Sual və Cavab » Oruc və xəstəlik
Axtarış:
1
Sual: Sualım xəstəlik halında oruc tutmaqla əlaqədardır. Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır və həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum səhihdir?
Cavab: Xəstə insanın oruc tutmasının ona ziyanı varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ağrını çoxaldarsa) oruc səhih deyil. Söz yox ki, onların hamısında ziyan o qədər olmalıdır ki, adətən ona dözmək olmur. Ziyanı olacağına əminliyinin ya da gümanının olmasının hökmdə heç bir fərqi yoxdur. Hətta ehtimal etsə belə hökm eynidir. (Söz yox ki, bu ehtimal qorxuya səbəb ola biləcək formada olmalıdır. Bu ziyan qorxusu da aqil insanların nəzərində qəbul edilən formada olmalıdır, misal üçün həkim rəyi ya təcrübə ya bu kimi yollarla) Xəstə sağalandan sonra həmin günün qəzasını tutmalıdır. Kəffarə ona vacib deyil. Əgər xəstəlik gələn ilin Ramazan ayına qədər davam etsə, qəza da boynundan götürülür. O, hər gün üçün 750 qram (yemək) çörək və ya makaron və ya buğda və bu kimi qidaları bir fəqirə (yoxsula) fidyə verməlidir.
Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu səhih deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu səhihdir.
sistani.org/25347
Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu səhih deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu səhihdir.