ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Oruc tutmamaq

1 Sual: Mən dini hökmləri bilmədiyimdən oruc tutmağa 25 yaşından başlamışam və həddi-buluğa çatan vaxtdan 25 yaşınadək oruc tutmamışam. Sualım budur ki, 25 yaşınadək tutmadığım orucların qəzalarını tutsam kifayətdir yoxsa kəffarə də verməliyəm?
Cavab: Əgər indi ehtimal edirsiniz ki, o zaman dini vəzifənin nə olduğunu bilmirdiniz, yaxud ehtimal edirsiniz ki, o zaman ramazan ayının günlərində yemək yeməyin icazəli olduğuna əmin idiniz, qəzasını tutmaq kifayətdir, (orucu bilərəkdən pozmağa görə lazım olan) kəffarə vacib deyil. Həmçinin orucların qəzasını dərhal tutmaq vacib deyil. Əlbəttə, üzrsüz səbəbdən qəzasını o qədər təxirə salmayın ki, vacibi əməli yerinə yetirməklə bağlı səhlənkarlıq sayılsın. Əgər qəzasını tutmağa qadir olmasanız, öz vəsiyyətinizdə qeyd edin ki, sizdən sonra mütləq qəzasını yerinə yetirsinlər.
sistani.org/25972
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français