ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Cinsiyyətin dəyişdirilməsi

1 Sual: Cinsiyyəti dəyişmək şəriət baxımından icazəlidir?
Cavab: Əgər cinsiyyəti dəyişmək dedikdə cərrahiyyə əməliyyatı ilə kişinin cinsiyyət orqanını kəsib onun yerinə (qadına aid) süni sidik kanalı və cinsiyyət orqanı qoymaq və hormon vurmaqla onda qadınlıq əlamətlərini (məsələn, bədənin tüklərinin tökülməsi və sinələrin böyüməsi) yaratmağı nəzərdə tutursunuzsa və yaxud cinsiyyətini dəyişmək istəyən qadına süni kişi cinsi orqanı qoymaq və hormon vurmaqla onda kişilik əlamətlərini (məsələn, sinələrin kiçikləşməsi və üzdə tüklərin çıxması) yaratmağı nəzərdə tutursunuzsa, bu iş həqiqətən cinsiyyəti dəyişmir və həmin insanın şəriət hökmləri dəyişmir. Digər tərəfdən bu əməliyyat cinsi orqanın başqası tərəfindən görünməsi və ləms edilməsi ilə müşayiət olunduğundan icazəli deyil.
Amma kişi və qadını fərqləndirən daxili və xarici cinsi orqanlarının (tamamilə) dəyişməsini nəzərdə tutursunuzsa, bu əməliyyatın öz-özlüyündə (haram olması mümkün olan işlərə göz yumsaq) eybi yoxdur. Lakin indiyə qədər belə bir iş xaricdə öz əksini tapmamışdır. İndiyə qədər həyata keçirilən əməliyyatların hamısı zahiri dəyişmədir ki, hökmlərin dəyişməsində heç bir təsiri yoxdur.
Söz yox ki, cinsiyyət orqanlarının (sisteminin) fəaliyyəti anormal olan insanlarda misal üçün, zahiri görünüşü qadın olan, amma daxili qadın cinsiyyət orqanına (sisteminə) malik olmayan kişidə gizlənmiş kişi cinsiyyət orqanını cərrahiyyə əməliyyatı ilə üzə çıxarmaq və ya əksinə, zahiri kişi cinsiyyət orqanını, daxili qadın cinsiyyət sisteminə malik olan qadından götürmək haqqında bunu demək mümkündür ki, bu əməliyyatın öz-özlüyündə eybi yoxdur və onun cinsiyyətin dəyişdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Təbii ki, haram baxış və ləmslə müşayiət olunsa, yalnız zərurətin bunu tələb etdiyi təqdirdə, həmçinin onu etməməyin kəskin məşəqqətə və çətinliyə səbəb olacağı halda halaldır.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français