ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Alğı-satqı

1 Sual: Maşının kreditlə alınmasının hökmü nədir, yeni və işlənmiş maşınları kreditlə müştərilərə satan bir çox maşın şirkətləri və rəsmi nümayəndəliklər müştəri maşını kreditlə almaq istəyərkən onun istəyini özləri ilə həmkarlıq edən kredit verən təşkilatlara təqdim edirlər ki, kredit verənlər də əsasən banklar və sığorta şirkətləridir. Bu şirkətlər də öz növbəsində kreditin müddətini nəzərə alaraq özləri üçün faiz dəyəri nəzərdə tuturlar və təbii olaraq müştərilər kreditləri təyin olunmuş müddətdə ödəməzsə, gecikməyə görə cərimə tətbiq edirlər. Faizlərin məbləği məsələn, müştərinin maddi dövriyyəsi ya gəlirinin miqdarı ya da kreditlərin ödənişində gecikmənin olmaması kimi mühüm amillər əsasında müəyyən edilir. Təbii olaraq məvacibi olan işçinin ödədiyi faizin məbləği 4%, 3,5% və ya 5% ya bir az az, ya bu miqdardan çox olur. Bu deyilənlər əsasında maşının kreditlə alınmasının hökmü nədir?
Cavab: Əgər kredit verənlər əvvəlcə maşını nümayəndəlikdən alıb sonra müştəriyə kreditlə satırlarsa və faiz dəyərini sövdələşmədəki qiymətin bir hissəsi olaraq qərar verirlərsə, bu alğı-satqı düzdür. Amma gecikməyə görə cərimə təyin etmək haram və günahdır.
Yox əgər maşın şirkətləri və nümayəndəlikləri əvvəlcə maşını müştəriyə satır və əvəzində kredit verən təşkilatlar maşının pulunu maşın istehsalçısına və nümayəndəliyinə ödəyir və müştərilərdən kreditlə artıq pul alırlarsa, bu haramdır .
2 Sual: Həzrət Ayətullah Sistaninin şəbəkəli marketinq haqqında rəyi nədir?
Cavab: Həzrət Ayətullah əl-uzma Sistani belə ticarətlərə icazə vermir və onları vacib ehtiyata əsasən düzgün hesab etmir.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français