ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bismilləhir-Rahmənir-Rahim
Şəvval ayının birbaşa gözlə (teleskopsız) görünməsi həzrət Ayətullah Sistani cənablarına sabit olmadığı üçün sabah-bazar günü-ramazan ayının 30-u və birinci gün-mayın 25-i şəvval ayının 1-i elan edilir.
Ayətullah Sistaninin (Allah ömrünü artırsın) ofisi.

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

DƏSTƏMAZ → ← PAKLAYICILAR

QABLARIN HÖKMLƏRİ


Məsələ 226: İt, donuz və ya murdar olmuş heyvanın dərisindən hazırlanan qabda bir şey yemək-içmək və hər hansı bir rütubətin o şeyin nəcis olmasına səbəb olduğu təqdirdə haramdır. O qabın dəstəmaz və qüsl kimi pak şeylə edilməsi lazım olan işlərdə də istifadə edilməsi icazəli deyil. İt, donuz və murdar olmuş heyvanın dərisindən qab olmasa da istifadə etməmək ehtiyat müstəhəbdir.
Məsələ 227: Qızıl və gümüşdən hazırlanan qablarda yemək-içmək, hətta ehtiyat-vacibə görə onlardan hər cür istifadə edilməsi haramdır. Amma onlarla otağı və buna bənzər şeyləri bəzəmək, yaxud onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək əhvətdir. Zinət və ya saxlamaq üçün qızıl və gümüş qabları düzəltməyin, yaxud onları alıb-satmağın da hökmü eynidir.
Məsələ 228: Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına qab deyilirsə, qızıl və gümüş stəkan hökmündədir. Əgər ona qab deyilmirsə, istifadə olunmasının heç bir maneəsi yoxdur.
Məsələ 229: Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.
Məsələ 230: Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin miqdarı ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi yoxdur.
Məsələ 231: İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, adi halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa eybi yoxdur.
Məsələ 232: Qəlyanın müştüyü, qılıncın qını, bıçaq və Quran qabı, qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, qızıl və gümüşdən hazırlanmış kül qabı, ətir və sürmə qabından istifadə edilməsin.
Məsələ 233: Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aradan aparacaq miqdarda yeyib-içməyin heç bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək icazəli deyil.
Məsələ 234: Qızıl-gümüşdən və ya digər bir şeydən hazırlandığı bilinməyən qabdan istifadə etməyin eybi yoxdur.
DƏSTƏMAZ → ← PAKLAYICILAR
العربية فارسی اردو English Azərbaycan Türkçe Français