ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bismilləhir-Rahmənir-Rahim
Şəvval ayının birbaşa gözlə (teleskopsız) görünməsi həzrət Ayətullah Sistani cənablarına sabit olmadığı üçün sabah-bazar günü-ramazan ayının 30-u və birinci gün-mayın 25-i şəvval ayının 1-i elan edilir.
Ayətullah Sistaninin (Allah ömrünü artırsın) ofisi.

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

VƏKALƏTİN HÖKMLƏRİ → ← MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ

ÖZ MALLARININ İSTİFADƏSİNDƏN QADAĞAN EDİLMİŞ ŞƏXSLƏR


Məsələ 2218: Həddi büluğa çatmayan uşaq tam muməyyiz olsa da, şər`i cəhətdən öz zimmətindən və ya malından istifadə haqqına malik deyil. Bu halda vəlinin əvvəlki icazəsi də faydasızdır, sonrakı icazəsi də işkallıdır. Amma bununla belə, bir neçə halda uşağın istifadə etməsi səhihdir. Keçən 2040-ci məsələdə qiymətsiz əşyaları alıb-satma və gələcək 2662-ci məsələdə onun qohumlarına bir şey vəsiyyət etməsi bu cümlədəndir. Baliğ olmaq qız uşağında qəməri tarixi ilə 9 yaşı tamam olmaqla, oğlan uşağında isə bu üç şərtdən biriylə müəyyənləşir:
1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
2. Məninin xaric olması;
3. Qəməri ili ilə 15 yaşın tamam olması.
Məsələ 2219: Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının baliğ olma nişanəsi olması uzaq deyil. Amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər baliğ olma nişanəsi deyil.
Məsələ 2220: Dəli insan öz malından istifadə edə bilməz. Müflis, yəni tələbkarların alacaq olduqları şeyi tələb etməklə şəriət hakimi tərəfindən öz malında istifadə etməkdən qadağan edilən şəxs də tələbkarların icazəsi olmazsa, ondan istifadə edə bilməz. Səfeh, yəni öz malını boş işlərə xərcləyən şəxs, vəlisinin icazəsi olmazsa, öz malından istifadə edə bilməz.
Məsələ 2221: Bəzən dəli, bəzən ağıllı olan şəxsin dəlilik zamanında malından etdiyi istifadə səhih deyil.
Məsələ 2222: İnsan ölməsinə səbəb olan bir xəstəliyə düçar olanda (ölüm xəstəliyində) malından istədiyi qədər özünə, uşaqlarına, qonaqlarına və israf sayılmayan işlərə xərcləyə bilər. Həmçinin əgər öz malını, öz qiymətinə satarsa və ya kirayə verərsə eybi yoxdur. Əgər məsələn, öz malını bir kəsə bağışlasa və ya normal qiymətdən ucuz qiymətə satarsa, bağışladığı və ya ucuz satdığı miqdar onun malının üçdə biri qədər, ya az olsa, onun istifadə etməsi səhihdir. Amma üçdə birdən çox olarsa, varislər icazə verdiyi halda səhihdir. İcazə verməzlərsə, onun malının üçdə birindən çoxlu olan miqdardakı istifadəsi batildir.
VƏKALƏTİN HÖKMLƏRİ → ← MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français