ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Səcdə səhih olanlar

1 Sual: Hansı əşyalara səcdə etmək olar?
Cavab: Yeyiləcək və geyiləcək şeylərdən başqa, yerə və yerdə bitənlərə, məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın maye növüdür) kimi əşyaların üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha üstündür.
Üzüm yarpağının üzərinə yumşaq (təzə) vaxtında və yeyilməsi adi olan vaxtında səcdə icazəli deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.
Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən bitkilərin üzərinə səcdə səhihdir.
Yeməli olmayan güllərin üzərinə səcdə etmək səhihdir. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə səhihdir.
Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə, həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən icazəli deyildir.
Əhəng daşı və tabaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin eybi yoxdur.
Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə icazəli deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu məlum olsun.
Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyidüş-Şühədanın (ələyhis-səlam) türbətidir. Ondan sonra adi torpaq, sonra daş və daha sonra bitkilərdir.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français