ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLı ŞƏRIƏT HÖKMLƏRİ

TƏLAQIN HÖKMLƏRİ → ← NİKAHIN HÖKMLƏRİ

SÜD VERMƏNİN HÖKMLƏRİ

Məsələ 2430: Əgər bir qadın bir uşağa 2440-cı məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq oğlan olsa bu qadınlara və əgər qız olsa bu kişilərə məhrəm olur:
1. O qadının özünə, ona süd anası deyilir;
2. O qadının ərinə ki, süd ona məxsusdur və ona da süd atası deyilir;
3. O qadının atası və anasına hər nə qədər yuxarı getsələr də; (hətta onun süd anası və süd atası da olsa.)
4. O qadından dünyaya gəlmiş, yaxud dünyaya gələcək uşaqlara;
5. O qadının övladlarının uşaqları; nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun;
6. O qadının bacı və qardaşına; hətta süd bacısı və qardaşı da olsa; (Yəni, süd əmizdirilməsi səbəbilə o qadınla bacı-qardaş olmuşlar).
7. O qadının əmisi və bibisinə; hətta süd əmisi və ya süd bibisi də olsa;
8. O qadının xalası və dayısına; hətta süd dayısı və süd xalası da olsa;
9. O qadının ərinin övladlarına, (süd o ərin malıdır), nə qədər aşağı getsə, hətta onun süd övladları da olsa;
10. O kişinin ata-anası və nə qədər yuxarı getsə.
11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da.
12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 2431: Əgər bir qadın bir uşağa 2440-ci məsələdə deyilən) şərtlərlə süd versə, o uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-hazırda onun arvadı olsa, onun əqdi batil olur. Amma o qadının süd qızları ilə evlənməyi caizdir. Hərçənd, ehtiyat-müstəhəb budur ki, onlarla da evlənməsin. Həmçinin ehtiyat-vacibə görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi ehtiyat-vacibə görə batil olar.

Məsələ 2432: Əgər bir qadın bir uşağa 2440-ci məsələdəki şərtlər ilə süd versə, o qadının əri ki, süd ona məxsusdur, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin, ərin qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar.

Məsələ 2433: Əgər bir qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz.

Məsələ 2434: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq etsə, sonradan o qızı özü üçün əqd edə bilməz.

Məsələ 2435: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın ilə izdivac edə bilməz.

Məsələ 2436: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə izdivac edə bilməz. Həmçinin, əgər insanın atasının arvadı, atasına məxsus olan süd ilə bir qıza süd versə, insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar.

Məsələ 2437: İnsan, bacısının və ya qardaşı arvadının qardaşına məxsus olan südündən kamil süd verdiyi bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə izdivac edə bilməz.

Məsələ 2438: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olur. Həmçinin, qızın ərinin başqa qadından olan uşağına süd versə eyni qayda ilə. Amma bir qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə haram olmaz.

Məsələ 2439: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atasına məxsus olan süddən versə, 2432-ci məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o qızdan olsun, istərsə başqa qadından.

MƏHRƏMLİYƏ SƏBƏB OLAN SÜDVERMƏNİNŞƏRTLƏRİ


Məsələ 2440: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:
1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini ölmüş qadının döşündən əmsə, faydası yoxdur (məhrəmliyə səbəb olmur).
2. O qadının südü şəri doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz.
3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, təsiri yoxdur (məhrəmliyə səbəb olmur.).
4. Süd xalis olsun və başqa şeylə qarışmasın.
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına təlaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz.
6. Uşaq südü qusmamalıdır, əgər qussa təsiri yoxdur (məhrəmliyə səbəb olmur).
7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət gəlsin. Əgər məlum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə təsir olmadığı məlum olsa, belə hallarda ehtiyat-vacibə əməl etmək tərk olunmamalıdır. Deməli qeyd olunan hallarda gərək (onlarla) izdivac etməsin və məhrəmcəsinə nəzər salmasın.
8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar.

Məsələ 2441: Keçən məsələdən məlum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç meyarı var:
1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, təsiri olub, eybi yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz.
2- Zaman hesabı ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta ehtiyat-vacibə görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış olsun, axırı isə onun doyduğu vaxtdır.
3- Sayın hesablanması, yəni on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yəni, ac olsun və tam doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi yoxdur.

Məsələ 2442: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz.

Məsələ 2443: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar.

Məsələ 2444: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olurlar.

Məsələ 2445: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.

Məsələ 2446: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.

Məsələ 2447: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yəni süd əmməklə onun qızı, bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, ehtiyat-vacibə əsasən ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.

Məsələ 2448: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz.

Məsələ 2449: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, «ikinci» əqd batildir.

Məsələ 2450: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, əri ona haram olmaz.
1. Öz bacısı və qardaşına.
2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına.
3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram olması ilə nəticələnir.
4. Öz qardaşı uşağına, ya bacısı uşağına.
5. Öz ərinin qardaşına, ya bacısına.
6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına.
7. Ərinin xala, dayı, əmi və bibisinə.
8. Öz ərinin başqa arvadından olan nəvəsinə.

Məsələ 2451: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz.

Məsələ 2452: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, öz ərinə haram olmaz.

SÜD VERMƏYİN QAYDASI


Məsələ 2453: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Atanın haqqı yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Amma əgər ona muzd istəsə, ata da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur.

Məsələ 2454: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi ruhi baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın südü olan, ya özü zinadan əmələ gələn dayə tutsunlar.

SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ


Məsələ 2455: Daha yaxşı budur ki, qadınların hər uşağa süd verməsinin qarşısı alınsın. Çünki ola bilsin ki, hansı uşağa süd verməsini unudub sonradan bir-birinə məhrəm olan iki nəfər evlənsinlər.

Məsələ 2456: Müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd vermək layiqli deyil.

Məsələ 2457: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilməz.

Məsələ 2458: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd versə, ehtiyat-vacibə görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona təlaq verməlidir və gərək heç vaxt onunla izdivac etməsin. Əgər süd onun özünə aid olursa, südəmər qız da ona əbədi haram olur. Əgər süd, əvvəlki ərinə aid olsa, ehtiyata görə onun əqdi batil olur.

Məsələ 2459: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bəziləri buyurublar ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 2441-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd verdiyi təqdirdə işkallıdır.

Məsələ 2460: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək onun mehrini, onun mislində olan qadınlara uyğun olaraq versin.

Məsələ 2461: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun hökmü qabaqdakı məsələdə deyildi.

Məsələ 2462: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur:
1. Sözlərindən yəqin və ya əminlik hasil olan şəxs və ya şəxslərin xəbər verməsi;
2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada başqa şey yeməyib» və həmçinin 2441-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut olması işkallıdır, deməli, ehtiyat olunmalıdır.

Məsələ 2463: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində şəkk edilərsə, ya da o miqdar süd əmdiyi guman edilərsə, uşaq heç kimə məhrəm olmaz. Amma ehtiyat etmək daha yaxşıdır.

TƏLAQIN HÖKMLƏRİ → ← NİKAHIN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français