ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Namaz - qılınmayan namazlar

1 Sual: Mənim qəza namazlarımın sayı çoxdur. Onların dəqiq sayını da bilmirəm. Nə qədər namaz qılmağım lazımdır? Onları qılarkən ardıcıllığı gözləmək lazımdırmı? Misal üçün əvvəlcə zöhr namazını sonra isə sübh namazını qılmaq olarmı?
Cavab: Tövbə edin və Allahdan bağışlanmaq diləyin. Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların sayında şəkkiniz varsa, yəqininiz olan sayın (qılmadığınızı dəqiq bildiyiniz az miqdarın) qəzasını qılsanız kifayətdir. Gündəlik namazların qəzasını qılmaq üçün tərtib (ardıcıllıq) vacib deyil. Yalnız tərtiblə qılınan namazlarda məsələn, eyni günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.
sistani.org/25531
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français