ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Siqaret və qəlyan

1 Sual: Siqaret və qəlyan çəkməyin hökmü nədir?
Cavab: Siqaret və tənbəki məhsulları (qəlyan) çəkmək – gələcəkdə də olsa – insana nəzərə çarpacaq bir ziyan yetirəcəksə - bu nəzərə çarpacaq ziyanın mütləq ya da ehtimala görə olacağından asılı olmayaraq - bu ziyandan aqil insanlarda qorxu (təhlükə hissi) yaranarsa, onu çəkmək haramdır. Lakin mühüm ziyandan hərçənd onu az çəkməklə qorunmaq mümkün olarsa, eybi yoxdur.
sistani.org/25614
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français