ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Oruc və uşağa süd vermək

1 Sual: Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi? Ana oruc tutarsa özünə ya da uşağa ziyanı olacağı təqdirdə hökm necədir?
Cavab: Uşağa süd verən qadının - istər uşağın anası olsun, istərsə də dayəsi olsun - südü azdırsa və oruc tutmasının özünə ya da əmizdirdiyi uşağa zərəri varsa, oruc tutmaq ona vacib deyil. Buna görə hər gün üçün bir müdd yemək (750 qram çörək və ya makaron və ya un və bu kimi qidaları) bir fəqir şəxsə verməlidir və sonradan tutmadığı orucların qəzasını tutmalıdır. Amma ehtiyat-vacibə əsasən bu hökm, uşağa yalnız bu yolla süd vermək mümkün olan hallara aiddir. Yox əgər uşağa başqa yolla süd vermək mümkündürsə, məsələn, quru süddən istifadə edə bilərsə, ehtiyat vacibə əsasən oruc tutmalıdır.
Yeni sual göndərmək üçün buraya basın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français