ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Oruc və zəiflik

1 Sual: Qızım təzə həddi-buluğa çatıb. Zəif olduğundan oruc tutmaq onun üçün çətindir. Sualımız budur ki, olarmı ki, ramazan ayında oruc tutmasın və qış aylarında orucun qəzasını tutsun?
Cavab: Zəiflik, hətta çox olsa belə öz-özlüyündə orucu yemək üçün əsas vermir və hər gün oruc niyyəti etməlidir. Amma məşəqqətə (adətən dözmək mümkün olmayan çətinliyə) səbəb olarsa, bu halda (yalnız) zərurət qədər yemək və içmək caizdir. Amma vacib ehtiyata əsasən günün qalanını imsak etmək lazımdır. Ramazan ayından sonra isə qəzasını tutmaq lazımdır. Kəffarə vacib deyil.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français