Sual və Cavab » Balıq
Axtarış:
1
Sual: Suda yaşayan heyvanlardan hansını yemək halaldır?
Cavab: Suda yaşayan heyvanlardan yalnız ikisini yemək olar:
1. Pulcuqlu balıq.
2. Meyqu (krevet)
sistani.org/25962
1. Pulcuqlu balıq.
2. Meyqu (krevet)
2
Sual: Hansı balıqlar halaldır? Balığın halal olması üçün hansı şərtlər olmalıdır?
Cavab: İlk yaranışdan pulcuqlu yaranmış balıqlar – hər hansı səbəbdən sonradan pulcuqları tökülsə də - sudan diri tutulsa və sudan kənarda can versə, pakdır və onu yemək halaldır. Suda (misal üçün, zəhər vasitəsilə) ölsə, pakdır, amma onu yemək haramdır. Lakin balıqçının toruna ilişib suda ölsə, onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də onu yemək haramdır.
sistani.org/25963
3
Sual: Krevet və xərçəng yemək olarmı?
Cavab: Meyqu (krevet) sudan diri tutularsa, halaldır. Digər dəniz heyvanları, o cümlədən xərçəng növləri isə halal deyil.
sistani.org/25964
4
Sual: Bir balığın pulcuqlu olub-olmaması ilə bağlı şəkkimiz varsa, onu yemək olarmı?
Həmçinin bir heyvanın krevet yaxud xərçəng olmasında şəkk etsək, vəzifəmiz nədir?

Cavab: Qeyd olunanların heç birini yemək olmaz.
sistani.org/25965
5
Sual: Xarici ölkələrdən idxal olunmuş balıq və konservləri hansı şərtlərlə yemək olar?
Cavab: Balıq iki şərtlə halaldır:
1. Pullu növdən olsun.
2. Sudan diri halda çıxarılsın və yaxud torda və s. ölmüş olsun.
Qeyri-müsəlman ölkələrdən idxal olunan və müsəlman bazarında satılan və yaxud müsəlman satıcıdan alınan balıqlarla əlaqədar ikinci şərtlə bağlı arxayınlıq əldə etmək olar. Bu formada ki, satışa çıxarılan balıqlar balıqçı gəmilərlə tutulur. Onlar balığı diri-diri sudan çıxarırlar. Onların arasında ölü balığın olması nadir halda baş verir.
Amma birinci şərt baxımından əgər balığın dərisi soyulmamış olsa, baxmaq lazımdır ki, pulu var, yoxsa yox. Dərisi olmasa (misal üçün konserv balığı kimi) amma növü - misal üçün tuna və sardin balıqlarının konservi kimi - məlum olsa və onu istehsal edən ölkə qutunun üzərindəki etiketlə içindəki malın eyni olmasına diqqət edirsə, arxayınlıq əldə etmək olar ki, bu balıq halal növdəndir. Əks halda əgər satıcı dindardırsa, eləcə də pulsuz balığı haram bilən məzhəbdəndirsə və onun balığın növünə diqqət etməsi ilə bağlı güclü ehtimal varsa, ona inanmaq olar.
sistani.org/25967