ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Ər-arvad hüquqları

1 Sual: Ərin öz xanımının üzərində hansı haqları var? Xanımın öz ərinin üzərində nə kimi haqları var və ondan nə tələb edə bilər?
Cavab: Daimi kəbinlə ailə qurmuş qadın– ərinin haqqı tapdalanmasa belə – ərinin icazəsi olmadan evdən çölə çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun üçün çətinliyi olduğu zaman və ya ev onun üçün münasib olmayan hallarda icazəsiz evdən çıxa bilər. Qadın ərinin istədiyi hər vaxt onun haqqı sayılan cinsi ləzzətlər üçün özünü ona təslim etməlidir. Şəriət baxımından heç bir üzrü olmasa, onunla yaxınlıq etməkdən boyun qaçırmamalıdır. Qadını qida, libas və yaşayış yeri ilə təmin etmək, həmçinin onun ehtiyaclarını ödəmək ərə vacibdir. Onu təmin etməsə – imkanı çatsa da çatmasa da – xanımına borcludur.
Həmçinin qadının hüquqlarından biri də budur ki, kişi ona əziyyət verməsin, ona qarşı şəriət baxımından dəlil olmadan sərt davranmasın.
Əgər qadın əri ilə münasibətlərdə cinsi vəzifəsinə əsla əməl etməsə, onunla bir yerdə yaşasa da yemək, libas və mənzil hüququ yoxdur. Əgər bəzən onun şəriətə uyğun cinsi istəklərindən boyun qaçırsa, ehtiyat vacibə əsasən nəfəqəsi (təmin olunması) qüvvədən düşmür. Mehriyyəsi isə təmkin etməsə də (cinsi istəkləri qarşısında təslim olmasa) heç bir halda aradan qalxmır.
Kişinin öz həyat yoldaşını ev işləri görməyə məcbur etməyə haqqı yoxdur. Məişətinin təmini ərinin öhdəsinə olan qadının əri onun məişətini təmin etməsə, xərcliyini onun icazəsi olmadan onun malından (pulundan) götürə bilər. Əgər bu, mümkün olmasa, çarəsiz qalsa və şəriət hakiminə şikayət edə bilməsə, işləməklə öz ehtiyaclarını təmin etmək istəsə, ehtiyaclarını qazanan zaman ərinə itaət etməsi vacib deyil.
sistani.org/25565
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français