ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Valideynin hüquqları

1 Sual: Övladın boynunda valideynin nə kimi haqları var? Övlad hansı hallarda velideynin əmrinə tabe olmalıdır?
Cavab: Övlada ata-ana ilə bağlı iki məsələyə diqqət etmək vacibdir:
1) Onlara yaxşılıq etmək, yəni ehtiyacları olduğu təqdirdə yaşayışlarını təmin etmək, onların həyat tərzinə layiq olan şəkildə istəklərini yerinə yetirmək. Bu yaxşılıqlar gərək orta və normal səviyyədə, sağlam fitrətin tələb etdiyi tərzdə olsun və onu etməmək onların məhəbbətini rədd etmək sayılsın. Bu məsələ onların vəziyyətlərindən asılı olaraq müxtəlif şəkildə həyata keçirilə bilər.
2) Valideynlərlə xeyirxahlıqla davranmaq. Övladın haqqını tapdamış olsalar belə, sözdə və əməldə onlara pislik etməmək. Hədisdə deyilir ki, səni vursalar da, onların üzünə qayıtma və de: “Ğəfərəllahu ləkuma". - "Allah sizin günahlarınızdan keçsin”.
Bu deyilənlər övladın öz valideyni ilə bağlı vəzifələri idi.
Övladı ilə bağlı valideynləri narahat edən məsələləri iki qrupda ümumiləşdirmək olar:
1. Ata və ana övladlarını çox sevdikləri üçün narahatlıq keçirirlər. Belə halda onların narahatlığına bais olan işi - hətta onlar bu işi qadağan etməsələr belə - görmək haramdır.
2. Onların narahatlıqları öz xoşagəlməz xasiyyətlərinə görədir. Məsələn, övladlarının xeyrini – istər dünyəvi, istərsə də axirətə dair məsələlərdə - istəmirlər. Belə bir səbəbdən narahatlıq keçirmələrinin övlad üçün heç bir pis nəticəsi yoxdur və onların belə istəklərinə tabe olmaq övlada vacib deyil.
Qeyd olunanlardan aydın olur ki, ata və ananın öz şəxsi işlərinə dair əmr və qadağalarına itaət etmək öz-özlüyündə vacib deyil. Allah daha biləndir.
Həmçinin, ata-ananın fikirləri doğru deyilsə, övlad onlarla mübahisə edə bilər, lakin bu zaman nəzakət və ədəb qaydalarına riayət etmək vacibdir. Yəni onların üzünə qayıtmamaq, səsini ucaltmamaq və sərt (kəskin) sözlərdən çəkinmək lazımdır.
2 Sual: Ata-ananın sözünə əməl etmək həmişə vacibdirmi?
Cavab: Xeyr, lakin diqqət etmək lazımdır ki, əgər ata və ananın tapşırığı (istəyi) övladlarını sevdiklərindən irəli gəlirsə və onların tapşırığına zidd əməl etmək onların narahatçılığına bais olacaqsa, icazəli deyil.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français