Sual və Cavab » Ər-arvad münasibəti
Axtarış:
1
Sual: Sizə sualım budur ki, bir kişi öz xanımına əhəmiyyət verməsə, vaxtının çoxunu dostları ilə keçirsə və xanımını evdə tək qoysa, bunun şəriət baxımından hökmü nədir? Belə hallarda qadın nə etməlidir?
Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın münasibətlərinə aid olan başqa bir nöqtə var. O da budur ki, qadın kişini öz tərəfinə cəzb etmək və onu öz istəklərinə boyun əyməyə məcbur etmək qabiliyyətinə malikdir. Bu, Allahın qadına bəxş etdiyi cinsi cazibədarlıq və gözəlliyə görədir. Lakin bəzi qadınlar bu nemətdən kamil şəkildə istifadə edə bilmir və öz gözəlliklərini yalnız başqalarına nümayiş etdirirlər. Öz ərlərinin yanında isə bəzənməyə lazımi diqqət göstərmir, üstəlik ərin onlara tərəf cəzb olmasını istəyirlər. Bu mümkün deyil, qadın öz gözəlliyi, bəzənməsi və cinsi cazibədarlığı ilə ərini öz tərəfinə çəkməlidir.
sistani.org/25567