ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Hamiləliyin qarşısını almaq

1 Sual: Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalını bağlatdırmaq olarmı?
Cavab: Qadın cərrahiyyə əməliyyatı ilə uşaqlıq borusunu - hərçənd bu iş onun sonradan bir daha hamilə qalmayacağına gətirib çıxarsa belə - bağlatdıra bilər. Lakin bu iş üçün bədənin örtülməsi vacib olan bir hissəsinin açılmasından başqa yol olmasa və yaxud bədənin əlcəksiz əl vurulması haram olan bir yerinə əl vurmaq lazım gəlsə, bu əməliyyat icazəli deyil. Yalnız zərurət halında, məsələn, əgər uşağa qalmağın qadına ziyanı olsa, buna icazə verilir. Amma uşaqlığı və yaxud yumurtalığı götürmək və buna bənzər (üzvün kəsilməsi kimi) mühüm zərəri olan cərrahiyyə əməliyyatı etmək icazəli deyil. Əlbəttə xəstəlik bu zərurəti tələb edərsə, icazəlidir. Bu hökm tam şəkildə kişilərə də aiddir.
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français