ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Nikah siğəsi

1 Sual: İzdivac edərkən oğlanla qızın razılıqı kifayətdir, yoxsa mütləq siğə oxumaq lazımdır. Siğəni insan özü oxuya bilərmi yoxsa mütləq üçüncü şəxs oxumalıdır?
Cavab: Həm daimi nikahda həm də müvəqqəti nikahda mütləq siğə oxumaq lazımdır. Təkcə kişi ilə qadının razı olması kifayət deyil. Həmçinin yazmaq da – ehtiyat vacibə əsasən – kifayət etmir. Nikah siğəsini ya kişi ilə qadının özü oxumalı ya da bir nəfəri oxumaq üçün vəkil tutmalıdırlar ki, onların tərəfindən oxusun. Həmçinin nikah siğəsini (kəbini) oxumazdan qabaq mehriyyə və müddəti müəyyən etmək lazımdır.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français