ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

1438-ci hicri qəməri ili Məhərrəmul-həram ayında Aliməqam Mərcəyi-təqlidin xətiblərə və din təbliğatçılarına tövsiyələri

Bismilləhir-Rahmənir-Rahim

و صلی الله علی محمد و آله الطیبین الطاهرین
(ذَٰلِک وَمَن یعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَی الْقُلُوبِ)
“Budur, hər kəs ilahi şüarlarıəzəmətli sanarsa, həqiqətdə bu
qəlblərin paklıq əlamətidir”

 

Məhərrəmul-həram ayının astanasına yaxınlaşmışıq.Bu ayın gəlişi dünyanın saleh bəndələrinin rəhbərliyi ilə xalq kütlələrinin tərəqqisi, millətlərin iradəsinin oyanışı və onların yaşayışının yaxşılaşdırılıb qaydaya salınması məqsədi ilə baş vermiş əzəmətli bir hərəkatı xatırladır.Həqiqətən, bu hərəkat Hüseynin(əleyhissəlam) mübarək qiyamıdır.

Bu mübarək hərəkatın xatirəsi bizim – həzrət Əba Əbdillahil-Hüseyn (əleyhissəlam) davamçılarının üzərinə böyük bir məsuliyyət gətirir. O məsuliyyət, həmin bu hərəkatın davamlı olmasını qorumaq, xalqın qəlbində və ruhunda onun əsər və xüsusiyyətlərini təsbit etməkdir. Deməli, həzrət Seyyiduş-Şuhədanı(əleyhissəlam) sevən bütün insanlar, istər din alimi və ya ziyalı təbəqədən, yaxud müxtəlif – təcrübi və ya humanitar elmlərin birində mütəxəssis olanların hamısıbir növ bu məsuliyyəti daşıyırlar. Ona görə bizlərdən hər biri bu mübarək Hüseyn (əleyhissəlam) hərəkatını qorumağa borcludur və belə mühüm məsələnin öhdəsindən gəlmək, özümüzü, ailəmizi və qohum-əqrəbanı islah etmək, yaşadığımız cəmiyyəti Hüseyn (əleyhissəlam) qiyamının əhəmiyyəti və onun əzəməti ilə tanış etməklə müyəssər olacaqdır. Lakin xətiblərin boynunda daha böyük məsuliyyət vardır. Çünki onlar Aşura hərəkatını və Seyyiduş-Şuhəda (əleyhissəlam) qiyamınıintişar etdirən canlı çöhrələrdir. Bu baxımdan öncə gərək belə bir sualı müzakirə edək: Görəsən, xitabə minbərləri bu böyük məsuliyyətimütəşəkkilvə fəal surətdə, müqəddəs Hüseyn (əleyhissəlam) hərəkatının təsirini xalqın qəlbində və həyatında əks etdirməküçün hazırki əsrin dəyişkənlikləri və bu zamanın şəraitinə mütənasib olaraq ifa edirmi?

Bu əsasla, Hüseyn (əleyhissəlam) məclislərixətiblərinin müvəffəqiyyəti üçün bir sıra nəsihətlər və tövsiyələrin riayət edilməsini xatırladırıq:

1- Mətləblərin müxtəlifliyi; çünki cəmiyyətimiz mənəvi, tərbiyəvi və tarixi mövzulara ehtiyac duyur və bunun üçün hər bir xətibin ayrı-ayrı sahələrdə müxtəlif mətləbləri ehtiva edən məlumatlara yiyələnməsi lazımdır ki, bir sıra həqiqətpərəstvə digər insanların ehtiyaclarını aradan qaldırsın.

2- Xətib öz dövrünün mədəni-maarif məsələləri ilə ayaqlaşsın; belə ki, etiqad mövzularındahər il müzakirə edilən şübhələrlə bağlı mütənasib tədqiq aparsın və möminlərin hər bir dövrdə rastlaşdıqları cəmiyyətin mütəğəyyir və dəyişkən rəftarlarını araşdırsın. Çünki xətibin yeni xalq maarifi, rəftarıvə əfkarı ilə ayaqlaşması müxatəbin İmam Hüseyn (əleyhissəlam) minbəri ətrafına toplanmasına və məclislərin canlı, təravətli, daha təsirli və şövqlə keçirilməsinə bais olur.

3- Qurani-kərimin ayələrinin zikrində, mötəbər kitablarda gələn şərafətli rəvayətlərin nəqlində və ya sübuta yetmiş tarixi hadisələrinhekayətində olduqca diqqət etmək; çünki rəvayətlərin və söylənilən hadisələrin məxəzlərinə diqqətsizliklə yanaşmaq ümumi xalq kütlələrinin nəzərində İmam Hüseyn (əleyhissəlam) minbərlərinin məqamına olan etimadın aradan getməsinə səbəb olur.

4- Danışıqlarınızda xəyali dastanlara və yuxulara istinad etməkdən çəkinin; çünki bu kimi söhbətlər İmam Hüseyn (əleyhissəlam) minbərinin şəninə və etibarına nöqsan gətirir və minbəri ancaq bir xitabə kürsüsü olaraq dəyərsiz cilvələndirir ki, bu da dinləyicilərin təhsilat və fikir səthi ilə mütənasib və həmahəng deyildir.

5- Yüksək keyfiyyətli mətləbləri hazırlamaq; xətib müzakirə edəcəyi mövzulara nisbət gərək son dərəcə diqqətli olsun. Belə ki, mövzuların tərtibi və bir-biri ilə rabitəsini riayət edərək onları asan və aydın şəkildə bəyan etsin. Elə ibarələr və şivələrdən istifadə etsin ki, qulaq asanlar və məclisləri izləyənlər üçün cazibəli olsun. Çünki xətibin mövzuları tərtibə salmaq və hazırlamaq üçün ciddi çalışması, həmçinin onları cazibəli şəkildə bəyan etməsi dinləyicilərin Seyyiduş-Şuhəda (əleyhissəlam) minbəri ilə daha yaxşı həmahəng olmalarında çox təsirlidir.

6- Əhli-Beytdən (əleyhimussəlam) yadigar qalan bütün əsərlər dəyərli və gözəldir, lakin danışanın məharəti və yaradıcılığı o zaman aşkar olur ki, elə rəvayətlər və hədisləri seçsin ki, ayrı-ayrı dinlərdənvə müxtəlif fikirlər və ictimai dünyagörüşü olan bütün millətlər üçün cazibəliyi olsun. Necə ki, Məsumlardan (əleyhimussəlam) nəql olunmuşdur:

"إنّ الناسَ لو علِمُوا محاسِنَ کلامِنا لاتَّبعُونا"

“Həqiqətən, əgər xalq bizim kəlamımızın gözəlliklərini bilsəydilər, şübhəsiz bizə itaət edərdilər”

Əhli-Beytin (əleyhimussəlam) insani dəyərlərlə bağlı söylədikləri sözlərin gözəllikləri onların yadigarıdır ki, bütün millətlər – müxtəlif dini və mədəni baxışlara malik olmaları ilə belə – onlara tərəf meyl göstərirlər.

7- Mütədavil ictimai çətinlikləri onların həllində təsirli olan yolları tanıtdırmaqla müzakirə etmək; deməli, xətib bir sıra çətinlikləri, məsələn; ailələrin parçalanması, cavan nəsillə yaşlı təbəqə arasında fasilə və ayrılıq düşməsi yaxud talaq problemləri və başqa məsələləri yalnız bəyan etməklə kifayətlənməsin. Çünki əgər minbərin bu kimi məsələlərdə dəyişiklik və təsirediciliyi olmazsa, onların bəyan edilməsi qalmaqallıdır. Buna görə intizar olunur Seyyiduş-Şuhəda (əleyhissəlam) məclislərinin xətibləri ictimai təcrübə və bacarıqları olan mütəxəssis şəxslərlə, həmçinin psixoloqlar və ictimaiyyətçılərlə məşvərət etsinlər ki, müxtəlif çətinliklərin həlli ilə bağlı təsirli və nəticəsi olan yolları xalqa təqdim edə bilsinlər.Çətinlikləri, onların həllini göstərən, təğyir və təhəvvül yarada bilən yollarla bərabər bəyan etmək,minbər danışıqlarını durğunluq vəziyyətindən cəmiyyətlərin islahı və inzibatındafəallıq, həmrahlıq və rəhbərlik edən bir mərhələyə çatdırır.

8- Seyyiduş-Şuhədanın (əleyhissəlam) minbərləri şiələrin fikir ayrılıqlarına, adət və ənənə mahiyyətli ixtilaflarına varid olmasın; çünki bu cür ixtilaflara varid olmaq nəticəsində məclislər xüsusi bir qrupa təmayül tapır və ya ictimai hərc-mərclik yaranır yaxud da möminlərin arasında təfriqə icad olur,halbuki minbər sözbirliyi nişanəsi və Hüseyn(əleyhissəlam) nurunun rəmzidir: Seyyiduş-Şühədanı (əleyhissəlam) sevənlərivahid yola və fəal birliyə çağırır.

9- İbadət və müamilə sahələrində qarşıya çıxan fiqhi məsələlərin bəyanınasəy və ehtimam göstərmək; belə ki, onları zövq oxşayanvə aydın şivə ilə bəyan etsin ki, məclis iştirakçıları Seyyiduş-Şuhəda (əleyhissəlam) minbərinin onların həqiqi yaşayışları və qarşılaşdıqları hadisələrlə həmrahlıq etməsini duysunlar.

10- Dini mərcəiyyətin, elmi hövzələrin və alimlərin məqamının rolu və əhəmiyyətinə təkid etmək; çünki bu məsələlər İmamiyyə məzhəbinin quruluşunun və əsasının inkişafı, istehkam sirri və əzəmətinin rəmzidir.

Allah-taaladan hamınızın Seyyiduş-Şuhəda (əleyhissəlam) yoluna layiqincə xidmət etmək müvəffəqiyyətini diləyirəm və ümidvaram Mütəal Allah – İmam Hüseynin (əleyhissəlam) vasitəsilə – dünya və axirətdə bizim abrımızı qorusun!

و الحمد لله رب العالمین و الصلاة علی محمد و آله الطیبین الطاهرین

 
İmam Əli əleyhissəlamın müəssisəsi (London)

العربية فارسی اردو English Azərbaycan Türkçe Français