ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Bank

1 Sual: Bankda işləməyin hökmü nədir?
Cavab: Bank əməliyyatları iki qisimdir:
1. Haram bank əməliyyatları: Məsələn, rəbəvi (sələmli) əməliyyatlar və onların icrasında nümayəndəlik (vasitəçilik) etmək, qeydiyyat aparmaq, şəhadət vermək, əlavə faizi onu alanın tərəfindən götürmək, həmçinin sələmli əməliyyatlar aparan və yaxud şərab ticarəti edən şirkətlərlə əlaqəli əməliyyatlar, məsələn, onların səhmlərini satmaq, onlar üçün kredit düzəltmək, haram müamilələrdən (əməliyyatlardan) sayılır. Sözü gedən bölmələrdə işləmək icazəli deyil və məvacib almaq hüququ yoxdur.
2. İcazəli bank müamilələri: Yuxarıda qeyd olunan müamilələrdən olmayanlar. Onlarda işləmək və maaş almaq icazəlidir.
2 Sual: Bankdan kredit borc götürməyin hökmü nədir? Xahiş edirik, müsəlman və qeyri-müsəlman bankların hökmlərini qeyd edəsiniz.
Cavab: Sərmayələri müsəlmanlara aid olan banklar haqqında:
Bank dövlət bankı yaxud müştərək bankıdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə (şərtlərinə) iltizamlı olmalısınız (sadiq qalmalısınız). Əgər səhih əqd əsasında olmasa, pulu məchulul-malik (sahibi məlum olmayan) niyyətinə alıb, sonra Həzrət Ayətullahın icazəsi ilə borc kimi özünüzə götürə bilər və onu borc (kredit) qanunlarına uyğun olaraq sizə verilən istiqamətdə (nə üçün verilmişdirsə, o yolda) xərcləyə bilərsiniz.
Bank xüsusi bankdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə iltizamlı olmalısınız. Səhih əqd şəklində olmasa, borc almaq icazəli deyil.
Sərmayələri qeyri-müsəlmanlara aid olan banklar və müəssisələr haqqında:
Onlardan əlavə faiz ödəmək şərti ilə borc pul almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc niyyəti olmadan bankdan alıb şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan istifadə etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsəniz belə .
3 Sual: Bank yatırımlarının hökmü nədir? Banka pul qoyub faiz almaq olarmı?
Cavab: Sərmayəsi və büdcəsi müsəlmanlara aid olan banklar haqqında:
Əgər bank dövlət bankı, yaxud müştərək bankdırsa, həzrət Ayətullahın nəzərinə əsasən, dövlətə məxsus səhmi «məchulul-malik» adını daşıyır və ondan şəriət hakiminin icazəsi ilə istifadə etmək olar. Belə isə, yatırım edən şəxs əlavə faizə dair bankla heç bir şərt kəsməyibsə, (bank sisteminə uyğun) ona verildiyi surətdə, həzrət Ayətullah həmin (məchulul-malik adını daşıyan) gəlirə sahib olmağa icazə verir. Bu şərtlə ki, gəlirin ikidə biri dindar yoxsullara sədəqə verilsin.
Lakin özəl bank, müəssisələr tərəfindən verilən əlavə faizə isə sahib olmaq qeyri-mümkündür. Amma fərd sərmayə sahiblərinin həmin gəlirdən istifadəyə icazə verdiklərinə əmindirsə, şəri baxımdan onun sahibi sayılmasa da - adətən bu belədir, - ondan istifadə edə bilər və onunla bir şey aldığı surətdə sahibi hesab ediləcək.
Bu məsələ bankın fərdlə hər hansı şəriət qaydasına uyğun müqavilə bağlamadığı surətdədir. Amma düzgün, şəriətəuyğun(şərtlərini gözləməklə) müqavilə imzalanarsa, eləcə də, bankın yatırımla müqavilə əsasında şəri müamilə əməliyyatları aparacağına ehtimal edilərsə, əlavə gəlir halal sayılır.
Amma bankın sərmayəsinin qeyri-müsəlmanlara mənsub olduğu surətdə, dövlət, müştərək, yaxud özəl olmasına baxmayaraq verilən faizə sahib olmaq olar. Çünki onlardan «riba» (faiz) almaq caizdir.
4 Sual: Qeyri-İslami banklara pul qoyub faiz almaq olarmı?
Cavab: Əlavə mənfəət əldə etmək məqsədi ilə sərmayələri, mal-dövlətləri qeyri-müsəlmanlara aid olan banklarda əmanət qoymaq caizdir; istər bu banklar xüsusi olsun, istər dövlət bankı olsun, istərsə də müştərək. Çünki onlardan riba (sələm) almaq caizdir. Lakin onlardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc niyyəti olmadan bankdan alıb istifadə etmək olar. Şəriət hakiminə müraciət etməyə də heç bir ehtiyac yoxdur. Hətta onların həm malın əslini, həm də faizini ondan tələb edəcəklərini bilsə belə hökm eynidir.
Bankın sərmayəsi müsəlmanlara aid olarsa və bank dövlət bankıdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə (şərtlərinə) iltizamlı olmalısınız (sadiq qalmalısınız). Əgər səhih əqd əsasında olmasa, pulu məchulul-malik (sahibi məlum olmayan) niyyətinə alıb, sonra Həzrət Ayətullahın icazəsi ilə borc kimi özünüzə götürə bilər və onu borc (kredit) qanunlarına uyğun olaraq sizə verilən istiqamətdə (nə üçün verilmişdirsə, o yolda) xərcləyə bilərsiniz.
Bank xüsusi bankdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə iltizamlı olmalısınız. Səhih əqd şəklində olmasa, borc almaq icazəli deyil.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français