ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Qumar oyunlar

1 Sual: Bilyard və domino oynamağın hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Mərc gəlmək olmasa, ehtiyat vacibə əsasən icazəli deyil.
2 Sual: Loto oynamaq olarmı? Biz axşamlar ailəvi ya da qonaq qohumlarla loto oynayırıq. Bu oyunun hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Əgər bu oyun ürfdə (yerli camaatın nəzərində) qumar aləti sayılırsa, mərc gəlmək olmasa belə ehtiyat vacibə əsasən icazəli deyil.
3 Sual: Kartla poker oynamaq və digər qumar oyunlarını oynamağın şəriət baxımından hökmü nədir?
Cavab: Mərc gəlməklə olsa, haramdır. Əgər bu oyunlar ürfdə (yerli camaatın nəzərində) qumar aləti sayılırsa, mərc gəlmək olmasa belə ehtiyat vacibə əsasən icazəli deyil.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français