ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Oruc-hamilə

1 Sual: Həkim hamilə qadına orucun onun üçün zərərli olduğunu deyərsə o, oruc tuta bilərmi?
Cavab: Doğuş vaxtı yaxınlaşan (səkkizinci və doqquzuncu aylarda olan) və orucun ona ya da uşağına ziyanı olan qadına oruc tutmaq vacib deyil. Lakin sonradan onun qəzasını tutmalıdır və hər gün üçün bir müdd yemək (750 qram çörək ya makaron ya da un) kəffarə olaraq yoxsul insana verməlidir.
Amma hamiləliyinin son aylarında olmayan (birinci aydan yeddinci ayın sonunadək) qadının özünə ya da uşağına oruc tutmağın ziyanı varsa və yaxud adətən dözülməz çətinliyə düşürsə, ona da oruc tutmaq vacib deyil. Oruclarının qəzasını tutmalıdır, kəffarə vacib deyil.
sistani.org/26270
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français