ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Ayətullah Sistani cənablarının dəftərxanası Roma Papası ilə baş tutmuş görüş haqda bəyanat verib


Bu barədə Ayətullah Sistaninin dəftərxanasının Roma Papası ilə görüş haqda verdiyi bəyanatında deyilir. 

“Bağışlayan və rəhimli Allahın adı ilə

Ayətullah Sistani (kölgəsi davamlı olsun) bu gün səhər Katolik Kilsəsinin Papası və Vatikan dövlətinin rəhbəri Papa Fransisklə görüşdü. Görüş zamanı müasir insanın üzləşdiyi böyük problemlər haqda danışılıb, bu problemləri adlamaq üçün Allaha, onun elçilərinə, əxlaqi dəyərlərə iman gətirməyin rolu və əhəmiyyəti qeyd edilib. Ayətullah Sistani sözlərinin davamında müxtəlif ölkələrdə insanların zülmə, məcburiyyətə, yoxsulluğa, fikri və dini baxışlarına görə basqıya məruz qalmasından, ictimai ədalətin və əsas azadlıq faktorlarının olmaması, xüsusilə də bölgədə olan bir sıra xalqların müharibədən, zorakılıqdan, iqtisadi mühasirədən, köçürülmələrdən əziyyət çəkdiyini, o cümlədən də işğal edilmiş ərazilərdə Fələstin xalqının üzləşdiyi çətinliklərdən danışıb.”
 
Bəyanatın davamında deyilir:
 
“Ayətullah Sistani dini və mənəvi liderlərin qeyd edilən çətinliklərin aradan qaldırılması istiqamətində öhdələrində olan roluna toxunub və bu dini və mənəvi liderlərdən istəyib ki, böyük dövlətləri siyasətlərində müharibə məntiqindən çəkinməyə və millətlərin hüquqlarını pozmaq hesabına öz ölkələrinin şəxsi mənafelərini genişləndirməyi bir kənara qoyub ağıl və məntiq yolunu seçməyə, təşviq etsinlər.”
 
Ayətullah Sistani dini və mənəvi liderlərin böyük güclərə təsir etmə imkanlarından danışıb və deyib: “Fərqli dinlərin və intellektual meyllərin davamçıları arasında hüquqlara hörmət və qarşılıqlı hörmətə əsaslanan dinc yanaşı yaşamaq dəyərlərini gücləndirmək üçün səylərin birliyinin və bütün cəmiyyətlərdə insan həmrəyliyinin vacibliyini vurğuladı.”
 
Ayətullah Sistani, İraqın mövqeyini və şərəfli tarixini və nəcib xalqının yaxşı xüsusiyyətlərini tərifləyərkən hazırkı çətinliklərin tezliklə aradan qaldırılacağına ümid etdiyini söyləyib.
Sistani cənabları  xristian vətəndaşların digər iraqlılar kimi təhlükəsizliyi və sülh həyatı qurmağı və tam qanuni hüquqlarına çatma öhdəliklərinə diqqətli olduğunu vurğulayıb.  
Ayətullah Sistani dinlərarası əlaqələrdən, dini dözümlülüyün əhəmiyyətindən, İraqda xristianların hüquqlarının və təhlükəsizliyinin qorunması üçün dövlət, din və xalq müstəvisində görülən işlərdən, xüsusilə terrorçuların bir neçə İraq vilayətinin geniş ərazilərini işğal edərək biabırçı cinayətlər törətdikləri zamanda müsəlmanlarla yanaşı xristianların canını qoruyan və təhlükəsizliyini təmin edən müctəhidlərin fətvasının əhəmiyyətindən danışıb.
Ayətullah Sistani sonda Roma Papası və Katolik Kilsəsinin ardıcılları və bütün bəşəriyyət üçün dua etdi və Papadan bu görüş üçün Nəcəf Əşrəfə səfərinin çətinliklərinə dözdüyü üçün təşəkkür etdi.”
 

21 Rəcəb 1442
5 Mart 2021
Ayətullah Uzma Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası

العربية فارسی اردو English Azərbaycan Türkçe Français