi-muhəssər arasında yerləşir.
[5] Cəmərə, Minada yerləşən və hacıların müəyyən günlərdə ona sarı daş atdığı üç yerin adıdır (vaxtilə sütun halında daş olan o yerlər indi divar şəklinə salınmışdır). Birinci cəmərə Minanın Məkkə istiqamətindədir və cəməreyi-əvvəli adlanır. İkinci cəmərə cəməreyi-vustadır. Sonuncu cəmərə isə cəməreyi-əqəbədir.
[6] “Ələm fəl-ələm” qaydası: Ələm (ən elmli) olan birindən sonra digərlərindən daha ələm olanına keçməkdir. Ehtiyat-vacib olan hökmlərdə müqəllid öz müctehidindən başqa bir müctehidin fətvasına keçmək istəsə, öz mərceyi-təqlidi ilə elmi cəhətdən bərabər olana keçməlidir və ya ondan sonra digərlərindən daha ələm olanına (yəni ikinci dərəcədə olana) rücu etməlidir.
[7] Rəcəb ayında ümrə yerinə yetirməyin savabı yerdə qalan aylardakı ümrədən daha çoxdur.
Üçüncü fəsl » Ehram halında haram olan işlər → ← Birinci fəsil » Həccin vacib olma şərtləri
العربية فارسی اردو English Azərbaycan Türkçe Français