ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Bismilləhir-Rahmənir-Rahim
Şəvval ayının birbaşa gözlə (teleskopsız) görünməsi həzrət Ayətullah Sistani cənablarına sabit olmadığı üçün sabah-bazar günü-ramazan ayının 30-u və birinci gün-mayın 25-i şəvval ayının 1-i elan edilir.
Ayətullah Sistaninin (Allah ömrünü artırsın) ofisi.

Sual və Cavab » Qəyyumluq və himayə

1 Sual: Ərlə arvad boşananda şəriət baxımından uşağa kim baxmalıdır? Atanın uşağı anadan almağa haqqı varmi?
Cavab: Uşağın südəmər dövründə - yəni tam iki il – qəyyumluğu, himayəsi və bu kimi qayğıları, məsələn, onun sağlamlığını qorumaq və məsləhətini gözləmək – hətta qız uşağı ilə əlaqədar - ata və ananın bərabər hüququdur.
Bu üzdən atanın onu bu müddətdə anasından ayırmaq haqqı yoxdur. Ehtiyat müstəhəb odur ki, onu yeddi yaşına qədər – hətta əgər oğlan uşağı olsa - anasından ayırmasınlar. Ata və ana bu iki il sona çatmamış, bir-birindən talaq (və ona bəzər) vasitəsi ilə ayrılsa, ananın himayə hüququ başqasına ərə gedənə qədər qüvvəsindədir. Onlar bu müddətdə öz aralarında uşağa baxmaq və onu növbə ilə saxlamaq barəsində razılaşmalıdırlar.
Atanın uşaqla görüşməyə mane olmaqla anaya zərər vurmağa haqqı yoxdur. Həmçinin uşaq anasını çox sevdiyindən ondan ayrı yaşadıqlarına görə zərər çəkirlərsə, onları görüşdürmək üçün imkan yaratmalıdır.
sistani.org/25568
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français